Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1551/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh İddiaçı2 qarşı və iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər İddiaçı1, Cavabdeh2, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və qeyrilərinə qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair və id diaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər İddiaçı1, Cavabdeh2, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinə və qeyrilərinə qarşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və s.” tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-14/2023 nömrəli, 2024-cü il 22 fevral tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir.
2. İddiaçılar İddiaçı2, İdd iaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2 və Qəbələ Rayonu Mirzəbəyli Bələdiyyəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında iddiaçıların xüsusi mülkiyyətlərinə verilmiş 1,14 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması, hörülmüş dəmir tor hasarın onların h esabına sökülməsi və cavabdeh İddiaçı1 tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması, ödədikləri 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər.
3. Qəbələ Rayon Məhkəməsinin 2019-cu il 30 oktyabr tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin 2020-ci il 13 avqust tarixli, 2(025)-52/2020 saylı qətnaməsi ilə (hakim A.B.Əliyev) İddiaçı1 iddiası təmin edilməmiş, iddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 iddiası təmin edilmişdir.
5. İlk iddia üzrə iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsini, cavabdehin iddia tələbinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Rəfiyev (məruzəçi), V.Məlikov və A.Mahmudov) 2(107)-2051/2020 nömrəli, 2020-ci il 5 noyabr tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. İlk iddia üzrə İddiaçı1 və birləşdirilmiş iddia üzrə Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişlər.
8. Ali Məhkəmənin Mülki kollegiyasını n (hakimlər E.Şamayev (məruzəçi), A.Abbasov və E.Vəliyeva) 2(102)-2414/2021 saylı, 2021-ci il 24 may tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Əsədli (məruzəçi), E.Mehdiyev və G.Cavadova) 2(107)-14/2023 nömrəli, 2023-cü il 8 iyun tarixli qətnaməsi ilə iddiaçı və cavabdehin şikayətləri qismən təmin edilərək, birinci instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni hörülmüş dəmir tor hasarının İddiaçı1 və Cavabdeh2 hesabına sökülməsi, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnam ənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-iddianın ona aid təmin edildiyi hissədə ləğv edilərək, ona aid hissədə bütünlüklə rədd edilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-14/2023 nömrəli, 2023cü il 23 avqust tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır.
12. Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi.
13. Ali Məhkəmənin 2(102)-4155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsin in qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Cavabdeh2 kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-14/2023 nömrəli, 2024cü il 22 fevral tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2023cü il 8 iyun tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair cavabdehin vəsatəti təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mülki işin materiallarını araşdıraraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023 -ci il tarixli, 2(107)-14/2023 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2(107)- 14/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-ci il tarixli, 2(107)-14/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(102)-4155/2024 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-ci il tarixli, 2(107)-14/2023 saylı qərardadı dəyişdirildədən saxlanılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi v ə vəkilinin hər iki qərardaddan elektron kabinet vasitəsilə məlumatı olmuşdur. Buna baxmayaraq, kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə 20 fevral 2024cü il tarixdə elektron məhkəmə informasiya sistemində yerləşdirilmişdir.
18. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti tükədilmiş, müddətin sonunda verilmiş kassasiya şikayəti isə qanunun tələblərini pozmaqla verilmişdir. Həmin kassasiya şikayəti qaytarıldıqdan sonra da heç bir üzrlü səbəb olmadan yeni kassasiya şikayəti gecikmə ilə verilmişdir.
19. Belə olan halda, kollegiya hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2023-ci il tarixli, 2(107)-14/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilmə müddəti cavabdehin (onun nümayəndəsi və vəkilinin) öz təqsir i ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü səbəbləri barədə məhkəmə kollegiyasına sübut təqdim edilməmişdir.
20. Prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
21. Ərizəçi isə ərizədə müddətin üzrlü səbəblərdən ötürdüyünü qeyd etsə də səbəb barədə hər hansı bir qeyd göstərməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-in 130.1, 133, 135.3.135.4, 135.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(107)-14/2023 saylı qərardadını ləğv edərək, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair verdikləri ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2(107)14/2023 saylı qətnaməsindən kassasiya şikayə ti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair tərəflərindən verilmiş ərizəni əsassız olaraq təmin etməmiş, gəldiyi nəticəni düzgün əsaslandırmamışdır.
25. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair verdiyikləri ərizədə də qeyd etdikləri kimi bildirmək istəyirlər ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 08 iyun 2023-cü il tarixli qətnaməsindən 21 avqust 2023-cü il tarixdə tərəflərindən kassasiya şikayəti verilmişdir. X1 Məhkəməsinin MK-nın 23 avqust 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayətim geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 23 avqust 2023-cü il tarixli qərardadından tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(102)-4155/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-14/2023 nömrəli iş üzrə 23 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
26. Göründüyü kimi əvvəlcə verdiyimiz kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı qanunsuz və əsassız hesab etdiklərindən, həmin qərardaddan kassasiya şikayəti verilmişdir.Verdikləri kassasiya şikayəti təmin edilmədikdən sonra sonra kassasiya şikayəti vermək hüquqlarından yenidən istifadə edərək, tərəflərindən üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə kassasiya şikayəti verilmişdir. X1 Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə əsassız olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2(107)- 14/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair verdiyikləri ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli qərardadından hazırda kassasiya şikayəti verərək, həmin qərardadından ləğv edilməsini xahiş edirlər.
27. Kassaiya şikayəti Azərbaycan Respublikasının MPM-in 133,402.1, 405.0.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfində n təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
30. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
31. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, at asının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
32. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.
33. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
34. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” infor masiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
35. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.
36. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-ci il tarixli, 2(107)-14/2023 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2(107)- 14/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-ci il tarixli, 2(107)-14/ 2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(102)-4155/2024 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-ci il tarixli, 2(107)-14/2023 saylı qərardadı dəyişdirildədən saxlanılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin hər iki qərardaddan elektron kabinet vasitəsilə məlumatı olmuşdur. Buna baxmayaraq, kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə 20 fevral 2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yerləşdirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti tükədilmiş, müddətin sonunda verilmiş kass asiya şikayəti isə qanunun tələblərini pozmaqla verilmişdir. Həmin kassasiya şikayəti qaytarıldıqdan sonra da heç bir üzrlü səbəb olmadan yeni kassasiya şikayəti gecikmə ilə verilmişdir. Belə olan halda, kollegiya hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2023-ci il tarixli, 2(107)-14/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilmə müddəti cavabdehin (onun nümayəndəsi və vəkilinin) öz təqsiri ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü səbəbləri barədə məhkəmə kollegiyasına sübut təqdim edilməmişdir. Ərizəçi isə ərizədə müddətin üzrlü səbəblərdən ötürdüyünü qeyd etsə də səbəb barədə hər hansı bir qeyd göstərməmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermə müddətinin bərpasından düzgün olaraq imtina etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq edərək kassasiya şikayətini qaytararkən də prosessual hüquq normasını düzgün tətbiq etmişdir.
48. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən prosessual hüquq normalarının pozuntularına yol verilməmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli 2(107)-14/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.