Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1566/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi XXX Cavabdeh: Cavabdeh Üçüncü şəxs: X1 İddia tələbi: kredit borcunun qaytarılması Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliyin yaranması, iddia müddəti 10.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən,“X2” ASC (İdarə Heyətinin sədri X1 şəxsində) Cavabdeh Binəqədi rayonu Naxçıvani və Ə.Nəvai küçələrinin kəsişməsində 3068-ci məhəllədə tikinti işlərinin aparılması məqsədilə 24 ay müddətinə, illik 16 % faiz hesablanmaqla 600.000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2018-cı il tarixdə Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi XXX Cavabdeh ilə bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 16 % faiz hesablanma qla 600.000 ABŞ dolları məbləğində kredit verildiyini, ötən müddət ərzində onun müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyini və nəticədə banka xx.xx.2017-ci il tarixinə 600.000 ABŞ dolları əsas, 9066,73 ABŞ dolları faiz, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% hesabı ilə 212.917 ABŞ dolları faiz borcunun, yəni cəmi 821.983,73 ABŞ dolları borcunun yarandığını, borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmadığına istinad etməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin borc məbləğlərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassız olmaqla yanaşı, eləcədə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Onun bankın idarə heyətinin sədri ilə işgüzar münasibətləri olduğundan, sonuncu ondan işgüzar fəaliyyətləri ilə bağlı bir neçə sənədə imza etdirmiş, lakin sənədlərin mahiyyətinə fikir verməmişdir. Faktiki olaraq o, bankdan pul almamış və pulun verilib-alınmasını təsdiq edən heç bir sənəd yoxdur. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “X2” ASC-nin xx xxx 2018-ci il tarixli məktubundan görünür ki, Ləğv prosesində olan “X2” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 36-720-08 saylı kredit müqaviləsi üzrə məxaric orderi Bankın arxiv şöbəsində tapılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bank tərəfindən öhdəliyin icra müddəti xx xxxx 2010-cu il tarixə kimi müəyyən edilmişdir. İddiaçı xx xxxx 2008-ci il tarixli müqavilə tələbləri üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 7 il müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1594/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, qanunvericiliklə müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edildiyindən, iddia müddətinin a xımı xx xxxx 2010-cu il tarixdən başladığından və iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən, yəni iddia müddətini üzrsüz səbəbdən ötürdüyündən iddia rədd edilməlidir. Bununla bərabər,məhkəmənin həmin tarixli xüsusi qərardadı ilə isə “X2” İKB ASC-nin vəzifəli şəxslərinin əməllərində və hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olubolmaması barədə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna məlumat verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətində mülki qanunvericilyin öhdəlik hüququ ilə bağlı normalarına istinad etməklə birinci instansiya məhkəməsinin əsassız ol araq iddia müddətinin ötürüllməsi nəticəsinə gəldiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9147/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov, X.A.Mərdanova, İ.Ş.Vəliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-89/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi XXXnun verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsini əsas tutub iddia tələbindən imtina etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, iddiaçı təşkilatın sözügedən kredit müqaviləsi üzrə tərəf olmamasına, həmin müqavilə üzrə tələb hüququnun həmin təşkilata yalnız xx xxxxxx 2016-cı il tarixdə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qərardadına əs asən keçməsinə və iddiaçı təşkilatın hazırkı iddia tələbləri ilə xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etməsinə diqqət yetirmədən, iddiaçı təşkilatın öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmədən, habelə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər edib-etməməsini, sözügedən kredit müqaviləsi üzrə ödəniş edilib, edilməməsini, sonuncu ilə bank arasında digər kredit münasibətlərinin olub-olmamasını aydınlaşdırmadan, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4123/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassızdır, qəbul edilməsi təsdiq edilməyən pul məbləğinin geri qaytarılması ilə bağlı cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Bununla yanaşı iddia tələbinin əsaslı olması halında belə iddia tələbində göstərilən məbləğin cavabdehdən tutulması da özlüyündə yolverilən hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx xxxx 2008-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxx 2010-cu il tarixdən hesablanmalıdır. Kredi t müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-299/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva, Q.A.Əsgərov, S.F.Hacıyev) Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndə rilmişdir. Kassasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilmişdir ki,apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişləri qətnaməsində əks etdirsə də, onlara tam əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi sorğu verilməsinə baxmayaraq araşdırma ilə bağlı hər hansı məlumatın məhkəməyə daxil olmamasını qeyd etsə də, kassasiya instansiyası məhkəməsi hər bir halda xüsusi qərardadın icrası ilə bağlı hərəkətlərin icra vəziyyətinin müəyyən edilməsinin hazırkı işin halları baxımından əhəmiyyəti müəyyən olunmaması, məhkəmə aktı ilə eyni vaxtda qəbul olunmuş qərardadın icrası ilə bağlı icraat daxilində alına biləcək hər hansı izahat və ifadə cavabdehin üzərinə məsuliyyət qoyulmasına əsas verə bilməməsinə dair apellyasiya m əhkəməsinin qənaəti ilə razılaşmayaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə iddia olunan pul vəsaitinə dair istintaq orqanı tərəfindən hər hansı araşdırma aparılıb –aparılmamasının zəruriliyi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərdən biri olduğu üçün bu halın aydınlaşdırılmasının işin həlli üçün mühüm əhəmiyyəti olmuşdur. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında istinad olunan müqavilənin bağlanmasının mübahisəsiz olmasını düzgün qeyd etsə də, müqavilənin bağlanmasının mübahisəsiz fakt olduğu halda pul məbləğinin cavabdehə verilməsinin təsdiq olunmaması kimi qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. İddiaçı tərəfin mövqeyinə görə müqavilə bağlanmış və həmin tarixdə müqavilədə göstərilən pul məbləği cavabdehə ödənilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi müqavilənin bağlanması və cavabdeh tərəfindən imzalamasını etiraf etdiyi halda hansı əsaslara görə onun pul almaması və müqavilənin icrası ilə bağlı ödəniş aparılmamasına dair dəlillərinin əsaslı olmasını mötəbər və tutarlı sübutlarla araşdırmamışdır. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3774/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Şirinov, F.Ş.Talışinski, R.Ə.Eyvazov) Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən görünür ki, “X2” ASC (İdarə Heyətinin sədri Z.A.Kəngərli şəxsində) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya Binəqədi rayonu Naxç ıvani və Ə.Nəvai küçələrinin kəsişməsində 3068-ci məhəllədə tikinti işlərinin aparılması məqsədilə 24 ay müddətinə, illik 16 % faiz hesablanmaqla 600.000 ABŞ dolları kredit veriləcəyi nəzərdə tutulmuş, müqavilənin 2.5-ci bəndində kredit vəsaitindən istifadə müddətinin xx.xx.2010-cu il tarixdə bitəcəyi razılaşdırılmışdır.Bankın xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 600.000 ABŞ dolları əsas, xx.xx.2010-cu il tarixə hesablanmış 9.066,73 ABŞ dolları faiz, müqavilənin müddəti bitdiyi tarixdən hazırkı vaxtadək illik 5%-dən hesablanmaqla 212.917 ABŞ dolları faiz olmaqla, cəmi 821.983,73 ABŞ dolları kredit borcu vardır.Bank tərəfindən cavabdehə kredit borcunun ödənilməsi barədə xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdi r. Hazırda iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə bankın öz üzərinə düşən vəzifələri icra etməsinə (kredit məbləğini borcluya verməsinə) baxmayaraq, cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək, iddia ərizəsində qeyd olunan məbləğlərdə kredit borcunun ödənilməsini tələb edir. Cavabdeh isə, iddia müddətinin ötürülməsi barədə ərizə verməklə yanaşı, həmçinin, bildirir ki, əvvəllər Bankın İdarə heyətinin sədri olan Eldar İsmayılovla bina tikintisi ilə bağlı işgüzar münasibətləri olduğundan o, xx.xx.2008-ci il tarixli kredit müqaviləsini imzalasa da, kredit məbləği ona verilməmiş, buna görə də onun tərəfindən banka hər hansı ödəniş edilməmişdir. Buna görə də, onun bank qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Apellyasiya instansiy a məhkəməsi qeyd olunanları nəzərə alaraq göstərmişdir ki, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə cavabdehin kredit müqaviləsi əsasında ondan tələb olunan məbləğdə pulu iddiaçıya qaytarmaq öhdəliklərinin olub-olmaması müəyyənləşdirilməlidir. Çünki, iddia tərəfi tələbinin məhz kredit müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı olduğunu vurğulamışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan normanın m əzmunundan görünür ki, borc (kredit) müqavilələri üzrə müqavilənin bağlandığı anda bir tərəf (kreditor) üçün öhdəlik dərhal yarandığı halda, digər tərəf (borclu) üçün isə bunun əvəzində öhdəlik yaranmır. Digər tərəf (borclu) üçün öhdəlik ancaq ilk yaranan öhdəliyin icrası nəticəsində yaranır. Başqa sözlə, borclunun geri qaytarma öhdəliyinin yaranması üçün əvvəlcə kreditorun borc predmetini borcluya verməsi lazımdır. Tərəflər arasında bağlandığı qeyd olunan xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, “X2” ASC Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani və Ə.Nəvai küçələrinin kəsişməsində, 3068-ci məhəllədə tikinti işlərinin aparılması üçün Cavabdeh 600.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, Cavabdeh isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə görə, kredit vəsaitinin hərəkəti və nəzarəti üçün bank tərəfindən cavabdehə ssuda hesabı açılır və kredit vəsaitini bu müqavilə qüvvəyə mindiyi tarixdən 3 gündən gec olmayaraq cavabdehin ssuda hesabına köçürülməsini bank öz öhdəsinə götürür. Cavabdehin ssuda hesabına bank tərəfindən kredit vəsaitin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab edilir. Həm mülki qanunvericiliklə, həm də iddiaçı tərəfindən istinad olunan kredit müqaviləsi ilə tərəflərin öhdəliklərinin eyni vaxtda yaranması nəzərdə tutulmamaqla, Bankın öz üzərində götürdüyü öhdəliyi icra etməsi, yəni kredit vəsaitini borcluya verməsi nəticəsində və bundan sonra cavabdehin krediti qaytarmaq öhdəliy inin əmələ gəldiyi müəyyən edilmişdir. Bank tərəfindən kredit vəsaitinin verilməsi sübuta yetirlmədiyi halda, cavabdehin Bank qarşısında icra edilməli olan hər hansı öhdəliyi yaranmamış olur. Sübutetmə yükü baxımından həmin halı sübuta yetirmək vəzifəsi isə Bankın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, kredit vəsaitinin cavabdehə verilməsinə dair məxaric sənədi dəfələrlə tələb olunmasına baxmayaraq, bank tərəfindən müxtəlif səbəblər göstərilməklə (bankın arxiv şöbəsində olmaması və s.) həmin sənəd məhkəməyə təqdim olunmamışdır. Halbuki, "Banklar haqqında'' Qanunun 39.1-ci və 39.2-ci maddəsinə görə, banklar bank əməliyyatlar ı haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Eyni zamanda, cavabdeh tərəfindən müqavilə müddəti ərizində (xx.xx.2008xx.xx.2010-cu illər), həmçinin müqavilənin müddəti bitdikdən sonra həmin müqavilə üzrə hər hansı ödənişlərin edilməsi faktı da təsdiq olunmur. Belə ki, xx.xx.2017-ci il tarixli maliyy ə arayışında cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixdə 10.666 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə isə 3467 ABŞ dolları ödəniş edilməsi qeyd olunsa da, Bank tərəfindən tərtib edilmiş həmin arayışı bu faktın təsdiq edilməsi üçün mötəbər və kifayətedici dəlil sayılmır. Ona görə ki, sözügedən arayışda həmin məbləğlərin istinad olunan kredit müqaviləsi üzrə ödənilməsi kimi göstərilməsinə baxmayaraq, iş materiallarında olan hesabdan çıxarışlardan həmin məbləğlərin hansı müqavilə üzrə ödənilməsi müəyyən olunmur. “X2” ASC-nin adından müqaviləni imzalayan Z.A.Kəngərli isə məhkəmədə verdiyi izahatında bununla bağlı bildirmişdir ki, cavabdehlə 2008-ci ildən münasibətləri olub. Belə ki, cavabdehin sədri olduğu “xxxx” MTK bankın müştərisi olmuş, aralarında hər hansı mübahisə olmamışdır. Bankın kas sasından pul çıxsa da, lakin həmin pulun faktiki olaraq kim tərəfindən götürüldüyünü bilmir, rəsmi təhvil-təslim olmayıb. Cavabdehlə aralarında razılaşma olduğundan Bank barəsində ləğvetmə prosesi başlayanadək, ona qarşı hər hansı pul tələbləri olmamışdır. Bu qeyri-müəyyənlikləri nəzərə alan birinci instansiya məhkəməsi yaranmış vəziyyətdə cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad qəbul etmiş və müvafiq prokurorluq orqanına göndərmişdir. Hazırkı apellyasiya baxışında işin obyektiv həlli üçün əhəmiyyət kəsb etdiyindən məhkəmə kollegiyası tərəfindən xüsusi qərardadın icrası ilə bağlı məlumat verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu ilə müraciət olunmuşdur. Adı çəkilən İdarənin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, CM-in 179.3.2, 195.2 və 308.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, “X2” ASC-nin vəzifəli şəxsləri tərəfindən həmin ASC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Cavabdeh adına kredit məbləğinin faktiki olaraq götürülməyəcəyi əvvəldən bildirilməklə xx.xx.2008-ci il tarixli müqavilə ilə 600.000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. İstinataq zamanı şahid qismində dindirilmiş Cavabdeh, ifadəsində göstərmişdir ki, özünə məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani və Ə.Nəvai küçələrinin kəsişməsində, 3068-ci məhəllədə yerləşən torpaq sahəsində yaşayış binası inşa etmək məqsədilə “xxxx” MTK adlı kooperativi təsis edərək, tikinti üçün ilk zəruri sənədləşmə işlə rini aparmış, 2005-ci ildə isə bina tikintisinin başa çatdırılması üçün investor axtararkən tanış olduğu “X2” ASC-nin Müşahidə Şurasının sədri olan Eldar İsmayılov MTK-nın təsisçilərinin yalnız özünün dediyi adamlardan ibarət olacağı, direktor və digər vəzifələrə işçiləri yalnız özünün təyin edəcəyi və s. şərtlərlə tikintiyə pul ayıracağını bildirmişdir. 2009-cu ilin fevral ayında o, MTK-dan ayrılmış, 2018-ci ilin aprel ayında Nərimanov Rayon Məhkəməsinə dəvət ediləndə bilmişdir ki, 2016-cı ildə “X2” ASC ləğv edilmiş, bundan sonra 2018-ci ilin əvvəllərində bankın ləğvedicisi ƏSF ona qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı, məhkəməyə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqavilə sini təqdim etmiş və həmin müqavilədə bank tərəfindən ona guya 600.000 ABŞ dolları kredit ayrılması göstərilmişdir. Onun adına 600.000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilməsinə baxmayaraq, o, krediti faktiki olaraq götürməmiş, müqaviləni isə Eldar İsmayılovun faktiki olaraq kreditin verilməyəcəyini, bankdan pulun çıxarılmayacağını, bankın vəziyyətinin ağır olduğunu bildirib, köməklik etməsini xahiş etdiyinə görə imzalamışdır. Şahid qismində dindirilmiş Eldar İsmayılov isə ifadəsində göstərmişdir ki, özünə və Cavabdeh məxsus olan “xxxx” MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani və Ə.Nəvai küçələrinin kəsişməsində, 3068-ci məhəllədə inşa olunan binanın tikintisində istfadə olunması məqsədilə özünün müşahidə şurasının sədri olduğu “X2” ASC ilə Cavabdeh arasında bağlanmı ş xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 16% hesablanmaqla 600.000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh, həmin pul məbləğinin götürülməsi barədə kassa məxaric orderinə imza etməsinə baxmayaraq, pulu faktiki olaraq götürməmiş, pul tam olaraq bina tikintisinə sərf edilmişdir. Sonradan Cavabdeh MTK-dan uzaqlaşmış, adına yazılmış həmin kredit borcunun isə MTK tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra isə, həmin pul balansdan kənar hesab edilmiş və gəlirlər hesabına silinməli olmuşdur. MTK-nın inşa etdiyi mənzillər satılanda isə həmin borcun bağlanması, ödənilməsi nəzərdə tutulmuşdur Apellyasiya məhkəməsi işin yuxarıda göstərilən hallarını məcmu halında qiymətləndirərək bu qənaətə gəlmişdir ki, “X2” ASC ilə Cavabdeh arasında tərtib e dilmiş müqavilə qarşılıqlı hüquq və öhdəlik yaratmağa yönəlmiş iradə ifadələri olmamaqla, görünüş üçün bağlanmış uydurma əqddir. Belə əqd isə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. Ona görə ki, əvvəla, əgər tərəflər arasında həqiqətən də etibarlı kredit müqaviləsi bağlanmış olsaydı, borclu tərəfindən müqavilə üzrə ödənişlər edilmədiyi halda, Bank ona bununla bağlı xəbərdarlıq etməli idi. Belə ki, bank praktikasında kredit müqaviləsi üzrə borc vaxtında icra edilmədiyi, gecikdirildiyi təqdirdə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilir. Baxılan iş üzrə Bank isə, heç bir ödəniş edilməməsinə baxmayaraq, müqavilə müddəti ərzində borcluya ödənişlə bağlı bir dəfə də olsun xəbərdarlıq etməmiş, yalnız müqavilənin müddətinin bitməsindən xeyli müddət keçdikdən sonra cavabdehə kredit borcunun ödənilməsi barədə xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmiş və bundan sonra məhkəmədə iddia qaldırılmışdır. Bundan əlavə, “X2” ASC müşahidə şurasının sədri olmuş Eldar İsmayılov istintaq oranında verdiyi ifadəsində cavabdehlə Bank arasında kredit müqaviləsi rəsmiləşdirilsə də, pulun Cavabdeh tərəfindən götürülmədiyini, özü tərəfindən bina tikintisinə sərf olunduğunu bildirməklə, sözügedən kredit müqaviləsinin sırf görünüş üçün, yəni həqiqətdə heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan edilən iradə ifadələri nəticəsində bağlandığını təsdiq etmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Uydurma əqd, həq iqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “X2” ASC ilə Cavabdeh arasında tərtiblənmiş xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizlik səbəbilə etibarsız sayılması həmin müqavilə üzrə tərəflərdən heç biri üçün hüquq və öhdəlik əmələ gətirmədiyi, dolayısı ilə Bankın müqavilədən irəli gələn tələb hüququ yaranmadığı üçün onun pozulmasından da s öhbət gedə bilməz. Buna görə də, iddia qeyd olunan əsaslarla rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə bu hallara diqqət yetirmədən iddianı rədd edərkən, qətnaməsini hüquqi müstəvidə etibarlı bir müqavilənin olmasına, lakin bank tərəfindən müqavilədə göstərilən kredit məbləğinin cavabdehə verilməsinin təsdiq edilmədiyi, eyni zamanda müqavilə tələbləri üzrə iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Ona görə də, həmin qətnamə ləğv edilməklə, iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən əsassız və qanunsuzdur. O ləğv edilməli v ə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, apellyasiya instansiyası öz qətnaməsində göstərmişdir ki, “kollegiya, bu qənaətə gəlir ki, X2 ASC ilə Cavabdeh arasında tərtib edilmiş müqavilə qarşılıqlı hüquq və öhdəlik yaratmağa yönəlmiş iradə ifadələri olmamaqla, görünüş üçün bağlanmış uydurma əqddir. Belə əqd isə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır.” Lakin məhkəmə qeyd edilənləri qətnamədə əsaslandırmamış, müəyyən halları sadalamaqla kifayətlənmişdir. Halbuki, əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs kimi cəlb etdiyi Z.Kəngərlinin cavabdehə pul məbləğinin verilməsini, onun tərəfindən hər hansı məbləğin banka ödənilməsini xatırlamadığını, bankdan ayrılarkən cavabdehdən hər hansı məbləğdə pulun tələb olunmasına əsas olmadığını göstərməsi barədə izahatlarını qeyd etməklə kifayətlənmişdir”. Hazırki qətnamədə də məhkəmə qeyd edilən halları araşdırmamışdır. Bundan əlavə iddiaçının iştirakı ilə keçirilən iclaslarda cavabdehin nümayəndəsi həmin kreditin cavabdeh tərəfindən götürülmədiyini israr etmişdir. Bununla belə cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. İddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyinin pozulması çıxış edir. İddiaçının hazırki iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan irəli gəldiyindən iddia təmin edilməlidir. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiya məhkəməsinin qətnaməsində iddianın rədd edilməsi barədə iş üzrə gəlinən nəticə mübahisələndirilən müqavilən in hüquqi müstəvidə etibarlı bir əqd olmaması, “X2” ASC ilə Cavabdeh arasında tərtib edilmiş müqavilənin qarşılıqlı hüquq və öhdəlik yaratmağa yönəlmiş iradə ifadəsinin olmaması, əqdin görünüş üçün bağlanmış uydurma əqd olması, belə əqdin isə əhəmiyyətsiz və heç bir hüquqi nəticə yaratmaması ilə əsaslandırılmışdır. Mülki Məcəllənin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri müəyyən edilmiş, həmin maddədə etibarsız əqdlərin iki növü- mübahisə edilən və əhəmiyyətsiz əqdlər fərqləndirilmişdir. Həmin maddədə göstərilmişdir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd hə min şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi, mübahisə edilən əqdlərin etibarsızlığı tərəfin əqdi mübahisələndirmədə ifadə olunan iradəsindən asılı edilmişdir. Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsində həmçinin təsbit edilmişdir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni, əhəmiyyətsiz əqdin elementlərindəki qüsurlar o qədər aşkar, birmənalı, qəti və hamı üçün aydındır ki, etibarsızlıq üçün onun əlavə olaraq mübahisələndirilməsinə ehtiyac yoxdur, bu isə, yuxarıda qeyd edildiyi kimi, qanunun birbaşa göstərişindən irəli gəlir. Həmin əqdlər sırasına uydurma, qeyri-ciddi əqdlər, fəaliyyət qabiliyyəti olmayan və 14 yaşına çatmayan şəxslərin bağladığı əqdlər aid edilir. Mülki Məcəllənin borc müqaviləsin in əsaslarını müəyyən edən 739-cu maddəsinin tələblərinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin məzmunundan göründüyü kimi, borc (kredit) müqaviləsi borcverən və borcalanın qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaradır. Müqaviləyə əsasən, pul və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana keçirmək borcverənin vəzifəsi, aldıqlarını müvafiq olaraq eyni qaydada qaytarmaq isə borcalanın vəzifəsidir. Həmin Məcə llənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Qeyd edilən normaların müqayisəli təhlili belə nəticəyə gəlməyə imkan verir ki, borclunun kredit müqaviləsində göstərilmiş pul məbləğini qaytarmaq öhdəliyi o zaman yaranır ki, kreditor həmin məbləği vermək öhdəliyini yerinə yetirmiş olsun. Əks halda, kreditorun borcludan müqavilə üzrə öhdəliklərini icra etməsini tələb etmək h üququ istisna edilir. Bir sözlə, kredit müqaviləsində göstərilmiş məbləğin borclu tərəfindən alınmaması həmin müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsilə deyil, kreditorun borcluya qarşı tələbinin təmin edilməməsilə nəticələnir. Bu halda, tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız əqd olması əsası ilə iddianın rədd edilməsi barədə apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bununla bərabər, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə bank arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx xxxx 2010-cu il tarixdə bitmiş və iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə müra ciət etmiş, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsində deyilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişi lməsinə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyi nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə icranı tələb etmək üçün qanunvericiliklə müəyyən edilmiş üç illik müddət ötürülmüşdür. Kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması isə müqavilənin qeyrimüəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məc əllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin, Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi XXXnun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1566/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1566/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver