Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-735/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yakubova Elionoranın cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi artıq ödənilmiş pulun geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin qoyulması barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Yakubova Elionora cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqısatqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəfindən ödənilmiş 3.887,40 AZN məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması, və “##.##.2023- cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəfindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması” öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Maliyyə Nazirliyi yanında X11 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili X3 oğlu daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqısatqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Yakubova Elionora və alıcı Şirəliyeva Səadət Şirəli qızı arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə satıcı və alıcı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. * saylı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin X5 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanlanmış ##.##.2023-cü il tarixli, **** №-li məktuba əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 445.000 manat 00 qəpik məbləğindən 3.887 manat 40 qəpik manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441.112 manat 60 qəpik məbləği nümayəndə2 – Bakı şəhəri, Nəsimi rayonu. Nizami küçəsi, ev 137, mənzil 36, (AA0566612, ##.##.2019, ASAN 1, FİN: *******, D/T: ##.##.1978) müvafiq müqavilə təsdiq edildikdən sonra məktub əsasında verilməsi üçün bankda olan ******************** №-li Depozit hesabına qəbul olunması xahiş edilmişdir. ABB-1 ******* nömrəli qəbzə əsasən ##.##.2023-cü il tarixdə 441.112 manat 60 qəpik ödəniş həyata keçirilmişdir. ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müvafiq mənzil üzrə 3.887,40 manat məbləğində vergi tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li, 008013000155-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzilin ##.##.2013-cü il tarixdən etibarən (alqı-satqı müqaviləsi bağlananadək) tam mülkiyyət üzrə hüquq sahibi Yakubova Elionora olmuşdur. ##.##.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Yakubova Elionoranın (X7 vətəndaşı olan) mülkiyyətində Respublika üzrə hər hansı daşınmaz əmlakların (hazırda adına olan, satılan, bağışlanan və digər qaydada özgəninkiləşdirilən torpaqlar, evlər daxil olmaqla) olub-olmaması, əgər vardırsa, hansı tarixdən etibarən mövcud olması, onların barəsində məlumat və ünvanlarını əks etdirən arayış verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-Y****-*/**** saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində Yakubova Elionoranın adına olan və özgəninkiləşdirilmiş əmlaklar barədə məlumat verilməsi ilə bağlı ##.##.2023-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X4, ev 57, ** saylı mənzil ##.##.2013-cü il tarixdə Yakubova Elionoranın adına qeydiyyatdan keçmişdir, lakin * saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-**** reyestr nömrəli ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Elionora Yakubova ildə 2-3 dəfə ailəsi ilə (ildə minimum 1 dəfədə olsa) birgə Azərbaycana gəlmiş və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzildə qalmışlar (alqı-satqı müqaviləsi bağlananadək). Qeyd edir ki, Azərbaycanda yeganə mülkiyyəti sonuncu qeyd etdiyi mənzil olmuşdur. İddiaçı bildirir ki, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ünvanlayaraq, ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 AZN məbləğin geri qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi ##.##.2024-cü il tarixli, *-**/*-K-****-**-***/**** saylı cavab məktubunda bildirilmişdir ki, vergi siyasəti və gəlirlər şöbəsində ödəmiş olduğu sadələşdirilmiş verginin geri qaytarılmasına köməklik göstərilməsi barədə ## ######## 2024-cü il tarixli ərizəyə və əlaqəli sənədlərə baxılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tələblərinə əsasən, fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələrin təsdiq edilməsinə münasibətdə notarius vergi agenti hesab olunur və ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Həmin Məcəllənin 17.2-ci maddəsində vergi agentinin Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, maliyyə orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən təqdim edilmiş rəy, ərizə və şəxsi vəsiqədən çıxarışın surətləri əsasında vəsaitin qaytarılmasını təmin etməlidirlər. Vergi orqanları tərəfindən “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq tərtib olunan rəy Maliyyə Nazirliyinə təqdim olunmadığından müraciətdə qeyd olunan vəsaitin qaytarılması imkan xaricindədir. Həmçinin, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ərizə ünvanlayaraq, ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 AZN məbləğin geri qaytarılmasında köməklik edilməsini xahiş etmişdir (qoşmaya əlavə olunur). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətiBakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı cavab məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2019-cu il *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən edilir. Qeyd olunanlara əsasən bildirilir ki, tərəfinizdən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması üçün aidiyyəti üzrə alqı-satqı apardığınız xüsusi notariusa müraciət edilməli və xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməlidir. Eyni zamanda bildirilir ki, göndərilən sənədlərə Vergi Məcəlləsinin 218-1.1.5.1-1. bəndində qeyd olunduğu kimi, fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğunu təsdiq edən arayış, əgər fiziki şəxs subaydırsa subaylıq haqqında arayış əlavə edilməlidir (qoşmaya əlavə olunur). Tərəflərindən “Azəriqaz” İstehsalat Birliyinə ##.##.2023-cü il tarixli müraciət göndərilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, ** saylı mənzil üzrə qaz abonent kodu və abunəçinin kim olması, həmçinin bağlanılmış abonent müqaviləsinin ##.##.2013-cü il tarixdən hal-hazırki tarixədək kimin adına olması və hansı tarixdən etibarən onun adına olması barədə məlumat verilməsi və qeyd edilənlərə dair arayış təqdim edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, ** saylı mənzil üzrə bağlanılmış qaz abonent müqaviləsinin və digər müqavilələrin surətlərinin təqdim edilməsi xahiş edilmişdir (müraciət və qəbz qoşma olaraq əlavə edilir). Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ##.##.2023-cü il tarixli, **-*-*-*/*-K-***-**/****-**** saylı “Müraciətə baxılması barədə” cavab məktubu göndərilmiş və Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 52 ünvanı üzrə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə və ödəniş cədvəli onlara təqdim edilmişdir (məktub, müqavilə və ödəniş cədvəli qoşma olaraq əlavə edilir). “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX*******/**-**** saylı müqaviləyə əsasən “Azəriqaz” İB və Yakubova Elionara (ünvan: Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 52) arasında müqavilə bağlanılmış və Yakubova Elionara tərəfindən 2014-ci il tarixdən etibarən 2023-cü il tarixə kimi davamlı şəkildə ödənişlər edilmiş və cəmi 1.747 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri əsas götürərək ##.##.2023-cü il tarixdə * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisə müraciət ünvanlayaraq, ərizənin təmin edilməsini və ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılmasını xahiş etmişdirlər. Həmin müraciətə cavab olaraq, * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixli, ** №-li cavab məktubu göndərilmiş və bildirilmişdir ki, Yakubova Elionora ABŞ vətəndaşı olduğundan və Azərbaycan Respublikasında 3(üç) il daimi yaşamadığından ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətəndaşın vergidən azad olub-olmaması barədə müraciət göndərilmişdir. Həmin müraciətin cavabından sonra məlumat veriləcəkdir. * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin ##.##.2024-cü il tarixli, *** saylı cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş Yakubova Elionaradan tutulmuş 3.887,40 vergi məbləğinin qaytarılması üçün ərinin və özünün adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidmətindən mülkiyyətində satılan əmlakın yeganə əmlak olması barədə arayış və kommunal ödənişlər barədə təqdim etdiyiniz arayışları möhürlə təsdiq edilmiş təqdim etməlisiniz və tələb olunan sənədlər iddiaçıya təqdim edildikdən sonra bizim tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vergi məbləğinin geri qaytarılması barədə müraciət göndəriləcəkdir. Tərəfindən yenidən ##.##.2024-cü il tarixli müraciətlə * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə müraciət edilmiş və ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətəndaşın vergidən azad olub-olmaması barədə göndərilmiş müraciətə cavab gəlib-gəlməməsi barədə onlara məlumat verilməsi və həmin müraciətin (* saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən Dövlət vergi xidmətinə göndərilmiş müraciətin) surətinin onlara təqdim edilməsi xahiş edilmişdir. Beləliklə yuxarıda göstərilən müraciətlərə cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdurlar. Belə ki, tərəflərindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ##.##.2023-cü il tarixli, AN-İ №******** nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılmasında köməklik edilməsi və ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılması öhdəliyinin * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024cü il tarixli, e-2-1(112)- *****/**** saylı Qərardadı ilə iddia mümkün sayılmamış və onlara tövsiyyə edilmişdir ki, müvafiq məsələnin həlli ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etmək lazımdır (qərardad qoşma olaraq əlavə edilir). Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(103)- ****/**** saylı qərardadı ilə, məhkəmə işin ümumi məhkəmədə baxılmalı olduğu nəticəsinə gəlmiş, apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin e*-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (qoşmaya əlavə olunur). Son olaraq, ##.##.2025-ci il tarixdə * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək,ərizənin təmin edilməsini və ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılması üçün müvafiq göstərişlərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi müraciəti cavabsız qoymuş artıq ödənilmiş məbləğin geri qaytarılması üçün hüç bir tədbir görməmişdir. Beləliklə, Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsini əsas götürərək, Yakubova Elionaranın mülkiyyətində yalnız 1 yaşayış sahəsi olduğunu nəzərə alaraq və onun həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən “Azəriqaz” İB tərəfindən təqdim edilmiş müqaviləni və ödəniş cədvəlini təqdim edərək, fiziki şəxs Yakubova Elionaranın vergidən azad olduğunu hesab etmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinə əsaslanaraq, ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılmasına zərurət yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqısatqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət etmə öhdəliyi * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qeyd edilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*- *)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, * saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış ##.##.2023-cü il tarixli, AN-İ№******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Yakubova Elionoranın nümayəndəsi nümayəndə2 Bakı şəhər, Nəsimi rayon, Üzeyir Hacıbəyov küçəsi, ev 57, ** nömrəli mənzili alıcı Şirəliyeva Səadət Şirəli qızına 445.000 manata satmışdır. Həmin müqavilədən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan mənzilə görə satıcı Yakubova Elionoradan 3.887,40 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. * saylı Bakı “ASAN Xidmət” Mərkəzinin X5 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanladığı ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Şirəliyeva Səadət Şirəli qızı Bakı Şəhəri, Nəsimi Rayonu. X4, Ev 57, Mənzil 44 (ŞV:AA0373217, ##.##.2019. ASAN 2; FİN: 36FPM1Y; d/t:##.##.1976) daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 445.000 manat 00 qəpik məbləğindən 3.887 manat 40 qəpik manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441.112 manat 60 qəpik məbləği nümayəndə2 Bakı Şəhəri, Nəsimi Rayonu, Nizami Küçəsi, Ev 137, Mənzil 36, Mən (AA0566612, ##.##.2019, ASAN 1; FİN: *******; d/t: ##.##.1978) müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra onun məktubu əsasında verilməsi üçün bankda olan ******************** №-li Depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan ******* nömrəli ABB tərəfindən verilən çekdən görünür ki, 441.112 manat pul ##.##.2023-cü il tarixli müqaviləyə əsasən, nümayəndə2 ödənilmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, əsas məbləğ iddiaçının nümayəndəsinə ödənilmiş ümumi məbləğdən 3.887,40 manat sadələşdirilmiş vergi məbləği tutulmuşdur. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək, ərizənin təmin edilməsini və ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılması üçün müvafiq göstərişlərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi müraciəti cavabsız qoymuş, artıq ödənilmiş məbləğin geri qaytarılması üçün heç bir tədbir görməmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki iddia tələbi * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə vergi öhdəliyi kimi ödənilmiş məbləğin faizlərlə geri qaytarılması üçün müvafiq sənədlərlə birlikdə vergi orqanına müraciət etmək öhdəliyinin qoyulmasından ibarət olmuşdur ki, bu zaman notarius tərəfindən vergi orqanına müraciət edilməsi nəzərdə tutulur, yəni hazırki tələblə konkret olaraq məbləğin vergi orqanından tutulması və ya vergi orqanın üzərinə hər hansı bir öhdəliyin qoyulmasından ibarət olmamışdır. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, qətnamə vergi orqanı üçün hər hansı mənfi hüquqi nəticə doğurmur, sadəcə notariusun prosessual hərəkətini (müraciətini) tənzimləyir. Həmçinin notariuslar müəyyən əməliyyatlar üzrə vergi agenti kimi çıxış edirlər və artıq ödənilmiş məbləğin geri qaytarılması üçün müraciət etmək notariusun prosessual vəzifəsidir və notariusun vergi orqanına müraciət etməsi vergi orqanının qərar qəbul etmə sərbəstliyini məhdudlaşdırmır. Məhkəmə Kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi ilə notariusun üzərinə yalnız "müraciət etmək" öhdəliyi qoyulub, bu, işin son həlli deyil, sadəcə müəyyən prosedurun başlanmasıdır. Vergi orqanının bu mərhələdə şikayət verməsi məhkəmə prosesini əsassız uzadır və "prosessual qənaət" prinsipinə ziddir. Vergi orqanı yalnız müraciət daxil olduqdan sonra onu mahiyyəti üzrə araşdırıb imtina və ya təmin qərarı verə bilər. Belə ki, hazırki mərhələdə isə vergi orqanının "şikayət etmək üçün marağı" yaranmayıb, çünki onun qarşısında icra edilməli olan məcburi bir pul tələbi qoyulmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.. Başqa sözlə, iddiaçı tərəfindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət etmə öhdəliyi * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması məsələsi ərizə veriləndən sonra vergi orqanı tərəfindən həmin ərizəyə məhz vergi qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verilməsi (cavab verilməsi) anlamına gəlir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hər hansı hüquq və vəzifələrinə toxunmamışdır. Qeyd edilənləri ümumiləşdirərək Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi yalnız notarius tərəfindən müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi öhdəliyinin müəyyən edilməsinə yönəlmişdir, qətnamə ilə vergi orqanının üzərinə məbləğin qaytarılmasına dair imperativ tələb qoyulmadığı üçün, həmin akt vergi orqanının maddi və ya prosessual hüquqlarını pozmur, hüququ pozulmayan və ya üzərinə əlavə öhdəlik qoyulmayan şəxsin isə (dövlət orqanının) apellyasiya şikayəti vermək hüququ yaranmır, bu səbəbdən apellyasiya şikayət qeyrimümkün hesab edilməlidir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı Yakubova Elionoranın cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi artıq ödənilmiş pulun geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)- ***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı Yakubova Elionoranın cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi artıq ödənilmiş pulun geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qaytarılması üçün mülki iş materialları Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-735/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-735/2026
13.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver