Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1561/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1-nin Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Masallı rayon məhkəməsinin 2(050)-1207/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Alməmmədov) iddia tələbi qismən təmin edilərək, x2 və x3dan 1534.95 ABŞ dolları əsas, 504.40 ABŞ dolları faiz, cəmi 2039.35 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə), həmçini n ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq «x1-yə ödənilməsi, cavabdeh x2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 50 manatın Dövlət Xəzinədarlıq Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1276/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Camalov, Ə.Novruzov və R.Cəfərov) Masallı Rayon Məhkəməsinin 2(050)-1207/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi qismən - iddiaçı «x1 ilə cavabdeh x2 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər x2 və x3 əsas borca hesablanmış 504.40 ABŞ dolları faiz borcunun alınmasına aid hissədə dəyişdirilərək, 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər x 2 və x3 1534.95 ABŞ dolları əsas borc və 402,41 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1937,36 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası manatına olan məzənnə ilə tutularaq iddiaçı «x1-nə verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin iddiaçı «x1dən alınaraq Dövlət Xəzinədarlığı Agentliyinin hesabına keçirilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-1207/2017 №-li, 30 noyabr 2017-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1276/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin iddiaçı «x1-dən alınaraq d övlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 1551.22 ABŞ dolları əsas, 1948.17 ABŞ dolları faiz, cəmi 3499.39 ABŞ dolları, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh x2 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli «Nəğd pul lahiyəsi» müqaviləsinə əsasən illik 26 faiz dərəcəsi olmaqla 24 ay müddətinə cavabdeh x2ə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan ba şqa iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclu x3 ilə iddiaçı arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şirvan Apelyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(106)1276/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin iddiaçı «x1-dən alınaraq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan iddiaçı ilə cavabdeh x2 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli “Nəğd pul lahiyəsi” müqaviləsinə əsasən illik 26 faiz dərəcəsi olmaqla 24 ay müddətinə cavabdeh x2 3200 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı ilə cavabdeh x3 arasında bağlanmış 30 oktyabr 2014-cü tarixli zaminlik müqaviləsindən görünür ki, zamin yuxarıda göstərilən kredit müqaviləsi üzrə x2nun Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 02 fevral 2017-ci il tarixli Maliyyə Arayışından görünür ki, x2 ilə «x1 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli müqaviləyə əs asən «x1-yə 1551.22 ABŞ dolları əsas və 1948.15 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutul mayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmi ş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, cavabdeh x2 ilə «x1 ilə bağlanmış 30 oktyabr 2014-cü tarixli kredit müqaviləsinə əsasən cavabdeh x2 il lik 26 faiz olmaqla 24 ay müddətinə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borc yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə öhdəliyi icra etməməsinə görə bank qarşısında yaranmış öhdəliyi lazımınca icra etmədiyinə görə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 03.11.2017-ci il tarixli, 11037 saylı ekspert rəyindən görünür ki, 30.10.2014-cü il tarixli, CC/68995/45/3 saylı kredit müqaviləsini şərtləri nəzərə alınmaqla 02.02.2017-ci il tarixə x2nun «x1ya olan borcu 1534.95 ABŞ dolları əsas, 504.40 ABŞ dolları faiz, cəmi 2039.35 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiy i halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlər in hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş po zulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbər darlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz 5 ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2- ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və ona əlavə sazişdə kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək, yəni 30.10.2016-cı ilədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb e də bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13839 №-li, 15 avqust 2018-ci il tarixli rəyindən görünür ki, x2 tərəfindən «x1-dən alınmış kredit vəsaiti üzrə 30 oktyabr 2016-cı il tarixə ödənilməli olan borc məbləği 1.937,36 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1.534,95 ABŞ dolları, faiz borcu üzrə 402,41 ABŞ dolları. Məhkəmə kollegiyası hesab edir ki, 30 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehlər x2 və x3 1.534,95 ABŞ dolları əsas borc və 402,41 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1937,36 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası manatına olan məzənnə ilə alınaraq iddiaçı «x1-nin xeyrinə ver ilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ekspertiza xərclərinə dair Bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı gecikdirilmiş kredit məbləğinə görə faiz borcunu düzgün hesblamadığından aparılmış ekpertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin iddiaçı «x1-dən alınaraq Dövlət Xəzinədarlığı Agentliyi hesabına keçirilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1561/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1561/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver