Məhkəmə qərarları › İş №2(3-10)-211/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-211/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-211/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sirac oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 17000 manat borc və 141 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hər il mövsüm zamanı Göyçay rayonu, Bığır kəndində mülkiyyətində olan torpaq sahəsində yetişdirdiyi xurma məhsulunu sataraq ailəsinin dolanışığını təmin edir. Göyçay rayonu Bığır kənd sakini Cavabdeh qardaşı X3 qaynıdır. Cavabdehlə uzun illərdir bir-birilərini tanıyırlar. Qardaşı Valehlə birlikdə Göyçay rayonu, Bığır kəndi ərazisində birgə xurma bağları var. Elvin isə xurma mövsümündə maklerliklə məşğul olur, yəni bağ sahiblərindən məhsul alaraq üzərinə pul qoyub satır. 2024cü ilin noyabr ayında cavabdeh Cavabdeh ilə aralarında etimada əsaslanan şifahi razılaşma əsasında, ona xurma ticarəti məqsədilə 11000 manat dəyərində yeşik və 6000 manat dəyərində xurma, yəni ümumilikdə 17000 manatlıq mal- material vermişdir. Razılaşmalarına əsasən cavabdeh həmin məhsulları satdıqdan sonra xurma mövsümünün sonunda, yəni 2024-cü ilin dekabr ayının ortalarında bu məbləği ona tam şəkildə qaytarmalı idi. Lakin cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, müxtəlif bəhanələrlə vədədən yayınmış, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq borcu qaytarmamış, sonda isə onunla əlaqəni tamamilə kəsmişdir. Yaranmış narazılıq nəticəsində ## #### 2025-ci il tarixdə Göyçay şəhəri ərazisində cavabdehlə aralarında mübahisə və hadisə baş vermiş, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən onlar Göyçay rayon polis şöbəsinə aparılmışlar. Bu faktla bağlı ## #### 2025-ci il tarixdə HK-*/*** saylı material tərtib olunmuş və həmin material üzrə izahatları alınmışdır. Daha sonra ## #### 2025-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən cavabdeh Cavabdeh da öz izahatında onun və qardaşı Valehin ona ümumilikdə 16000 manat dəyərində malmaterial verdiklərini, bu məhsulları satış məqsədilə aldığını, lakin ziyan etdiyi üçün ödənişi edə bilmədiyini açıq şəkildə etiraf etmişdir. Hal-hazıradək cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Borcun könüllü şəkildə ödənilmədiyini nəzərə alaraq, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. Cavabdeh Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiada onun guya “yeşik istehsalı və alqısatqısı” fəaliyyəti ilə bağlı müəyyən öhdəlikləri yerinə yetirmədiyi və bu səbəbdən iddiaçıya maddi ziyan vurduğu göstərilmişdir. Iddiaçı əsas kimi onun polis orqanında verdiyi izahata istinad etmiş, lakin iddiasını təsdiqləyən hər hansı digər rəsmi sübut təqdim etməmişdir. Iddiaçı iddiasını əsaslandırmaq üçün müəyyən sənədlər təqdim etmiş, lakin həmin sənədlər iddia tələblərini sübuta yetirmək üçün zəruri və kifayət qədər hüquqi qüvvəyə malik deyildir. Iddia ərizəsinin forması, məzmunu və ona əlavə edilmiş sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləri mövcuddur, lakin onların əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri təqdim edilməmişdir. Bu isə MPM-in tələblərinə ziddir. İddiaçı bu fəaliyyət üzrə təsərrüfat subyekti (sahibkarlıq fəaliyyəti göstərən şəxs) kimi dövlət qeydiyyatında olub-olmaması barədə rəsmi məlumat, onun tərəfindən “yeşik istehsalı və alqısatqısı” və ya digər ticarət əməliyyatlarının vergi uçotuna daxil edilib-edilməməsi, son illərdə verdiyi vergi bəyannamələrində bu cür malların istehsalı və alqı-satqısının göstərilibgöstərilməməsi, mübahisələndirilən alqı-satqı əməliyyatlarının qanuni qaydada elektron qaimə-faktura, elektron vergi hesab-fakturası və ya digər təsdiqedici sənədlərlə rəsmiləşdirilibrəsmiləşdirilməməsi. Polisə verilmiş izahat isə mülki mübahisənin həlli üçün hüquqi qüvvəyə malik sübut hesab edilə bilməz. Lakin nəzərə alınmalıdır ki, bu qəbildən olan mübahisələrdə polisə verilmiş izahat hüquqi baxımdan təsdiqedici sübut hesab edilə bilməz. Həm də belə izahatların hansı şəraitdə verildiyi, onların könüllü şəkildə, sərbəst ifadə olunub-olunmaması, yaxud polisin təsiri və ya diqtəsi altında tərtib edilməməsi məsələləri ciddi şəkildə araşdırılmalıdır. Polis orqanında verilmiş izahat isə mülki iş üzrə sübut kimi qəbul edilə bilməz, çünki bu izahatlar prosessual