Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1565/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Qarayev Qəhraman Maşallah oğlunun iştirakı ilə, cavabdehlər x2 və x3 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Hacıqabul Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(071)-210-2018 saylı qətnaməsi ilə (hakim H.Əzizov) iddia tələbi təmin edilərək, x2 ilə x1 arasında bağlanmış 16021-0248/423226 saylı 21 iyun 2016-cı il tarixli kredit müq aviləsinin ləğv edilməsi, x2ndan və x3 müştərək qaydada 7621,31 ABŞ dolları məbləğində əsas borc, 873,35 ABŞ dolları məbləğində faiz borcu. 96,94 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 8591,60 ABŞ dolları məbləğində borcun tutularaq, iddiaçı x1-yə verilməsi, tutmanın cavabdeh x2na məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 97,3 kv.m, yaşayış sahəsi 54,2 kv.m, yardımçı sahəsi 43,1 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satış yolu ilə əldə edilən vəsait hesabına cavabdeh x2nun x1-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penya, və dövlət rüsumunun ödənilməsi, x2na məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, ümu mi sahəsi 97,3 kv.m, yaşayış sahəsi 54,2 kv.m, yardımçı sahəsi 43,1 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutulma yönəldildikdən və satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılması və ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda, borcun qalan hissədə cavabdeh x2ndan ümumi qaydada tutulması, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən 30 manat alınaraq, iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2225/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Əhmədov, K.Bəşirov və K.Əkbərov) Hacıqabul Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(071)-210/2018 saylı qətnaməsi i poteka predmetinin satış qiyməti 25.000 manat müəyyən edilməklə dəyişdirilmiş, ipoteka predmetinin qiymətləndirilməsi haqqı olan 300 manatın cavabdehlər x2 və x3 tutularaq iddiaçı x1-yə ödənilməsi qət edilmişdir. Cavabdehlər x2 və x3 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2225/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 ilə cavabdeh x2 arasında bağlanmış 21 iyun 2016-cı il tarixli 16021-0248/423226 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 10 % ödəmək şərtilə 9265,62 ABŞ dolları məbləğində kredit verilmişdir. 21 iyun 2016-cı il tarixli 16021-0248/423 226 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi cavabdeh x2 ilə 26 avqust 2016-cı il tarixli 16021-0248/423226 Sİ saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, x2na məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 97,3 kv.m, yaşayış sahəsi 54,2 kv.m, yardımçı sahəsi 43,1 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi cavabdehlərin notarial qaydada təsdiq olunmuş razıliq ərizələri əsasında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh x2 müqavilənin şərtini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh x2nun 14 fevral 2018-ci il tarixə iddiaçıya kredit müqaviləsi üzrə borcu 7621,31 ABŞ dolları məbləğində əsas borc, 873,35 ABŞ dolları məbləğində faiz borcu, 96,94 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 8591,60 ABŞ dolları təşkil etmişdir. Ona görə də, cavabdeh x2 ilə x1 arasında bağlanmış 16021-0248/423226 saylı 21 iyun 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh x2ndan 7621,31 ABŞ dolları məbləğində əsas borc, 873,35 ABŞ dolları məbləğində faiz borcu, 96,94 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 8591,60 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı x1-yə ödənilməsi, tutmanın cavabdeh x2na məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 97,3 kv.m, yaşayış sahəsi 54,2 kv.m, yardımçı sahəsi 43,1 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, onun açıq hərracda satışı, satış yolu ilə əldə edilən vəsait hesabına cavabdeh x2nun x1-yə olan kredit borcunun, kreditdə n istifadəyə görə faizlərin, penyanın, və dövlət rüsumunun ödənilməsi, x2na məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 97,3 kv.m, yaşayış sahəsi 54,2 kv.m, yardımçı sahəsi 43,1 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutulma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay müddətində boşaldılması və ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, borcun qalan hissədə cavabdeh x2ndan ümumi qaydada tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər x2 və x3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və p rosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)2225/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Qarayev Qəhraman Maşallah oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilinidinləyib, kassasiya şikayətinin dəlill ərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 21 iyun 2016-cı il tarixli x1 x2 arasında bağlanmış 160210248/423226 saylı kredit müqaviləsindən görünür ki, x2 60 ay müddətinə illik 10% ödəmək şərtilə 9265,62 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan x2na və x3na ünvanlanmış bildirişdən görünür ki, cavabdehlər banka olan kredit borcunun ödənilməsi zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər. İş materialları iilə müəyyən edilir ki, gecikdirilmiş borcun qaytarılmasına dair bankın çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir. Nəticədə, cavabdeh x2nun iddiaçı x1-yə 21 iyun 2016-cı il tarixli 16021-0248/423226 saylı kredit müqaviləsinə əsasən 7621,31 ABŞ dolları məbləğində əsas borcun, 873,35 ABŞ dolları məbləğində faiz borcu, 96,94 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 8591,60 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan x4 tərəfindən x1 verilmiş məlumatdan görünür ki, ipoteka predmetinin qiymətləndirilmə haqqı 300 manat təşkil etmiş və həmin məbləğ x4-nin hesabına köçürülmüşdür. İş materiallarında olan x4-nin 30 avqust 2018-ci il G-08/18-357 saylı rəyindən görünür ki, cavabdeh x2na məxsus ünvan 1 mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 48 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 21.000 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi iddiaçı ipoteka predmetinin qiymətinin 25.000 manat olması ilə razılaşmış, məhkəmə kollegiyası ipoteka predmetinin satış qiym ətinin 25.000 manat qəbul edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci mad dəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulud ur. Həmin Məcələnin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpot eka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, və yuxarıda sadalanan qanun normalarına istinad edərək iddia tələbinin təmin edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu M əcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı x1-nin cavabdehlər x2na və x3na qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsindən cavabdehlər x2 və x3 tərəfindən birgə verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(071)210/2018 saylı qətnaməsi dəyişdirilməməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessu al hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 və x3 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1565/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1565/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver