Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-156/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)- 417/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 3,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə Nümayəndə3 (0,79 ha), X3 (0,79 ha), X2 (0,79 ha), İddiaçı (1,58 ha) adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən, "xxxx" MMC-dən və Cavabdeh3 ASC-dən müştərək qaydada iddiaçıya məxsus pay torpaq sahəsinə ümumilikdə vurulan 51.605 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Beyləqan rayonu ərazisində yaşayır. İddiaçı xırda sahibkarlıqla məşğul olur və qazanc əldə edir. Respublikada islahat gedərkən onlara da ailəlikcə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini əkib becərməklə və icarəyə verməklə dolanırlar. Həmin pay torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqın da daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********10 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestri Beyləqan Ərazi İdarəsinin reyestr nömrəsi Torpaq Sahəsinin plan və ölçüsü ilə 3.95 ha pay torpaq sahəsi qanuni qaydada sənədləşdirməklə mülkiyyətlərinə keçirmişlər. Həmin torpaq sahəsinə təzə vaxtlarda yonca məhsulu əkmişdir. Cavabdeh "xxxx" ASC, "xxxx" MMC iddiaçıya məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik xətti çəkməklə yeri və məhsulu məhv etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X6 Filialı xx.xx.2021-ci il tarixdə müraciətindən sonra yerə baxış keçirmiş və idd iaçıya məxsus torpağa və əkilmiş bitkiyə ziyan vurulduğunu 28/21 E-007 aktla bir daha təsdiq etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi şəkillərdən də məlum olur ki, ağır tonnajlı maşınların təkərləri altında torpaq eroziyaya uğramış, yer bərkiyərək sıxılmış və əkilmiş bitki məhv edilmişdir. Beləliklə iddiaçıya məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik dirəyinin basdırılması və enerjinin ötürülməsi ilə torpaq sahəsi azalmış və ziyana məruz qalmışdır. 160 metr uzunluğunda, 4 metr enində torpaq və bitki kolları məhv edilmişdir. Belə məhv edilmiş əkin sahəsində iki hissə vardır. Ümumi ciddi ziyan dəyən sahə 0,13 ha pay torpaq sahəsi eroziya uğramışdır. 4 metr uzunluğunda, 0,95 metr dərinliyində iri tutumlu 2 ədəd əhəmiyyətli, əsas suvarma kanalı məhv edilmişdir, nəticəs ində bərpa edilməsi üçün 500 manat xərc tələb edir. Sahə içi 10 ədəd, 4 metr uzunluğunda, 0,40 metr dərinliyində, cəmi 40 metr uzunluğunda xırda suvarma kanalları (sahə içi) məhv edilmişdir, bərpası üçün 500 manat xərc tələb edir. Bu da videolarda açıq görünür. Sahənin digər hissəsində əkin sahəsində 60-70 metr uzunluğunda, 4 metr enində əkinin digər hissəsində ağır tonnajlı maşınların hərəkəti nəticəsində 280 kv.m. yerə zərər vurulması nəticəsində və həmin yerin bərpası 400 manat xərc tələb edir. İddiaçı 3,95 ha pay torpaq sahəsindən hər il 4 ton yonca toxumu götürdüyünü nəzərə almaqla 0,13 ha pay sahəsindən il ərzində bir mövsümdə 121 kq yonca toxumu götürmək mümkündür. Yonca toxumunun 7 il məhsul verməsini nəzərə alsalar 121x7=847 kq yonca toxumu edir. Yonca toxumunun hazırda region baz arında 6 manat olduğunu nəzərə almaqla 847x6=5082 manat edir. Əlavə bu hissələrin bərpa edilməsi üçün 600 manat əlavə xərc tələb olunur. Toxum bir ilin 4 ayının məhsuludur, yəni 90- 100 günə yetişir. Toxumu sahədən götürdükdən sonra isə torpaq sahəsi növbəti mövsümə qədər payızlıq-qışlıq otarılması üçün heyvandarlıqla məşğul olan şəxslərə icarəyə verilir. Hər hektar bir sezon üçün 1000 manata icarəyə verilir. Beləliklə məhv edilən ərazinin, yəni 0,13 ha pay torpaq sahəsinin satış qiyməti isə 921 manatdır. Yonca bitkisini toxumluq toxumluq saxlanması üçün mövsümü 5 biçinin 1-ci biçildikdən sonra 90-100 gün ərzində, yəni iyunsentyabr aylarında toxum tədarük edilir. Birinci biçin - may ayında olur, ot-yonca presinin hazırki bazar qiyməti 4.50-5 manat olmaqla hər hektardan iki yüz əlli pres götürmək mümkündür. 4 ha x 250=1000, 1000 x 5=5000 manat ziyan birinci biçində dəymişdir. Bundan əlavə toxum biçilib götürüldükdən sonra toxumaltı sayılan yonca bitkisində satılır ki, hazırki bazar qiymət 3 manatdır. Toxumaltı yonca presinin orta sayı 4 hektara 800 pres ola bilər. Bu da 800 x 3 = 2400 manat edir. Sahəsinə basdırılan dirək gələcəkdə enerji verilişi təmin olunduqdan sona yüksək gərginlikli (110 min kilovatlıq) xətt olduğu üçün bir tərəfdən 20 metr, ümumilikdə 40 metr mühafizə zolağı olmalıdır. Bu da yerin (40x160) 6400 kv.m. və ya 64 sot (0,64 ha) məhv edir. Yerin hazırki bazar qiyməti hazırda hər hektar üçün 25.000 manat təşkil edir. 3.95 ha – 100.000 manatdırsa, 64 sotun qiyməti 16.202 manat təşkil edir. Yüksək gərginlikli elektrik xətti olduğu üçün enerji verilişi haqqınd a qanuna əsasən 110.000 kv-luq xəttə mühafizə zolağı mütləq lazımdır. Bu onların ailəsinin ümumi mülkiyyət payıdır və bunu nəzərə alsalar ki, islahatdan sonrakı 25 ildə onların ailəsinə məxsus olubsa – ailə başçısını itirdikdən sonra iddiaçıya, ondan sonra bütün vərəsələrinə (uşaqlarına, nəvələrinə) mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcəkdə nəzərə alınmaqla, dirəyin basdırılmağına torpağa dəyən ziyan 10.000 manat təşkil edir. Bundan əlavə gələcəkdə hər hansı bir qəza zamanı nəzərə alsalar ki, yüksək gərginlikli elektrik xəttinin altında insan işləyir yə yoxsul kəndlinin əməyi zamanı insan həyatı təhlükədir. Təhlükəni əvvəlcədən sığortalamaq düşünülməmişdir. Əkin sahəsində il uzunu iş gedir və bu elektrik xəttinin insan həyatı üçün təhlükəsi enerji mütəxəssisləri tərəfindən hes ablanmalıdır. Qəzalardan sığortalanmaq üçün 10.000 manat iddia edir. İddiaçı bütün bu hesablamaları aqronom mütəxəssislə birlikdə araşdırmaqla aparmışlar. İddiaçı bir neçə dəfə cavabdehdən ona vurulan ziyanı istəsə də, onlar ödəməkdən imtina edirlər.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onlar quraşdırma işlərini hamıdan xəbərsiz və təkbaşına qərarları ilə həyata keçirməmişlər, onların podrat müqaviləsi olub. İddia ərizəsində qeyd olunan məbləğlər şişirtmədir və həqiqəti əks etdirmir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddianın onlarla heç bir əlaqəsi olma mış, podrat müqaviləsi əsasında "xxxx" MMC işləri həyata keçirdiyindən iddia tələbi Cavabdeh3 ASC-yə münasibətdə təmin oluna bilməz.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/537-9/4031 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən: - tədqiqata təqdim edilmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundakı aqronom r əyinə və Daşınmaz əmlakın reyestr № **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəyə əsasən Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir və bunun səbəbi elektrik xəttinin çəkilişi zamanı olmuşdur (bioloji tədqiqat). - Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubundakı X5 aqronom rəyində və Daşınmaz əmlakın reyestr № **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəydə və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir. Lakin həmin mütəxəssis rəylərində dəymiş ziyanın məbləği və məhsuldarlığı barədə heç bir məlumat verilmədiyi üçün qərardadda qoyulan «Yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdirsə (elektrik xəttinin çəkilişi ilə əlaqəlidirsə) hansı məbləğdə dəymişdir?» sualı üzrə tədqiqat işləri aparılmadı (əmtəəşünaslıq tədqiqat).
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2408 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən təqdim olunmuş mütəxəssis rəylərinə və AKT-ın göstəricilərinə əsasən müəyyən olunmuşdur ki, Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağın münbit qatına dəymiş ziyanın səbəbi həmin sahədə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi səbəb olmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası M ərkəzinin 10/1462-9/1538 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən: - Mülki iş materiallarında olan məlumatlara əsasən qərardadın sualı ilə bağlı qeyd olunur ki, hər biri 246 m uzunluqda 0,95 m. dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalının içərisi təmizlənməklə yenilənməsi üçün görülməli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq 500 manat təşkil edir. Sahə içi 10 ədəd kiçik kanalın bərpası aqrotexniki iş olduğuna görə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. - İş materiallarında dəymiş ziyanla əlaqədar (torpağın münbit qatına və yonca sahəsinə) həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Belə ki, qeyd edilən ziyanla əlaqədar görüləcək işlərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. 10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3,95 ha yonca əkin sahəsinə dəyən zərərin qiymətləndirilməsi rəyindən görünür ki, əkin yerinə və yonca məhsuluna maddi zərər dəymişdir. Beləliklə, baxış zamanı aşkar olunmuqdur ki, ağır tonnajlı texnikaların işlədiyi zaman torpaq eroziyaya uğramış, əkin sahəsi bərkiyərək sıxılmış və əkilmiş məhsul (yonca) məhv olmuşdur. Aparılan işlər zamanı ölçüləri 160,0 m x 4,0 m 2 hissədən ibarət əkin sahəsi məhv edilmişdir. Ümumi ciddi ziyan 3,95 ha torpaq sahəsinə dəymişdir. 0,13 ha torpaq sahəsi eroziyaya uğramış. Uzunluğu 246,0 m olan 2 ədəd əsas suvarma kanalı; 10 ədəd uzunluğu 4,0 m, dərinliyi 0,4 m xırda suvarma kanalı tam yararsız vəziyyətə salınmışdır. Sahənin digər hissəsində 60-70 m. uzunluğunda, eni 4,0 m (280,0 kv.m.) əkinə yerinə ziyan vurulmuşdur. Yonca əkin sahəsinin 1,0 ha 750-850 kq toxum əldə edilir. Beləliklə 0,13 ha torpaq sahəsindən əldə olunan toxumdan gəlirliyə zərər dəymişdir. Həmçinin 0,13 ha əkin sahəsinin icarəyə vermək mümkün olmamışdır. Mövsüm ərzində yonca sahəsindən 5 biçim yonca məhsulu yığmaq olar. 1,0 ha yonca sahəsindən 250-300 ədəd bağlama yığmaq mümkündür. Bir biçim əldə etmək mümkün olmayıb. Elektrik xəttinin mühafizə zonası 160,0 x 40,0 m təşkil etdiyi üçün 0,64 ha torpaq sahəsi məhsuldarlığa yararsız sayılır. Elektrik xətti yüksək gərginlikli olduğu üçün mühafizə zolağı mütləqdir. Bu torpaq ümumi mülkiyyət payıdır və nəzərə alsaq ki, 25 il ərzində bu ailəyə məxsus olacaqsa – ailə başçısı itirildikdən sonra bütün vərəsələrə mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcək gəliri nəzərə alsaq, elektrik dirəklərinin basdırılan torpaq sahəsinə dəyən zərər 9873,0 manat təşkil edə bilər. Beyləqan rayonu, Şitilçilik qəsəbəsi 3,95 ha yonca sahəsinə dəyən zərərin hesabatı:
1. Əsas suvarma kanalının yenidən çəkilməsi (2 ədəd) - 246 p/m, 2,30 manat (vahidin qiyməti), 565,80 manat (qiymət), cəmi 1131,60 manat; 2. 4 metr uzunluğunda suvarma kanalının doldurulması - 40 p/m, 2,00 manat (vahidin qiyməti), 80 manat (qiymət), cəmi 80 manat; 3. 4 metr uzunluğunda suvarma kanalının yenidən çəkilməsi - 40 p/m, 2,30 manat (vahidin qiyməti), 92 manat (qiymət), cəmi 92 manat;
4. Sahənin yenidən bərpası - 280 kv.m., 1,40 manat (vahidin qiyməti), 392 manat (qiymət), cəmi 392 manat; 5. 0.13 ha yonca əkin yerinin bərpası (şumlama) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat; 6. 0.13 ha yonca əkin yerinin bərpası (mala çəkmə) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat; 7. 0.13 ha sahədən toxumun məhsuldarlığı (7 il) - 682,50 kq., 5,00 manat (vahidin qiyməti), 3412,50 manat (qiymət), cəmi 3412,50 manat; 8. 0,13 ha torpaq sahəsinin icarəsi - 0,13 ha, 500,00 (vahidin qiyməti), 65,00 manat (qiymət), cəmi 455,00 manat;
9. Məhsuldarlığa (yonca) dəyən zərər (3,82 ha) - 840,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3780,00 manat (qiymət), cəmi 3780,00 manat;
10. Məhsuldarlığa (yonca) dəyər zərər (3,95 ha) - 790,00 əd.bağlama, 4,50 manat ( vahidin qiyməti), 3555,00 manat (qiymət), cəmi 3555,00 manat;
11. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 643,50 manat;
12. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha - 6 il) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 4504,50 manat;
13. Zərər dəyən torpaq - 64 sot, 200,00 manat (vahidin qiyməti), 12800,00 manat (qiymət), cəmi 12800,00 manat, cəmi 30.886,90 manat, 30.867,00 manat,
14. Vərəsəliyi nəzərə almaqla - 25 il - 2113,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 9508,50 manat (qiymət), cəmi 9508,50 manat, yekun 40.375,00 manat təşkil etmişdir. Nəticədə Beyləqan rayonu, Şitilçilik qəsəbəsində yerləşən, mülkiyyətdə olan 3,95 ha torpaq sahəsində əkilmiş yonca sahəsinə v ə məhsuluna xx.xx.2022-ci il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan zərərin dəyəri 30.867,00 manat, nəzərə alsalar ki, 25 ildə torpaq sahəsi bu ailəyə məxsus olarsa və ailənin vərəsələrinə mülk kimi gəlir gətirəcəyi halda, elektrik xəttindən dəyən zərər 9.508,0 manat təşkil etmişdir. Beləliklə, ümumi zərərin dəyəri 40.375,0 manat məbləğində müəyyən olunmuşdur. Qeyd: Mülkiyyətçiyə bundan əlavə gələcəkdə nəzərə alsalar ki, əkin sahəsindən yüksək gərginlik elektrik xəttinin keçdiyi ərazidə insanlar işləyir və elektrik xətti insanlar üçün təhlükə yaradır. Əkin sahəsində il ərzində iş gedir və təhlükəsizliyi yüksək gərginlik xəttinə cavabdeh müəssisə nəzərə almalıdır. Bunun üçün mülkiyyətçi sığortalanmalıdır. Əkin sahəsində elektrik xəttinə görə qəza baş ver ərsə, həmin adama sığorta ödənilməlidir. Sığortanın məbləği təqribən 10.000 manat təşkil edə bilər. Göstərilən 10.000 manat sığorta məbləğinin əkin sahəsinə dəyən zərərə aidiyyəti yoxdur.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: R.A.Xəlilov) xx.xx.2022-ci il tarixli, 2(006)-177/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyana görə 1648,30 (bir min altı yüz qırx səkkiz manat, otuz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1678,30 (bir min altı yüz yetmiş səkkiz manat, otuz qəpik) manat məbləğində pulun tutulmas, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona dəymiş ziyanı özü h esablasa da bununla bağlı məhkəmə tərəfindən müstəqil qiymətləndirmə keçirilmiş, lakin qiymətləndirilmənin rəyində məbləğ qismən olaraq ağlabatan olmamışdır.
13. Belə ki, "xxxx" MMC tərəfindən gələcəyə münasibətdə ( vərəsəlik nəzərə alınmaqla 25 ilə 9508,50 manat, yonca əkimindən gələcək 7 illik məhsuldarlığa görə 3412,50 manat, torpaq sahəsinin icarəsinə 455 manat və s ) ehtimala əsaslanan məbləğlər müəyyən edilmişdir ki, buda iddia tələbinin əsasını təşkil edə bilməz. Həmçinin "xxxx" MMC tərəfindən tərtib edilmiş rəydə əsas iki suvarma kanallarının çəkilməsinə görə 1131,60 manat məbləğ müəyyən etsə də bunun əksinə olaraq AR Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli rəyində həmin kanalların yenilənməsi üçün 500 manat məbləğ müəyyən edilmişdir.
14. Bu səbəbdən m əhkəmə hesab edir ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinin cədvəlindəki 1, 3, 4, 5, 6 və 11-ci abzasları qismən əsas götürülməklə ( 1-ci abzas üzrə əsas suvarma kanallarının yenilənməsi 500 manat, 3-cü abzas üzrə 4 metr uzunluğundakı kiçik suvarma kanallarının yenidən çəkilməsi üçün 92 manat, 4-cü abzasındakı sahənin yenidən bərpası üçün 392 manat, 5-ci və 6-cı abzaslarındakı 0.13 ha torpaq sahəsinin şumlama və mayalanması üçün 20 manat 80 qəpik, 11-ci abzasındakı 0.13 ha torpaq sahəsinin məhsuldarlığına dəyən ziyana görə 643,50 manat) iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş maddi ziyana görə ümumilikdə 1648,30 manat məbləğində pul tutulmalıdır.
15. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb qismən təmin edilməlidir.
16. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən 110 kv-luq 2 dövrəli 1-ci Beyləqan HX-dən 110/35/10 kv-luq Şükürbəyli YS-na budaqlanma sxemi ilə əlaqənin yenidən qurulması işləri "xxxx" MMC-yə həvalə olunmuşdur.
17. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi mübahisəli torpaq sahəsində onların şirkətdən başqa digər tikinti şirkətinin, həmçinin Cavabdeh3 ASC-nin məsuliyyəti olmamasını etiraf etmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş ziyana görə "xxxx" MMC məsuliyyət daşımalı, buna görə də dəymiş ziyan ya lnız onun tərəfindən ödənilməlidir. Digər cavabdehlər isə Cavabdeh3 ASC və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı subyektiv cavabdehlər olmadığından onlara qarşı iddia tələbi təmin olunmamalıdır.
19. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14, 76 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib dəymiş zərərin tam həcminin iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlara, ekspertiza rəylərinə baxmayaraq birinci instansiya məhkəməsi qərar qəbul edərkən dəymiş zərərin tam məbləğinin cavabdehlərdən tutulmasını nəzərə almamışdır. Təmin olunan məbləğ iddiaçıya faktiki olaraq dəymiş ziyanın sadəcə az bir qismini təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini öd əmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş zərərin tam məbləğinin aydın şəkildə müəyyənləşdirilməsinə baxmayaraq qərar qəbul edərkən bunu nəzərə almayaraq zərərin az bir hissəsinin ödənilməsini təmin etmişdir. Lakin həmin məbləğ iddiaçıya dəymiş zərər nəticəsində itirdiyi gəlirinin əvəzini ödəməyə qadir deyildir. Yuxarıda göstərilən maddənin tələbindən də göründüyü kimi, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin də öhdəsinə qoyula bilər. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən quraşdırma işlərinin faktiki olaraq "xxxx" MMC tərəfindən aparıldığı üçün yalnız onun tərəfindən ödənilməsi barədə qərar qəbul edərək sözügedən Podrat müqaviləsinin digər tərəflərinin öhdəliklərini nəzərə almamışdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdehlər tərəfindən iddiaçıya dəymiş mənəvi zərəri ümumiyyətlə nəzərə almamışdır. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektri k enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından və işə əlavə olunmuş sübutlardan da görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən sübutları tam şəkildə araşdırmamışdır. Belə ki, qətnamənin 22 və 24-cü bəndlərindən də görünür ki, ekspert qarşısına qoyulan sualların hər biri öz cavabını tapmamış və dəymiş zərərin tam həcmi müəyyən edilməmişdir. Bu səbəbdən, "xxxx" MMC tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı sözügedən sahəyə baxış keçirilmiş, qiymətləndirilməsinin nəticələri iş materiallarına əlavə edilmiş, lakin məhkəmə tərəfindən qərar qəbul olunarkən qiymətləndirmənin nəticəsinə hüquqi qiymət verilməmişdir.
22. Qətnamədən həmçinin cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunaraq, tərəflərindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02- 71/22 saylı mütəxəssis rəyini əsas götürməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,, birinci instansiya məhkəməsi tərəfindən işə obyektiv və qərəzsiz baxılmamı ş, prosessual pozuntulara yol verilmiş, nəticədə İddiaçı xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyanın məbləği həddən artıq böyük məbləğdə müəyyən edilmişdir. Bu səbəbdən sözügedən qətnamə iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. İddiaçı mülkiyyətindəki Beyləqan rayonu, Şitilçilik qəsəbəsində Reyestr nöməsi **********14 olan 3,95 ha torpaq sahəsinə 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı dəymiş ziyanın məbləği ilə bağlı tələb etdiyi məbləğ həddən artıq yüksək olmuşdur. «Sifarişçi» qismində Cavabdeh3 ASC ilə «Podratçı» qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TM/PKH-20/1189 saylı podrat müqaviləsindən aydın olur ki, sözügedən sahəyə tərəflərindən qəsdən ziyan vurulmamışdır. Podrat müqaviləsindən irəli gələn öhdəliklərin icrası zamanı ehtiyatsızlıqdan iddiaçıya məxsus olan pay torpağının tapdalanması nəticəsində tələb olunan məbləğdən qat-qat az olan miqdarda ziyan vurulmuşdur. Lakin iddiaçı vurulan ziyanla heç bir uyğunluq təşkil etməyən məbləğdə kompensasiya tələb etməkdə əsassız iddia qaldırmışdır. Halbuki həmin məbləğlər həddən artıq şişirdilmiş, vurulan ziyandan qat-qat artıq məbləğ qeyd olunmuşdur. Ziyanın real məbləği tərəfimizdən məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02-71/22 saylı mütəxəssis rəyində öz əksini tapır. İddia tələbinə dair etiraz və etirazın əsaslı olmasını təsdiq edən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02-71/22 saylı mütəxəssis rəyinin qiymətləndirilməməsi birinci instansiya məhkəməsi tərəfin dən işə tam, obyektiv və qərəzsiz baxılmadığını təsdiq edir.
24. Apellyasiya icraatı zamanı məhkəmə-aqrotexniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7/611-9/3134 №-li rəydə qeyd edilmişdir ki, Beyləqan DAİM aparıcı məsləhətçisi X1 tərəfindən İddiaçı Beyləqan rayonu Şitilçilik qəsəbəsi ərazisində mülkiyyətində olan pay torpaq sahəsinə baxış keçirmiş və həmin torpaq sahəsində ot örtüyü olmamış, suvarılma kanallarının dağıdılmasına rast gəlinməmişdir. Həmin məktubda Azərelektrik Tikinti Quraşdırma MMC tərəfindən elektrik dirəyi (dirəkləri) quraşdırılarkən iddiaçıın mülkiyyətində olan torpaq sahəsindəki yonca əkini, eləcə də müəyyən ərazidə torpağın münbit olan torpaq sa həsinfdəki yonca əkini, eləcədə müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşüb-düşməməsi barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş "xxxx" MMC tərəfindən elektik dirəyi (dirkləri) quraşdırılarkən iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki, yonca əkini, eləcə də müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşmüşdürmü” sualı üzrə tədqiqat işləri aparılmadı. Rəyin bioloji tədqiqat hissəsində və iş materiallarında olan məlumatlara əsasən qaərardadda qoyulmuş 2-ci Suvarma kanalları, yonca əkini, eləcədə müəyyən ərazidə torpağın münbit qatı yararsız hala düşmüşdürsə bunun nəticəsində iddiaçıya nə qədər ziyan dəymişdir? Sualı üzrə tədqiqat işləri aparılmadı. Tədqiqata təqdim edilmiş mülki işin materiallarında olan Premium Qiymətləndirmə MMC tərəfindən verilm iş xx.xx.2022-ci il tarixli rəyi qanunla nəzərdə tutulan hüquqi səlahiyyətverici sənədə malik olmadığından onun əsasında qoyulmuş suallara obyektiv rəy verilməsi üçün əsas ola bilmədiyindən qərardadda qoyulmuş 3) "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3.95 ha yonca əkin sahəsinə dəyən zərərin qiymətləndirilməsi rəyində göstərilmiş hesabat üzrə nəzərdə tutulmuş məbləğlər bazar qiymətinə uyğundurmu və tədqiq edilmiş sənədlər vurulmuş zərərin cəmi dəyəri nə qədər təşkil edir?” sualı üzrə tədqiqat işləri aparılmadı.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və F.İ.Əyyubov) 2(103)-417/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya baxışı zamanı verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097, 1108-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil Nümayəndə5) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməsini xahiş etmiş dir.
29. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iş materiallarına əlavə olunmuş sübutlara, ekspertiza rəylərinə baxmayaraq məhkəmələr qətnamə çıxararkən dəymiş zərərin tam məbləğinin cavabdehlərdən tutulmasını nəzərə almamışdır. Təmin olunan məbləğ iddiaçıya faktiki olaraq dəymiş ziyanın sadəcə az bir qismini təşkil edir. Dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehlər birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iş üzrə aparılmış qiymətləndirmənin nəticələrini nəzərə almamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
35. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
36. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbəl ərin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.
45. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın 1148,30 manat təmin olunan və iddianın qalan təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
48. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinin cədvəlindəki 1, 3, 4, 5, 6 və 11-ci abzasları əsas götürməklə iş üzrə nəticəyə gəlmişdir.
49. Məlum olduğu kimi, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
50. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvə zini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
51. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
52. İddiaçı bildirir ki, cavabdehlər tərəfindən aparılan işlər nəticəsində onun əmlakına zərər vurulmuş, bu zərər nəticəsində onun əmlakı yararsız vəziyyətə düşmüşdür.
53. Cavabdehlər bildirirlər ki, idd iaçının tələb etdiyi məbləğ şişirdilmiş məbləğdir və heç bir əsaslı sübuta söykənmir.
54. İddiaçının əmlakına cavabdehlər tərəfindən vurulmuş zərər nəticəsində əmlakın yararsız vəziyyətə düşməsi məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində (mütəxəssis və ekspert rəyləri ilə) işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.
55. İddiaçının mülkiyyətində olan əmlaka dəymiş ziyanın məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb edən sahəyə aid olduğundan bu halın müəyyən edilməsi müvafiq ekspertizanın keçirilməsi yolu ilə mümkündür.
56. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/537-9/4031 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən: - tədqiqata təqdim edilmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundakı aqronom rəyinə və Daşınmaz əmlakın reyestr № **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəyə əsasən Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir və bunun səbəbi elektrik xəttinin çəkilişi zamanı olmuşdur (bioloji tədqiqat). - Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubundakı X5 aqronom rəyində və Daşınmaz əmlakın reyestr № **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəydə və rəyin bioloji tədqiqat hissəssində göstərilənlərə əsasən yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir. Lakin həmin mütəxəssis rəylərində dəymiş ziyanın məbləği və məhsuldarlığı barədə heç bir məluma t verilmədiyi üçün qərardda qoyulan «Yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdirsə (elektrik xəttinin çəkilişi ilə əlaqəlidirsə) hansı məbləğdə dəymişdir?» sualı üzrə tədqiqat işləri aparılmadı (əmtəəşünaslıq tədqiqat).
57. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2408 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən təqdim olunmuş mütəxəssis rəylərinə və AKT-ın göstəricilərinə əsasən müəyyən olunmuşdur ki, Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağın münbit qatına dəymiş ziyanın səbəbi həmin sahədə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi səbəb olmuşdur.
58. Azərbaycan Respublikası Ədliyyə Na zirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1462-9/1538 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən: - Mülki iş materiallarında olan məlumatlara əsasən qərardadın sualı ilə bağlı qeyd olunur ki, hər biri 246 m uzunluqda 0,95 m. dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalının içərisi təmizlənməklə yenilənməsi üçün görülməli işlərin dəyəri orta baza qiyməti uyğun olaraq 500 manat təşkil edir. Sahə içi 10 ədəd kiçik kanalın bərpası aqrotexniki iş olduğuna görə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. - İş materiallarında dəymiş ziyanla əlaqədar (torpağın münbit qatına və yonca sahəsinə) həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi olmadığından məhkəmə-əmtəəşünas lıq ekspertizası qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Belə ki, qeyd edilən ziyanla əlaqədar görüləcək işlərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. 59. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3,95 ha yonca əkin sahəsinə dəyən zərərin qiymətləndirilməsi rəyindən görünür ki, əkin yerinə və yonca məhsuluna maddi zərər dəymişdir. Beləliklə, baxış zamanı aşkar olunmuqdur ki, ağır tonnajlı texnikaların işlədiyi zaman torpaq eroziyaya uğramış, əkin sahəsi bərkiyətrək sıxılmış və əkilmiş məhsul (yonca) məhv olmuşdur. Aparılan işlər zamanı ölçüləri 160,0 m x 4,0 m 2 hissədən ibarət əkin sahəsi məhv edilmişdir. Ümumi ciddi ziyan 3,95 ha torpaq sahəsinə dəymişdir. 0,13 ha torpaq sahəsi eroziyaya uğramış. Uzunluğu 246,0 m olan 2 ədəd əsas suvarma kanalı; 10 ədəd uzunluğu 4,0 m, dərinliyi 0,4 m xırda suvarma kanalı tam yararsız vəziyyətə salınmışdır. Sahənin digər hissəsində 60-70 m. uzunluğunda, eni 4,0 m (280,0 kv.m.) əkinə yerinə ziyan vurulmuşdur. Yonca əkin sahəsinin 1,0 ha 750-850 kq toxum əldə edilir. Beləliklə 0,13 ha torpaq sahəsindən əldə olunan toxumdan gəlirliyə zərər dəymişdir. Həmçinin 0,13 ha əkin sahəsinin icarəyə vermək mümkün olmamışdır. Mövsüm ərzində yonca sahəsindən 5 biçim yonca məhsulu yığmaq olar. 1,0 ha yonca sahəsindən 250-300 ədəd bağlama yığmaq mümkündür. Bir biçim əldə etmək mümkün olmayıb. Elektrik xəttinin mühafizə zonası 160,0 x 40,0 m təşkil etdiyi üçün 0,64 ha torpaq sahəsi məhsuldarlığa yararsız sayılır. Elektrik xətti yüksək gərginlikli olduğu üçün mühafizə zolağı mütləqdir. Bu torpaq ümumi mülkiyyət payıdır və nəzərə alsaq ki, 25 il ərzində bu ailəyə məxsus olacaqsa – ailə başçısı itirildikdən sonra bütün vərəsələrə mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcək gəliri nəzərə alsaq, elektrik dirəklərinin basdırılan torpaq sahəsinə dəyən zərər 9873,0 manat təşkil edə bilər.
60. Beyləqan rayonu, Şitilçilik qəsəbəsi 3,95 ha yonca sahəsinə dəyən zərərin hesabatı:
1. Əsas suvarma kanalının yenidən çəkilməsi (2 ədəd) - 246 p/m, 2,30 manat (vahidin qiyməti), 565,80 manat (qiymət), cəmi 1131,60 manat; 2. 4 metr uzunluğunda suvarma kanalının doldurulması - 40 p/m, 2,00 manat (vahidin qiyməti), 80 manat (qiymət), cəmi 80 manat; 3. 4 metr uzunluğunda suvarma kanalının yenidən çəkilməsi - 40 p/m, 2,30 manat (vahidin qiyməti), 92 manat (qiymət), cəmi 92 manat;
4. Sahən in yenidən bərpası - 280 kv.m., 1,40 manat (vahidin qiyməti), 392 manat (qiymət), cəmi 392 manat; 5. 0.13 ha yonca əkin yerinin bərpası (şumlama) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat; 6. 0.13 ha yonca əkin yerinin bərpası (mala çəkmə) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat; 7. 0.13 ha sahədən toxumun məhsuldarlığı (7 il) - 682,50 kq., 5,00 manat (vahidin qiyməti), 3412,50 manat (qiymət), cəmi 3412,50 manat; 8. 0,13 ha torpaq sahəsinin icarəsi - 0,13 ha, 500,00 (vahidin qiyməti), 65,00 manat (qiymət), cəmi 455,00 manat;
9. Məhsuldarlığa (yonca) dəyən zərər (3,82 ha) - 840,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3780,00 manat (qiymət), cəmi 3780,00 manat;
10. Məhsuldarlığa (yonca) dəyər zərər (3,95 ha) - 790,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3555,00 manat (qiymət), cəmi 3555,00 manat;
11. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 643,50 manat;
12. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha - 6 il) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 4504,50 manat;
13. Zərər dəyən torpaq - 64 sot, 200,00 manat (vahidin qiyməti), 12800,00 manat (qiymət), cəmi 12800,00 manat, cəmi 30.886,90 manat, 30.867,00 manat,
14. Vərəsəliyi nəzərə almaqla - 25 il - 2113,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 9508,50 manat (qiymət), cəmi 9508,50 manat, yekun 40.375,00 manat təşkil etmişdir.
15. Nəticədə Beyləqan rayonu, Şitilçilik qəsəbəsində yerləşən, mülkiyyətdə olan 3,95 ha torpa q sahəsində əkilmiş yonca sahəsinə və məhsuluna xx.xx.2022-ci il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan zərərin dəyəri 30.867,00 manat, nəzərə alsalar ki, 25 ildə torpaq sahəsi bu ailəyə məxsus olarsa və ailənin vərəsələrinə mülk kimi gəlir gətirəcəyi halda, elektrik xəttindən dəyən zərər 9.508,0 manat təşkil etmişdir. Beləliklə, ümumi zərərin dəyəri 40.375,0 manat məbləğində müəyyən olunmuşdur. Qeyd: Mülkiyyətçiyə bundan əlavə gələcəkdə nəzərə alsalar ki, əkin sahəsindən yüksək gərginlik elektrik xəttinin keçdiyi ərazidə insanlar işləyir və elektrik xətti insanlar üçün təhlükə yaradır. Əkin sahəsində il ərzində iş gedir və təhlükəsizliyi yüksək gərginlik xəttinə cavabdeh müəssisə nəzərə almalıdır. Bunun üçün mülkiyyətçi sığortalanmalıdır. Əkin sahəsi ndə elektrik xəttinə görə qəza baş verərsə, həmin adama sığorta ödənilməlidir. Sığortanın məbləği təqribən 10.000 manat təşkil edə bilər. Göstərilən 10.000 manat sığorta məbləğinin əkin sahəsinə dəyən zərərə aidiyyəti yoxdur. 61. "xxxx" MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 02-71/22 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətindəki Beyləqan rayonu, Şitilçilik qəsəbəsində Reyestr nöməsi **********14 olan 3,95 ha torpaq sahəsinə 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı dəymiş ziyanın məbləği aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2022-ci il tarixinə: Ümumi xərclər (1 ha üzrə): - Toxumluğun alınması - 10 kq., 10 manat, 1 ha-ya çəkiləcək xərc 100 manat, - Peyin - 100 kq, 0,2 manat, 1 ha-ya çəkiləcək xərc 20 manat, - Superfosfat - 250 kq, 0,53 manat, 1 ha-ya çəkiləcək xərc 132,5 manat, - Kalium - 170 kq., 0,2 manat, 1 ha-ya çəkiləcək xərc 34 manat; Ümumi əkin xərci: - Şumun aparılması - 1 ha, 40 manat, 1 ha-ya çəkiləcək xərc 40 manat, - Səpin - 1 ha, 20 manat, 1 ha-ya çəkiləcək xərc 20 manat, Toplam: 346,5 manat, cəmi xərclər ərazi üzrə 33,3 manat təşkil etmişdir. İstehlak miqdarı (ərazi üzrə): - 1 ha əraziyə - 1 ha, 2500 kq, - Zərər dəymiş ərazi - 0,096 ha, 240 kq, - Kiplənmiş məhsul - 1,0 kip, 20 kq, əldə ediləcək gəlir - 5 manat, Cəmi istehlak ərazi üzrə 60 manat, toplam - 90,3 manat, digər, cari xərclər, ümumi məbləğin 30%-i həcmində 121,24 manat təşkil etmişdir.
62. Məhkəmə kollegiyası hər biri 246 metr uzunluqda 0,95 m dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalının içərisi təmizlənməklə yenilənməsi üçün görül məli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq 500 manat təşkil etməsi barədə ekspert rəyi ilə verilmiş nəticə ilə razılaşsa da, qeyd etməyi zəruri hesab edir ki, digər hissələrdə ekspert və mütəxəssis rəyləri arasında dəymiş ziyanla bağlı kifayət qədər böyük fərq mövcuddur. Buna görə də, dəymiş zərərin əsasları ekspert tərəfindən aparılmış araşdırmada öz əksini tapmalıdır. Həmin əsaslar göstərilmədən, ekspert və mütəxəssis rəylərinin mülki prosessual qanunvericiliyə uyğun, kifayət qədər aydın və ya tam olması qənaətinə gəlmək qeyrimümkündür.
63. Nəzərə alınmalıdır ki, işin faktiki hallarını araşdırmaq hüququna malik olan məhkəmələr tərəfindən iddia tələblərində olan hallar üzrə suallar qoyulmuş, ekspert isə həmin hallarla bağlı müvafiq sahə üzrə mütəxəssis rəyinin olmaması səbəbind ən rəyin verilməsindən imtina etmişdir. Bu halda məhkəmə sonrakı prosessual hərəkəti edərək mütəxəssis rəyinin alınması üçün təşəbbüs etməli (çünki, qərardadda suallar qoyulmuş, lakin icra olunmamışdır), məhz işin düzgün və hərtərəfli araşdırılmasını təmin etməli idi. Lakin, məhkəmə belə təşəbbüs göstərməmiş, faktiki olaraq iş üçün müəyyən edilməli olan halların müəyyən edilməsi üçün əhəmiyyətli olmayan rəylə razılaşmışdır.
64. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almadan, ekspert və mütəxəssis rəylərinə tənqidi yanaşmadan, mülki prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan ekspert rəyinin mötəbərliyini qəbul etmişdir.
65. Halbuki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsin də müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
66. Həmçinin nəzərə almaq lazımdır ki, maddi zərərin ödənilməsinin ümumi qaydalarını müəyyən edən Mülki Məcəllənin 21-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərar ın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
69. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert tərəfindən müəyyən edilmiş məbləğin iddiaçıya vurulmuş zərərə uyğunluğuna işin hallarını nəzərə almaqla qiymət verməlidir.
70. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
71. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§42).
72. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin etməli, araşdırmanın nəticələr inə və hazırkı qərarda şərh edilənlərə uyğun olaraq mübahisəni həll etməlidir.
73. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2(103)-417/2023 nömrəli qətnaməsi iddianın 1148,30 manat təmin olunan və iddianın qalan təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.