qaydada toplanmış sübut hesab olunmur, onların verilmə şəraiti, könüllü olub-olmaması, təsir və ya təzyiq altında ifadə verilibverilməməsi hüquqi cəhətdən yoxlanıla bilmir, belə izahatlar yalnız istintaq xarakterli materiallarda əhəmiyyət kəsb edə bilər, lakin mülki-hüquqi mübahisənin həlli üçün sübutetmə predmeti sayılmır. Bu səbəbdən onun polisə verdiyi izahata əsaslanmaq hüquqi baxımdan yolverilməzdir və iddia tələbinin təmin edilməsinə əsas verə bilməz. Əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən ona qarşı iddia ərizəsi verilmişdir. Iddiaçı onun guya onunla “yeşik istehsalı və alqı-satqısı” ilə bağlı müəyyən əməliyyatlar həyata keçirdiyini iddia edir. Lakin qeyd olunmalıdır ki, iddiaçı onun yeznəsinin - Valehin qardaşıdır. Mübahisələndirilən malları o məhz yeznəsindən - Valehdən almış və bütün haqq hesabını da yalnız onunla aparmışdır. Yeznəsi Valehə isə 17 min deyil, 4700 manat borcum vardır. Iddiaçı ilə hər hansı alqı-satqı əməliyyatı olmamışdır. Belə olduğu halda iddiaçı ilə aralarında heç bir hüquqi münasibət yaranmamışdır və iddiaçının ona qarşı hər hansı tələb irəli sürməsi əsassızdır.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək əlavə olaraq bildirmişdir ki, konkret ondan cavabdeh 1000 min manat, qardaşından isə 7000 manat almışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş və izahat verərək bildirmişdir ki, cavabdeh Cavabdeh Göyçay rayon polis şöbəsində vermiş olduğu izahatı ilə razı deyil. Təmsil etdiyi şəxs ona polis şöbəsinə tamamilə fərqli bir hadisə ilə bağlı getdiyini, lakin sonradan borc məsələsi ilə bağlı izahatlarının alındığını bildirmişdir. Buna görə də həmin sözügedən izahatı qəbul etmirlər. Belə ki, cavabdeh Cavabdeh polis şöbəsində vermiş olduğu izahatı təsir altında vermişdir. Bununla bağlı prokurorluq orqanlarına şikayət etmişdir, lakin bunları təsdiq eədn sənədlər mövcud deyil. Bundan başqa borcdan ödənişlər olmu, lakin qəbzlər qalmamışdır. Göstərdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Göyçay Rayon Məhkəməsinin (hakim G.Qurbanova) ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 10.000 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83 manat pulun tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı və X3 ilə cavabdeh Cavabdeh arasında xurma məhsulunun alqı-satqısı ilə bağlı şifahi razılaşma bağlanmışdır. Həmin razılaşma əsasında cavabdehə müəyyən məbləğ dəyərində yeşik və xurma məhsulu verilmişdir. Cavabdeh Cavabdeh Göyçay rayon polis şöbəsində verdiyi izahatında 2024-cü ilin noyabr ayının sonlarında Seymurdan 10000 manatlıq yeşik, Valehdən isə 6000 manatlıq xurma götürdüyünü, götürdüyü məhsulu soyuducuya yerləşdirdiyini, niyyətinin gəlir əldə etmək olsa da müəyyən səbəblərdən ziyan etdiyini və Seymurun və Valehin pulunu geri qaytara bilmədiyini bildirmişdir. Hal-hazırda iddiaçı İddiaçı həm özü həm də qardaşı tərəfindən verilən borcu cavabdeh Cavabdeh tələb edir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı həm özünün həmdə başqa şəxs tərəfindən verilən borcun geri qaytarılmasını tələb etməsi əsassızdır. AR MPM-nin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. Iddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Hazırki iş üzrə İddiaçı və X3 iddiaçı kimi müştərək qaydada iştirak etmir, iddia yalnız İddiaçı tərəfindən irəli sürülmüşdür.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh Göyçay rayon polis şöbəsində verilən izahatdan görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 17000 manat pul tələb etsə də, faktiki borc məbləği 10000 manat təşkil edir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin polis şöbəsində vermiş olduğu izahatı təsir altında qalaraq verdiyini, borcdan ödənişlərin olduğunu bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 10.000 manat pul tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Iddia qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdeh Cavabdeh aid edilməli, iddianın təmin edilmiş hissəsinə əsasən 83 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 422.1, 422.2, 425.1, 442, 443.1, 445.2.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini (cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 10.000 manat pul tutularaq iddiaçı İddiaçı ödənilməsi) hissədə qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

15. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi həm prosessual, həm də maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam və obyektiv araşdırılmadan, sübutlar düzgün qiymətləndirilmədən nəticəyə gəlinmişdir. Qətnamənin “Iddia tələbi” hissəsində iddiaçının tələbi “17000 manat borcun tutulması” kimi göstərildiyi halda, məhkəmə nəticə hissəsində cavabdehdən “vurulmuş maddi ziyana görə 10.000 manat” tutulmasına qərar vermişdir.

16. Bu ziddiyyət təsadüfi ifadə fərqi deyil, bu mübahisənin hüquqi tövsifinin yanlış seçilməsini göstərir, iddiaçı borc öhdəliyindən (pul tələbi/öhdəlik münasibəti) danışdığı halda, məhkəmə bunu faktiki olaraq “maddi ziyan” (delikt və ya zərərin əvəzi) məntiqi ilə həll etmiş, tərəflər arasında öhdəliyin hansı əsasdan yarandığını, iddiaçının hansı hüquqi instituta istinad etdiyini və tələbin hansı norma ilə təmin oluna biləcəyini düzgün müəyyən etməmişdir. Bu, Mülki Məcəllənin 385.1-ci maddəsinin mahiyyətinə ziddir, öhdəliyin mahiyyəti, predmeti və icra forması düzgün müəyyən edilmədən borclunun üzərinə pul ödəmə vəzifəsi qoyula bilməz.

17. Eyni zamanda məhkəmə qətnamədə “maddi ziyan” terminindən istifadə etməklə Mülki Məcəllənin öhdəlik hüququ normalarını (öhdəliyin icra edilməməsi, gecikdirilmə və s.) tətbiq etdiyini desə də, faktiki mübahisəni zərər əvəzi kimi təqdim edib nəticələndirmişdir. Nəticədə qətnamə MPM-nin 217.3-cü maddəsinin tələb etdiyi kimi “iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun” əsaslandırılmamışdır.

18. Məhkəmə iş üçün əhəmiyyətli olan faktları tam müəyyən etməmiş və tərəflərin izahatlarını olduğu kimi protokolda və qətnamədə əks etdirməmişdir. Iş üzrə iddiaçı məhkəmə iclasında cavabdehin borcdan müəyyən məbləğlərdə pul qaytardığını (qismən icra faktını) bildirdiyi halda, bu hal nə protokolda, nə də qətnamənin “Tərəflərin izahatı” hissəsində göstərilməmişdir. Bu barədə MPM-nin 273-cü maddəsinə əsasən protokol üzrə yazılı qeyd də təqdim edilmişdir.

19. Qismən icra faktı mübahisənin predmeti üçün birbaşa həlledicidir, qismən ödəniş mövcuddursa, tələb olunan məbləğ ona uyğun azaldılmalı, ən azı məhkəmə həmin halı araşdırmalı və hüquqi qiymət verməli idi. Məhkəmənin bu halı nəzərə almaması MPM-nin 14.2-ci maddəsindəki “yalnız təqdim edilən sübutların araşdırılması” və 77-ci maddədəki sübutetmə qaydası ilə yanaşı, 217.3-cü maddənin əsaslandırma tələbinin də pozulmasına səbəb olmuşdur.

20. Qətnamənin özündə də etiraf olunur ki, cavabdeh tərəf borcdan ödənişlərin olduğunu bildirmiş, lakin məhkəmə bu istiqamətdə araşdırmanı dərinləşdirməmiş, işin faktiki hallarını tam müəyyən etmədən yekun nəticəyə gəlmişdir. Halbuki tərəfin məhkəmə iclasında verdiyi izahat və xüsusən iddiaçının qismən qaytarma barədə bəyanatı iş üzrə “əhəmiyyətli hal”dır, bu halı nəzərə almamaq qətnaməni əsassız edir.

21. Bundan başqa, məhkəmə iddia tələbinin əsasını sübut edən etibarlı və mötəbər sübutlar olmadan, faktiki olaraq cavabdehin polis orqanında verdiyi izahata əsaslanmaqla iddia tələbini qismən təmin etmişdir. Qətnamədə məhkəmənin mövqeyi belə qurulmuşdur ki, cavabdehin polis şöbəsində verdiyi izahatdan “faktiki borc məbləği 10.000 manat təşkil edir” nəticəsi çıxarılmış və bu nəticə məhz həmin izahatın məzmunu ilə əsaslandırılmışdır. Halbuki cavabdeh tərəf əvvəlcədən yazılı etirazında da göstərmişdir ki, iddiaçı iddiasını əsasən polis izahatına bağlayır və bunu təsdiq edən rəsmi-təsərrüfat sənədləri (qaimə, hesab-faktura, təhvil-təslim, ödəniş sənədləri və s.) təqdim etməmişdir, mübahisə ticarət/alqısatqı xarakterli təqdim olunduğu halda, yalnız izahatla öhdəlik məbləğinin müəyyənləşdirilməsi yolverilməzdir.

22. Məhkəmə isə bu etirazları aradan qaldırmadan, izahatın hansı şəraitdə verilməsini, etibarlılığını, ziddiyyətli olub olmamasını, habelə izahatdan kənar obyektiv sübutlarla təsdiqini qiymətləndirmədən onu həlledici sübut kimi qəbul etmişdir. Bu yanaşma MPM-nin sübutların qiymətləndirilməsi və işin hərtərəfli araşdırılması tələblərinə (xüsusən 14.2 və 77-ci maddələrin məzmununa) uyğun deyil, eyni zamanda mülki öhdəliyin mövcudluğu və həcmi barədə nəticənin yalnız bir “izahat” üzərində qurulması Mülki Məcəllənin 385.1-ci maddəsinin mahiyyəti ilə də uzlaşmır. Nəticədə qətnamə mötəbər sübutlarla təsdiq olunmuş faktlara deyil, tək-tük və mübahisəli mənbədən alınmış məlumatın şərhinə söykənmişdir.

23. Iş üzrə çox ciddi prosessual pozuntu da ondan ibarətdir ki, cavabdeh tərəfindən məhkəməyə aidiyyətin dəyişdirilməsi barədə vəsatət (ərizə) təqdim edildiyi halda, məhkəmə bu vəsatəti ümumiyyətlə müzakirə etməmiş, onunla bağlı heç bir prosessual qərar qəbul etməmişdir. Halbuki cavabdeh tərəf mübahisənin “yeşik istehsalı və alqı-satqısı” fəaliyyəti ilə bağlı kommersiya xarakterli olmasını əsaslandıraraq, MPM-nin 26.1 və 26.2-ci maddələrinə görə işin Şəki Kommersiya Məhkəməsinə aid olmasını göstərmiş və işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.

24. Məhkəmənin aidiyyət kimi fundamental yurisdiksiya məsələsini proses daxilində araşdırmaması və bu barədə mövqe bildirməməsi tərəfin müdafiə hüququnu məhdudlaşdırmış, işin qanuni tərkibdə və düzgün yurisdiksiyada baxılması prinsipini pozmuşdur. Aidiyyət məsələsi həll edilmədən mahiyyətə keçid və qətnamə qəbul edilməsi, qətnamənin ləğvi üçün müstəqil əsas təşkil edən əhəmiyyətli prosessual pozuntudur.

25. Beləliklə, birinci instansiya məhkəməsi mübahisəni düzgün hüquqi tövsif etməmiş, iddia tələbinin “borc öhdəliyi” məntiqi ilə “maddi ziyan” məntiqini qarışdırmış, iş üçün mühüm olan qismən icra faktını nəzərə almamış, tələbin həcmini əsaslandıran mötəbər sübut bazası formalaşdırmadan yalnız polis izahatına həlledici əhəmiyyət vermiş, üstəlik aidiyyətin dəyişdirilməsi barədə vəsatəti müzakirəsiz qoyaraq MPM-nin 26.1, 26.2, 14.2, 77 və 217.3cü maddələrinin tələblərini pozmuş, Mülki Məcəllənin 385.1-ci maddəsi düzgün tətbiq edilməmiş və həmin maddi hüquq normasının mahiyyətinə uyğun olmayan nəticəyə gəlmişdir. Bu pozuntuların hər biri işin nəticəsinə birbaşa təsir etmiş, nəticədə əsaslı və qanuni məhkəmə qətnaməsi qəbul edilməmişdir.

26. Göründüyü kimi hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Göyçay rayon Məhkəməsinin 2(046)-2105/2025-nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.

27. Odur ki, Göyçay rayon Məhkəməsinin 2(046)-2105/2025-nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 10.000 manat pul tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 10.000 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sirac oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında cavabdehin əslində ondan nisyə şəkildə 21000 manatlıq mal aldığını, cavabdehə malı nisyə şəkildə satmamışdan əvvəl satdığı mala görə cavabdehdən 1500 manat beh aldığını, həmçinin cavabdehə malı satdıqdan sonra cavabdehin aldığı malın bir hissəsinin dəyəri kimi 2025-ci ilin yanvar ayında 3000 manat pul vəsaitini qaytardığını, cavabdehin ona ümumilikdə 4500 manat pul vəsaitini ödədiyini, lakin hazırda cavabdehin ona və qardaşına 17000 manat, şəxsən ona isə 11000 manat pul verməli olduğunu göstərmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə go rə o hdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında mu qavilənin olması mu əyyən edilmişdir. 406.1-ci maddəsinin tələbinə go rə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinin tələbinə əsasən o z hu quqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılıg ın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, o hdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə mu vafiq surətdə, belə şərtlər olmadıqda isə işgu zar adətlərə və ya adətən irəli su ru lən digər tələblərə mu vafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində go stərilmişdir ki, o hdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa du şu lu r. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və mu qavilə ilə ayrı qayda mu əyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan o hdəliklərin icra edilmədiyi bu tu n hallar u çu n cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə go rə, əgər alıcı alqı-satqı mu qaviləsinə uyg un olaraq verilmiş əşyanın qiymətini vaxtında o dəmirsə, satıcı əşyanın qiymətini o dəməyi tələb edə bilər. 600.1-ci maddəsinə go rə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

36. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Cavabdeh Cavabdeh Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini qismən, yəni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddianın təmin edilmiş hissəsində tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, həmin hissədə qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini tam diqqətə almamışdır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 2024-cü ilin noyabr ayında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh xurma məhsulunun qablaşdırılması üçün nisyə şəkildə 10000 manat dəyərində yeşik satılmışdır. Iddiaçı İddiaçı cavabdehə malı nisyə şəkildə satmamışdan əvvəl satdığı mala görə cavabdehdən 1500 manat, malı satdıqdan sonra isə 2025-ci ilin yanvar ayında 3000 manat pul vəsaitini almışdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

43. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən məhkəməyə aidiyyətin dəyişdirilməsi barədə vəsatət təqdim edildiyi halda, məhkəmənin bu vəsatəti ümumiyyətlə müzakirə etməməsi, onunla bağlı heç bir prosessual qərar qəbul etməməsi, məhkəmənin aidiyyət kimi fundamental yurisdiksiya məsələsini proses daxilində araşdırmaması, bu barədə mövqe bildirməməsi, tərəfin müdafiə hüququnu məhdudlaşdırması, işin qanuni tərkibdə və düzgün yurisdiksiyada baxılması prinsipini pozmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

44. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

45. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

46. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

47. Kollegiya qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilərək iş materiallarına edilmiş məlumatlardan müəyyən edildiyi kimi cavabdeh Cavabdeh vergi ödəyicisi olsa da iddiaçı İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır.

48. Beləliklə hazırkı mübahisə üzrə işə kommersiya məhkəməsində baxılması üçün əsaslar müəyyən edilməmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin “Iddia tələbi” hissəsində iddiaçının tələbi “17000 manat borcun tutulması” kimi göstərildiyi halda, nəticə hissəsində cavabdehdən “vurulmuş maddi ziyana görə 10.000 manat” tutulmasına qərar verilməsi, mübahisənin hüquqi tövsifinin yanlış seçilməsi, tərəflər arasında öhdəliyin hansı əsasdan yaranması, tələbin hansı norma ilə təmin oluna biləcəyini düzgün müəyyən etməməsi, birinci instansiya məhkəməsinin mübahisəni düzgün hüquqi tövsif etməməsi, iddia tələbinin “borc öhdəliyi” məntiqi ilə “maddi ziyan” məntiqinin qarışdırılmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğin maddi ziyan olduğu qeyd edilsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununda mübahisənin həllində ziyanvurmadan deyil, müqavilədən irəli gələn öhdəliklərin icrası üzrə maddi hüquq normalarına istinad edilmiş, birinci instansiya məhkəməsinin apardığı əsaslandırma da öhdəliyin ziyan vurmadan irəli gəlməsi üzərində qurulmamışdır.

50. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisənin hüquqi tövsifinin yanlış seçilməsinə dair dəlilləri ilə razılaşmır.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflərin izahatlarının olduğu kimi protokolda və qətnamədə əks etdirilməməsi, iş üzrə iddiaçının məhkəmə iclasında cavabdehin borcdan müəyyən məbləğlərdə pul qaytardığını (qismən icra faktını) bildirdiyi halda, bu halın nə protokolda, nədə qətnamənin “Tərəflərin izahatı” hissəsində göstərilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində tərəfin məhkəmə iclasında verdiyi izahatının bütünlükdə qətnamənin məzmununa yerləşdirilməli olmasına dair imperativ tələb nəzərdə tutulmamışdır.

52. Şikayətin həmin dəlili üzrə məhkəmə kollegiyasının iclasında dəqiqləşdirmə aparıldıqda cavabdehin nümayəndəsi və vəkili iddiaçının birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında cavabdeh tərəfindən 3000 manat bir dəfə, 1000 dollar, yəni 1700 manat da əlavə olaraq ödənildiyini göstərdiyi halda həmin xüsusatların qətnamədə və protokolda əksini tapmadığını göstərmişdir.

53. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə iclası üzrə iclas protokolundan görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında dekabrın 31-i 3000 manatın verildiyini, 1000-in isə qardaşına verildiyini, cəmi məbləğin isə 4700 manat olduğunu göstərmişdir.

54. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da iddiaçı həmin xüsusatları təsdiq etmiş, 1000 ABŞ dollarının cavabdeh tərəfindən qardaşından borc alındığı üçün qardaşına da qaytarıldığını göstərmişdir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddiasını əsasən polis izahatına bağlaması, bunu təsdiq edən rəsmi-təsərrüfat sənədlərini (qaimə, hesab-faktura, təhvil-təslim, ödəniş sənədləri və s.) təqdim etməməsi, mübahisənin ticarət/alqı-satqı xarakterli təqdim olunduğu halda, yalnız izahatla öhdəlik məbləğinin müəyyənləşdirilməsinin yolverilməz olması, məhkəmənin izahatın hansı şəraitdə verilməsini, etibarlılığını, ziddiyyətli olub olmamasını, habelə izahatdan kənar obyektiv sübutlarla təsdiqini qiymətləndirmədən onu həlledici sübut kimi qəbul etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh Cavabdeh iş materiallarına əlavə edilmiş Göyçay rayon polis şöbəsində verdiyi izahatından görünür ki, o, 2024-cü ilin noyabr ayının sonlarında Seymurdan 10000 manatlıq yeşik, Valehdən isə 6000 manatlıq xurma götürdüyünü, götürdüyü məhsulu soyuducuya yerləşdirdiyini, niyyətinin gəlir əldə etmək olsa da müəyyən səbəblərdən ziyan etdiyini və Seymurun və Valehin pulunu geri qaytara bilmədiyini bildirmişdir.

56. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı münasibətlərini tənzimləyən normaları rəsmi reyestrdə qeydə alınması tələb olunmayan daşınar əşyaların alqı-satqısı üzrə yazılı forma tələbini müəyyən etmədiyindən, həmçinin iddiaçı satış fəaliyyətini hər hansı bir ticarət məntəqəsində həyata keçirtmədiyindən və öhdəliyin mövcudluğu cavabdehin polis şöbəsində verdiyi izahatı ilə təsdiq edildiyi halda, hazırkı mübahisə üzrə iddiaçıdan əlavə olaraq qaimə, hesab-faktura, təhvil-təslim, ödəniş sənədlərinin tələb edilməsi zərurəti müəyyən edilməmişdir.

57. Kollegiya qeyd edir ki, cavabdehin izahatı Göyçay rayon Polis Şöbəsində verilməklə, ziddiyyətli deyildir və iş materiallarından onun etibarlılığına şübhə ilə yanaşılması üçün əsaslar, həmin izahatın hər hansı bir təzyiq və yaxud təsir altında yazılması halları müəyyən edilməmişdir.

58. Bu baxımdan birinci instansiya məhkəməsi həmin izahata mötəbər sübut qismində istinad etməkdə doğru mövqedən çıxış etmişdir.

59. Kollegiya qeyd edir ki, cavabdehin polis şöbəsinə verdiyi izahatdan da göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında alqı-satqı münasibətlərinin mövcud olmasını, həmin münasibətlə bağlı onun iddiaçı qarşısında 10000 manat məbləğində pul öhdəliyinin yarandığını etiraf etmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qismən ödəniş mövcuddursa, tələb olunan məbləğin ona uyğun azaldılmalı olması, məhkəmənin bu halı nəzərə almaması, məhkəmənin iş üçün əhəmiyyətli olan faktları tam müəyyən etməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş 4500 manat pul və 8 manat dövlət rüsumuna dair hissələrdə gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin tələblərinə cavab verməmişdir.

61. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehə nisyə şəkildə satdığı məhsuldan 3000 manatının, məhkəmə kollegiyasının iclasında isə həmçinin 3000 və 1500 manat olmaqla 4500 manatının ona qaytarıldığını göstərməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin məbləği cavabdehin etiraf etdiyi məbləğdən çıxmamaqla iddianın təmin edilmiş 4500 manat və 8 manat dövlət rüsumuna dair hissələrdə mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, həmin hissədə qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır.

62. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

63. Kollegiya iddiaçının məhkəmə kollegiyasının iclasında göstərdiyi cavabdehin onun qarşısında ümumilikdə 21000 manat pul öhdəliyinin olması, qaytarılan 4500 manatı çıxmaqla cavabdehə qarşı 17000 manat pul tələbinə dair iddia irəli sürməsi, birinci instansiya məhkəməsinin təmin etdiyi 10000 manat pul vəsaitindən cavabdeh tərəfindən ona heç bir məbləğin qaytarılmamasına dair fikirlərinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehə qarşı 21000 manat deyil, məhz 17000 manat pul tələbinə dair iddia qaldırmış, bundan kifayət qədər əvvəl polis şöbəsində verdiyi izahatında da cavabdehin onun qarşısındakı pul öhdəliyinin 17000 manat təşkil etdiyini göstərmişdir.

64. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin mal alışından onun qarşısında yaranmış pul öhdəliyindən 4500 manatının qaytarıldığı etiraf edildiyi halda, qaytarılmış 4500 manat pul vəsaitinin cavabdeh tərəfindən polis şöbəsində verdiyi izahatla etiraf edilmiş 10000 manat pul öhdəliyinə aidiyyətinin olmamasına dair sübutları təqdim etmək yükü iddiaçının üzərində olmuşdur.

65. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

66. Kollegiya qeyd edir ki, qaytarılmış 4500 manat pul vəsaitinin cavabdeh tərəfindən polis şöbəsində verdiyi izahatla etiraf edilmiş 10000 manat pul öhdəliyinə aidiyyətinin olmamasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

67. Məhkəmə kollegiyası iddianın təmin edilmiş 4500 manat və 8 manat dövlət rüsumunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, həmin hissələrdə də iddianın rədd edilməli olmasına dair apellyasiya şikayətində irəli sürülmüş tələbi əsaslı hesab etsə də, apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilmiş digər hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

69. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 4500 manat pul və 8 manat dövlət rüsumunun tutulmasına dair hissələrdə ləğv edilməli, ləğv edilmiş hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi cavabdeh Cavabdeh 4500 manat pul və 8 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair hissələrdə rədd edilməli, qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 4500 manat pul və 8 manat dövlət rüsumunun tutulmasına dair hissələrdə ləğv edilsin. Ləğv edilmiş hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi cavabdeh Cavabdeh 4500 manat pul və 8 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair hissələrdə rədd edilsin. Qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar