Məhkəmə qərarları › İş №2(102)-156/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-156/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-156/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu - (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 XXXna tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-136/2016 nömrəli iş üzrə xx xxxxx 2016-cı il tarixli qərardadı ilə (hakim Z.Əliyev) İddiaçı2 XXXanın İd diaçı1 və X7 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələbləri barədə mülki iş ayrıca icraata ayrılmışdır. Birinci instansiya məhkəməsinin 2(009)-136/2016 nömrəli iş üzrə xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) İddiaçı2 X1, Cavabdeh4, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı “çıxarışların, alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi” tələblərinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, XXX qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı1 adına verilmiş şəhadətnamənin, İddiaçı1 ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin, habelə X8 ilə İddiaçı2 XXXna arasında bağlanmış alqı-satqı müqaviləsinin, İddiaçı2 XXXnanın adına verilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün, habelə xx.xx.2008-ci il tarixli çıxarışın Cavabdeh4 və Cavabdeh2 məxsus torpaq sahələri ilə üst-üstə düşən 57 kvadrat metr hissəsində etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsinin 2(009)-2601/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) İddiaçı2 XXXnanın İddiaçı1 və X7 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələblərinə dair iddiası təmin olunmuş, İddiaçı1 öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı İddiaçı2 XXXnanın mülkiyyətində olan 243 kvadrat metr torpaq sahəsindən tikililərin İddiaçı1 öz vəsaiti hesabına sökülərək çıxarılması, İddiaçı3 42000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respu blikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq İddiaçı2 XXXnaya ödənilməsi qət edilmişdir. Apellyasiya baxışı zamanı işlər bir icraatda birləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-551/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi) X.Mərdanova və İ.Vəliyev) İddiaçı2 XXXna, X8 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin xx xxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılıraraq İddiaçı2 XXXnanın “çıxarışların, alqı-satqı müqavil ələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 xx.xx.2014-cü il tarixdə verilən çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 XXXnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kvadrat metr hissədə, X4 və Cavabdeh2 arasında bağlanan xx xxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Cavabdeh2 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 XXXnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kvadrat metr hissədə; X4 və C avabdeh4 arasında bağlanan xx xxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Cavabdeh4 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 XXXnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kvadrat metr hissədə etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 XXXnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı1 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində İddiaçı1 tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonr a – kassasiya instansiyası məhkəməsi) 2(102)-6519/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov) İddiaçı2 XXXnanın kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı1 kassasiya şikayəti tam təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi İddiaçı1 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-128/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) İddiaçı2 XXXna, X8 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi «İddiaçı1 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində» ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı2 XXXnanın mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı1 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində İddiaçı1 tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuşdur. İddia çı2 XXXna kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 2(103)-128/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin yalnız onun apelyasiya şikayətinin qismən təmin edilməsi hissəsində ləğv edib ilkin iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti 2(102)5397/20 nömrəli iş üzrə Ali Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Kassasiya şikayəti icraata qəbul edilərkən nəzərə alınmamışdır ki, kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin aktı yalnız İddiaçı1 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilərək yeni baxışa qaytarıldığı üçün yeni apellyasiya baxışı zamanı qətnamə yalnız həmin hissədə yoxlanılmış, bu hissədə isə kassatorun iddiası təmin olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məcəllənin 417.1.7-ci maddəsinə müvafiq olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraat a qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Ona görə də hazırkı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilərək, şikayət kassasiya baxışından çıxarılmalı, iş iddiaçının kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 403 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)128/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 XXXnanın verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı2 XXXnanın kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar