Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1555/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2(103)-717/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2024-cü il tarixdə BMV 5301 markalı, 10DY859 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, İddiaçı məxsus olan **-VV-*** dövlət qeydiyyat nişanlı “Audi A8L” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, Cavabdeh həmin yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 2. "xxxx" tərəfindən tərtib edilmiş 129163 nömrəli, xx.xx.2024-cü il tarixli sığorta aktında əksini tapmış məlumatlara əsasən, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində **-VV-*** dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilə dəymiş zərər ekspertiza keçirilməklə 6750 manat məbləğində müəyyən edilmişdir.
3. İddiaçı xx.xx.2024-cü i l tarixdə yazdığı ərizəsində **-VV-*** dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilinə dəyən zərərin 6750 manat müəyyən edilməsinə razı olduğunu bildirmiş və ödəniləcək sığorta məbləğinin onun bank hesabına köçürülməsini xahiş etmişdir. 4. 06.04.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı 4567 manat sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 23153 manat və dövlət rüsumuna görə ödənilmiş 159,46 manat olmaqla, ümumilikdə 23312,46 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh mülkiyyətində olan və idarə etdiyi **-DY-*** dövlət nömrə nişanlı “BMW 530İ” markalı avtomobil İddiaçı məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DİN BDYPŞ-nin TP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən təsdiqlənir. Həmçinin Bakı şəhər BPİ X2 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin zədələnməsi barədə 008437 nömrəli arayışda da iddiaçıya məxsus **-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobilin arxa hissəsinin zədələnməsi öz əksini tapmışdır. Toqquşma nəticəsində iddiaçı ya məxsus avtomobilə 27.503 maddi zərər dəymişdir. Bu barədə "xxxx" QSC-nin qüsur aktı vardır. Dəymiş ziyanın 27503 manatından 4350 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilsə də, qalan 23.153 manat ziyan məbləği ödənilməmişdir.
7. Cavabdeh məhkəmə iclasında iddia tələbinin qismən, yəni 613 manat hissədə təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4306 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə, “99- VV-899” dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərci 27503 manat müəyyən edilmişdir. Ekspert həmin rəyi verərkən, iddiaçının təqdim etdiyi, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qüs ur aktını əsas götürmüşdür.
9. Cavabdeh rəyə etiraz etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə yenidən ekspertiza təyin edilmiş, ekspertin qarşısında iş materiallarında olan xx.xx.2024cü il tarixli qüsur aktına əsasən dəymiş zərərin hesablanması barədə sual qoyulmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6991 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olunub ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixində tərtib olunmuş qüsur aktına əsasən “**-VV-***” dövlət qeydiyyat nişanlı, “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərci 5.180 manat təşkil edir.
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 613 (altı yüz on üç) mana t pulun tutularaq İddiaçı ödənilməsi və iş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manat hissəsinin İddiaçı, 50 (əlli) manat hissəsinin isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh baş vermiş yolnəqliyyat hadisəsi üzrə təqsirli bilinməsi mülki işin mübahisəsiz halıdır. Vurulmuş zərərlə bağlı məhkəmə xx.xx.2024-cü il tarixli ekspertiza rəyini əsas götürür. Belə ki, ekspert rəyi ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktında vurulmuş zərərin məbləği ilə bağlı müəyyən fərq (1570 manat) vardır. Məhkəmə hesab etmişdir ki, xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdiyi rəy daha əsaslı və mötəbərdir. Yəni, iddiaçıya məxsus * *-VV-*** dövlət nömrə nişanlı “Audi A8L” markalı avtomobilin təmir-bərpa xərcinin təxminən 5180 manat təşkil etməsi xüsusatını məhkəmə qəbul edir (ağlabatanlıq prinsipinə əsasən avtomobilin fotoşəkilləri də nəzərə alınmaqla).
12. Mülki iş üzrə keçirilmiş ilkin və təkrar ekspertiza rəyi üzrə məhkəmə 2-ci (təkrar) rəyi ədalətli və obyektiv nəticəyə gəlmək üçün əsaslı hesab edərək bildirib ki, ilkin rəy iddiaçının özü tərəfindən təqdim edilən qüsur aktı, təkrar rəy isə xx.xx.2024-cü il tarixli 203652 nömrəli ilkin qüsur aktı əsasında tərtib edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli qüsur aktları arasında kəskin fərqin olması və ilkin rəy tərtib edilərkən iddiaçının rəyə etiraz etməməsi, əksinə rəydəki məbləğlə razılaşması sonrakı, yəni, xx.xx.2024-cü il tarixli qüsur aktının şiş irdilmiş əsaslarla tərtib edilməsinə inam yaradır. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində tərtib edilmiş rəyə əsasən avtomobilə vurulmuş zərərin həcmi 5180 manat müəyyən edilmişdir. Vurulmuş zərərin 4567 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1096, 1097, 1108.2, 1108.3-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 107, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx. 2024-cü il tarixli ilkin qüsur aktına və bu akt nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə ekspert rəyinə əsaslansa da, bu özlüyündə yanlış yanaşmadır. Belə ki, xx.xx.2024-cü il tarixli qüsur aktının özündə də qeyd edilmişdir ki, bu ilkin qüsur aktıdır. Həmin aktın “Qeyd” hissəsində isə göstərilmişdir ki, avtomobilin təmiri müddətində əlavə ehtiyat hissələrinin üzə çıxması ehtimalı ilə əlaqədar yekun məbləğ şərtidir. Həmin “Qeyd”ə əsasən bu nəticəyə gəlmək olur ki, xx.xx.2024-cü il tarixli qüsur aktı ilkin qüsur aktı olmaqla sonradan təmir nəticəsində əlavə xərclər yarana bilər. Bununla bağlı praktiki həll yolları və məhkəmə təcrübəsi də göstərir ki, sığorta qurumunun tərtib etdiyi ilkin qüsur aktı əksər hallarda reallığa uyğun olmur və dəymiş zərərin daha az göstərilməsinə yönələrək sığorta qurumunu xərclərdən qorumaq funksiyası daşıyır. Məhkəmə praktikasından da məlumdur ki, zərər çəkmiş şəxslər sığorta hadisəsi üzrə sığorta qurumuna qarşı iddia tələbi ilə çıxış etdikdə digər bir qüsur aktı təqdim edilir və buna uyğun olaraq rəy tərtib edilir. Lakin qətnamədən belə çıxır ki, iddiaçı sığorta qurumuna borcludur. Məsələn ilkin qüsur aktı 6 min manat dəyərində qiymətləndirilərsə və ekspert rəyi də 4 min manat zərər olduğunu müəyyənləşdirərsə, o zaman belə çıxır ki, iddiaçı sığorta qurumuna 1000 manat borclu olacaqdır. Cavabdeh məhkəmənin hazırlıq iclasında 2000 manat verə biləcəyini və barışıq sazişi bağlamağa razı olmuşdur. Belə olan halda cavabdehin də razı olduğu məbləğdən daha az məbləğin tutulması özlüyündə qətnamənin qanunvericiliyin normaları pozulmaq la qəbul edildiyini bir daha göstərir. Hazırkı qətnamə özlüyündə qanuni olmamaqla yanaşı, həm də yanlış presedentə yol aça bilər. Belə ki, digər analoji məhkəmə işlərində sığorta qurumu özü ilkin qüsur aktı tərtib edər və sonradan bunu məhkəmədə mübahisələndirərək öz rəyində qeyd olunan zərər məbləğini azaldar və gələcək iddiaçıları özündən borclu hala salmış olar. Digər məsələ ondan ibarətdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq xx.xx.2024-cü il tarixli ekspertiza təyin edilməsi barədə qərardadında vurğulamışdır ki, sadəcə xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən rəy verilsin. Bu qərardad isə eksperti məhdud çərçivəyə salmış və o mülki iş üzrə düzgün rəy vermək imkanından faktiki olaraq məhrum olmuşdur. Bununla bağlı bildirmişdir ki, özlüyündə xx.xx. 2024-cü il tarixli ekspert rəyi mötəbər sübut sayıla bilməz. Məhkəmə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qüsur aktları arasında qarşılıqlı əlaqə və müqayisəli təhlillə bağlı, həmçinin ekspertin səlahiyyətinə aid məsələlərdə müstəqil olaraq rəy verə bilməsi ilə bağlı qərardad qəbul etməli olduğu halda, bunu etməyərək qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmənin iddiaçının ilkin qüsur aktına etiraz etməməsi və məbləğlə razılaşması barədə fikrinə münasibətdə isə bildirmişdir ki, burada olan dəymiş ziyanla razılaşma halı zərurətdən doğmuşdur. Həmçinin iddiaçının akta etiraz edib-etməməsinin işin halları üzrə hər hansı bir əhəmiyyət kəsb etmədiyi də açıq-aşkardır. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsində qeyd edilmişdir ki, üçüncü şəxsə dəyə bilə n zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Əgər sığortanın verəcəyi maksimum məbləğ 5000 manat deyil daha çox olsa idi, iddiaçı təbii ki ilkin qüsur aktı ilə razılaşmazdı. Buradan da görünür ki, iddiaçı sığorta hadisəsi üzrə maksimum məbləği almışdır və onun sığorta qurumu ilə hər hansı bir mübahisəsi qalmamışdır. Məhkəmənin “ağlabatanlıq prinsipinə əsasən”avtomobilin fotoşəkilləri də nəzərə alınmaqla və daxili inamına əsasən dəymiş zərərin az olduğu qənaətinə gəlməsi barədə tezisi də qəbul etməyiblər. Bununla bağlı qeyd etmişlər ki, məhkəmə fotoşəkillərə əsaslanaraq dəymiş zərəri müəyyən ed ə bilməz. Həmçinin sözügedən maşın Audi A8L maşınıdır ki, bu kifayət qədər bahalı maşındır və onun təmiri də xüsusi şəraitdə və xüsusi ustalar tərəfindən edilməlidir. Məhkəmə fotoşəkillərə əsasən özlüyündə qiymət formalaşdırsa da, nədənsə avtomobilin təmiri üzrə 50 manat elektrik işi, 80 manat çilingər işi kimi “gülünc” məbləğlərlə razılaşmışdır. Son olaraq qeyd etmişdir ki, məhkəmə qətnamədə qeyd edib ki, iddiaçının vəkili məhkəmə iclasında iddiaçının avtomobilə həqiqətən yüksək məbləğdə xərc çəkdiyini, bunun həqiqət olmasına məhkəməni inandırmağa çalışsa da, məhkəmə izah edir ki, qətnamə hakimin və ya vəkilin inamı ilə deyil, qanun və işdə olan sübutlar əsasında qəbul edilməlidir. Bundan əlavə, məhkəmə iclasında deyilən yüksək məbləğin konkret olaraq hansı məbləğ olması da qeyrimüəyyəndi r. Avtomobilə həqiqətən yüksək xərc çəkildiyi deyərkən xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilən məbləğdən daha çox xərc çəkildiyi nəzərdə tutulmuşdur. Həmçinin avtomobil “vuruqsuz” və “boyasız” olduğu halda cavabdehin səhlənkarlığı nəticəsində iddiaçının avtomobilinin bazar dəyəri bir xeyli azalmışdır ki, hələ iddiaçı bununla bağlı hər hansı bir tələb irəli sürməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) 2025-ci il 9 yanvar tarixli 2(103)-717/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ilkin qüsur aktı əsas götürülməlidir. Göründüyü kimi, iddiaçı özü də həmin qüsur aktını qəbul etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, həmin qüsur aktı tərtib edilərkən Cavabdeh iştirakı təmin olunmamışdır. 15 may 2024-cü il tarixli məktubla Atəşgah Sığorta şirkəti bildirmişdir ki, sığortalıya məlumat vermək öhdəliyi olmayıb. Bu səbəbdən məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ilkin qüsur aktı əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli, S/6991 saylı rəy əsas götürülməlidir. Həmin rəydən müəyyən olunur ki, avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarına (mağazalarında) və Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında müəyyənləşdirilən dəyişilməli hissələr - 4100 manat məbləğində, təmir bərpa işləri 1080 manat məbləğində müəyyən edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, 14 mart 2024-cü il tarixli, 203652 nömrəli qüsur aktında arxa buferin dəyəri 600 manat, arxa bufer kantının dəyəri 200 manat, arxa panelin dəyəri 300 manat, səs boğucu avadanlığın dəyəri 2000 manat, arxa bufer nikelinin dəyəri 370 manat, rəngsaz işinin dəyəri 600 manat məbləğində göstərilsə də, 13 sentyabr 2024-cü il tarixli, S/6991 saylı ekspert rəyində arxa buferin dəyəri 500 manat, arxa bufer kantının dəyəri 150 manat, arxa panelin dəyəri 250 manat, səs boğucu avadanlığın dəyəri 1000 manat, arxa bufer nikelinin dəyəri 200 manat, rəngsaz işinin dəyəri 400 manat məbləğində göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının avtomobilinin sığortalandığı "xxxx" ASC tərəfindən iddiaçıya 4567 mana t məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə sığorta şirkəti tərəfindən ödənilməmiş 5180 - 4567 = 613 manat məbləğində pul tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 925-1.1, 1096.1, 1096.2, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. İddiaçı kassasiya şikayə tini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşü lür.
29. Maddə 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəq liyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan m üstəqil ekspert tərəfindən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tər əfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər in təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifa yətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instans iyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2(103)717/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.