Məhkəmə qərarları › İş №2(102)-1567/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1567/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1567/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1567/21 (Açar sözlər: icarə müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin sədri X1 və vəkili X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(105)-1795/20 20 saylı qətnaməsindən iddiaçı Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsi (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlə aralarında 150 ha torpaq sahəsinə dair bağlanmış 30 mart 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq faktiki sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə iddiaçıya və digərlərinə qarşı qarşılıqlı iddia verərək, 30 mart 2004-cü il tarixli icarə müqav iləsinə əsasən icarəsində olan 150 ha torpaq sahəsində iddiaçı tərəfindən aparılan qanunsuz tikililərin sökülməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Z.Hümbətov) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, tərəflər arasında bağlandığı qeyd edilən 30 mart 2004-cü il tarixli icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında 150 ha torpaq sahəsinin icarəyə ver ilməsi barədə bağlandığı qeyd edilən 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi iddiaçının lazımınca vəkil etdiyi şəxs tərəfindən imzalanmayıb, həmin müqavilə sonuncunun iradəsini ifadə etmir. Həmçinin 16 yaşı tamam olmamış cavabdehin mülki hüquq fəaliyyət qabiliyyəti, o cümlədən torpaq icarə müqaviləsini bağlamaq qabiliyyəti əmələ gəlməyib. Eyni zamanda hazırki məsələ cinayət icraatı qaydasında araşdırılarkən torpaq sahəsinin icarəsinin saxta sənədlər əsasında iddiaçının iradəsindən kənar qaydada həyata keçirildiyi müəyyən edilib. İddiaçı sözügedən icarə müqaviləsinin etibarsız sayılmasına əsas verən halları istintaq orqanının “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 15 avqust 2017-ci il tarixli qərarının qəbul edilməsindən sonra bildiyindən, 11 iyul 2018-ci il tarix də hazırki iddia ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməyib. Qarşılıqlı iddia ərizəsi də əsassızdır. Çünki cavabdehlə bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi bağlandığı andan etibarsız olmaqla, hüququ nəticələrə o, cümlədən cavabdehin həmin torpaq sahəsi üzərində hər hansı hüququnun yaranmasına səbəb olmayıb. Cavabdehin torpaq sahəsinə hər hansı hüququ yaranmadığından, orada aparılan tikinti işləri onun hüquqlarına toxunmur və həmin tikililər onun tələbinə əsasən sökülə bilməz. Odur ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.4, 337.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.Q.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia rədd edilib, qalan hissədə, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində qətnamə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ha zırki mübahisəyə hüquqi qiymət verərkən iddia müddətinin tətbiqi ilə bağlı normaları düzgün tətbiq etməyib. Belə ki, iddia müddətinin axımının başlanması anı ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına uyğun deyil. Çünki işdə olan çoxsaylı ödəmə qəbzlərindən görünür ki, cavabdeh icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı 2006-2019-cu illər ərzində mütəmadi olaraq iddiaçının hesabına ödənişlər edib. Bu da onu təsdiq edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olub. Bu qənaət, işin faktiki halları ilə yanaşı, həmçinin mülki hüquq normalarının tələblərindən irəli gəlir. Tərəflər arasında bağlandığı qeyd edilən icarə müqaviləsinin iddiaçını lazımi qaydada təmsil edən şəxs tərəfindən imzalanmadığı qeyd edilsə də, iddiaçının cavabdehin icarəyə g ötürdüyü torpaq sahəsinə dair ödənişləri qəbul etməsi icarə münasibətlərini faktiki olaraq bəyənməsi kimi qiymətləndirilməlidir. İşdə, bunun cavabdehin iradəsindən aşkar kənara çıxdığına dair sübut yoxdur. İddiaçının icarə müqaviləsinin saxta olması ilə bağlı məlumatsızlığına münasibətdə qeyd edilməlidir ki, əvvəla, işdə olan Şamaxı rayon Prokurorluğunun 30 sentyabr 2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarına görə sənədin saxtalaşdırılmasında cavabdehin və onun atası Fazil Gülüyevin hər hansı formada iştirakları müəyyən edilmir. Mülki qanunvericiliyə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Hazırki halda iddiaçı, sözügedən icarə münasibətləri barədə ən az ından 2006-cı ildən xəbərdar olub, lakin iddia ilə məhkəməyə 2018-ci ildə müraciət etməklə iddia müddətini ötürüb və nəticədə həmin icarə müqaviləsi üzrə mübahisə etmək hüququnu itirib. Ona görə də ilk iddia rədd edilməlidir. Qarşılıqlı iddia da əsassızdır. Çünki, cavabdeh icarəsində olan torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Həmçinin mülki və torpaq qanunvericiliyində icarəsində olan torpaq sahəsindən şəxsin 15 ildən artıq istifadə etməsi həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə əsas vermir. Cavabdehin qarşılıqlı iddiada istinad etdiyi Mülki Məcəllənin 178.6-cı maddəsinə gəlincə isə, şəxs mülkiyyətçi kimi qeydə alınmasını o, vaxt tələb edə bilər ki, daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamış olsun. Bu norm a hüquq yaradıcı əhəmiyyət kəsb etdiyi üçün daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə faktı Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən hüquqi fakt kimi müəyyən edilə bilər. Lakin, hazırki halda, istinad olunan normanın dispozisiya şərtləri cavabdehin tələbinə uyğun gəlmir. Bu baxımdan qarşılıqlı iddianı rədd etməklə birinci insiansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 178.6, 377.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, ilk iddianı rədd etməklə səhv nəticəyə gəlib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin sədri Saməddin Səmədzadə və vəkili Akif Əliyev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məz munlu izahatlar verdilər. İddiaçı Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin vəkili Vəkil, Cavabdeh, üçüncü şəxslər Fazil Gülüyev və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər iki qrupa ayrılır- mübahisə edilən əqdlərə və əhəmiyyətsiz əqdlərə. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.2-ci maddəsi). Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3, 337.4-cü maddələri). Mülki Məcəlləsinin 324.1-ci maddəsi əqdin ümumi anlayışını verir. Həmin maddəyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsində göstərilir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsin ə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 4-cü maddəsinə görə, əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndində göstərilir ki, icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə görə icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 11.9-cu maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ilk və qarşılıqlı iddialar rədd edilməsinə baxmayaraq cavabdeh qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, iddiaçı isə kasasiya şikayətində qətnaməni əslində ilk iddianın rədd olunması hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, qətnamənin əsaslılığı iddiaçının kasasiya şikayət inin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, mübahisəli 150 ha torpaq sahəsi Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin mülkiyyətində olmaqla, bələdiyyənin ehtiyat fonduna aiddir. 06 noyabr 2000-ci il tarixli, 03 saylı icarə müqaviləsinə əsasən iddiaçı həmin 150 ha torpaq sahəsini “qoyunçuluğun inkişafı üçün” 15 il müddətinə Fazil Gül üyevin icarəsinə verib və həmin müqavilənin müddəti 06 noyabr 2015-ci il tarixdə başa çatıb. Həmçinin, 30 mart 2004-cü il tarixli, 03 saylı torpaq icarə müqaviləsinə əsasən sözügedən 150 ha torpaq sahəsinin iddiaçı tərəfindən kənd təsərrüfatı (heyvandarlığın inkişafı üçün) məqsədilə 30 il müddətinə Cavabdeh icarəsinə verildiyi sonuncu tərəfindən iddia olunur. Eyni zamanda, işə əlavə edilmiş çoxsaylı sübutlarlardan, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2017-ci il tarixli və 30 iyun 2017-ci il tarixli ekspert rəylərindən, habelə Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli Qərarından görünür ki, mübahisəli 150 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müq aviləsi, həmin torpaq sahəsinin ona təhvil verilməsinə dair 30 mart 2004-cü il tarixli akt, bələdiyyənin 30 mart 2004-cü il tarixli protokol-qərarı, habelə torpaq sahəsinə dair yer quruluşu layihəsindən çıxarış, bələdiyyə sədrinin 30 mart 2004-cü il tarixli, 03 saylı qərarı saxtadır, həmin sənədlərdə olan imzalar o, vaxt bələdiyyə sədri işləmiş Xanmusa Nağıyev tərəfindən imzalanmayıb və həmin sənədlər həmin dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinin inspektoru vəzifəsində işləmiş Fərid Nağdalıyev və həmin Şöbənin müdiri işləmiş Mehman Əfəndiyev tərəfindən saxtalaşdırılmışdır. Daha sonra, Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli Qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti ke çdiyi üçün Fərid Nağdəliyev və Mehman Əfəndiyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilib. Həmçinin, istintaq zamanı saxtalığı sübuta yetirildiyi üçün qeyd olunan sənədlər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilib və Şamaxı rayonu, Birinci Çaylı bələdiyyəsinə izah edilib ki, icarə müqaviləsi bağlanarkən Cavabdeh mülki hüquq fəaliyyət qabiliyyət olmadığına, habelə sənədlər saxtalaşdırıldığına görə ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilər. Göründüyü kimi mübahisəli torpaq sahəsinə dair cavabdehlə bağlanmış icarə müqaviləsinin saxta olması, yəni həmin müqavilənin iddiaçının iradə sini ifadə etməməsi, bir sözlə sözügedən icarə müqaviləsinin əhəmiyyətsiz əqd olması faktları açıq-aşkar işin mübahisə olunmayan hallarıdır. Cavabdeh özü də ilk iddiaya etiraz ərizəsində, habelə istintaq orqanında verdiyi ifadəsində bu halları inkar etməmişdər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində də sözügedən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə istisna edilməmişdir. Əvvəla, kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb qeyd edir ki, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsa sında etibarlı ola bilər. Mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 324.1-ci maddəsi əqdin ümumi anlayışını verir. Həmin maddəyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifadəsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ik itərəfli əqdlər, ikidən çox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfli əqdlər meydana gəlir. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin (Mülki Məcəllənin 337.3, 337.4-cü maddələri). Digər tərəfdən, yuxarıda sadalanan normaların mənasına görə, icarə- əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasın da, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Əmlakı icarəyə vermək hüququ isə mülkiyyətçiyə, habelə onun vəkil etdiyi orqanlara, təşkilatlara, fiziki şəxslərə və sair aiddir. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd isə icarə müqaviləsidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, mübahisəli torpaq sahəsinə dair cavabdehlə bağlanmış icarə müqaviləsinin saxta olmaqla bilavasitə iddiaçının iradəsini və həmin iradənin ifadəsini əks etdirməməsinə, sonuncu tərəfindən torpaq sahəsinin cavabdehin icarəsinə verilməməsinə, bu barədə onlar arasında icarə müqaviləsinin bağlanmamasına, sözügedən icarə müqaviləsinin isə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına, bir sözlə həmin müqavilənin bağlandığı andan etibarsız olmasına əhəmiyyət vermədən, ilk iddianı rədd etməklə əslində bələdiyyənin səlahiyyətini mənimsəyərək torpaq sahəsini cavabdehə güzəştə getmiş və cavabdehin saxta sənədlər əsasında torpaq sahəsinə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, hazırda mübahisələndirilən icarə müqaviləsi iddiaçının iradəsini ifadə etmədiyi üçün, cavabdehin həmin saxta müqaviləyə əsaslanaraq torpaq sahəsinə görə 2006-2019-cu illər ərzində iddiaçının hesabına hər hansı ödənişlər etməsi, tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olması nəticəsinə gəlməyə əsas vermir. Çünki, yuxarıda sadalanan normaların mənasına görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla, o cümlədən icarə hüququ ilə hüquqi və fiz iki şəxslərin icarəsinə verilməsi yalnız bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Hazırki halda isə torpaq sahəsinin cavabdehin icarəsinə verilməsinə dair nə bələdiyyənin qərarı, nə də bələdiyyənin iradəsini ifadə edən icarə müqaviləsi yoxdur və ümumiyyətlə tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Sözügedən icarə müqaviləsi isə saxtadır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, tərəflər arasında əmələ gəlmiş hazırki mülki mübahisəyə həm iddia müddətini tənzimləyən normaları, həm də kəsici müddəti tənzimləyən normaları tətbiq etməklə maddi hüquq normalarının tətbiqində də səhvə verib və iddia müddəti ilə kəsici müddətin fərqli anlayışlar olmasını nəzərə almayıb. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyy ətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kasasiya instansiyas ı məhkəməsi hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasın a əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Çünki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti isə tələb hüquq u üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddət isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məlum olduğu kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstəri lən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İşdən, qanuni qüvvəyə minmiş Şamaxı rayon məhkəməsinin 18 fevral 2018-ci il tarixli qətnaməsindən görünür ki, mübahisəli topraq sahəsinə dair cavabdeh in atası Fazil Gülüyevlə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin müddəti 06 noyabr 2015-ci il tarixdə bitdiyinə və sair səbəblərə görə iddiaçı ona qarşı məhkəmədə “torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb olunması və torpaq sahəsinin boşaldılması” barədə iddia qaldırıb və məhkəmə araşdırması zamanı Faiz Gülüyev məhkəməyə oğlu Cavabdehlə 30 il müddətinə bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsinin surətini təqdim etdiyi üçün iddia rədd olunub. Bundan sonra iddiaçı həmin icarə müqaviləsinin qanunliyininin yoxlanılması üçün istintaq orqanına müraciət edib və Şamaxı Rayon Prokurorluğunun 15 avqust 2017-ci il tarixli Qərarı ilə sözügedən icarə müqaviləsinin saxta olduğu öz təsdiqini tapıb. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 11 iyul 2018-ci il t arixdə müraciət edib. Mülki qanunvericilik kəsici müddətin mülki mübahisəyə tətbiq edilməsi üçün iki halın aydınlaşdıralmasını zəruri hesab edir: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda maraqlı şəxs əqdi hansı müddətdə mübahisələndirib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, iddiaçının nə vaxtdan sözügedən icarə müqavilələrinin etibarsız sayılmasına əsas verən halları bilməsini və ya bilməli olmasını araşdırmadan, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə razılaşaraq ilk iddianın da əsassız olması qənaətinə gəlmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, işdə olan sübutları t əhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ilk iddianın rədd olunması hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdı rılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(105)-1795/2020 saylı qətnaməsi qismən- Şamaxı rayonu Birinci Çaylı bələdiyyəsinin Cavabdeh və digərlərinə qarşı” 150 ha torpaq sahəsinə dair bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq sahibliyin ə qaytarılması” barədə ilk iddiasının rədd olunması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar