Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1564/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(004)8228/2018 saylı məhkəmə əmri ilə kreditor x1nun ərizəsi təmin edilərək, borclu x2 kredi tor x1nun xeyrinə 5000 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. Məhkəmənin 21 dekabr 2018-ci il tarixli qərardadı ilə borclu x2 etirazı təmin edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli, 2(004)8228/2018 saylı əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(004)438/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Xəlilova) ilk iddia tələbi təmin edilmiş, cavabdeh x2 5000 manat məbləğində pul vəsaitinin tutularaq x1na ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən, məruzəçi), X.Cəmilova və E.Şamay ev, 2(103)10386/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(004)-438/2019 saylı qətnaməsi x2na münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları x1 ərizə ilə məhkəməyə müraciət edərək, x2 5000 manat məbləğində pulun alınıb ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh x2 x1na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 oktyabr 2016-cı ildə x1 ilə onun arasında bağlanmış mövcud borcun etirafi haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsə lələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x1 ilə x2 arasında bağlanılaraq Sabirabad “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında 07.10.2016-cı il tarixli mücərrəd müqaviləyə əsasən borclu x2 bu müqavilə üzrə borc verən x1na 10000 manat borcunun olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği 01.11.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İşin mübahisəsiz hallarına görə cavabdeh x2 x1 ilə arasında bağlanmış müqavilə ilə ona olan 10000 manat məbləğində borcunu etiraf etmiş və həmin pul vəsaitini qaytarmağı öhdəsinə götürmüş, 5000 manat ödənilməmiş borcu qalmışdır. x2 x3 aralarında bağlanmış müqavilənin uydurma olduğunu bildirsə də, uydurma hesab etdiyi müqaviləni qismən icra etmiş, pulun bir hissəsini geri qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur, iddiaçı iddia tələbində haqlıdır. Birinci instansiya məhkəməsində şahid qismində di ndirilmiş x4 hər iki tərəfi işlədiyi şirkətdən tanıdığını, onun şirkətə 7000 manat borcu olduğunu, həmin borcun sonradan atası tərəfindən şirkətə ödənildiyini, onun adında özündən əvvəlki işçidən yaranmış 2800 manat borc qaldığını, sonradan x2 x3 arasında həmin borcla bağlı müqavilə bağlanmasını eşitdiyini bildirmişdir. Məhkəmə kollegiyası şahidin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, əvvəla Fərid Nadirli işlədiyi şirkətə 10000 manat yox, 7000 manat borclu olduğunu bildirmiş, bundan əlavə, F.Nadirlinin işlədiyi şirkətə olan borcunun x2 x3 arasında bağlanmış müqaviləyə hər hansı aidiyyətinin olması iş materiallarında olan sübutlarla təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əq d etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı x2 mübahisələndirilən müqaviləni öz iradə ifadəsi ilə imzalamaqla, borc götürməsini və həmin borcu müqavilə ilə müəyyənləşdirilmiş müddətdə geri qaytaracağını bildirmiş və həmin müqavilənin uydurma əqd olması barədə dəlillərini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiyası məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda
Məhkəmə qərarları › İş №2(102)-1564/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1564/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver