Məhkəmə qərarları › İş №2(102)-1556/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1556/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1556/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbinə dair 23.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)1191/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Baki şəhər X2 İdarəsinin 03 sentyabr 2020-ci il ta rixli “İnzibati tənbeh vermə haqqında” qərardan və digər sənədlərdən görünür ki, Cavabdeh idarə etdiyi “Lexsus LX” minik markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində Sabir-98” MMM-nin mülkiyyətində olan və Adəm İsmayılov tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir.

2. AD seriyalı 860716 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsin”dən görünür ki, “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sabir-98” MMM-nin mülkiyyətindədir.

3. AD ser iyalı 459981 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsin”dən görünür ki, “Lexsus LX” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMM-nin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “23.507,50 manat” pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh idarə etdiyi “Lexsus LX” markalı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq iddiaçıya 23.507,50 manat ziyan vurub. Cavabdeh barəsində Bakı şəhər X2 tərəfindən 03 sentyabr 2020- ci il tarixli “ İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Dəfələrlə cavabdehdən ziyanın ödənilməsi tələb olunsa da, bunun heç bir nəticəsi olmamışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, sözügedən hadisə nəticəsində “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 22.883 manat ziyan dəymişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(007)729/2021 saylı qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə 22.883 manat pulun tutulması qət edilmişdir.

8. Məhkəmə işin hall arını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab etmişdir ki, cavabdeh iddiaçıya qarşı delikt törətmişdir və bu səbəbdən də cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə 22883.00 manat pul tutulmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1 maddələrinə, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni q ətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 03 sentyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində cavabdehin idarə etdiyi “Lexsus LX” markalı nəqliyyat vasitəsi ilə iddiaçı təşkilatın mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobil arasında toqquşma baş vermişdir. Nəticədə hər iki avtomobil əzilmişdir. Bundan sonra Bakı şəhər X2 tərəfindən 03 sentyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Cavabdehin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası müqaviləsinə əsasən "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobilin zərərini müəyyənləşdirmək üçün “X3”-ə müraciət etmiş və “X3” 09 sentyabr 2020-ci il tarixli qüsur aktı tərtib edərək iddiaçı təşkilatın avtomobilinə dəymiş zərər 13.000 manat həcmində müəyyənləşdirmişdir. Daha sonra iddiaçı təşkilatın nümayəndəsi Adəm İsmayılov 01 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC-dən cavabdehin nəqliyyat vasitəsi ilə vurduğu zərərin əvəzi qismində 5.000 manat pul almış və siğorta ödənişi ilə razılaşmışdır. Daha sonra iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək dəymiş maddi ziyana görə cavabdehdən 23.507,50 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, iddiaçı təşkilat "xxxx" ASC-dən almış olduğu 5.000 manat pulu iddia ərizəsində göstərməmiş, avtomobili təmir etdirməsini məhkəmədən gizlətmiş, ona dəymiş zərər i şişirtmək üçün lazım olan detalların qiymətini artıq göstərmiş, təmirlə aradan qaldırılması mümkün olan detalların yenisinin qiymətini yazmış və zədələnməmiş detalları da əlavə etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin mülki məsuliyyətinin icbari siğortası müqaviləsinin olub-olmamasını araşdırmamışdır. Nəticədə iddiaçı təşkilatın xeyrinə əlavə 5.000 manat pul tutulmuşdur. Bundan başqa birinci insatnsiya məhkəməsi iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin hadisədən sonra təmir olunubolunmaması, əgər təmir olunubsa təmir üçün nə qədər pul xərclənməsi halını araşdırmamışdır. Halbuki, həmin halların araşdırılması iş üçün olduqca vacib olmaqla dəymiş real zərərin həcminin müəyyən edilməsinə köməklik göstərəcəkdir. Birinci instansiya məhkəməsi əsasız olaraq iddiaçı təşkilata də ymiş zərərin məbləğini 22.883 manat müəyyənləşdirmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2021- ci il tarixli ekspert rəyi iddiaçı təşkilatın təqdim etdiyi qüsur aktı əsasında verilmişdir. Həmin qüsur aktında isə təmirlə aradan qaldırılması mümkün olan detalların yenisinin qiyməti yazılmış və zədələnməmiş detallar da əlavə edilmişdir. Halbuki "xxxx"ASC-nin təşəbbüsü ilə alınmış “X3”-in 09 sentyabr 2020-cı il tarixli qüsur aktında zədələnmiş detallar, onların bərpası xərcləri və qiyməti ətraflı şəkildə müəyyən edilmişdir. Eləcə də hadisədən sonra iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin foto şəkillərindən hansı detalların zədələnməsini, hansı detalların yenisi ilə əvəz edilməli olması, hansı detalların təmir edilməli olmasını müəyyən etmək mümkündür. Belə olan halda iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməli və ekspert qarşısında “X3”-in 09 sentyabr 2020-cı il tarixli qüsur aktı ilə göstərilmiş zədələnən detalların qiymətləri və təmir xərclərinin müəyyən edilməsi üçün sualları qoyulmalıdır. Eləcə də iş üzrə məhkəmə avtotexniki ekspertizası təyin olunmalı və ekspert qarşısında iddiaçı təşkilatın avtomobilinin hadisədən sonra olan şəkilləri əsasında hansı detalların zədələnməsinin, hansı detalların təmir edilərək bərpasının mümkün olmasının müəyyən edilməsi üçün suallar qoyulmalıdır.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, “Hyundai Elantra” Markalı, ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan hissələrinin qiyməti təzə his sələrin qiymətinə müvafiq hesablanmaqla 16.622 manat müəyyən edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-1191/2022 saylı qətnaməsi ilə (hakimlər –A.Tanrıverdiyev sədrlik edən, məruzəçi, İ.Şirinov, C.Yusifov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin olunmuş, cavabdehdən 11.622 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası müqaviləsinə əsasən "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobilin zərərini müəyyənləşdirmək üçün “X3 ”-ə müraciət etmiş və “X3” 09 sentyabr 2020-ci il tarixli qüsur aktı tərtib edərək, iddiaçı təşkilatın avtomobilinə dəymiş zərəri 13.000 manat həcmində müəyyənləşdirmişdir. Lakin, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatı zamanı “X3”in 09 sentyabr 2020-ci il tarixli qüsur aktı əsasında deyil, daha sonra verilmiş “Auto Azərbaycan”ın 11 sentyabr 2020-ci il tarixli qüsur aktı əsasında ekspert rəyi verilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sonuncu rəy “X3”in 09 sentyabr 2020-ci il tarixli qüsur aktında müəyyən edilən məbləğdən kəskin surətdə fərqlənir. Bundan başqa, icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin zərərini müəyyənləşdirmək üçün “X3”-ə müraciət etmiş və dəymiş zərər müəyyənləşdirilər kən həmin akt əsas götürülmüşdür.

16. Qeyd edilənlərə əsasən, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, aktlar arasında kəskin fərq olması məhkəmə kollegiyasında şübhə yaratmış və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin zərərini müəyyənləşdirmək üçün “X3”-ə müraciət etdiyindən qərardadda “X3”in 09 sentyabr 2020-ci il tarixli qüsur aktı əsasında rəy verilməsi göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, həmin rəy digər sübutlarla yanaşı qiymətləndirilməklə, hazırki mübahisənin həllində əsas götürülməlidir.

18. Məhkəmə kollegiyası mülki iş materialların da olan 12 oktyabr 2020-ci il tarixli sığorta aktına əsasən qeyd etmişdir ki, zərər dəymiş “Hyundai Elantra” Markalı, 10AY085 dövlət qeydiyyat nişanlı avtomobilə görə, İddiaçı MMM-ə 5.000 manat məbləğində sığrota ödənişi ödənilmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi həmin ödənişi nəzərə almamış və həmin məbləği müəyyən etdiyi zərərin məbləğindən çıxmamışdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, ödənilmiş 5.000 manat sığorta ödənişi ekspert rəyi ilə müəyyən edilən 16.622 manat məbləğdən çıxılaraq cavabdehdən iddiaçının xeyrinə 11.622 manat pul tutulmalıdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 31 may 2002-ci il tarixli Qə rarına, Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1-ci maddələrinə, habelə MPM-nin 101.7, 103.1, 119.1, 384.0, 384.0.2, 385.1, 385.1.2, 386, 387.1, 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X3” 09 sentyabr 2020-cı il tarixli qüsur aktı tərtib edərək, iddiaçı təşkilatın avtomobilinə dəymiş zərəri 13.000 manat həcmində müəyyənləşdirmişdir. Əgər bundan sonra “Auto Azərbaycan” şirkətinin 11 senty abr 2020-ci il tarixli qüsur aktı əsasında verilən ekspert rəyi ilə “X3”-in qüsur aktı arasındakı ziddiyyət məhkəməyə şübhəli gəlibsə və eyni zamanda “Auto Azərbaycan” şirkətinə məxsus qüsur aktı əsasında verilən ekspert rəyi tam olaraq əsassızdırsa, apellyasiya instansiyası məhkəməsi hansı əsasla 11.622 manat məbləğdə pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ödənilməsi nəzərdə tutulan məbləğ real zərəri ifadə etmir, məsələ ilə bağlı müxtəlif müəssisələrin hazırladığı qüsur aktı biri-birinə ziddiyyətli qiymətlər müəyyənləşdirmiş və bu da işin düzgün araşdırılmamasının nəticəsində meydana gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində iddiaçı təşkilat "xxxx" ASC-dən almış olduğu 5.000 manat pulu iddia ərizəsində gösə rməmiş, avtomobili təmir etdirməsini məhkəmədən gizlətmiş, ona dəymiş zərəri şişirtmək üçün lazım olan detalların qiymətini artıq göstərmiş, təmirlə aradan qaldırılması mümkün olan detalların yenisinin qiymətini yazmış və zədələnməmiş detalları da əlavə etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları

24. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakı nın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür;

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şi kayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiyas instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh idarə etdiyi “Lexsus LX” markalı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq iddiaçıya 16.622 manat ziyan vurmuşdur. Cavabdeh barəsində Bakı şəhər X2 tərəfindən 03 sentyabr 2020- ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəx sin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

44. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

45. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

46. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdeh idarə etdiyi “Lexsus LX” minik markalı, 99 Sv 899 dö vlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Hadisə nəticəsində iddiaçının mülkiyyətində olan və Adəm İsmayılov tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir.

47. Həmçinin mülki iş materiallarından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası müqaviləsinə əsasən "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobilin zərərini müəyyənləşdirmək üçün “X3”-ə müraciət etmiş və “X3” 09 sentyabr 2020-ci il tarixli qüsur aktı tərtib edərək, iddiaçı təşkilatın avtomobili nə dəymiş zərəri 13.000 manat həcmində müəyyənləşdirmişdir. Lakin, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatı zamanı “X3”in 09 sentyabr 2020-ci il tarixli qüsur aktı əsasında deyil, daha sonra verilmiş “Auto Azərbaycan”ın 11 sentyabr 2020-ci il tarixli qüsur aktı əsasında ekspert rəyi verilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi işin hallarına nəzərə alıb qeyd etmişdir ki, sonuncu rəy “X3”in 09 sentyabr 2020-ci il tarixli qüsur aktında müəyyən edilən məbləğdən kəskin surətdə fərqlənir. Bundan başqa, icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin zərərini müəyyənləşdirmək üçün “X3”-ə müraciət etmiş və dəymiş zərər müəyyənləşdirilərkən həmin akt əsas götürülmüşdür.

49. Qeyd edilənlərə əsasən, işə apell yasiya instansiyası məhkəməsində baxılan zaman, aktlar arasında kəskin fərq olması məhkəmə kollegiyasında şübhə yaratmış və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin zərərini müəyyənləşdirmək üçün “X3”-ə müraciət etdiyindən qərardadda “X3”in 09 sentyabr 2020-ci il tarixli qüsur aktı əsasında rəy verilməsi göstərilmişdir.

50. Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, “Hyundai Elantra” Markalı, ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan hissələrinin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16.622 manat müəyyən edilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər ha nsı hal aşkar edilmədiyindən, məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, həmin rəy digər sübutlarla yanaşı qiymətləndirilməklə, hazırki mübahisənin həllində əsas götürülməlidir.

52. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

53. Apellyasiya instansiyası məhkəməsi, mülki iş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli sığorta aktına əsasən qeyd etmişdir ki, zərər dəymiş “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçıya 5.000 manat məbləğində sığrota ödənişi ödənilmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi həmin ödənişi nəzərə almamış və müəyyən etdiyi zərərin məbləğindən çıxmamışdır.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd oluna nları nəzərə alıb hesab etmişdir ki, ödənilmiş 5.000 manat sığorta ödənişi ekspert rəyi ilə müəyyən edilən 16.622 manat məbləğdən çıxılaraq cavabdehdən iddiaçının xeyrinə 11.622 manat pul tutulmalıdır.

55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlər ə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-1191/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar