Məhkəmə qərarları › İş №2(102)-1564/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1564/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1564/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Zeynalabdin oğlunun və vəkili Vəkil iştirakı ilə, Cavabdehtərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)2461/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ağcabədi rayon məhkəm əsinin (hakim Sulduz Ləzimov) 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh 3000 manat məbləğində əsas borcun, 1203 manat məbləğində faiz borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zeynal Zeynalov) 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi rayon məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək Cavabdeh 3000 manat əsas borc, 840 manat faiz borcunun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İşin halları: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17 okty abr 2011-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Hazırki tələbində «xxxx» MMC Cavabdeh 3000 manat məbləğində əsas borcun, 1203 manat məbləğində faiz borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddianı qəbul etməmiş, borcu tamamilə ödədiyini, habelə bağladığı kredit müqaviləsinin müddətindən altı ildən artıq müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddia müddətinin keçməsi əsası ilə tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Konstutsiya Məhkəməsinin 27.12.2001-ci il tarixli Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsi barədə qərarının tələblərinə əməl edilməmiş və həmin qərar qərəzli olaraq nəzərə alınmamışdır. Ağcabədi rayon məhkəməsi tərəfində aparılmış məhkəmə araşdırması zamanı Mülki Məcəllə 373-maddəsinin tələblərinə əsasən iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbi əsaslı olaraq rədd edilmişdir. Apellyasiya Məhkəməsi nədənsə iddia müddətinin tədbiqi barədə ərizənin cavabdeh tərəfindən məhkəmədə işə baxılana qədər və məhkəmə gedişində verilmədiyi qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsində onun iştirakı olmadan qətnamə qəbul edilmişdir. Ağcabədi rayon məhkəməsində MM-nin 375.2-ci bəndinə əsasən tərəfindən verilmiş ərizə iş materiallarında olmasına baxmayaraq hakim tərəfindən qərəzli olaraq ərizəyə hüquqi qiymət verilməmişdir. İddia müddətinin tədbiqi barədə ərizə məhkəmə prossesində verilmiş və məhkəmə qətnaməsində isə münasibət bildirilmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Zeynalabdin oğlunun və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən mübahisələndirilməyən hallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2011-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə görə, cavabdehin 3000 manat əsas borcu, 1203 manat faiz borcu vardır. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehdən kredit borcunu və faizləri tələb etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375 maddələrinə istinad iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia müddətinin iddiaçı tərəfindən ötürülməsini məhkəmə yalnız o zaman qəbul etməlidir ki, cavabdeh məhkəmə qərarı çıxarlana qədər məhkəməyə yazılı ərizə təqdim etsin. İş materiallarına cavabdehin yazılı ərizəsi tikilmişdir. İddiaçının nümayəndəsi bu ərizənin məhkəmədə təqdim edilmədiyini iddia etmişdir. İş materiallarından iddia müddətinin tətbiqi barədə cavabdehin yazılı ərizəsinin qətnamə çıxarlanadək təqdim edildiyi müəyyən edilmir. Belə ki, işdən görünür ki, cavabdehin yazılı ərizəsi tanışlıq üçün iddiaçının nümayəndəsinə 22 may 2018-ci il tarixdə, yəni qətnamə elan olunandan bir gün sonra təqdim edilmişdir. Bu məhkəmə prosesində qətnamə çıxarılanadək iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilməməsi barədə iddiaçının nümayəndəsinin izahatının doğruluğuna dəlalət edir. Bundan başqa, məhkəmə iclas protokolunda da iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən yaz ılı ərizə verilməsi göstərilməmişdir. Bununla belə qənaətə gəlmək olur ki, cavabdeh məhkəmə qərarı çıxarılanadək yazılı ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qətnamə qəbul edilənədək cavabdeh tərəfindən iddia müddətinin tədbiqi ilə bağlı ərizənin verilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi bu nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, 21 may 2018-ci il tarixə tərtib edilmiş məhkəmə iclas protokolundan göründüyü kimi məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləmiş və nəticədə yekun qərar qəbul etmişdir. Cavabdeh həmin iclasda məhkəməyə iddia müddətinin tədbiqi barədə ərizə vermiş və iddia tələbinin həmin əsasla rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclas protokolundan da göründüyü kimi, iddia müddətinin tədbiqi barədə ərizə məhkəmə qətnaməsi elan edilənədək artıq məhkəməyə təqdim edilmişdir. İşə əlavə edilmiş iddia müddətinin tədbiqi barədə ərizənin arxasında iddiaçının nümayəndəsinin ərizə ilə 22.05.2018-ci il tarixdə tanış olması barədə qeydin yazılması ərizəni n qətnamə qəbul edilənədək məhkəməyə təqdim edilməməsi anlamına gəlmir. İddiaçının rəsmi təmsilçisi, MMC-nin İdarə Heyətinin sədri Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman hakim 21 may 2018-ci il tarixdə tərəfləri dinləyərək məhkəmə iclasını 22 may 2018-ci il tarixə saxlamış, nümayəndə Faiq Kərimova təmsil etdiyi MMC-nin nizamnaməsini və “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətlərinin təqdim etməyi təklif etmişdir. 22 may 2018-ci il tarixdə saat 11:20 radələrində Faiq Kərimov göstərilən sənədləri, Cavabdeh isə iddia müdətinin tədbiqi barədə ərizəni hakimə qətdim etmişdir. Hakim işdə iştirak edən şəxsləri 15 dəqiqə çöldə göslətdirmiş, sonra onları dəvət edərək qə tnaməni elan etmiş, sonra isə iddia müddətinin tədbiqi barədə ərizənin sürətini nümayəndə Faiq Kərimova vermişdir. Faiq Kərimov bu barədə ərizənin əslində qeyd etmiş və həmin günün tarixini¸yəni “22.05.2018-ci il” tarixini yazmışdır. Nümayəndə ərizəsindən 21 may və 22 may tarixli məhkəmə iclaslarında özünün də iştirak etməsi, göstərilən halların şahidi olması görünür. İşdən daha sonra görünür ki, “xxxx” MMC-nin Nizamnaməsi də 22.0.2018-ci il tarixdə notarial qaydada təsdiqlənmiş, həmin sənəd 21.05.2018-ci il tarixli məhkəmə iclas protokolundan və həmin tarixli qətnamədən əvvələ işə əlavə olunmuşdur. Şərh olunan hallar kifayət qədər əsas verir ki, iddia müddətinin tədbiqi barədə ərizə məhkəmə qətnaməsi çıxarılandan əvvəl işə baxan hakimə təqdim edilmişdir. Məhkəmə qətnaməsi həmin ərizənin m üzakirəsi ilə çıxarılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərilən hala, yəni işə baxan hakimin tərəfləri 22.05.2018-ci il tarixdə qəbul etməsini, sənədlərin, həmçinin iddia müddətinin tədbiqi barədə ərizənin məhkəməyə 22.05.2018-ci il tarixdə təqdim edilməsini, bundan sonra qətnamənin həmin tarixdə elan edilməsini, buna baxmayaraq qətnamənin və məhkəmə iclas protokolunun 21.05.2018-ci il tarixdə tərtib edilməsinə qiymət verməmiş, bu halı müəyyən etmək üçün cavabdehin iştirakını təmin edərək onun da bu barədə izahatını almamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin və iclas protokolunun bir gün əvvələ, yəni arxa tarixə tərtib edilməsinin mümkünlüyünü müəyyən etməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2461/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar