Məhkəmə qərarları › İş №2(102)-157/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-157/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-157/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: binanın alqı-satqısına dair müqavilənin torpaq sahəsini də əhatə etməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqısatqının etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1133/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qətnaməsindən ca vabdehlərin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 22 iyul 2003-cü il tarixli 4-ə393 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Şərifova X2 rayonu Nabran kəndindəki 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli iki otaqlı yaşayış evini 22 iyul 2003-cü il tarixdə 125.000.000 AZM-ə İddiaçı satmışdır. 2. 25 iyul 2003-cü il tarixli 4-185a reyestr nömrəli qeydiyyat vəsiqəsinə görə, Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun 22 iyul 2003-cü il tarixli 4-ə393 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu Nabran kəndi Kaspi küçəsində yerləşən 46 saylı fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. 3. 2003-cü ilin iyul ayında tərtib edilmiş 327 inventar nömrəli fərdi yaşayış evinə dair texniki pasporta əsasən, İddiaçı adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 2 otaqdan, 78,3 kv.m. ümumi sahədən ibarətdir, evin həyətyanı sahəsi sənəd üzrə 1.700 kv.m, faktiki 1.701,5 kv.m-dir, torpaq sahəsinin 185,6 kv.m. hissəsi tikililəraltı, 435,9 kv.m. həyət örtüyü olan torpaq, 1.080 kv.m. isə dekorativ bağçadan ibarətdir. 4. 01 avqust 2002-ci il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 120F KOD 30216018 nömrəli şəhadətnaməyə görə, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1998-ci il tarixli 14 nömrəli qərarı ilə Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ümumi (paylı) mülkiyyətinə Xaçmaz rayonu Nabran kəndi ərazisindən 1.616,2 kv.m. həyətyanı torpaq sa həsi verilmiş, həmin torpaq sahəsin onların adına dövlət qeydiyyatına alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə aralarında 22 iyul 2003-cü il tarixdə bağlanmış müqavilənin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1943/2020 nömrəli iş üzrə 20 oktyabr 2020ci il tarixli qətnaməsinə əsasən (hakim X.Quliyev) iddianın təmin edilməsi, JN-120F 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş, Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin a lğı-satqısına dair iddiaçı ilə cavabdehlər arasında 22 iyul 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən olunmuşdur ki, həqiqətən İddiaçı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini 22 iyul 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına satın almışdır. Tərəflər alqı-satqını notarial qaydada 22 iyul 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsini rəsmiləşdirdikdən sonra iddiaçı 25 iyul 2003-cü il tarixdə satın aldığı evə dair adına qeydiyyat vəsiqəs i və texniki pasport almışdır. 04 noyabr 2019-cu il tarixdə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək evə dair reyestrdən çıxarış sənədi almaq istəyərkən məlum olmuşdur ki, satın aldığı əmlaklardan torpaq sahəsi alqı-satqı müqaviləsində alqı-satqı predmeti kimi göstərilməmiş və torpağa dair cavabdehlərin adına mülkiyyət şəhadətnaməsi mövcuddur. Bundan sonra iddiaçı cavabdehlərin harada olmasını müəyyən edərək yenidən onlarla alqı-satqı müqaviləsi bağlamağı cəhd etmişdir. Lakin cavabdehlər 2003-cü ildə evlərini ona satdıqdan sonra köçüb getdiklərindən onların harada yaşamasını müəyyən edə bilməmişdir. Hal-hazırda da cavadehlərin harada yaşaması məlum deyildir. Cavabdehlər 2003-cü ildən yaş ayış yerini dəyişmişlər və ərazidə onların harada yaşaması barədə dəqiq məlumat yoxdur. Yaranmış vəziyyətdə iddiaçı 2003-cü ildə satın aldığı torpaq sahəsini evlə birlikdə adına rəsmiləşdirə bilmir. İddiaçı torpaq sahəsini evlə birlikdə almışdır. Hazırda torpaq sahəsini digər qaydada adına rəsmiləşdirə bilmədiyindən iddiaçı cavabdehlərin məlum olan axırıncı yaşayış ünvanına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Satın aldığı yaşayış evi və həyətyanı torpaq sahəsi 2003-cü ildən iddiaçının istifadəsindədir. Həmin əmlaklara dair heç bir mübahisə yoxdur. İddiaçı müqavilə üzrə alıcı kimi üzərinə düşən bütün vəzifələrini yerinə yetirmiş, yəni cavabdehlərə razılaşdıqları məbləği verərək satın aldığı əmlakları faktiki olaraq qəbul etmişdir. Lakin cavabdeh tərəfin üzərinə düşən öh dəlikləri yerinə yetirməmələri nəticəsində faktiki olaraq aralarında baş tutmuş əqd rəsmiləşdirilmədən qalmışdır.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişlər.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) 2(105)-1858/2022 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmaqla, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Alqı-satqı müqaviləsindən görünür ki, cavabdehlər yalnız bir mərtəbəli, iki otaqlı yaşayış evini iddiaçıya satmışdır. Torpaq sahəsinin satılması barədə bu alqı-satqı müqaviləsində öz əksini tapmamışdır. Məhkəmə iddia tələbini təmin etməklə cavabdehlərin mülkiyyət hüququ pozmuşdur.” c) Kassasiya instansiyası məhkəməsində icraat

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-882/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Z.Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Ali Məhkəmənin hüquqi möv qeyinə görə, “Göstərilən hallardan və tərəflər arasında bağlanmış müqavilənin məzmunundan göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında baş tutmuş alqı-satqı təkcə ümumi sahəsi 78,3 kv metr olan iki otaqlı yaşayış evi ilə bağlı deyil, 1700 kv metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və tikililərlə əlaqədar olmuş, satıcı evlə birlikdə torpaq sahəsini də alıcıya təhvil vermişdir. Həmin əmlaklar ayrılmaz vahid əmlakdır, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən kənarda yerləşməsi, yaxud həyətyanının olmaması mümkün deyildir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan zaman qüvvədə olmuş Mülki Məcəllənin 245-ci maddə sinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1133/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin araşdırılmış halların dan müəyyən olunur ki, müqavilə bağlandığı vaxtdan torpaq sahəsi və onun üzərindəki yaşayış evi iddiaçının sahibliyində və istifadəsindədir. Cavabdehlər həmin torpaq sahəsinin iddiaçıya satılmamasına dəlalət edən hər hansı hərəkət etməmişlər. Tərəflər arasında bağlanmış müqavilənin məzmunundan həmçinin görünür ki, baş tutmuş alqı-satqı təkcə ümumi sahəsi 78,3 kv metr olan iki otaqlı yaşayış evi ilə bağlı deyil, 1700 kv metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və tikililərlə əlaqədar olmuş, satıcı evlə birlikdə torpaq sahəsini də alıcıya təhvil vermişlər. Həmin əmlaklar ayrılmaz vahid əmlakdır, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən kənarda yerləşməsi, yaxud həyətyanının olmaması mümkün deyildir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (on dan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı predmeti olan yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ayrılmaz vahid əmlak olmaqla, əqdən sonra hər iki əmlaka hüquqlar alıcı olaraq iddiaçı Rafiq Abbasova keçmiş və satıcı olaraq cavabdehlər istər torpaq sahəsini, istərsə də yaşayış evini alıcı olaraq iddiaçıya təhvil verməklə həmin əmlaklara hüquqlarını itirmişlər.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiy a şikayətinin dəlillərinə görə, Cavabdeh1 Abbulla qızının adına olan qeydiyyat vəsiqəsinin tarixi 06 mart 1992-ci ildir. Cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 paylı olaraq mülkiyyətlərinə verilmiş 0.16 hektar torpaq sahəsinin tarixi isə xx.xx.2002-ci ildir. Cavabdehlər torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında müvafiq orqana müraciət edərək, çıxarış almayıblar. Alqı-satqı müqaviləsindən görünür ki, cavabdehlər yalnız bir mərtəbəli, iki otaqlı yaşayış evini iddiaçıya satmışdır. Torpaq sahəsinin satılması barədə bu alqı-satqı müqaviləsində öz əksini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı iddiaçının dəlilləri məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. apellyasiya instansiyası TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır; Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə

245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin ir adə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

22. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleg iyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı: “... hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.” “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 iyun 2023-cü il tarixli Qərar:... işin xüsusi konstitusiya icraatı qaydasında baxılması zamanı müxtəlif mütəxəssis mülahizələrindən və ekspert rəylərindən müəyyən olunur ki, qüvvədə olan qanunvericilikdə torpaq sahəsi və onun üzərindəki tikiliyə hüquqların müəyyən edilməsi məsələsi iki müxtəli f yanaşmaya əsasən nizamlanır. Birinci yanaşmaya uyğun olaraq, istənilən tikili yerləşdiyi torpaq sahəsinin mühüm tərkib hissəsi sayılır və onlar birlikdə vahid daşınmaz əşyanı təşkil edirlər. Bununla da, superficies solo cedit prinsipinə əsasən onlar vahid mülkiyyət hüququ obyekti olaraq nəzərdən keçirilirlər. İkinci yanaşma isə ümumi qayda olaraq, torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əmlak kimi tanıyır və bundan irəli gələrək hesab edir ki, onlardan hər biri mülkiyyət hüququnun müstəqil obyekti kimi ayrı-ayrı subyektlərə məxsus ola bilərlər.... Həmçinin nəzərə almaq lazımdır ki, son zamanlar qanunverici tərəfindən istər Mülki Məcəllənin özündə, istərsə də yuxarıda göstərilən Məcəllələrdə üstünlük daha çox müvafiq məsələni nizamlayan birinci yanaşmaya verilir. Buna misal kimi, Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli Qanunu ilə Mülki Məcəllənin 135.4-cü maddəsinə üçüncü cümlənin əlavə edilməsini, habelə Torpaq Məcəlləsinə sonradan edilmiş dəyişiklikləri və adları çəkilən Məcəllələrə nisbətən daha gec qəbul edilmiş Şəhərsalma və Tikinti Məcəlləsinin 37-ci maddəsini, Mənzil Məcəlləsinin 35-ci maddəsini göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, birinci yanaşmaya keçid qeyri-ardıcıl şəkildə, ikinci yanaşmaya əsaslanan hüquq normalarının hüquqi qüvvəsinin paralel olaraq saxlanılması ilə müşayiət olunur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

29. İlk olaraq, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi o lduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzued ilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyrimüəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X3rşı iş üzrə 2012-ci il 7 iyun (§141); Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 2004-cü il 17 fevral (§65); Rekvenyi Macarıstana qarşı iş üzrə 1999-cu il 20 may (§34) tarixli qərarlar).

31. Bu kontek stdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsasızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müqavilə bağlandığı vaxtdan torpaq sahəsi və onun üzərindəki yaşayış evi iddiaçının sahibliyində və istifadəsindədir, cavabdehlər həmin torpaq sahəsinin iddiaçıya satılmamasına dəlalət edən hər hansı hərəkət etməmişlər, müqavilədən həmçinin məlum olur ki, baş tutmuş alqı-satqı təkcə ümumi sahəsi 78,3 kv.m. olan iki otaqlı yaşayış evi ilə deyil, 1.700 kv.m. həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və tikililərlə bağlı olmuş, evlə birlikdə torpaq sahəsi də alıcıya təhvil verilmişdir, həmin əmlaklar ayrılmaz vahid əmlakdır, fərdi yaşayış evi həyətyanı torpaq sahəsindən kənarda yerləşmir, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir, alqı-satqı predmeti olan yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ayrılmaz vahid əmlak olmaqla, əqdən sonra hər iki əmlak alıcı kimi iddiaçıya təhvil verilmiş və onlara dair hüquqlar sonuncuya keçmişdir.

32. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1133/2023 nömrəli iş üzrə 14 avqust 20 23-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar