Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-157/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin miqdarının artırılması 01.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5657/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Qanuni qüvvəyə minmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2003-cü il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmış, uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə təyin olunan həmin aliment məbləğinin uşaqların tələbatını ödəmək üçün yetərli olmadığını, uşaqlardan birinin fiziki qüsurlu olduğunu qeyd edərək xx.xx.2019cu il tarixdə alimentin miqdarının artırılması barədə hazırkı iddia ərizəsi ilə məhkəməy ə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə təyin edilən aliment uşaqların tələbatını ödəmək üçün yetərli deyildir. Uşaqların hər ikisi şagirddirlər. Oğlu xx.xx.2006cı il təvəllüdlü X4 fiziki qüsurludur. Uşağının müayinə və müalicəsi üçün pul tələb olunur. Cavabdeh isə alimenti vaxtında və təyin olunan məbləğdə ödəmir. Cavabdeh birinci instansiya məhkəməsində keçiril ən məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)-5760/19 nömrəli qətnaməsi ilə (hakim A.Rzayev) iddia qismən təmin edilərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-546/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2003-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə və “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan R espublikası Qanununa istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) xx xxxx 2020-ci il tarixli 2(103)-5657/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh atadır və onun uşağına hər cür maddi və mənəvi qayğı, diqqət, dəstək göstərmək borcudur. Şikayətdə göstərilən halların heç biri, o cümlədən onun başqası ilə yeni nikaha daxil olması və bu nikahdan bir uşağının olması xeyrinə aliment ödənilməli olan uşaqları belə bir diqqət və qayğıdan məhrum etmək üçün əsas deyildir. Məhkəmə kollegiyası hər iki valideynin uşağa baxmaq vəzifəsinin olması, ananın müavinət alması və s. dəlillərə münasibətdə bildirir ki, qanunvericilikdə nəzərdə tutulmuş bu hüquq və vəzifələr uşaqlara yalnız maddi vəsait ayırmaqdan, aliment ödəməkdən ibarət deyildir. Cavabdehdən bir uşaq üçün 160 manat aliment tutulması onun uşağa münasibətdə öz üzərinə düşən valideynlik borcunun tam şəkildə yerinə yetiril məsi anlamına gəlmir. Hər bir uşağın cəmiyyətə sağlam və yararlı fərd kimi yetişməsi üçün onların maddiyyətlə əlaqəsi olmayan mənəvi qayğıları da mövcuddur. Məlum olduğu kimi uşaqlar ananın himayəsindədir. Bütün bu gündəlik qayğılarla ana məşğul olur. İddiaçının təkbaşına həmin uşağın gündəlik tərbiyəsi, səhhəti ilə məşğul olması, mənəvi tələbatlarını ödəməsi, qayğı və nəvaziş göstərməsi müqabilində iddiaçı yüksək gəlirə malik olsaydı belə, cavabdehin alimentin yarısını ödəməsi ədalətli hesab edilə bilməzdi. Belə halların baş verməsinin özü valideynlərin hüquq və vəzifələrinin bərabərliyinin pozulmasına səbəb olar. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə apelyasiya şikayətinin bütün dəlillərini, o cümlədən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin xəbərdar edilməməsi ilə bağlı dəlili əsassız sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişlər cavabdehin işdə olan yeganə ünvanına göndərilmişdir. Onun başqa hər hansı ünvanının olmasına dair işdə heç bir məlumat olmamışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-5657/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunmasını və yaxud qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməmiş, qəbul edilmiş məhkəmə aktı barədə Şirvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun çağırışı zamanı məlumatı olmuşdur. Faktiki olaraq onun maddi vəziyyətində dəyişikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Hazırda heç bir yerdə işləmir və Şirvan şəhər Məşğulluq Mərkəzi tərəfindən iş axtaran kimi qeydə alınmışdır, məcburi köçkündür. İddiaçı özü işləyir və 160 manat müavinət alır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə ümumiyyətlə dəlillər kimi göstərilən hallara, xüsusilə 2-ci dəfə ailə həyatı qurmağına və həmin nikahdan 2 uşağının dünyaya gəlməsinə hüquqi qiymət ver ilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır və qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, onun himayəsində olan oğlu x2 eşitmə problemi və nitq qüsuru vardır, həm də nevroloji xəstədir. Onun müalicəsinə hər ay külli miqdar pul xərclənir, qızı x 1ə hal-hazırda Bakı Qızlar Universitetinin 1-ci kurs tələbəsidir, ildə 1800 manat təhsil haqqı ödənilməlidir. Bundan başqa iddiaçıila x1 kirayədə qalır hər ay 150 manat kirayə haqqı ödəyir. Cavabdehin 4000 manata yaxın aliment borcu vardır, bir neçə aydır ümumiyyətl ə aliment ödəmir. Cavabdeh kombi ustasıdır onun uşaqlarının saxlanması üçün 320 manat aliment ödəmək imkanı vardır. x2 xəstəliyini təsdiq edən sənədlər, habelə ona qulaq aparatını alınması barədə olan qəbzləri, cavabdehin kombi ustası olması barədə sübutlar işə apellyasiya məhkəməsində baxılarkən məhkəməyə təqdim edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5657/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər Cavabdeh işə baxılmasının vaxtı və ye ri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bi r hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsin in mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş m inimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya ins tansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr işin faktiki hallarını və uşaqların mənafeyini, tərəflərin hər ikisinin maddi və ailə vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşaqların saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hər bir uşağın saxlanılması üçün alimentin miqdarını 160 (yüz altmış) manat müəyyən etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında məhkəmə müəyyən etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsin ə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən prossesual hüquq normaları məhkəmələr tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə al araq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5657/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.