Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1550/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi; iş məhkəmədə baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-177/2024 nömrəli, 14 fevral 2024-cü il tar ixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə X11 8 may 1999-cu il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından 23 fevral 2005-ci il təvəllüdlü Fidan, 29 mart 2006-cı il təvəllüdlü Türkan adı qızları olmuşdur.
2. Yevlax Rayon Məhkəməsinin 2(039)-256/2020 nömrəli iş üzrə 2 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X1 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.4 m² olan fərdi yaşayış evinin ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılması və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hiss əsinə Cavabdeh2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X3; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-329/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 2 sentyabr 2020-ci il tаrixli qətnaməsi iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmı şdır. 4. 13 mart 2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə İddiaçı 13 mart 2022-ci il tarixli 2V-298 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 0,084 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.4 m² olan fərdi yaşayış evinin ona çatası cəmi 1/3 hissə olan payını vərəsə sırasında olan və öz növbəsində 1/3 hissə payları olan övladları X7 və X6 bağışlamışdır.
5. Mingəçevir şəhər MKT İB-nin 02 mart 2022-ci il tarixli 249 nömrəli arayışına görə Tağıyeva X4 şəhəri Ərəş küçəsi 44 nömrəli evdə yaşayır və aşağıdakı qaydada ailə üzvləri vardır: Cavabdeh3 (1988-ci il təvəllüdlü), X9 (2006-cı il təvəllüdlü) və X12 (2005-ci il təvəllüdlü). 6. ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsinin 8/80 hissəsinin üzərində İdd iaçı (iddiaçı), 11/80 hissəsinin üzərində X5 (iddiaçının qızı), 11/80 hissəsinin üzərində X3 (iddiaçının qızı), 50/80 hissəsinin üzərində X8 mülkiyyət hüququ; ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m² olan fərdi yaşayış evinin 3/40 hissəsinin üzərində X5 (iddiaçının qızı), 3/40 hissəsinin üzərində X3 (iddiaçının qızı), 34/40 hissəsinin üzərində isə Cavabdeh1 (cavabdeh) mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 saylı evə istifadə hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Sehrab Tağıyevlə ailə qurduqdan sonra o, sonuncunun qeydiyyatda olmaqla yaşadığı Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 saylı evə gəlin köçmüşdür. Burada o, qayınanası Xatın Tağıyeva və əri Sehrab Tağıyevlə birlikdə təsərrüfat idarə etməklə yaşamışlar. Onlarla bərabər qeydiyyatda başqa ünvanda olan ərinin əvvəlki nikahdan olan oğlu Cavabdeh3 də yaşamışdır. Yaşadıqları ev qayınanası qayınanası adına 2007ci ildə sənədləşdirilmişdir. Ancaq torpaq sahəsi qayınanası və ərinin adına olmuşdur. Qayınanası 2008-ci ildə onun və Cavabdeh3 həmin evə qeydiyyata düşməsinə notarial qaydada razılıq ərizəsi vermişdir. An caq əri dövlətdən mənzil və ya torpaq almaq məqsədi ilə onların oraya qeydiyyata düşmələrini münasib görməmişdir. 14 fevral 2015-ci il tarixdə qayınanası, 9 iyul 2015-ci il tarixdə əri vəfat etmişlər. 1999-cü ildən bu günə qədər o, həmin evdə mübahisəsiz şəkildə yaşayır. Mənzildə kommunal xərcləri ödəyir. Cari təmir xərclərini aparır. Yaşadığı mənzil Xatın Tağıyevanın adına 2007-ci ildə vərəsəlik qaydasında sənədləşdirilmişdir. Övladlarının, yaşayış evindən nənələrindən vərəsəlik qaydasında mülkiyyət payı vardır. Ərinin isə torpaqda mülkiyyət payı vardır.
9. Yevlax Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmişlər.
10. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 20 dekabr 2022-ci il tarixli 2 (039)-4/2022 nömrəli qətnaməsi ilə tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçının mübahisəli evə mülkiyyət hüququ olmuşdur, lakin o, həmin evdə özünə məxsus payını övladlarına bağışlamışdır. Mülkiyyət hüququ sahiblik, sərəncam vermək və ondan istifadə etmək hüququdur. İddiaçı hazırda istifadə hüququnun tanınmasını tələb edir. Lakin şəxsin istifadə hüququndan da üstün olan mülkiyyət hüququ olsa da, həmin hüquqdan istifadə edərək, evdə olan payını (mülkiyyət hüququnu) bağışlamışdır.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 146.2, 152.1, 666.1 və 666.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-378/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2976/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-378/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən, fərdi yaşayış evinin mülkiyyətçiləri F.Tağıyeva və T.Tağıyeva, baxmayaraq ki, iddia təmin edilsə idi hazırkı iş üzrə onların da hüquq və vəzifələrinə dair məhkəmə aktı qəbul oluna bilərdi, işdə iştirak etməyə cəlb edilməmişlər (MPM-in 418.4.6-cı maddəsi, §20). Məhz bundan sonra mübahisəli yaşayış evinin həmin mülkiyyətçilərinin iddiaya, o cümlədən analarının onlarla birlikdə yaşamasına münasibətləri dəqiqləşdirilə bilərdi.
19. Məhkəmələr tərəfindən üzərində mü lkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsinin onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti olduğuna (§19), bu müstəvidə isə iddiaçının ünvan 1 ünvanda yerləşən 0.084 hektar torpaq sahəsinin 8/80 hissəsinin mülkiyyətçisi kimi həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaq hüququna malik olub-olmamasına hüquqi qiymət verməmişlər.
20. Ali Məhkəmə göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçı ünvan 1 nömrəli evə 1999-cu ildə gəlin köçdüyündən həmin vaxt qüvvədə olan qanunvericiliyə istinadən istifadə hüququnun müəyyən olunması barədə dəlilinə də münasibət bildirməmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 28.1, 28.2, 30.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasın ın Qanunun 13.7-ci maddəsinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli, E.M.Mehdiyev) 2(107)-177/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tаrixli, 2(039)-4/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 saylı evə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata - İddiaçı Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 saylı evdən qanunla müəyyən edilmiş qaydada istif adə hüququ olduğundan və həmin hüquqla bağlı mübahisə olmadığından xitam verilməsi qərara alınmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli evə və torpaq sahəsinə həmin əmlakları vərəsəlik qaydasında əldə etməzdən öncə ailə üzvü kimi köçürülmüş, həmin torpaq sahəsi və evdən istifadə hüququ əldə etmiş və iddiaçının mərhum qayınanasının istəyinə uyğun olaraq onunla birgə təsərrüfat aparmışdır. Onun həmin evdən istifadə hüququ yaranmışdır və bu hüquq məhdudlaşdırıla bilməz.
24. Mübahisəli evin əvvəlki mülkiyyətçisi Xatın Tağıyeva 14 fevral 2015-ci ildə öldükdən sonra mübahisəli ev vərəsəlik qaydasında digər şəxslərlə birgə onun oğlu, hazırkı iş üzrə iddiaçının əri Sehrab Tağıyevə, sonuncu 09 iyul 2015-ci il tarixdə öldükdən sonra isə digər şəxslərlə birgə sonuncunun arvadı hazırkı iş üzrə iddiaçıya keçmiş, 13 mart 2022-ci ildə isə iddiaçı evdə olan öz payını qızları X7 və X6 bağışlamışdır. Mülkiyyətçinin dəyişməsi hazırki halda istifadəçinin hüquqlarını aradan qaldırmır.
25. Apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının həmin evdə yaşamasına və evdən istifadə etməsinə hər hansı maneə və ya narazılıq mövcud deyildir. İddiaçının mübahisəli evdən çıxarılması ilə bağlı nə məhkəmə qaydasında iddia tələbi, nə də hazırki iş üzrə etiraz dəlilləri aşkar edilmir.
26. İddiaçının mübahisəli Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı evdən istifadə hüququ 1999-cu ildən yaranmaqla bu günə qədər davam edir və həmin hüququn reallaşmasına heç bir maneə olmamaqla, iddiaçının həmin hüququnun pozulması halı aşkar edilmir.
27. Apellyasiya ins tansiyası məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının həm apellyasiya şikayətində, həm də məhkəmə iclaslarında iddiasını müdafiə edərkən əsas dəlili həmin evdə qeydiyyata düşmək istəyi barədə olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, yaşayış yeri üzrə qeydiyyata alınmanın əsasları Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunla müəyyən edilir
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 27.1, 27.2, 28.1, 28.2, 30.1, 135.4, 213.1 və 215.4-cü maddələrinə, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 13.7-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 261.0.8, 262.1, 262.3 və 391-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkil X10) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki qərardadla hesab etmişdir ki, iddiaçının əvvəlki kassasiya şikayəti üzrə işə baxılarkən Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri iş üzrə icraata xitam verilməsi kimi «pozuntunu» görməyiblər və ya görməzdən gəliblər. Necə ola bilər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(102)-2976/2023 nömrəli qərarı qəbul edilərkən hakimlər həmin işin icraata xitam verilməsi üçün əsaslarının olmasını yoxlamadan, iş üzrə kobud pozuntuların olub-olmamasını araşdırmadan qərar qəbul etsinlər. İddiaçı 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53, 123-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Məhkəmə isə həmin normanın tələblərini pozaraq hüquq münasibətləri yarandıqdan sonra 1 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2, 28.1, 28.2 və 30.1-ci maddələrinə istinad etməklə mübahisəni qiymətləndirmi şdir. Məhkəmə iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ olmasını müəyyən etdiyi halda və qətnamə çıxartmaqla işə mahiyyəti üzrə baxılmanı yekunlaşdırmalı olduğu halda iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Necə olur ki, iş üzrə icraata xitam verilməsi barədə aşağı instansiya məhkəməsinin qərardadını ləğv edən eyni məhkəmə tərkibi 2 ildən sonra Ali Məhkəmənin məcburi göstərişlərini nəzərə almadan, Ali Məhkəmənin pozuntu kimi qiymətləndirmədiyi halları öz qərardadına daxil etməklə 2 bir-biri ilə ziddiyyət təşkil edən mövqe sərgiləyə bilmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Məhkəmə kollegiyası da işə mahiyyəti üzrə baxdığını bir daha təsdiq edərək müəyyən etmişdir ki, “mülkiyyətçinin dəyişməsi hazırki halda istifadəçinin hüquqlarını aradan qaldırmır” Buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsini düzgün tövsif etməyərək nəzərə almamışdır ki, Məcəllənin 263.1-ci maddəsinə əsasən iş mahiyyət üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 261.0.1.İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
33. Maddə 262.1.İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
34. Maddə 262.3.Bu Məcə llənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
39. Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının Mingəçevir şəhəri, Ərəş küçəsi 44 saylı evdə yaşamasına və evdən istifadə etməsinə hər hansı maneə və ya narazılıq mövcud deyildir. İddiaçının mübahisəli evdən çıxarılması ilə bağlı nə məhkəmə qaydasında iddia tələbi, nə də hazırki iş üzrə etiraz dəlilləri aşkar edilmir. Onun mübahisəli evdə yaşayış sahəsindən istifadə hüququ 1999-cu ildən yaranmaqla bu günə qədər davam edir və həmin hüququn reallaşmasına heç bir maneə olmamaqla, iddiaçının həmin hüququnun pozulması halı aşkar edilmir. Belə olan halda tərəflər arasında mübahisə yoxdur və iş məhkəmədə baxılmalı deyildir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bel ə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-177/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.