Məhkəmə qərarları › İş №2(102)-1556/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1556/2019

10.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1556/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-3749/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (hakim E.F.Qurbanov) 2(032)-1903/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyət inin cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh6 və cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməyə göndərilməsi barədə cavabdehin vəkilinin vəsatəti təmin edilməməmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim E.F.Qurbanov) 2(032)-1903/2018 nömrəli iş üzrə 30 oktyabr 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın (hakimlər F.N.Abbasov (sədrlik edən və məruzəçi), T.X.Heydərov T.S.Kərimov) 2(106)-3749/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş üzrə Şirvan Şəhər Mə hkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh6 və cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh6 və cavabdeh6 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000000876 saylı kredit razılaşması üzrə 34468,75 ABŞ dolları məbləğində kredit borcu, 20274,22 ABŞ dolları məbləğində faiz borcu və 34567,12 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 89310,10 (səksən doqquz min üç yüz on dollar on sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə idd ia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə göndərərək mülki işin məhkəmə aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki mülki işin iqtisadi mübahisə olduğundan iş materiallarını aidiyyatı üzr ə Şirvan İnzibati-İqtisadi məhkəməsində baxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)3749/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadının tamamilə ləğv edilməsi və şikayətin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-3749/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göstərilən Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici, işlərin iqtisad məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. İddia tələblərindən aydın olur ki, iddia «xxxx» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən fiziki şəxslər olan cavabdehlərə qarşı qaldırılmışdır və həmin fiziki şəxslərin fərdi sahibkar olduğuna dair iş materiallarında hər hansı sübut mövcud deyildir. İddia ərizəsinin məzmunundan isə aydın olur ki, iddiaçının iddiası mahiyyət etibarilə iqtisadi xarakterli olmamaqla, iddia tələbi, verilmiş kreditin geri tələb olunmasını ehtiva etməklə tamamilə mülki müqavilə münasibətlərindən qaynaqlanmaqdadır. Azərbaycan Respublikasının MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilən Məcəllənin 35.1-ci maddəs inə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sözügedən Məcəllənin 36-cı maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin aidiyyat barədə vəsatətinin əsaslı olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qanunvericiliyinin yuxarıda göstərilən tələblərini nəzərə alıb düzgün olaraq işin aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməyə göndərilməsinə dair cavabdeh in vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər Apellyasiya Məhkəməsinin qanuni və əsaslı olan qərardadının ləğvinə əsas ola bilməz. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkan prosessual hüquq normaları duzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya ş ikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-3749/2018 nömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyəi minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar