Məhkəmə qərarları › İş №2(102)-1565/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1565/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1565/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı “kredit” tələbinə dair ilkin Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X21 oğlunun katibliyi, Cavabdeh və vəkili Nuriyev İlham Qubad oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3379/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tari xli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Bakı Şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış, xx.xx.2016-cı il tarixli 3M-1358 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 9600 manat məbləğində borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” tərəf “borc verən” tərəfə olan borcunu xx xxxxx 2017-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürmüşdür. “Satıcı” Cavabdeh ilə “alıcı” X4 arasında bağlanmış AN-İ № 0482913, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan binada yerləşən qeyri-yaşayış sahəsini (90 saylı mağaza) alıcının mülkiyyətinə vermiş, lakin xx.xx.2015-ci il tari xli müqaviləsinin ləğvinə dair saziş bağlanmışdır. Həmin sazişə əsasən qeyri-yaşayış sahəsinin satılmasına dair müqavilə ləğv edilmiş, alıcıya ödənilmiş 125.850.0 manat məbləğində pulun, satıcıya isə qeyriyaşayış sahəsini qaytarılması razılaşdırılmışdır. Cavabdeh ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli barışıq sazişinə əsasən ünvan 10 binada yerləşən Cavabdeh məxsus olan qeyri-yaşayış sahəsinin (90 saylı mağaza) X1 haqqında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat kontorunda bağlanmış saziş ləğv edilmişdir. Həmin tarixdə 9 saylı Notariat kontorunda təsdiq edilmiş ərizələrdən görünür ki, Cavabdeh ünvan 1 ünvana xx.xx.2015-ci il tarixli 4Ə-36 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2015-ci il tarixli 3m-54 2 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair Sazişlə bağlı İddiaçı və X3 qarşı indi və gələcəkdə heç bir şikayəti, iddia və tələbi olmayacağı barədə öhdəlik götürmüşdür. Cavabdeh nümayəndəsi X7 tərəfindən Yasamal rayon Məhkəməsinə ünvanlanmış ərizəyə əsasən, məhkəmənin icraatında olan mülki iş üzrə iddiaçı Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh X3 qarşı qaldırdığı ünvan 3 ünvanında yerləşən 90 saylı mağazaya dair xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin qaytarılması barədə iddia tələblərindən imtina etmiş, əsas kimi xx.xx.2016-cı il tarixli barışıq sazişinə istinad etmişditr. Yasamal Rayon Məhkəməsinin 2(004)-14118/2016 nömrəli, xx.xx.2016-cı il ta rixli qərardadından görünür ki, iddiaçı Cavabdeh X3 və maraqlı şəxs 12 saylı X5rşı alqı-satqı müqaviləsinin ləğvinə dair saziş əsasında qeyri-yaşayış sahəsinin qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Eyni zamanda, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli barışıq sazişinə əsasən, İddiaçı xx.xx.2016-tarixdə 3m-1358 reyestr nömrəsi ilə Bakı 9 saylı n/k-da bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh verdiyi 9600 manat borc pulu Cavabdeh bağışlamışdır. Sazişin şərtlərinə əsasən Cavabdeh qəbul etmişdir ki, ünvan 4 mənzilin alğı-satqısını, bundan əvvəl bağlanmış ünvan 5 ünvanında yerləşən 90 saylı mağazanın xx.xx.2015-ci il tarixli alğı-satqısı və həmin xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2015-ci il tarix li, 3m-542 reyestr nömrəli saziş ilə bağlı hazırda heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Əgər Cavabdeh bununla bağlı mübahisə yaratsa hazırkı borc müqaviləsində göstərilən borc pulun iki mislini ödəyəcək. Nəsimi Rayon Məhkəməsinin 2(006)-7776/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçılar X15, X11, X8 və X9 cavabdehlər x1 oğluna, X3 və Bakı şəhəri 12 saylı notariat kontoruna qarşı pul tələbinə dair ilkin, X2 X10, Cavabdeh və qeyrilərinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab olunması, mənzilin geri qaytarılması və pul tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabde h 9.600 manat pulun tutulub ona ödənilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixdə ondan 9.600 manat borc almış və borc müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Müqavilənin şərtlərinə görə Cavabdeh ondan aldığı 9.600 manat pul vəsaitini xx xxxxx 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, 9.600 manat olan borcunu qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh borcu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu bu günədək ona olan borcunu qaytarmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-1245/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etiraz ərizəsi ilə məhkə məyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli, 2(005)-1245/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-1245/2018 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 2(005)-1245/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsi qərara alınmışdır. Cavabdeh da eyni zamanda İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və x1 oğlundan 250.000 manat pulun (xx xxxxxx 2015-ci ildə bu məbləğ 320.000 ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 37 ay x 2.000 manat = 74.000 manat, ona çatacaq icarə haqlarının məbləğini), bundan əlavə ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 5 0.000 manat pulun tutularaq ona ödənilməsi, əks təqdirdə alğı-satqı müqaviləsinin ləğvinə dair xx xxxx 2015-ci il tarixli saziş əsasında ünvan 6 ünvanda yerləşən sahəsi 59,0 kv.metr olan qeyri yaşayış sahəsinin ona geri qaytarılması və bu illər ərzində ailə üzvlərinə dəymiş ziyanın (bu günə kimi 37 ay x 2.000 manat = 74.000 manat icarə haqqı və ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat) məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandımışdır ki, İddiaçı ilə aralarında xx xxxxxxx 2016-cı il tarixdə 9.600 manat borc məbləğinə dair müqavilə bağlanmışdir. O, həmin məbləği ona borcu olduğuna görə keçmiş tanışı x1 oğlu tələb etmişdir. x1 oğlu xarici ölkədə olduğu üçün İddiaçı xahiş etmiş, o da öz növbəsində onun xahişini yerinə yetirmişdir. xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinə əsasən İddiaçı həmin məbləği ona bağışladığını bildirmişdir. Bunun müqabilində İddiaçı, x1 oğlu və digərlərinin onun mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 90 saylı mağazanın xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin ləğvinə dair xx xxxx 2015-ci il tarixli saziş ola-ola onun və ailə üzvlərinin xəbəri olmadan başqa şəxsə satmaları və fırıldaq yolu ilə etdikləri saxtakarlığı bağışlamağını istəmişlər. Ona və ailəsinə qanuni əsaslarla məxsus olan əmlakı aldatma yolu ilə özgəniləşdirmişdir. Öz aralarında razılaşaraq onun inamından sui-istifadə edən İddiaçı və x1 oğlu onun halal mülkü olan mağazasının qaytarılmasını, əks təqdirdə mağazanın o, vaxta olan təqribi qiymətini və ona bu müddət də dəyən maddi ziyana görə 250.000 manat pulun (xx xxxxxx 2015-ci ildə bu məbləğ 320.000ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 36 ay x 2.000 manat = 72.000 manat) onlara çatacaq icarə haqlarının tutularaq ödənilməsi, bundan əlavə ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat ödəyəcəkləri halda onlarla barışacağını bildirmişdir. Verdikləri vədə əməl etmədiklərinə görə o, şəxsləri məhkəməyə vermişdir. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmişdir. Onun qanuni tələbləri bu günədək öz həllini tapmamışdır. Lakin, onun Ədliyyə Nazirliyinə müraciətinə cavab olaraq xx xxxxxx 2018-ci il tarixli məktubda bildirilmişdir ki, həqiqətən 12 saylı Notariat Konturunun dövlət notariusu öz vəzifə səlahiyyətinə laqeydlik nümayiş etdirərək, a lğı-satqı müqaviləsinin ləğvi zamanı qanunsuzluğa yol vermişdir. Belə ki, x2 saxtakarlıq edərək, Çıxarışın əslini deyil, sənədin əslinə çox oxşar rəngli nüsxəsini təqdim etdiyini və notariusun buna aldanaraq müqavilənin ləğvini təsdiqləyərək imzaladığını və beləliklə də notariusun səhvi nəticəsində qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2018-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin (hakim Abbas Əliyev) 27 aprel 2018-ci il tarixli, 2(005)-1245/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi təmin, Cav abdeh İddiaçı qarşı “250.000 manat, mənəvi ziyana görə 50.000 manat pulun tutulması, əks halda alqı-satqı müqaviləsinin ləğvinə dair xx xxxx 2015-ci il tarixli saziş əsasında ünvan 8 ünvanda yerləşən sahəsi 59,0 kv.metr olan qeyri-yaşayış sahəsinin qaytarılması və bu illər ərzində dəymiş ziyana görə 74.000 manat icarə haqqının ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh 9.600 manat pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri 9 saylı Notariat K ontorunda bağlanmış, xx.xx.2016-cı il tarixli 3M-1358 reyestrli kredit müqaviləsi əsaslı olduğundan ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh İddiaçı xeyrinə 9600 (doqquz min altı yüz) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, eyni tərəflər arasında eyni predmet üzrə, yəni ünvandakı 59 kv.m qeyri yaşayış sahəsinin cavabdehə qaytarılmasına dair Yasamal Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadı, Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri olmuşdur. Qeyd olunan yekun məhkəmə aktları qanunla müəyyən edilmiş qaydada qanuni qüvvəsini almışdır. Bundan başqa, qarşılıqlı iddia tələbi qeyri-müəyyəndir. Belə ki, qarşılıqlı iddia ərizəsində İddiaçı cavabdeh kimi qeyd edilmiş, lak in qarşılıqlı iddia ərizəsinin “xahiş etdi” hissəsində qeyd olunan tələb İddiaçı ilə birlikdə x1 oğlu və (bu qarışıq işdə iştirakı, əlaqəsi olan) digər şəxslərə qarşı yönəldilmişdir. Lakin Cavabdeh tərəfindən cavabdehlərin hər birinə qarşı yönələn tələb dəqiq göstərilməmiş, sadəcə qarşılıqlı iddia tələbində cavabdehlər İddiaçı və x1 oğlunun öz aralarında razılaşaraq onun inamından sui-istifadə etdiklərini qeyd etmişdir. Ancaq qarşılıqlı iddia tələbində qeyd olunan maddi zərərin qarşılıqlı iddia tələbi üzrə iddiaçıya ödənilməsi, əks təqdirdə mübahisələndirilən yaşayış evinin ona qaytarılması ilə bağlı cavabdehlər arasında hər hansı əlaqənin olması əsaslandırılmamışdır. Bununla birlikdə qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tərəfindən iddia tələbində qeyd etdiyi digər xüsusatlarla bağlı məhk əməyə hər hansı mötəbər dəlil təqdim edilməmişdir. Əksinə iş materiallarında olan sübutlarla qarşılıqlı iddia tələbində mübahisələndirilən hallar tam təkzib olunmuşdur. Belə olan təqdirdə, Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız və qanunsuzdur. Məhkəmə araşdırması zamanı iddiaçı 50.000 manat dəyərində mənəvi zərərin ona vurulmasını təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də qarşılıqlı iddia tələbi iddiaçıya vurulmuş mənəvi ziyanın tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.1, 740.2, 385.1, 430.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələ rinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, İddiaçı iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlilləri ilə əsaslandırılmaqla yanaşı qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə tam araşdırmadan, onun borc alması və borcun məcburən qaytarmağa borclu olduğu barədə qərar verilməsi əsassızdır. Belə ki, əvvəllər tanımadığı Nadir adlı şəxs tərəfindən ona pul verilməsinin mahiyyəti araşdırılmamış, onun aldadılaraq dələduzluq yolu ilə öz məqsədlərinə qanunsuz yolla çatmasına nail olmuşlar. Halbuki, mülkiyyətində olan əmlakının qiyməti hesab edilsə k i, aldığı borcdan dəfələrlə artıqdır. Bundan başqa barışıq sazişini rəhbər tutan cavabdeh, onunla bağlanmış barışıq sazişində konkret olaraq notariusun iştirakı ilə göstərmişdir ki, 9600 manat məbləği ona bağışlamasını öz imzası ilə notariusda ona təqdim etmişdir. Həmin müqavilə birbaşa onun çıxılmaz vəziyyətdə olmasına dəlalət edir. Hər bir halda məhkəmə araşdırma aparmadan, onun mülkiyyətini nəzərə almadan, birtərəfli qətnaməsi qanunsuz və ədalətsiz hesab edilməklə ləğv edilməlidir. Bununla yanaşı istinad etdiyi dəlillər Ədliyyə Nazirliyinə göndərdiyi məktubun cavabında öz əksini tapmışdır. Ədliyyə Nazirliyinə müraciətinə cavab olaraq xx.xx.2018-ci il tarixli 05/Ə-05-13 saylı məktubda bildirilmişdir ki, həqiqətən 12 saylı Notariat Konturunun dövlət notariusu Hünər Hacıyev öz vəzifə səlah iyyətinə laqeydlik nümayiş etdirərək, alqı-satqı müqaviləsinin ləğvində qanunsuzluğa yol vermişdir. X18 tərəfindən saxtakarlıq edərək dövlət sənədi olan çıxarışın əslini kopyalıyaraq ona təqdim etdiyini bilməyərək imzalamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Sənan Hacıyev - sədrlik edən, məruzəçi, Rafael Eyvazov və Fuad Talışinski) xx xxxx 2018-ci il tarixli, 2(103)-7872/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və işin hallarına uyğundur, habelə onun qəbul u zamanı maddi və prosessual hüquq normalarının pozuntusunu yol verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən işin tam hərtərəfli araşdırılmaqla, tədqiq olunmuş sübutları tərəflərin izahatları ilə müqayisəli təhlil edərək düzgün hüquqi qiymət verməklə iddia tələbinin təmin olunması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2(103)-7872/2018 saylı qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) 2(102)-2682/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-7872/2018 saylı qətnaməsi qismən - Cavabdeh 9.60 0 manat pulun tutulub İddiaçı verilməsi ilk iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissə də yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında xx xxxxxxx 2016-cı il tarixli borc müqaviləsinin bağlanmasından sonra, onlar arasında xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinin bağlanmasına və həmin müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh verdiyi 9.600 manat borc pulu ona bağışlamasına əhəmiyyət vermədən, həmin barışıq sazişinin həqiqiliyini yoxlamaqla tərəflərin həmin barışıq sazişinin şərtlərinə münasibətlərini öyrənmədən, onlar arasında barışıq sazişinə qədərki danışıqları, yazışmaları, eləcə də onların sonrakı hərəkətlərini nəzərə almadan, barışıq sazişinin surətini nəyə görə işə əlavə etməsini qətnamədə əsaslandırmadan, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, barışıq s azişi üzrə 9.600 manat borc pula dair tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə barışıq sazişinin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, İddiaçı 9.600 manat borcu Cavabdeh bağışlaması ilə, sonuncunun ünvan 11 evin, 08-ci mənzilinə, ünvan 10 ünvanda yerləşən 90 saylı qeyri-yaşayış sahəsinə, eləcə də həmin müqavilənin ləğvinə dair sazişlə bağlı heç bir iddia tələbinin olmayacağı arasında səbəbli əlaqənin olub-olmamasını araşdırmadan, Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 739.1-ci maddələrinin tələblərinə istinad etməklə Cavabdeh sözügedən borc müqaviləsi üzrə öhdəliklərini icra etməməsi barədə səhv nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaya aid hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası MM-nin 404.1, 666.1, 328, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) xx xxxx 2019-cu il tarixli 2(103)-8689/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2(102)-2682/2019 saylı, 30 aprel 201 9cu il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız qanuni qüvvəyə minməmiş mübahisələndirilən, yəni Cavabdeh 9.600 manat pulun tutulub İddiaçı verilməsinə dair ilk iddianın təmin edilməsi hissəsində, Cavabdeh apellyasiya şikayəti üzrə yoxlanılmalıdır. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi digər hissələrdə qanuni qüvvəsini almışdır. Məhkəmə müəyyən etmişdir ki, xx xxxxxxx 2016-cı il tarixli borc müqaviləsinin bağlanmasından sonra, tərəflər arasında xx xxxxxx 2016-cı il tarixli barışıq sazişi olmuş və həmin sazişin şərtlərinə görə İddiaçı Cavabdeh verdiyi 9.600 manat borc pulu ona bağışlamışdır. Qeyd olunan Barışıq Sazişinin şərtlərinə görə Cavabdeh da ünvan 11 ünvanda yerləşən 08 saylı mənzilin alq ı-satqı müqaviləsinə, bundan əvvəl bağlanmış ünvan 10 ünvanda yerləşən 90 saylı mağazanın xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqavilənin ləğvinə dair xx xxxx 2015-ci il tarixli sazişlə bağlı heç bir iddiası və tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, Cavabdeh qeyd olunan mənzilin və qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı heç bir iddiası və tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə öhdəlik götürməsinə səbəb borcun bağışlanması olmuşdur. Beləliklə də, borcun bağışlanması ilə mənzilin və qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı heç bir iddia və tələbin olmadığı və gələcəkdə də olmayacağı arasında səbəbli əlaqənin olması açıq-aşkar bəlli olur. Cavabdeh qeyd olunan sazişin şərt lərinə əməl etməməsi işdən görünmür. Əksinə Cavabdeh ilə x2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli barışıq sazişindən sonra Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin ona qaytarılması barədə iddiadan imtina etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)-14118/2016 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş və qeyd olunan qərardad qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinin həqiqiliyi yoxlanarkən Cavabdeh həmin barışıq sazişinin şərtlərinə münasibəti öyrənilmiş, lakin İddiaçı nəinki apellyasiya baxışında iştirak edərək qeyd olunan barışıq sazişi qüvvədə olmasına baxmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etməsinin əsl səbəblərini açıqlamaq istəməmiş, ümumiyyətlə heç vaxt məhkəmə iclaslar ında iştirak etməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almayaraq bu hissədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almayaraq bu hissədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 387, 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-8689/2019 nömrəli qətnaməsinin qismən ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respub likası Ali Məhkəməsinin (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, hakimlər Aslan Kalbalıyev və Ələsgər Əliyev) 2(102)-141/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8689/2019 saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı heç bir maddi hüquq normasına istinad etmədən birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə birinci instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin borc və öhdəliklərin təmini ilə bağlı maddi hüquq normalarına istinad olunmasının əsassızlığını da qətnaməsində qeyd etməmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 392.1.5-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və məhkəmənin rəhbər tutduğu qanunları göstərməlidir. İddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinin pozulması, yəni Cavabdeh ailə üzvlərinin barışıq sazişində göstərilən alqı-satqılarla bağlı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmələri əsas götürülərək, İddiaçı iddia tələbi təmin olunmuşdur. Apelyasiya instansiya sı məhkəməsi mülki işdə mövcud olan sübutlara diqqət yetirmədən birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, “Cavabdeh qeyd olunan sazişin şərtlərinə əməl etməməsi işdən görünmür”. Apelyasiya instansiyası məhkəməsi gəldiyi həmin nəticə ilə məhkəmə kollegiyası razılaşmayaraq hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunanlarla əlaqədar mülki işdə olan sübutları tam araşdırmamışdır. Belə ki, mülki işin materiallarına R.Ə.x2 və qeyrilərinin (Cavabdeh ailə üzvləri) Bakı şəhəri Nəsimi rayon məhkəməsinə ünvanlandığı iddia ərizəsinin surəti, həmin iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon məhkəməsi xx xxxxxx 2017ci il tarixli qətnaməsi və həmin qətnamədən verilən apelyasiya şikayəti əlavə olunmuşd ur. Cavabdeh ailə üzvləri tərəfindən iddia ərizəsi və apelyasiya şikayəti ilə məhkəməyə müraciət edilməsi Cavabdeh özünün iradəsindən asılı olmaya bilərdi və belə olan halda onun barışıq sazişinin şərtlərini pozması qənaətinə gəlmək üçün kifayət qədər əsas olmayacaqdır. Lakin həmin məsələnin araşdırılması məhz apelyasiya instansiyası məhkəməsinin səlahiyyəti və vəzifəsinə aid olduğu halda məhkəmə bu məsələ ilə əlaqədar zəruri araşdırma aparmamışdır. Belə ki, Cavabdeh və ailə üzvlərinin iradə ifadələrini fərqli olması öz təsdiqini tapmır, əksinə onlar həmişə eyni mövqedən çıxış etmişlər. Cavabdeh həmin iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ailə üzvlərinin ayrıca iddia ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət zamanı istinad etdikləri eyni əsaslara istinad e tmiş, eyni tələbləri irəli sürmüşdür, həmin iddia ərizəsinin məzmunu da onunla ailə üzvlərinin eyni mövqedə olmasını təsdiq edir. Beləliklə Məhkəmə kollegiyası Cavabdeh qarşılıqlı iddia tələbi ilə, ailə üzvlərinin barışıq sazişindən sonra Nəsimi rayon məhkəməsində qaldırdıqları iddia tələblərinin üst-üstə düşdüyünü müəyyən edir və bu onların iradə ifadələrinin ümumiliyi, Cavabdeh Bakı şəhəri Nəsimi rayon məhkəməsində iddia qaldırılmasında razılıq verməklə barışıq sazişinin şərtlərini pozması barədə qənaəti formalaşdırır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticəl ənə bilərdi. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) xx xxxxxx 2020-ci il tarixli 2(103)3379/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1245/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə də təmin edilməməmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli barışıq sazişin şərtlərinə əməl etməməsi işdən görünmür. Əksinə, Cavabdeh ilə x2 arasınd a bağlanmış xx xxxxxx 2016-cı il tarixli barışıq sazişindən sonra Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin ona qaytarılması barədə iddiadan imtina etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)-14118/2016 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş və qeyd olunan qərardad qanuni qüvvəyə minmişdir. Cavabdeh ailə üzvlərinin İddiaçı məhkəməyə vermələrinin Cavabdeh ilə əlaqəsinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 666.1, 328.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-3379/2020 nömrəli qətnaməsinin ləğv edilərək ilin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən göstərişlər nəzərə alınmamış, yanlış nəticəyə gəlinmişdir. Belə ki, birinci əsasla bağlı qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə tərəfindən qeyd edilən məqamla bağlı heç bir münasibət bildirilməmişdir. Cavabdeh ailə üzvlərinin məhkəməyə verdikləri iddialar dolayı yolla onun iradə ifadəsidir. Qeyd edilən məqamla bağlı Cavabdeh bildirir ki, guya bu məsələyə görə onun ailə üzvləri bağlı müba hisələri olmuş, hətta mübahisələr boşanma səviyyəsinə gəlmişdir. Lakin qeyd edilənlər məhkəmədə sübut edilməmişdir. Belə olan halda Ali Məhkəmənin qeyd edilən göstərişinə əməl edilməməsi tamamilə müəyyən olunur. İkinci əsas da məhkəmə tərəfindən araşdırılmamış, sadəcə mübahisənin məzmunun eyni olması deyilməsi ilə kifayətlənmişdir. Bu isə yolverilməzdir. Çünki mübahisə eyni olsa da, hər iki iddianı eyni olması onu göstərir ki, Cavabdeh ailə üzvləri tərəfindən məhkəməyə müraciət edilmə bir mənalı olaraq onun iradəsi daxilində olmuşdur. Ümumiyyətlə eyni evdə yaşayan şəxslərdən birinin məhkəmədə iddia qaldırması halında digər ailə üzvlərinin bilməməsi inandırıcı deyildir. Bütün bu hallar sübut edir ki, apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. BPİ-nin İctimai Təhlükəsizl ik İdarəsinin rəisi x3 tərəfindən Cavabdeh ünvanlanmış cavab məktubunun (xx.xx.2018-ci il tarixli) surətindən görünür ki, Cavabdeh İddiaçı barəsində şikayəti əsassız olduğundan onun şikayətinə baxılması qeyri-mümkün olmuşdur. Cavabdeh ünvanlanmış cavab məktubunun tarixi xx.xx.2018-ci il tarixi olsa da, onun müraciəti daha əvvəlki tarixdə olmuşdur. İddiaçı məhkəməyə müraciət etməsinin səbəbi də bu olmuşdur. Bu hal özü də təsdiq edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-3379/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Nuriye v İlham Qubad oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh İddiaçı və vəkili X12 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc a lan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

546. Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya ”şikayətində” işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə”üçün”əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və”yaxud qətnamə” və”qərardadda ifadə”olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə” yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya baxışını predmetini yalnız ilk iddiaya baxılması təşkil etdiyindən, İddiaçı kassasiya şikayəti ə sasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarix li borc müqaviləsi üzrə verdiyi 9600 manat borcu xx.xx.2016-cı il tarixdə bağlanmış barışıq sazişinə əsasən qarşılıqlı razılıq əsasında cavabdehə bağışlamış və bu cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, ünvan 4 ünvanında yerləşən 8 saylı mənzilin alğı-satqısını, bundan əvvəl bağlanmış ünvan 5 ünvanında yerləşən 90 saylı mağazanın xx.xx.2015-ci il tarixli alğı-satqısı və həmin xx.xx.2015-ci il tarixli alğısatqı müqaviləsinin ləğvinə dair xx.xx.2015-ci il tarixli, 3m-542 reyestr nömrəli saziş ilə bağlı hazırda heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Əgər Cavabdeh bununla bağlı mübahisə yaratsa hazırkı borc müqaviləsində göstərilən borc pulun iki mislini ödəyəcək. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh həmin Saziş üzrə öhdəliyini icra edərək, Yasamal rayon Məhkəməsinin icraatında olan iddia tələbindən imtina etmiş və məhkəmə bu əsasla iş üzrə icraata xitam vermişdir. İddiaçı cavabdehin ailə üzvləri tərəfindən Nəsimi rayon Məhkəməsində cavabdehlər x1 oğluna, X3 və Bakı şəhəri 12 saylı notariat kontoruna qarşı pul tələbinə dair iddia qaldırdıqlarına və bununla da, cavabdehin xx.xx.2016-cı il tarixli barışıq sazişinin şərtlərinə əməl etmədiyinə istinad edərək, ondan 9600 manat borcu tələb etdiyini göstərir. Lakin apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, Cavabdeh qeyd olunan sazişin şərtlərinə əməl etməməsi işdən görünmür. Həmçinin, məhkəmə iclasında Cavabdeh ailə üzvlərinin İddiaçı məhkəməyə vermələrinin Cavabdehla əlaqəsinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiy ası kassasiya şikayətinin Cavabdeh ailə üzvləri tərəfindən məhkəməyə müraciət edilməsinin bir mənalı olaraq onun iradəsi daxilində olması, eyni evdə yaşayan şəxslərdən birinin məhkəmədə iddia qaldırması halında digər ailə üzvlərinin bilməməsinin inandırıcı olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2016-cı il tarixli barışıq sazişi həmin sazişin tərəfləri olan idiaçı və cavabdeh üçün öhdəliklər yaratmışdır. Cavabdehin ailə üzvləri həmin sazişin tərəfi olmamışdırlar. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Göründüyü kimi, cavabdeh öz ailə üzvlər olsa da, 3-cü şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır. Buna görə də, bu hala istinad etməklə, iddiaçının barışıq sazişi üzrə borcun bağışlanması öhdəliyinin icrasından imtinası əsassızdır. Kassasiya şikayətində cavabdehin öz öhdəliyini icra etməməsini əsaslandırmaq üçün onun polis orqanlarına şikayət etməsi və BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi x3 tərəfindən Cavabdeh ünvanlanmış cavab məktubuna istinad etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci və apellyasiya instansiya məhkəmələrində işə baxılarkən bu fakta istinad etməmişdir. Kassasiya məhkəməsində isə yeni fakta istinad edilməsi və yeni sübut təqdim edilməsi yolverilməzdir. Kassasiya şikayətinin apellyasiya məhkəməsinin kassasiya məhkəməsinin sonuncu qərarında əks ed ilmiş göstərişlərin nəzərə alınmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikaı Mülki-Prossesual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə” 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. ” Həmin qərarda hüquqi mövqe ondan ibarətdir ki, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz.” Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar.””””” Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahi yyətləri çərçivəsində həll etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3379/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar