Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1565/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)-6993/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı yaxud bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 16 iyun 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 18 ay müddətinə, 30 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir.
2. Tərəflər arasında bağlanmış həmin tarixli girov müqaviləsinə əsasən, 1999-cu il buraxılışlı “Daevoo Leganza” markalı avtomobilin 16 iyun 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə girov qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4647,04 manat məbləğində əsas borc, 925,54 manat məbləğində faiz borcu olmaqla cəmi 5572,58 manat borcun və 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının x eyrinə tutulması, tutmanın girovla yüklü edilmiş “Daevoo Leganza” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, girov predmetinin məbləği kredit borcunu ödəmədikdə tutmanın borclunun digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, buna görə də bank hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin xx.xx.2012-ci il tarixinə banka 4647.04 manat əsas, 925.54 manat faiz olmaqla, cəmi 5572.58 manat borcu mövcuddur. İddiaçı tərəfindən dələrlə şifahi xəbərdarlıqların olunmasına baxmayaraq, onun tərəfindən bu günədək kreditin qalıq məbləğinin qaytarılması üçün heç bir tədbir görülməmişdir.
5. Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2746/2012 nömrəli, 27 avqust 2012-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Həsənova) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 4647,04 manat məbləğində əsas borc, 925,54 manat məbləğində faiz borcu olmaqla cəmi 5572,58 manat borcun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın girovla yüklü edilmiş “Daevoo Leganza” markalı Az ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödənişlər etmiş, sonrada ödəniş etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas kredit və faiz borcu yaranmışdır. Cavabdehin tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə iddiaçıya əsas kredit üzrə 4647.04 manat əsas, 925.54 manat faiz borcunun yaranması təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır.
7. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, tutma iddiaçı qarşısında cavabdeh tərəfindən girov ilə yüklü edilmiş “Daevoo Leganza” markalı, buraxılış ili 1999-cu il, ban nömrəsi KLAVA69ZEXB173932 olan avtomobilə yönəlməlidir.
8. Bundan başqa, birinc i instansiya məhkəməsi iddia tələbinin “ipoteka predmetinin məbləğinin kredit borcunu ödəmədikdə tutmanın borcalanın digər əmlakına yönəldilməsi” hissəsi ilə bağlı bildirmişdir ki, həmin tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında olan 16 iyun 2011-ci il tarixli girov müqaviləsinin 1.8-ci bəndində girov obyektinin satılmasından hasil edilmiş məbləğ bankın tələblərinin tam ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin borclunun başqa əmlakından almaq ixtiyarı qeyd olunsa da, həmin əmlakların nədən ibarət olması barədə dəqiq məlumat göstərilməmişdir. Digər tərəfdən, məhkəmə baxışı zamanı da iddiaçının nümayəndəsi verdiyi izahatlarında tələbin qeyd olunan hissəsini əsaslandıra bilməmiş və məhkəməyə cavabdehə məxsus digər əmlakların nədən ibarət olması barəd ə hər hansı mötəbər sübut növü təqdim etməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 269, 317.1, 319.1, 319.6, 385, 386.1, 445.1, 445.2.1, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1.1, 39.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 222.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən onun iştirakı təmin olunmamış, işin faktiki halları tam araşdırılmamışdır. Həm çinin, iddiaçı bankdan kredit almamış, bankın vəzifəli şəxsləri onun adından saxta müqavilə bağlayaraq krediti mənimsəmişlər. Həmin əməllərinə görə bankın vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşlar.
12. Cavabdehin məhkəməyə təqdim etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 1(101)-98/2016 saylı hökmünə əsasən, İddiaçı ASC-nin Xəzər filialında kredit şöbəsinin müdiri və inspektoru vəzifəsində işləmiş X6 vəzifəsindən suiistifadə edərək ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh adına 16 iyun 2011-ci il tarixli 01 nömrəli kredit müqavilələri və bununla bağlı kredit dosyesinə daxil olan digər sənədləri girov müqavilələri, kredit sifarişləri, ssuda verilməsi üçün sərəncamlar, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəllərini hazırlamış və müvafiq sənədlər əsasında həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən cəmi 526652 manat məbləğində pul vəsaitinin bankın filialının xəzinəsindən digər şəxslər tərəfindən alınması ilə nəticələnən hərəkətləri ilə İddiaçı ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuş, bu əməlləri ağır nəticələrə səbəb olmuşdur. Həmin əməllərinə görə X6 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edi lmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 20 dekabr 2022-ci il tarixli, 2(103)-6993/2022 nömrəli qətnaməsi ilə (hakimlər: İ.Kərimli (sədrlik edən və məruzəçi), A.Hüseyn və E.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının cavabdehə qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmeti olan avtomobilə yönəldilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşd ırmamışdır.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı bank tərəfindən cavabdehə kredit verilməsi sübut olunmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 295, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 384.0.2, 385.1.1, əsaslandırmışdır. 385.1.2, 387.2.2, 388-ci maddələrinə istinad etməklə Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən apellyasiya baxışına qaytarılması barəd ə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 5000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından da göründüyü kimi cavabdehin iddiaçıya xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş ümumilikdə 5572,58 manat borcu vardır. Lakin cavabdeh iddiaçı ilə hər hansı kredit müqaviləsi bağlamadığını, belə bir müqaviləni imzalamadığı, iddiaçı tərəfindən ona kredit müqaviləsi, kassa məxaric orderi üzrə pul verilmədiyini və ümumiyyətlə sözügedən kredit mü qaviləsi barədə məlumatsız olduğunu göstərərək iddiaya etiraz etmiş və bunlara əsasən apellyasiya instansiya məhkəməsi iddiaçının sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini icra edib müqavilədə nəzərdə tutulan 5000 manat krediti cavabdehə vermədiyini, beləliklə də tərəflər arasında əslində kredit münasibətlərinin yaranmadığını göstərmişdir. Hazırki işdən, o cümlədən, maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixində 294 manat, xx.xx.2011-ci il tarixində 157 manat və xx.xx.2014-ci il tarixində 800 manat ödəniş olmuşdur. Bu isə cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli müqavilənin etibarllılığının qəbul edilməsinə gətirib çıxarır. Həmçinin əqd imzalandıqdan sonra tərəflər öz hüquqlarının həyata keçirilməsinə və öhdəliklərinin icra ed ilməsinə başlamışlarsa deməli, hər iki tərəf əqdi bəyənmişdir. Apellyasiya instansiya məhkəməsi ümumiyyətlə işin qeyd olunan halları üzrə heç bir araşdırma aparmadan, kredit üzrə ödənişlərin kimin tərəfindən ödənilməsini aydınlaşdırmadan, onun şəxsiyyətini müəyyən edib hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, bu barədə işə əlavə edilmiş sənədlərə MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən,iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, kassa mədaxil orderindən və əlavə edilmiş digər sənədlərdən göründüyü kimi, kredit üzrə ödəniş edilmişdir.
19. Digər tərəfdən, cavabdehin apellasiya instansiyası məhkəməsinə təqdim etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmündən göründüyü kimi, iş üzrə məhkəmə-xətşünaslıq eksperti zası keçirilmiş, lakin kredit müqaviləsinin sonunda “borcalan” qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunması müəyyən olunmamışdır. Halbuki kredit müqaviləsindəki “borcalan” qrafasındakı imza ilə cavabdehin şəxsiyyət vəsiqəsindəki imzaları açıq aydın eyni şəxs tərəfindən imza olunması görünür. Apellyasiya instansiya məhkəməsi bu halı da nəzərə almamış, təkrar məhkəməxətşünaslıq ekspertizası keçirməmişdir. Beləliklə də, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquqi münasibətlərinin yaranması mülki iş materialları ilə istisna olunmur. Lakin məhkəmə kollegiyası tərəfindən sadalanana hallar və işdə olan sübutları təhlil edilmədən, onların mötəbərliyini yoxlanılmadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və yə edilməmiş hesab edilməsi yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
20. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. Tətbiq edilən hüquq: İnsan Hüquqlarının və X5 X3:
24. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:
25. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənl əşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 74
1. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətb iq edilməmişdir.
40. Apellyasiya məhkəməsi İddiaçı ASC-nin Xəzər filialında kredit şöbəsinin müdiri və inspektoru vəzifəsində işləmiş X4 vəzifəsindən sui-istifadə edərək ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh adına 16 iyun 2011-ci il tarixli 01 nömrəli kredit müqavilələri və bununla bağlı kredit dosyesinə daxil olan digər sənədlər həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən cəmi 526652 manat məbləğində pul vəsaitinin bankın filialının xəzinəsindən digər şəxslər tərəfindən alınması ilə nəticələnən hərəkətləri ilə İddiaçı ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurması, bu əməllərin ağır nəticələrə səbəb olmasına görə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhk um edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 1(101)-98/2016 saylı hökmünə istinad edərək bu qənaətə gəlmişdir ki, iddiaçı bank tərəfindən cavabdehə kredit verilməsi sübut olunmur (§ 12, 15).
41. Bununla belə, mülki işə əlavə edilmiş həmin hökmdən görünür ki, (səh. 204) ekspertizaya təqdim olunmuş, Cavabdeh adına olan xx.xx.2011-ci il tarixli, 01 nömrəli kredit və girov müqaviləsinin 1-ci vərəqinin aşağı hissəsindəki, 2-ci vərəqində “borcalan” qrafasında “Cavabdeh” qeydlərinin qarşısındakı, 16 iyun 2011-ci il tarixli xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur.
42. Qeyd olunan məlumatın tərəflər arasında etibarlı bir kredit müqaviləsinin bağlanıbbağlanmadığı, bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilib yetirilmədiyi, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olub-olmaması və ümumilikdə iddia tələbinin hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya məhkəməsi sözügedən rəyə və hallara lazımi hüquqi qiymət verməmişdir.
43. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, sübutların qiymətləndirilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 33-37).
44. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
45. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən hallara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
46. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X5 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdır ması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 24-25).
47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
48. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya dig ər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndi ndə qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
50. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara lazımi qiymət verilmədiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
51. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)-6993/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan