Məhkəmə qərarları › İş №2(102)-1555/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1555/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1555/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv Prosesində olan “X2 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektron sənədin şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an,elektron sənədin göndərilmə vaxtı, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1, Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbin ə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-7503/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ASC (bundan sonra – iddiaçı yaxud bank) ilə Cavabdeh2 (bundan sonra – borclu) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə bank cavabdehə 24 ay müddətinə, illik 21.5 % dərəcəsi ilə 9000 ABŞ dolları məbləğində kredit vermişdir.

2. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 və Cavabdeh3 borclunun kreditor qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən onun götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına təminat vermişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3504.11 ABŞ dolları əsas borc, 943.82 ABŞ dolları faiz, 3388.21 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 516.95 ABŞ dolları faiz və iş üzrə ödənilmiş 132.60 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş ə əsasən kredit restrukturizasiya olunmuşdur. Borclunun kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (1USD=1.40 AZN) 8120.08 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Lakin, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olar aq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

5. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2410/2022 nömrəli, 6 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim:İlqar Qaralov) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən, iddia təmin edilməməlidir.

8. Belə ki, kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2019-cu il tarixdə bitərək iddia müddətinin axımı başlamış, iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, xx.xx.2022 -ci il tarixdə, yəni 3 ildən artıq müddət keçdikdən sonra elektron kabinet vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da iddia müddəti ötürülmüşdür.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.2, 376-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7503/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqovun sədrliyi və məruzəsi ilə, Xumar Mərdanova və Elnur Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

13. Bundan başqa, məhkəmə kollegiyası bildirmişdir ki, hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə mürac iət etmişdir. İddiaçı iddia ərizəsini elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə verdiyini bildirsə də, AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edildiyi kimi, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə verilmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 442, 448.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayəti nin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək (Vəkil_ apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 21 iyun 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə birinci instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinə əlavə edilən elektron ərizədən çıxarışdan da görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi xx.xx.2022-ci il kimi qeyd edilmişdir. Qeyd olunan bu məqamlar bankın nümayəndəsi tərəfindən məhkəmə prosesi zamanı hakimlərin nəzərinə çatdırılmış və “Elektron məhkəmə” informasiya sisteminə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin xx.xx.2022-ci il tarixdə yükləndiyini təsdiq edən sənədi əyani olaraq onlara göstərərərək təhvil vermiş, lakin məhkəmə kollegiyası nümayəndənin təqdim etdiyi əsaslı sübutu nəzərə almayaraq AZEMİS “Elektron məhkəmə” informasiya sistemində iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərildiyini bildirərək apellyasiya şikayətini təmin etməmişdir.

17. Kassator həmçinin bildirmişdir ki, elektron sənədin göndərilmə və qəbul edilmə tarixləri arasında şübhə doğuran məqamları aradan qaldırmaq üçün AR Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və İnnovasiyalar İdarəsinə sorğu ilə m üraciət edilib, müvafiq cavab alınmamışdır.

18. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 371, 373.2ci, “Elekron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikası Qanununun 28.1ci,Mülki Prosessual Məcəllənin 88,129.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə v erdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 129.1.İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır.Aylarla he sablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

26. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər.Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 28.1. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Kassasiya baxışının hədləri

31. Kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

32. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi tətəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.

34. Belə ki, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2019-cu il tarixdə bitərək iddia müddətinin axımı başlamış, iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, xx.xx.2022 -ci il tarixdə, yəni 3 ildən artıq müddət keçdikdən sonra elektron kabinet vasitəsilə i ddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da iddia müddəti ötürülmüşdür.Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.Bundan başqa, məhkəmə kollegiyası bildirmişdir ki, hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə verdiyini bildirsə də, AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edildiyi kimi, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə verilmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.

35. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyasının əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır.Çünki apelyasiya instansiyası məhkəməsi tərəfindən də müyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2019-cu ildə bitmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq iddia müddəti xx.xx.2022-ci il tarixində tamam olurdu. AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki,iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2022-ci il tarixində, yəni iddia müddətinin son günü elektron imza ilə sistemdə imzalanmaqla məhkəməyə müraciət olunmuşdur.Bu isə Mülki Prosessual Məcəllənin 129.1 və 129.3-cü maddəsinin tələblərinə uyğundur.

36. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.1, 129.3, Mülki Məcəllənin 375.2-ci maddələrinin tətbiqində səhvə yol vermişdir.Yəni, iddia müddətinin keçməsi maddi və prosessual hüquq normalarının tələbinə uyğun müəyyən edilmir.

37. Göstərilənlərə əsasən də iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(103)-7503/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli,iş yenidən baxıl ması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən iş üzrə hallar ətraflı araşdırılmalı, sübutlara Mülkli Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə müvafiq hüquqi qiymət verilərək müəyyən edilmiş hallara tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

38. Qeyd olunanlara əsasən və MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(103)-7503/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxı lması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar