Məhkəmə qərarları › İş №2(102)-1563/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1563/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1563/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı «X1 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(104)-2451/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı «X1 Azərbaycan» QSC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli kredit xəttinin açılması barədə 204910/03 saylı kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC tərəfindən Cavabdeh1 49 ay müddətinə 370000 manat məbləğində kredit xətti ayrılmışdır. 2. xx.xx.2016-cı il tarixdə xx.xx.2016-cı il tarixli kredit xəttinin açılması barədə 204910/03 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 01 saylı kredit sazişi ilə «X1 Azərbaycan» QSC tərəfindən Cavabdeh1 48 ay müddətinə 359.115 manat məbləğində kredit verilmiş və kreditin təmini k imi bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 3. xx.xx.2016-cı il tarixli, 204910/03 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən 0.007 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 172.6 kv.m, 1 mərtəbəli, digər təyinatlı, qeyri-yaşayış binası bankın hesabına ipoteka ilə yüklü edilmişdir. 4. xx.xx.2016-cı il tarixli, 204910/03 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı «X1 Azərbaycan» QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 94188.55 manat, 198201.31 manat cərimə məbləği olmaqla, cəmi 509529.54 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSCnin xeyrinə tutulması, banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəs ində, ümumi sahəsi 172.6 kv.m və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 90.000 manat və qeyri-yaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil «X1 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabde h1 arasında 29 mart 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 49 ay müddətinə 370000 manat məbləğində kredit xətti ayrılmış, xx.xx.2016-cı il tarixdə bank ilə Cavabdeh1 arasında bağlanmış 01 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə 359115 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0,119 ha torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş ipoteka predmeti qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Eyni zamanda kredit müqaviləsinin icrasının təmini kimi bank ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binası bankın hesabına ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti dövlət qeydiyyatına alınmış, kreditin təmini kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqvailəsi üzrə öhdəlikləri mütəmadi olaraq gecikdirmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə kimi banka olan borclarını ödəməmişlər. 7. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 04 saylı hesabatına əsasən Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 75B ünvanda yerləşən q eyri-yaşayış sahəsinin dəyəri 350.000 (üç yüz əlli min) manat və Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin hazırkı bazar dövrdə olan 150.000 manat təşkil edir. 8. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində olan fərdi yaşayış evinin real bazar dəyəri 155.000 manat, likvid dəyəri 120.000 (yüz iyirmi min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri yaşayış binasının real bazar dəyəri 355.000 manat, likvid dəyəri 300.000 (üç yüz min) manat təşkil edir.

9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(044)29/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üz rə 217.139,68 (iki yüz on yeddi min yüz otuz doqquz manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 94.188,55 (doxsan dörd min yüz səksən səkkiz manat əlli beş qəpik) manat, cərimə 2000 (iki min) manat, cəmi 313.328,23 (üç yüz on üç min üç yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manatın və bildirişin qeydə alınması üçün 60 manatın, ödənilmiş 30 manatın dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qiyməti 120.000 (yüz iyirmi min) manat dəyərində qiymətləndirilmiş Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evi və i lkin satış qiyməti 300.000 (üç yüz min) manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına 313.328.23 (üç yüz on üç min üç yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manatın və bildirişin qeydə alınması üçün 60 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilməsi, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılaraq, «X1 Azərbaycan» QSC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 bankla bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərini icra etməmişdir.

11. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin və qeyri-yaşayış binasının açıq hərracdan satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbinin bu hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 319 və 467-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X1” QSC qanunsuz qiymətləndirmə apararaq əmlakın dəyərini həddindən az qiymətləndirmişdir. Bundan əlavə onların kredit ödənişləri düzgün hesablanmamışdır. İşə düzgün qiymət vermək üçün ekspertiza təyin olunmalı idi. Məhkəmə qərarı qanuna və sübuta əsaslanmamışdır. Sübutlara düzgün qiymət verilməmişdir. İpoteka predmetinin qiyməti ilkin qiymətləndirmədən, qiymətləndirmə təşkilatlarının müəyyən etdiyi qiymətlərdən dəflərlə aşağı qiymətləndirmişdir. Halbuki məhkəmənin təyin etdiyi qiymətləndirmələrdə daşınmaz əmlakların real bazar qiymətləri əks edilmiş lakin məhkəmə bunu nəzərə al mamışdır.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və İ.T.Həsənov) 2(104)-2451/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(044)-29/2022 nömrəli qətnaməsi cavabdehlərdən tutulan faiz, ümumi borc məbləği və ipoteka predmetləri hərracda satıldıqdan sonra boşaldılaraq, «X1 Azərbaycan» QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq, həmin hissələrdə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 217.139.68 (iki yüz on yeddi min yüz otuz doqquz manat altmış səkkiz qəpik) manat, f aiz borcu üzrə 52.751,06 (əlli iki min yeddi yüz əlli bir manat 06 qəpik) manat, cərimə məbləği üzrə 2000 (iki min) manat olmaqla, cəmi 271.890,74 (iki yüz min yetmiş bir min səkkiz yüz doxsan manat, 74 qəpik) manat alınaraq, iddiaçı «X1 Azərbaycan» QSC-yə verilməsi, iddia tələbinin qalan faiz məbləği hissəsində təmin edilməməsi, ipoteka predmetləri olan Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binası hərracda satıldıqdan sonra, bir ay müddətində boşaldılması, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı göstəmişdir ki, apelly asiya şikayətinin dəlilləri yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2016cı il tarixli kredit xəttinin açılması barədə 204910/03 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit xətti müqaviləsi üzrə isə bağlanmış xx.xx.2016-cı il tarixli, 01 saylı kredit sazişinə əsasən «X1 Azərbaycan» QSC tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 10,07 faiz ödənilməsi şərti ilə 359115 manat məbləğində borc pul verilmişdir. Həmin kredit sazişinə əsasən öhdəliyin icrasının son müddəti 06 aprel 2020-cı il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 06 aprel 2020-ci il tarixdə bitsə də, iddiaçı tərəfindən öhdəliyin icrası müddəti bitdikdən sonrakı dövrədək, yəni xx.xx.2022ci il tarixədək faizlər hesablanaraq tələb edilmiş, birinci instansiya məhkəm əsi də iddiaçı tərəfindən tələb edilən həmin faiz məbləği hissəsində iddia tələbini əsassız olaraq təmin etmişdir. Halbuki, birinci instansiya məhkəməsi kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan faiz məbləğləri hissəsində iddianı təmin edilməliydi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunveri cilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan isə görünür ki, xx.xx.2020-ci il tarixinə xx.xx.2016-cı il tarixli 01 saylı kredit sazişi üzrə hesablanmış faiz məbləği 52751,06 manat təşkil etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan faiz məbləği hissəsində ləğv edilməli və cavabdehlərdən 05 aprel 2016-cı il tarixli saziş üzrə 06 aprel 2020-cı il tarixinədək hesablanmış faiz məbləği, yəni 52751.06 manat tutulmalı, iddia tələbi qalan faiz məbləği hissəsində təmin edilməməlidir.

17. Məhkəmə kollegiyası cavadbehin birinci instansiya məhkəməsi tərəfindən ip oteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iki dəfə qiymətləndirmə keçirilmiş, "xxxx" MMC-nin rəyi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 75B ünvanda yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 350000 (üç yüz əlli min) manat, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin dəyəri isə 150000 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli "xxxx" MMCnin qiymətləndirmə rəyi ilə Daşkəsən rayonu, Xoşbulaq kəndində olan fərdi yaşayış evinin real bazar dəyəri 155000 manat, likvid dəyəri 120000 (yüz iyirmi min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının real bazar dəyərinin 355000 manat, likvid dəyərinin 300000 (üç yüz min) manat təşkil etməsi müəyyən edilmişdir ki, müxtəlif qiymətləndiricilər tərəfindən ipoteka predmetlərinin real bazar dəyəri demək olar ki, eyni məbləğdə qiymətləndirilmişdir. Lakin, "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə ipoteka predmetlərinin real bazar dəyəri ilə yanaşı, likvid dəyəri də müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin tələbi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq, ipoteka predmetlərinin ilkin satış dəyərini "xxxx" MMC-nin qiymətləndirmə rəyi əsasında likvid dəyərlə müəyyən etmişdir.

18. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublika sı qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədi lə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.

19. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka predmetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.

20. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hərracda mənzil «X1 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də Daşkəsən rayonu, Xoşbulaq kən dində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılaraq, «X1 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi qəti olmaqla, hər hansı bir şərtdən asılı edilə bilməz. Digər tərəfdən ipoteka predmetləri hərracda satışa çıxarıldığı və hərracda satıldığı təqdirdə ipoteka predmetlərini əldə edən şəxs başqa şəxs də ola bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ipoteka predmetləri hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılaraq, «X1 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Buna g örə də qətnamə həmin hissədə də ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq, yalnız Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyriyaşayış binasının hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılması qət edilməlidir.

21. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 386, 442, 739 və 472-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1, 39, 30 və 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri

22. İddiaçı «X1 Azərbaycan» QSC (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin iddianın faiz və cərimə borcları üzrə təmin olunmayan hissələrində ləğv edilərək, həmin hissələrdə iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə hazırkı işdə nəzərə almamışdır ki, cavabdehdən tutulmalı olan borc məbləğinin məhz müqavilə şərtlərinə uyğun olaraq hesablanması iş üçün həlledici əhəmiyyət kəsb edir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış edən müqavilənin şərtləri onların sərbəst iradə ifadəsi ilə müəyyən edilmişdir və cavabdehdən tutulmalı olan əsas borc, faiz və cərimə məbləğləri də məhz həmin müqavilə şərtlərinə əsasən hesablanmaqla müəyyən e dilə bilərdi. Məhkəmə öz qətnaməsində müqavilə şərtlərini və ona tətbiq edilməli olan maddi hüquq normasının tələblərini nəzərə almadan müqavilə şərtlərinə uyğun hesablanmış faiz məbləğlərini iki dəfəyə yaxın, cərimə faizlərini 99 dəfə azaltmaqla qətnamə çıxarmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində nəzərdə tutulmamışdır ki, “müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur.” Əksinə, kredit müqaviləsində həmin müqavilənin tərəflərin öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalması şərti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən əsas borc məbləğinə faizlərin yalnız kreditin verildiyi müddət üçün hesablanması düzgün olmamışdır. Belə ki, kredit müqaviləsinə xitam verilməmiş, cavabdeh götürdüyü kredit məbləğinin əsa s borc hissəsinin 217139.68 manat hissəsini hələ də qaytarmamışdır və qüvvədə olan müqavilə üzrə faizlərin hesablanması üçün heç bir hüquqi maneə yoxdur. Belə olan halda, əsas borca hesablanmış faizlərin təmin olunmayan hissəsində maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi aşkardır. Apellyasiya məhkəməsi, öz qətnaməsində birbaşa istinad etməsə də, iddia tələbinin cərimə faizləri hissəsinə münasibətdə Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etmiş və nəticə etibarı ilə cərimə faizlərini 99 dəfə azaltmışdır (198201.31 manat əvəzinə 2000 manat tutulması qət edilimşdir). Məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinin bu tərzdə tətbiq edilməsi həm qeyd edilən maddənin tələblərinə, həm də Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqelərə tamamilə ziddir. Belə ki, maddənin dispozisiyasından da göründüyü kimi, dəbbə pulunun azaldılması “kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəası ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsinin istinad edilən qərarında Məhkəmə bildirmişdir ki: “..Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir..... Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya la zımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.” Konstitusiya Məhkəməsi həmin Qərarın 2-ci bəndinin üçüncü abzası ilə qərara almişdır ki: “Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.” Hazırkı işdə məhkəmə tərəfindən heç bir əsaslandırma verilmədən, kreditorun bank fəaliyyəti ilə məşğul olması və müştərilərdən cəlb etdiyi əmanətlər üzrə faizlər ödəmək öhdəliyi daşıdığı və s. bu ki mi mənafeləri nəzərə alınmadan, cərimə faizlərinin 99 dəfə aşağı müəyyən edilməklə kredit müqaviləsi üzrə Bankın 196201.31 manatdan məhrum edilməsi bu məsələyə münasibətdə də maddi hüquq normasının düzgün tətbiq edilmədiyini təsdiq edir.

24. Qətnamədən həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin qismən-ipoteka predmetləri olan əmlaklar hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılması hissəsində ləğv edilməsini, tələbin Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,119 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilmə hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə ipoteka predmeti olan əmlaklara qoyulmuş qiymətlər ödənil əcək kreditlərə mütənasib deyildir. Məhkəmə əmlaklara yönəltmə hissəsində iddianı qismən təmin etməli idi. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə ipoteka predmetlərinə yönəldilməni tam təmin etməklə yanlışlığa yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mən afeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

31. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nə ticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanun

32. Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

33. Maddə 59.3.1. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.

34. Maddə 59.3.2. ipoteka qoyanla birl ikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

46. Məhkəmə kol legiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddi açı «X1 Azərbaycan» QSC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2451/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar