Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1552/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, cavabdeh YYYnin vəkili X2 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh YYYnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11601/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh YYY tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən e tdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.06.2019-cu il tarixli, 2(011)-4539/2019 saylı qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) İddiaçı cavabdeh YYYnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11601/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.S.Şirinov), İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.06.2019-cu il tarixli qətnaməsinin mənəvi zərərin ödənilməsinin təmin olunmaması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh YYYndən vurulmuş mənəvi ziyan kimi 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdi r. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, YYYndən “işə bərpa olunmağı və məcburi işəburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilmədiyi üçün 60.000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 1979-cu ildən başlamış, əmək fəaliyyətini işlədiyi dövr ərzində müxtəlif müəssisə və təşkilatlarda davam etdirmişdir. 14.09.2006-cı il tarixdən etibarən Azərbaycan Dəniz X1 hüquq fənləri üzrə müəllim vəzifəsinə işə qəbul olmuş, onunla bir il müddətinə əmək müqaviləsi bağlanmış və həmin müddətli əmək müqaviləsi hər il uzadılmışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabi netinin 19 may 2016-cı il tarixli, 197 saylı qərarı ilə həmin YYY-nin tabeçiliyinə verilmiş, YYY adlandırılmış, bununla əlaqədar ona və digər işçilərə rəhbərlik tərəfindən 2016-cı ilin noyabr ayında işdən çıxarılmağı haqqında məlumat verilmiş, 18.11.2016-cı il tarixində ona əmək kitabçası təqdim edilmiş, kitabçanı aldıqdan sonra isə işdən azad olunma tarixinin əmrdə 05.09.2016-cı il tarixində yazıldığını görmüşdür. Elə bu ərəfədə 26.09.2016-cı il tarixdə keçirilən Referendum seçkiləri ilə əlaqədar Seçki Komissiyasının tərkibində iştirak etmiş, cavabdehə qarşı onun YYYnə əvvəlki hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunmağı, 10.08.2016-cı il tarixdən 01.10.2016-cı il tarixədək Seçki Komissiyasının tərkibində iştirak etdiyi dövrdə orta əmək haqqının və məcburi işburaxma müddəti üç ün əmək haqqının ödənilməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.11.2017-ci il tarixli qətnaməsində qət edilmişdir ki, “İddiaçı YYYnə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunsun və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilsin”. Artıq 3 ildir ki, dövlət adından çıxarılan, qanuni qüvvəyə minmiş qətnamə icra edilmir və cavabdehin təqsiri üzündən kağız üzərində qalmışdır. İddiaçı həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən onun YYYnə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin uzun müddət ərzində icra olunmaması səbəbindən o, mənəvi sarsıntılar və iztirablar keçirmiş, uzun müddət müəllim vəzifəsində işləmiş bir şəxs kimi işgüzar nüfuzuna zərər dəymiş, ailəsinin və tanışlarının yanında cəmiyyətə yararsız bir şəxs kimi hörmətdən düşmüş, ailənin yeganə qazanc gətirəni kimi qanuni hüquqlarının təmin olunmaması ilə əlaqədar ailə üzvləri də maddi sıxıntılara düçar olaraq sonsuz mənəvi iztirablar keçirmişdir və bu ağır şəraitin təsiri nəticəsində həyat yoldaşı da ürək əməliyyatı keçirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh YYY həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə d air yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh YYY və vəkili X2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı mənəvi zərər çəkməsini hər hansı mötəbər sübutla təsdiq edə bilməmişdir. İddiaçı tərəfindən edilən hərəkət və ya hərəkətsizlik nəticəsində işə bərpa olunmağı qəsdən gecikdirilmiş, cavabdeh tərəfindən ona m addi və mənəvi zərərin vurulması faktı hər hansı bir sübutla öz təsdqini tapmamışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh YYYnin vəkili X2 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh YYYnin vəkili X2 oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh YYYnin kassasiya şi kayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslan ıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Bakı Apellyasiya Məhkəməsinin 03.11.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli qətnamənin ləğv edilməsi və İddiaçı cavabdeh YYYnə qarşı “əmrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasının qismən təmin edilməsi, YYY üzrə verilmiş 05.09.2016-cı il tarixli əmrin İddiaçı aid hissədə etibarsız hesab edilməsi, İddiaçı YYYnə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmiş, Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.06.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, hüquqi şəxs Azərbaycan Dövlət Dənizçilik Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli “İnzibati xətaya dair iş üzrə” qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. -111 tarixli İddiaçı ünvanlanmış “dərs yükünün icrası barədə” məktubdan görünür ki, ona üç iş günü ərzində Kollecə müraciət edərək dərs yükünün icra edilməsi və ya könüllü olaraq imtina edilməsi ilə bağlı məlumat verməməsi halında hüquq fənni üzrə nəzərdə tutulmuş dərslərin icra edilməsi üçün başqa pedaqoji işçiyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -222 il tarixli Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş qətnamənin icrası haqqında məktubdan görünür ki, İddiaçı 3 iş günü ərzində Kollecə yaxınlaşmağı və tədris yükünü icra edib-etməyəcəyi barədə rəsmi qaydada məlumat verməyi xahiş olunmuşdur. -333 il tarixli Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Toğrul Baxşəliyevə ünvanla nmış məktubdan görünür ki, tələbkar vətəndaş İddiaçı ona təklif olunan 120 dərs saatını saat hesabı əsaslarla icra-edib etməyəcəyi barədə rəsmi qaydada məlumat alınmasına köməklik göstərilməsi xahiş olunmuşdur. -4444-ci il tarixdə İddiaçı tərəfindən verilmiş ərizədə iş üzrə borclu Dənizçilik Kollecinin 333 il tarixli məktubu ilə qeyd edilmiş təklifi qəbul etmədiyini, icra sənədinin tam icra olunmasını xahiş etdiyi bildirilmişdir. -5555 saylı “A” formatlı ödəniş tapşırığından görünür ki, Azərbaycan Dənizçilik Kolleci tərəfindən Xətai rayon İcra Şöbəsinin AZ15CTRE******************** saylı hesabına 4712,87 manat məbləğində pul köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq hesab etmişdir ki, mənə vi ziyanla bağlı tələbin tamamilə təmin edilməməsi əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 03.11.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı YYYnə hüquq fənləri üzrə müəllim vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə aktını uzun müddət icra etməmiş, nəticədə 26.02.2019-cu il tarixdə cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 3000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tədbiq edilmişdir. Bundan sonra 4712,87 manat məbləğində pul cavabdeh tərəfindən 15.03.2019-cu il tarixdə Xətai rayon İcra Şöbəsinin hesabına köçürülmüşdür. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı könüllü icra ol unmamış və yalnız bununla bağlı cavabdeh inzibati məsuliyyətə cəlb olunduqdan sonra icra ilə əlaqədar müəyyən tədbirlər görmüşdür. Lakin hazırda da qətnamə tam icra olunmamış, cavabdeh müvafiq işlə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin uzun müddət icra olunması ilə bağlı ilə iddiaçının mənəvi sarsıntı, əsəb gərginliyi keçirməsi şübhəsizdir və bu halı sübut etməyə zərurət yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 03.11.2017-ci il tarixli qətnamənin uzun müddət məhz cavabdeh təşkilatın günahından icra edilməməsi cavabdeh təşkilatın vəzifəli şəxsinin buna görə inzibati məsuliyyətə cəlb edilməsinə dair qanuni qüvvəsini almış qərarının olması ilə öz təsdiqini tapır və bununla bağlı fərqli qiymətləndirmə aparılması əsaslı deyil. İ ş materiallarından görünür ki, iddiaçı maddi və mənəvi ziyan olaraq 60.000 manat pul tələb etdiyi halda, maddi ziyanın və mənəvi ziyanın məbləği ilə bağlı dəqiq rəqəm göstərməmişdir. İddiaçı maddi ziyanı ona görə tələb edir ki, işə bərpa olunmuş olsaydı aylıq əmək haqqı alardı və həmin məbləği almamaqla ona maddi ziyan dəymişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə (işə bərpa ilə bağlı) işçi işə bərpa olunmalı və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir. İddiaçı işləmədiyi müddətə həmin qətnamə ilə almalı olacağı əmək haqqını alacaqdır. Cavabdeh təşkilat həmin məbləği artıq icra məmurunun depozit hesabına keçirdiyini təsdiq edən sənədləri təqdim etdiyindən hazırkı işdə həmin məbləğin maddi zərər kimi t utulması əsaslı deyil. Beləliklə, cavabdeh təşkilat iddiaçını vaxtında işə bərpa etmədiyi üçün vurulmuş mənəvi zərərə görə məsuliyyət daşımalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemə tlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciə t edərək onun hüquqlarının bərpa olunması ilə bağlı dövlətin adından çıxarılmış qətnamənin tez bir zamanda icra olunacağına ümid etmişdir. Lakin, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirərək qətnaməni icra etməkdən yayınmışdır. Daima qətnamənin icrasını gözləmək, tələb etmək, müxtəlif yazışmalar həyata keçirmək, müxtəlif orqanların vəzifəli şəxslərinin qəbullarını gözləmək, və.s. Bu halların mövcudluğu iddiaçının mənəvi zərər çəkməsini şərtləndirir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, eyni zamanda hazırkı qətnamə ilə iddiaçının hüququnun pozulmasının tanınmasını nəzərə alaraq qeyd etmişdir ki, hazırkı qətnamə ilə onun hüququnun pozulmasının tanınması iddiaçının mənəvi ziyanını yüngülləşdirmiş olur. Apellyasiya ins tansiyası məhkəməsi iddiaçının çəkmiş olduğu mənəvi ziyanın əvəzi olaraq pul şəklində ona 500 manat kompensasiya ödənilməsini ağlabatan hesab etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar n öqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh YYY tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11601/20 19 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1552/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1552/2020
17.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver