Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1549/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1311/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan borc aldığı 30.000 manat və hüquqi xidmət üçün ödədiyi 100 manat pul vəsaitinin alınaraq, ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)374/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Qocayev) iddianın qismən təmin edilməsi, cavabdehdən 30.000 manat pulun tutularaq, iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməs ində icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1311/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və R.M.Cəfərov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 2250 manat pulun alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı qətnamədən kassasiya şikayəti vermiş, şikayət apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə elektron qaydada imzalanmaması səbəbindən geri qaytarılmışdır.
6. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qeyd olunan qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin (vəsatətinin) təmin edilməməsi, qətnamədən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. İddiaçı qərardaddan kassasiya şikayəti vermişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
10. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmənin 2(104)-1311/2023 saylı iş üzrə 16 iyun 2023-cü il tarixli qərardadı olmamışdır. Həmçinin, kassasiya şikayətindən görünür ki, iddiaçı və vəkili yalnız özlərinə aid məlumatları yazmış, lakin kassator iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırkı mübahisəyə aidiyyətini, həmçinin tələbini göstərməmiş və bununla da, mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyət üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kas sasiya şikayətinin 3.2-ci hissəsində xx.xx.2023-cü il göstərilsə də, “kassasiya şikayəti verən şəxsin tələbi” hissəsində texniki yanlışlığa yol verilərək, “xx.xx.2023-cü il tarixli, 2(104)-1311/2023 saylı” qərardadı qeyd edilmişdir. Odur ki, texniki yanlışlığa yol verildiyindən hazırkı iş üzrə verilən şikayət təmin edilməli və kassasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməlidir. Qətnamədən şikayət vermə müddəti üzürlü səbəblərdən ötürülmüş, lakin məhkəmə əsassız olaraq həmin müddəti bərpa etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)
14. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
15. Maddə 408.1.5. Kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
16. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tə ləblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayəti geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi prosessual hüquq normalarına istinadla kifayət qədər əsaslandırılmışdır.
23. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi şikayəti yalnız mübahisələndirilən məhkəmə aktının tarixinin düzgün göstərilmədiyi əsası ilə deyil, həmçinin kassasiya şikayətində prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi (MPM-in 408.1.5) üçün qaytarılmışdır. Qeyd olunan hal kassasiya şikayətinin qaytarılması üçün müstəqil əsasdır və hazırkı kassasiya şikayətində bununla bağlı hər hansı dəlil irəli sürülməmişdir.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1311/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.