Məhkəmə qərarları › İş №2(103)-1627/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1627/2023

07.02.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1627/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(004)-6154/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(004)- 6154/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərinə istinad edilərək, eyni əsaslarla tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsinə dair qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnəməsinə əsaslanaraq, iş üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(004)-6154/2022 saylı qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərinə əsasən işin icraatına xitam verilməsinin əsaslarından biri (birinci instansiya məhkəməsinin istinad etdiyi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında hazırki məhkəmə mübahisəsindən əvvəl mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi olmuş, həmin mübahisə üzrə iddia təmin olunmamış və məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsinin ləğvi barədə iddia qaldırmışdır. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə müqavilənin etibarsız hesab edilməsi ilə müqavilənin ləğvi və dəyişdirilməsinin hüquqi əsasları fərqlidir. Belə ki, müqavilənin ləğvi və dəyişdirilməsinin hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsi, müqavilənin etibarsızlığının hüquqi əsasları isə Mülki Məcəlləsinin 339-cu maddəsində göstərilənlərlə müəyyənləşdirilir. Lakin, işə baxan birinci instansiya məhkəməsi hazırki iddianın hüquqi əsaslarının bundan əvvəl baxılmış mübahisələndirilən əqdin etibarsızlığı ilə bağlı olan mülki iş üzrə hüquqi əsasların eyni olub-olmamasını araşdırıb, qiymət verməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti əsaslı olmadığından, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(004)- 6154/2022 saylı qərardadı ləğv edilsin və mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar