Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1550/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il İş № 2(102)-1550/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçının və vəkili 1 iştirakı ilə, Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11069/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim C.T.Qədimov) 2(010)-2193 /2018 nömrəli, 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)1664/2009 nömrəli iş üzrə 06 iyul 2009-cu il tarixli məhkəmə əmri, həmçinin Suraxanı Rayon Məhkəməsinin 2(010)-412/2018 nömrəli iş üzrə 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarlarının dəyişdirilməsi, 25 aprel 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutularaq cavabdehə verilməsi, 21 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutularaq Cavabdehə verilməsi, yuxarıda qeyd olunan aliment məbləğlərinin hesablanmasının və ödənilməsinin hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi və iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 2(103)-11069/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2193/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 yanvar 2018-ci il tarixdən başlayaraq 2 uşağa görə qazancının (başqa gəlirlərinin) 1/3 h issəsi miqdarında aliment tutulması, həmin 1/3 hissədən 25 aprel 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehin xeyrinə 16,5 hissə, 21 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehin xeyrinə 16,5 hissə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11069/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edib, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol ver mişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən iddiaçı və vəkili1 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf heç bir üzrlü səbəb göstərmədən işdə iştirak etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxmaq mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11069/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli iş üzrə qətnaməsi ləğv edilib, iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş mat eriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktiki hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, iddiaçının birinci nikahından 24 aprel 2008-ci il təvəllüdlü X1 və ikinci nikahdan 02 iyun 2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. İddiaçıdan Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2009-cu il tarixli 2(010)-1664/2009 nömrəli məhkəmə əmrinə əsasən qazancının (başqa gəlirlərinin) 1/4 hissəsni X1, 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə isə qazancının (başqa gəlirlərinin) 1/4 hissəsni X1 saxılanılması üçün alimentin tutulması qət edilmişdir. Eləcə də, iş materiallarından görünür ki, cavabdeh Rayon İcra Hakimiyyəti başçısının 22 yanvar 2004-cü il tarixli 50 nömrəli sərəncamı ilə bacısı İ qrup əlil X5 üzərində qəyyum təyin edilmişdir. İddiaçı cavabdehlərə qarşı alimentin miqdarının azaldılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İşə baxan aşağı instansiya məhkəmələri mübahisəni yuxarıda göstərilən qaydada həll etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi həmin tələblərə uyğun deyildir. Azərbaycan Respu blikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instasiyası məhkəməsi yuxarıda qeyd olunan normalara və “Azərbayc an Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında“ Qanuna görə yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilməsini, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını nəzərə alıb 02 iyun 2014-cü il təvəllüdlü X3 təyin olunacaq alimentin miqdarının yaşayış minimumundan 5-6 dəfə çox olacaqı nəticəsinə gəlib alimentin miqdarı onun maddi təlabatları ilə yanaşı xəstəliyinin müalicəsi üçün tam kifayət edəcəyi iddiaçının bacısının onun himayəsində olduğunu nəzərə alıb birinci instansiya məhkəməsinin alimentin məbləğinin azaldılmasına dair nəticəsini qanuni və əsaslı hesab etmişdir. İş materiallarından alimentin m iqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması görünmür. Eləcə də, iş matriallarından görünür ki, iddiaçı 22 yanvar 2004-cü il tarixli sərəncamla 1 qrup xəstə bacısına qəyyum təyin olunmuşdur, yəni aliment miqdarı müəyyən ediləndən əvvəl bacısının qəyyumu təyin olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bu fakt alimentin miqdarı müəyyən edildikdən sonra iddiaçının ailə və ya maddi vəziyyətinə görə alimentin miqdarının dəyişdirilməsi üçün qanuni əsas hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, Cəlilov Səhrət normal təminatlı ailədə doğulmuşdur. İddiaçı 5.991 manat əmək haqqı alır. Ona təyin olunan alimentin miqdarı azaldılarkən müəyyən olunan alimenti miqdarının 2018-ci ildə uşa qlar üçün yaşayış minimumundan 5-6 dəfə çox olacağı meyar kimi götürülə bilməz. Apellyasiya instansiya məhkəməsinin nəticəsi azyaşlı Səhrətin əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına xidmət etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən işin göstərilən halları və qanunvericiliyin tələbi nəzər alınmamış, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv e dilib, iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11069/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №2(102)-1550/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1550/2019
05.03.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver