Məhkəmə qərarları › İş №2(102)-156/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-156/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-156/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “X1” ASC-nin Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-156/22 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 2(106)2025/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Köçəri Rəşidov, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borca görə 1.698,12 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcuna görə 2.078,97 manat, icrası gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faizə görə 221,23 manat olmaqla, cəmi 3.998,32 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Y.X.Həşimov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borca görə 1.698,12 manat, faizə görə 683,51 manat, 02 yanvar 2018-ci ildən 29 iyul 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 221,23 manat olmaqla, cəmi 2.602,86 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 02 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 7.000 manat kredit verilib və həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 02 may 2014-cü il tarixli, 01, 02, 03 saylı zaminlik müqavilələrinə əsasən digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4la zaminlik müqavilələri bağlanıb. 02 may 20 16-cı il tarixli, 01 saylı əlavə müqaviləsinə əsasən, tərəflər 02 may 2014-cü il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə edilmiş dəyişikliklərlə bağlı müqavilə üzrə qalıq 4.146,27 manat borcun geri ödənilməsi müddətinin 02 yanvar 2018-ci il tarixədək uzadılmasını və ödənişin yeni ödəniş qrafikinə uyğun şəkildə əsas və ona hesablanmış faiz borclarını ödəməsinə dair razılığa gəlmişlər. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına görə borclu Cavabdeh1 iddiaçı olan əsas borcu 1.698,12 manat, 02 yanvar 2018-ci il tarixədək hesablanmış faiz borcu 2.078,97 manat, 02 yanvar 2018-ci ildən 28 iyul 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 221,23 manat olmaqla, cəmi 3.998,32 manat borcu vardır. Lakin, borclu Cavabdeh1 sözügedən kredit mü qaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. İddia, əsas borcun və müqavilə müddətinin bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 221,23 manat faiz borcunun tutulması hissəsində əsaslı olsa da, müqavilə müddəti üçün hesablanmış faiz borcuna aid hissədə əsaslı deyil. Belə ki, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında borclu Cavabdeh1 02 yanvar 2018-ci il tarixədək hesablanmış faiz borcunun 2.078,97 manat olduğu qeyd edilsə də, 02 may 2016-cı il tarixli müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində onun müqavilə müddətinin bitdiyi 02 yanvar 2018-ci il tarixə faiz borcunun 683, 51 manat olduğu qeyd edilib. Belə olan halda iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləs inin 442, 445.1, 448.1, 472.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.M.Allahyarov sədrlik edən, məruzəçi, Z.A.Zeynalov və M.K.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Füzuli Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini 442, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı "xxxx" ASC, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəlləni n 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdi yi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələ lərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarından tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tə min olunması üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 02 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 7.000 manat kredit verilib və həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 02 may 2014-cü il tarixli, 01, 02, 03 saylı zaminlik müqavilələrinə əsasən digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4la zaminlik müqavilələri bağlanıb. 02 may 2016-cı il tarixli, 01 saylı əlavə müqaviləsinə əsasən, tərəflər 02 may 2014-cü il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə edilmiş dəyişikliklərlə bağlı müqavilə üzrə qalı q 4.146,27 manat borcun geri ödənilməsi müddətinin 02 yanvar 2018-ci il tarixədək uzadılmasını və ödənişin yeni ödəniş qrafikinə uyğun şəkildə əsas və ona hesablanmış faiz borclarını ödəməsinə dair razılığa gəlmişlər. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına görə borclu Cavabdeh1 iddiaçı olan əsas borcu 1.698,12 manat, 02 yanvar 2018-ci il tarixədək hesablanmış faiz borcu 2.078,97 manat, 02 yanvar 2018-ci ildən 28 iyul 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 221,23 manat olmaqla, cəmi 3.998,32 manat borcu vardır. Lakin, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. İddia, əsas borcun və müqavilə müddətinin bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 221,23 manat faiz borcunun tutulması hissəsində əsaslı olsa da, müqavilə müddəti üçün hesablanmış faiz borcuna aid hissədə əsaslı deyil. Belə ki, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında borclu Cavabdeh1 02 yanvar 2018-ci il tarixədək hesablanmış faiz borcunun 2.078,97 manat olduğu qeyd edilsə də, 02 may 2016-cı il tarixli müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində onun müqavilə müddətinin bitdiyi 02 yanvar 2018-ci il tarixə faiz borcunun 683, 51 manat olduğu qeyd edilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında kredi t, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsi, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borcunun olması mülki iş materialları ilə istisna edilmədiyindən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, borclu Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi ü çün əsasların olmadığını, işə apellyasiya qaydasında baxılarkən səhhətində olan narahatçılığa görə məhkəmə iclasında iştirak edə bilmədiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudlu ğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 2(106)-2025/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar