Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1565/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9917/2019 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(009)3524/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.A.Bağırov) İddiaçı Cavabde h2 və digərlərinə qarşı “vurulmuş ziyanın ödənilməsi barədə” iddiası qismən təmin edilərək, Cavabdeh2 ödəniş vaxtı milli manata məzənnədə 11.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9917/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən “Mersedes Benz 110 CDİ” markalı, Az ** UJ *** dövlət nömrə ni şanlı mikroavtobusun alqı-satqısına görə ödədiyi 11.000 ABŞ dolları məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh2 məhkəmə iclası nda iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izahat etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, Cavabdeh2 vəkili Nemət Heydərov və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aş ağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, Cavabdeh2 münasibətdə iddia tələbinin əsaslı olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 572.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri il ə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxx 2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən Cavabdeh1 məxsus “Mercedes Benz 110 CDİ” markalı, ** UJ *** dövlət nömrə nişanlı mikro-avtobus onun əvəzindən etibarnamə əsasında xxx imza etməklə Cavabdeh2 və xxxə verilmişdir. xx xxx 2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən Cavabdeh2 həmin avtomobili İddiaçı vermişdir. Bundan sonra, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə xxxun iddiası təmin edilərək, İddiaçı 10.000 ABŞ dollarının tutulub xxxa verilməsi qət edilib. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, sözügedən mikro-avtobusa dair Füzuli Məhərrəmov tərəfindən xxxa verilmiş, həmçinin İddiaçı tərəfindən xxxa verilmiş etibarnamə ləğv edilmişdir. Eyni zamanda, sözügedən avtomobili xxxdan 11.000 ABŞ dollarına almış xxxdə öz növbəsində məhkəməyə müraciət edərək, ona vurulmuş ziyanın ödənilməsini tələb etmiş və onun iddiasi təmin edilərək, xxxdan onun xeyrinə həmin məbləğin tutulması qət edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xxxa faktiki olaraq satdığı avtomobil mülkiyyətçisi tərəfindən geri alındığından həmin avtomobilə görə X2 Mustafayevə ödədiyi 10.000 ABŞ dolları sonuncudan alınaraq xxxa qaytarılmalıdır. Sonradan sözügedən qətnamə xx xxxxxx 2014-cü il tarixdə qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə icraata İddiaçı tərəfindən borc məbləği ödənildiyindən xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən avtomobil bir neçə dəfə etibarnamə əsasında faktiki alqı-satqı n əticəsində bir şəxsin sahibliyindən digər şəxsin sahibliyinə keçmiş, lakin daha sonra həmin etibarnamələr ləğv edildiyindən, alqı-satqılar zamanı ödənilmiş pul vəsaitlərinin qaytarılması ilə əlaqədar mübahisələr yaranmış və ziyan çəkmiş şəxslər məhkəməyə müraciət edərək ziyanın əvəzinin ödənilməsini tələb etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və y a əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilməsin. Həmin Məcəllənin 573.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini və ya bilməli olduğunu sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülk i mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı qeyd olunan avtomobili Cavabdeh2 dəyərini tam ödəyərək almış və daha sonra isə xxxa satmışdır və nəticədə İddiaçı avtomobilə görə ona ödənilmiş məbləği xxxa qaytarmışdır. Həmçinin qeyd olunan avtomobil Cavabdeh1 məxsus olmuş olsa da, iddiaçıya sözügedən zərər Cavabdeh2 tərəfindən vurulduğundan, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, İddiaçı ona dəymiş ziyanın ödənilməsinə dair Cavabdeh2 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməklə düzgün nəticəyə gəlmiş və sadalan an maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin i şə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9917/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1565/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1565/2020
13.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver