Məhkəmə qərarları › İş №2(102)-1567/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1567/2019

22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1567/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(106)2441/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan şəhər məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(032)-33/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.F.Qurbanov) iddiaç ı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəlidilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1.992,59 manat, faiz borcuna görə 348,32 manat, hesablanmış cəriməyə görə 100 manat, cəmi 2.440,91 manat kredit borcunun, eləcə də 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 9.339,59 ABŞ dolları, faizə görə 2.941,97 ABŞ dolları, hesablanmış cəriməyə görə 500 ABŞ dolları, cəmi 12.781,56 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdehlər qətnamədən apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(106)2441/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, Q.B.Kərimov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan şəhər məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdehlər qətnamədən kassasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəlidilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsasla ndırıb ki, 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 31 faiz ödəmək şərti ilə 5.000 manat kredit verilib. Eyni zamanda 17 mart 2015-ci il tarixli digər kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 11.000 ABŞ dolları kredit verilib. Sözügedən kredit müqviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 17 mart 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan “Mercedes-Benz C-230” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilat qarşısında ipoteka ilə yüklü edilib. Həmçinin 26 iyul 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ye rləşən 11 saylı binanın 49-cu mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 18.000 manat qiymətləndirilib. Bundan başqa 29 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 29.000 ABŞ dolları kredit verilib. 26 iyul 2010-cu il tarixli ipoteka müqaviləsinə əlavəyə əsasən, Cavabdeh2 məxsus olan Şirvan şəhəri, Energetik küçəsi, 9 saylı evin 35-ci mənzili iddiaçı təşkilat qarşısında ipoteka ilə yüklü edilib. Hazırda iddiaçı təşkilat Cavabdeh1 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2.067,97 manat, faiz borcuna görə 1.381,28 manat, hesablanmış dəbbə puluna görə 1.517,82 manat, cəmi 4.967,07 manat, 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9.378,06 ABŞ dolları, faiz borcuna görə 7.278,53 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 8.302,49 ABŞ dolları, cəmi 24.959,08 ABŞ dolları, 29 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 28.591,42 ABŞ dolları, faiz borcuna görə 17.876,95 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 22.073,09 ABŞ dolları, cəmi 68.541,46 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, 21 oktyabr 2014-cü il, 17 mart 2015-ci il və 29 oktyabr 2015-ci il tarixli kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Şirvan şəhəri, X3 küçəsi, 0,08705 ha torpaq sahəsində yerləşən 11 saylı binanın 49-cu mənzilinin ilkin satış qiymətinin 15.000 manat qiymətləndirilməsi, kredit borcunu n qeyd olunan qiymətlə həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, 29 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, Energetik küçəsi 9 saylı binanın 35-ci mənzilintn ilkin satış qiymətinin 19.000 manat müəyyən edilməsi, tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, 17 mart 2015-ci il tarixlikredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Mersedes Benz C230” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, cavabdehlərin ipoteka predmetləri olan mənzildən çıxarılmaları və ipoteka predmetlərinin boşaldılması bərədə qətnamə qəbul edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Salman Fərəcov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edil sələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətinə təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 425.1, 445.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırılıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 31 faiz ödəmək şərti ilə 5.000 manat kredit verilib. Eyni zamanda 17 mart 2015-ci il tarixli digər kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 11.000 ABŞ dolları kredit verilib. Sözüge dən kredit müqviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 17 mart 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan “Mercedes-Benz C-230” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilat qarşısında ipoteka ilə yüklü edilib. Həmçinin 26 iyul 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 11 saylı binanın 49-cu mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 18.000 manat qiymətləndirilib. Bundan başqa 29 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 29.000 ABŞ dolları kredit verilib. 26 iyul 2010-cu il tarixli ipoteka müqaviləsinə əlavəyə əsasən, Cavabdeh2 məxsus olan Şirvan şəhəri, Energetik küçəsi, 9 saylı evin 35-ci mənzili iddiaçı təşkilat qarşısında ipoteka ilə yüklü edilib. İddia ərizəsindən görünür ki, Cavabdeh1 iddiaçı təşkilata 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.067,97 manat əsas, 1.381,28 manat faiz, 1.517,82 manat dəbbə pulu, cəmi 4.967,07 manat, 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9.378,06 ABŞ dolları əsas, 7.278,53 ABŞ dolları faiz, 8.302,49 ABŞ dolları dəbbə pulu, cəmi 24.959,08 ABŞ dolları, 29 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 28.591,42 ABŞ dolları əsas, 17.876,95 ABŞ dolları faiz, 22.073,09 ABŞ dolları dəbbə pulu, cəmi 68.541,46 ABŞ dolları kredit borcu vardır. Sözügedən kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Şirvan şəhəri, X3 küçəsi, 0,08705 ha torpaq sahəsində yerləşən 11 saylı binanın 49-cu mənzili ipoteka qoyulub və mənzilin ilkin satış qiyməti 15.000 manat müəyyən edilib. 29 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, Energetik küçəsi 9 saylı binanın 35-ci mənzilinin ilkin satış qiyməti 19.000 manat müəyyən edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlər inin yaranması, Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verildiyindən, kassasiya instansiyası məhkəməsi həmin dəlilləri yenidən müzakirə etməyə lüzum gö rmür. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, faiz borcunun düzgün hesablanmamasını, dəbbə pulunun kifayət qədər azaldılmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. H əmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, işə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 30 mart 2018-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 21 oktyabr 2016-cı il tarixə iddiaçı təşkilata kredit borcu 2.340,91 manat müəyyən edilir, ondan da 1.992,59 manat əsas borcu, qəpik, 348,32 manat faiz borcunu təşkil edir. Həmin rəyə görə Cavabdeh1 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19 yanvar 2017-ci il tarixə iddiaçı təşkilata olan kredit borcu 1.2281,56 ABŞ dolları müəyyən edilir, ondan da 9.339,59 ABŞ dolları əsas, 2.941,97 ABŞ dolları faiz borcunu təşkil edir. Eləcə də Cavabdeh1 29 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19 yanvar 2017-ci il tarixə iddiaçı təşkilata olan kredit borcu 36.548,57 ABŞ dolları müəyyən edilir, ondan da 28.273,78 ABŞ dolları əs as, 8.274,79 ABŞ dolları faiz borcunu təşkil edir. məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alıb kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun məbləğini azaltmaqla düzgün nəticəyə gəlmişdir. Cavabdehlər kassasiya şikayətində ipoteka predmetlərinin ilkin satış qiymət lərini mübahisələndirsələr də kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti barədə razılaşma olmadığından, ipoteka predmetinin qiymətləndirilməsi keçirilmişdir. Belə ki, işin hallarından gör ünür ki, birinci instansiya məhkəməsində ipoteka predmeti olan mənzillər müstəqil qiymətləndirici- “Heba” şirkəti tərəfindən qiymətləndirilmişdir. İşə əlavə edilmiş 04 dekabr 2017-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə ekspert rəylərindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, Energetik küçəsi, 9 saylı binanın 35-ci mənzilinin dəyəri 36.000 manat, Cavabdeh1 mülkiyyətində olan Şirvan şəhəri, X3 küçəsi, 0,08705 ha torpaq sahəsində yerləşən 11 saylı binanın 49-cu mənzilinin dəyəri 30.000 manat müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübut lara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansi yası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(106)-2441/2018 saylı qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar