Məhkəmə qərarları › İş №2(102)-1553/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1553/2024

07.05.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1553/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)664/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,3 kv.m. olan 1 otaqlı mənzili (bundan sonra mübahisəli mənzil) 51.000 manat məbləğinə Cavabdeh satmışdır. Müqavilə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuşdur.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1680/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı və Sayalı Həsənovanın ailə üzvləri ilə birlikdə iddiaçı Cavabdeh mülkiyyətində olan mübahisəli mən zildən məcburi qaydada çıxarılmaları və onların istifadə hüquqlarına xitam verilməsi qət olunmuşdur. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 9 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla cavab deh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən müqavilə ona qarşı edilən hədə-qorxular və təzyiqlər nəticəsində bağlanmışdır. O, bu müqavilənin bağlanmasına məcbur edilməsinə baxmayaraq, eyni zamanda mənzilin dəyəri baxımından da aldadılmışdır. Belə ki, mülkiyyətində olan və yaşadığı mübahisəli mənzilin real bazar dəyəri 250.000 manata yaxın olmuşdur. Onun mülkiyyətində olan bu mənzil Bakı şəhərinin mərkəzi ərazisində olmaqla, mənzillərin və torpaq sahələrinin baha olduğu sahədə yerləşmişdir. Bu ərazidə təkcə torpaq sahəsinin 1 sotunun real bazar qiyməti 200.000 manatdan artıq olmuşdur. Aralarında bağlanmış müqaviləyə görə sözügedən daşınmaz əmlakın alğı-satqısına görə cavabdeh guya ki, ona 51.000 manat məbləğində pul ödəmişdir. Lakin əslində cavabdeh ona heç bir pul vəsaiti ödəməmişdir. Sadəcə oğlunun cavabdehə borcu olduğu üçün cavabdeh ona və ailə üzvlərinə xəsarət yetirəcəyi və işgəncələr verəcəyi ilə hədələyərək belə bir müqavilənin bağlanmasına nail olmuşdur. Lakin onun mübahisəli mənzili cavabdehə ümumiyyətlə satmaq fikri olmamışdır. O, aralarında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi üçün cavabdehə təklif göndərsə də, cavabdehdən heç bir cavab almamışdır.

6. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-189/22 nömrəli mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin 2019-cu ilin noyabr ayına bazar dəyərinin monitorinqi aparılmış və dəyərinin 134.500 manat, xx.xx.2022-ci il tarixinə isə 146.000 manat təşkil etdiyi müəyyən olunmuşdur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-2018/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin tələbinə əsasən müqavilənin ləğv edilməsinə əsas olan hallar müqavilənin bağlanmasından sonrakı zamana aiddir (müqavilə öhdəliyinin pozulması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.). İddiaçı müqavilənin ləğv edilməsini tələb etsə də, müqavilənin bağlanmasından sonrakı zamanda baş vermiş hər hansı hala istinad et məmişdir.

9. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar olmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə bağlanarkən cavabdeh müqavilənin yalnız rəsmiyyət üçün bağlandığını, evin dəyərinin 51.000 manat göstərilməsinin də yalnız rəsm iyyət xarakteri daşıdığını, buna görə narahat olmamasını və oğlunun ona olan borcunu ödədikdən sonra müqavilənin ləğv ediləcəyini bildirmişdir. Yəni, müqavilə bağlanarkən aralarında əsas götürdükləri tamam başqa şərait var idi. Ona görə də müqavilə də həmin şəraitlər baxımından rəsmiləşdirilmişdir. Lakin sonradan cavabdehin ona və ailə üzvlərinə qarşı mənzildən çıxarılma barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi artıq onun niyyətinin başqa məqsədlərə xidmət etdiyini göstərmişdir. Cavabdehin müqavilə bağlandıqdan sonra açıq-aşkar surətdə aralarda olan razılaşmanı pozaraq belə bir iddia ilə məhkəməyə müraciət etməsi, müqavilə bağlanarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarmışdır. Artıq bundan sonra o, cavabdeh tərəfindən aldandığını başa düşərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 422.1-ci maddəsi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək, aralarında bağlanmış müqavilədən qeyri-qanuni olaraq ona qarşı istifadə etmiş və əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və bununla da Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. O, cavabdehlər tərəfindən aldandığını sübut edən və həmin mübahisə predmeti olan mənzilin real bazar dəyərini təsdiq edən mütəxəssis rəyini məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən bu sübut kimi nəzərə alınmamış və bununla da məhkəmə tərəfindən MPM-in 76-cı maddəsinin tələbləri pozulmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-664/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinin ləğvinə əsas ola biləcək hallar müəyyən olunmamışdır. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin etibarlılı ğını artıq mübahisələndirmiş və iddiası təmin edilməmişdir. Həmin qətnamədən həmçinin müəyyən olunmuşdur ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək, mənzilin dəyərini təşkil edən 51.000 manat məbləğində vəsaiti notariusun "xxxx" ASC-nin 6 saylı şöbəsində olan depozit hesabına köçürmüşdür.

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 567-ci və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

16. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar q əbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qanunun bu normasından görünür ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi bu müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Cavabdehlə onun arasında bu müqavilə bağlanarkən də cavabdeh bu müqavilənin yalnız rəsmiyyət üçün bağlandığını və bu alğısatqı müqaviləsində evin dəyərinin 51.000 manat göstərilməsi də yalnız rəsmiyyət xarakteri daşıdığını və onun buna görə narahat olmamağını bildirmiş və oğlunun ona olan borcunu ödədikdən sonra bu müqavilənin ləğv ediləcəyini bildirmişdir. Yəni bu müqavilə bağlanarkən onların arasında əsas götürdükləri tamam başqa şərait var idi. Ona görə də bu müqavilə də həmin şəraitlər baxımından rəsmiləşdirilmişdir. Lakin sonradan cavabdehin ona və ailə üzvlərinə qarşı mənzildən çıxarılma barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi artıq onun niyyətinin başqa məqsədlərə xidmət etdiyini göstərdi. Yəni cavabdehin bu müqavilə bağlandıqdan sonra açıq-aşkar surətdə aralarında olan razılaşmanı pozaraq belə bir iddia ilə məhkəməyə müraciət etməsi aralarında bu müqavilə bağlanarkən əsas götürdüyükləri şəraiti əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarmışdır. Artıq bundan sonra o, cavabdeh tərəfindən aldandığını başa düşərək, halhazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

18. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmunun u müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

26. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

27. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

28. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

29. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icras ından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

30. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik o lan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-664/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar