Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1570/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: öhdəliyin yerinə yetirilməsi, iddia müddəti, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə tam əməl edilməməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X2 və X5 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair” mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1916/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı İddiaçı MMC-nin (bundan sonra “iddiaçı” və ya “MMC”) direktoru X6 ilə alıcı Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2017-ci il tarixdə 01 saylı alqısatqı müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilə üzrə malların 1 kisəsinin qiyməti Klass A 5,7 manat və Klass B 4,9 manat təşkil etmişdir. Müqaviləyə 1 saylı Əlavə Sazişlə malların 1 kisəsinin qiyməti Klass A 5,8 manat və Klass B 5 manat müəyyən edilmişdir.
2. MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, onunla cavabdeh arasında imzalanmış Müqaviləyə əsasən sonuncuya "xxxx" sement məhsulları satılmışdır. Cavabdeh həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixində 1000 manat ödəmişdir. Cavabdehin xx.xx.2021-ci il tarix inə MMC-yə 74348 manat məbləğində qalıq borcu mövcuddur.
3. MMC ilə işləyən X3 əsasən xx.xx.2018-ci il tarixinə cavabdehin MMC-yə 74348 manat qalıq borcunun olduğu qeyd edilmiş və akt tərəflərin imzaları ilə təsdiqlənmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixdə 74348 manat məbləğində qalıq borcunun mövcud olması barədə Pretenziya ilə xəbərdar edilmişdir.
5. Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə X6 cavabdehə 74348 manat məbləğində pulu xx.xx.2018-ci il tarixinədək faizsiz borc olaraq vermişdir.
6. Müxtəlif tarixlərə olan, imzalanmış nağd pulun təhvil-təslim aktlarına əsasən, cavabdeh borcuna görə MMC-yə müxtəlif məbləğlərdə ödənişlər etmişdir.
7. Müxtəlif tarixlərə olan əmtəə-nəqliyyat qaimələrinə əsasən, "xxxx" ASC tərəfindən müx təlif çəkilərdə sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazarına, cavabdehə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC ilə cavabdeh arasında 2017-ci ilin noyabr ayı ərzində "xxxx" sement məhsullarının nisyə qaydada alqı-satqısı həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında im zalanmış müqaviləyə əsasən iddiaçı "xxxx" sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək malların dəyərini razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli “X7”na əsasən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixinə cavabdehin iddiaçıya cəmi 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat borcu mövcud olmuşdur. Bundan sonra cavabdeh heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir.
10. Məhkəmə prosesi getdiyi dövrdə müəyyən edilmişdir ki, cavabdeh 2019-cu ilin aprel-noyabr aylarında MMC-dən "xxxx" sement məhsullarının alışını həyata keçirmiş və sonuncu dəfə 31 dekabr 2019-cu il tarixdə 2000 manat ödəniş edərək, həmin dövr üçün 4572 manat borcu qal mışdır. Beləliklə, cavabdehin müqavilə üzrə borcu 78920 manat təşkil edir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 387.2, 398.1, 425.1, 442, 443.1, 445.2 və 448.1-ci maddələrinə istinad etmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərib ki, şirkətin əvvəlki direktoru ilə cavabdeh arasında razılaşma olub, həmin razılaşmaya əsasən ödənişlərin hamısı sabiq direktora edilib. Direktor da cavabdehin borcunu silib, lakin buna dair sübutu məhkəməyə təqdim edə bilmir. Digər tərəfdən cavabdehin borcunu ödəməməsi təqdirdə, ona yenidən malın verilməsi nünkün deyildi.
13. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə də verərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 74348 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Aynur Behbudova)
15. Birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən məbləğ hissəsində təmin edərkən verilmiş iddia tələbinin hüquqi əsasını təşkil edən müqavilə münasibətlərinin, həmin münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə istinad etmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 442, 445.2.1, 567-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr satıcının təqdim etdiyi sənədlər əsasında malın alıcı tərəfindən təhvil alındığı tarixdən 1 ay müddətində aparılır. Satıcının təklif etdiyi endirimli satışlar 100 % əvvəlcədən ödəniş şəklində aparılır. Tərəflər ən azı 3 ayda bir dəfə çatdırılmış malların həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı və hər dəfə ödəniş edilərkən təhvil-təslim aktı tərtib edirlər. Müqavilənin tələbinə əsasən 3 ay müddətinə çatdırılmış malın həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı xx.xx.2018-ci il tarixdə aparılmış, guya ki, qalıq borc müəyyən edilmişdir. Yoxlama aktı müqavilə şərtlərinə uyğun aparılmamış, müqavilə ilə müəyyən edilmiş əsaslar aktda göstərilməmişdir. Belə ki, yoxlama aktında cavabdehə çatdırılmış malların çatdırılmasını sübut edən əmtəə nəqliyyat qaiməsi və qaiməyə uyğun malın həcmi, alıcıya çatdırılmış hər partiya malın (qaimə əsasında) ödənilmiş məbləği və qalıq məbləği müəyyən edilmədən yekun qalıq borcu müəyyən edilmişdir. Bu son qalıq borcunun haradan yaranması aktla müəyyən edilməmişdir. Əslində aktda müəyyən edilmişdir ki, yoxlama dövründə, yəni 01 yanvar 2017-ci ildə xx.xx.2018-ci ilə qədər alıcı (cavabdeh) tərəfindən götürülən mal dövriyyəsinin məbləği 10.828 manat olmuş, həmin dövr üçün ödənilən məbləğ 9.712 manat təşkil etmişdir ki, burada qalıq borcu 1106 (bir min yüz altı) manat təşkil edir. Bu səbəbdən məhkəmənin iddia tələ bini bu cür səthi araşdıraraq iddiaçının yoxlanılmamış sənədlərinə hüquqi qiymət verməsi başa düşülən deyil; - eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi yoxlama aktı saxta olaraq sonradan tərtib edilmişdir. Çünki yoxlama aktının cavabdehlə olan 2-ci hissəsində cavabdehin imzası yoxdur. İş materiallarında olan və məhkəmənin sübut növü kimi əsaslandığı yoxlama aktı (xx.xx.2018 tarixli) qanunvericiliyin və bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini pozmaqla tərtib edildiyindən əsas sübut kimi götürülə bilməzdi. Götürülməsi mümkün olsa, onda 1106 (bir min yüz altı) manat qalıq borc kimi qəbul edilməlidir; - məhkəməyə təqdim edilmiş kassa-mədaxil qəbzlərindən görünür ki, cavabdehin iddiaçıya qalıq borcu olmamışdır. Belə ki, qalıq borcu olduqda kassa-mədaxil orderində qalıq borc hissəsində məbləği qeyd edilməlidir, necə ki, başqa qəbzlərdə bu cür borc qeyd edilmişdir; - bundan başqa, məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin keçməsi ilə əlaqədar ərizə verməsini qətnamədə göstərsə də, bu halın əsaslı olub-olmamasını araşdırmamış və qətnamədə ərizənin təmin edilməsi üçün hər hansı bir hal göstərilməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmənin iddiaçının iddia tələbinin artırmağa dair xx.xx.2021-ci il tarixli iddia ərizəsinə əlavəsində eyni əsaslar la cavabdehdən əlavə olaraq 4000 (dörd min) manat, cəmi 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pul tutulmasını xahiş etməsini əsassız hesab edərək rədd etməsi və iddianı qismən təmin etməsi göstərir ki, məhkəmə əlavə iddia ərizəsi üzrə doğru nəticəyə gəldiyi halda iddia üzrə yanlış və əsasız nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinə əlavə də eyni əsaslarla verilmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3264/2021 nömrəli, 21 dekabr 2021- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev)
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razı laşaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində onun iddiaçıya hər hansı bir borcunun olmamasını qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Cavabehin iddiaçıya borclu olmasına dair isə iş materiallarında bunu sübut edən sənədlər, o cümlədən müqavilə, müqaviləyə əlavə saziş, yoxlama aktı, maliyyə arayışı, qaimələr və s. mövcuddur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, borca dair işin halları lazımi qaydada araşdırılmamış, məhkəmə tərəfindən əsassız olaraq iddia müddəti tətbiq olunmamışdır.
23. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2804/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3264/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
24. Ali Məhkəmənin mövqeyi belə olub: - mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında müqavilə öhdəliklərinin icra edilməməsindən qaynaqlanan 74.348 manat borca dair xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçının hazırkı tələbinə dair ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci ildə daxil olmuşdur. Eyni zamanda iş materiallarına cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə (o cümlədən 2018-ci ilin may ayında, h abelə 2019-cu ilin avqust ayınadək) və müxtəlif məbləğlərdə pulun ödənilməsinə dair qəbzlər əlavə olunmuşdur. Cavabdeh ərizə verərək iddia müddəti ötürüldüyündən tələbin rədd olunmasını xahiş etmişdir. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr iddia müddətinin tətbiqinə dair ərizə üzrə araşdırma aparmamış, cavabdehin istifadə etdiyi müdafiə vasitəsinə heç bir hüquqi qiymət verməmişlər. Bu hal həqiqətə nail olmaq üçün iş üzrə əhəmiyyət kəsb edən xüsusatların hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normaların pozulmasına, nəticə etibarilə maddi hüquq normalarının düzgün tətbiq olunmamasına dəlalət edir; - hazırkı mübahisənin düzgün həlli ü çün iddianın təmin olunmuş 74.348 manat hissəsində tələbin qanuni əsasları üzrə iddiaçının tələb hüququnun həcmi, borcunu ödədiyini bildirən cavabdehin dəlilləri sübutetmə yükünə riayət olunmaqla yoxlanılmalı, ödənilməmiş borc müəyyən olunduğu halda, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi üzrə tam və hərtərəfli araşdırma aparılmalı, bu çərçivədə cavabdehin öhdəliyin icra vaxtının (buna müvafiq olaraq iddia müddətinin əvvəlinin) hansı tarixdən başlandığı, iddianın qaldırıldığı tarixədək bu müddətin (müddətin başlamasından sonra, o cümlədən 2018 və 2019-cu ildə edilmiş ödənişlərə dair qəbzlər və digər hüquqi hərəkətlərlə) kəsilib- kəsilmədiyi və əhəmiyyət kəsb edən digər hallar aydınlaşdırılmaqla iddia tələbinə və cavabdehin ərizəsinə yekun hüquqi qiymət verilməlidir. ç) Apelly asiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və İ.K.Dəmirov) 2(105)-1916/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi faktiki olaraq əşyanın hissə-hissə ödənilməsini nəzərdə tutmuş, tərəflərdən birinin öhdəliyi icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, alıcı şərtləşdirilmiş öhdəliyi icra etməmiş, alış qiymətini tam ödəməmişdir. Hazırda araşd ırılan mübahisənin predmeti olan alqı-satqı müqaviləsi əvəzli müqavilədir, yəni satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Alqı-satqı müqaviləsinin predmeti olan əşyanın dəyəri yalnız pulla ödənilir və satıcı əşyanı alıcının mülkiyyətin vermək müqabilində ondan həmin əşyanın qiymətini almalıdır. Buna görə də alqı-satqı müqaviləsi əvəzli müqavilə hesab edilir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdeh bir tərəfdən alınmış malın dəyərini ödədiyini bildirsə də, digər tərəfdən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir.
28. Cavabdehin də istinad etdiyi və yoxlama aktından görünür ki, cavabddehin xx.xx.2018-ci il tarixinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat qalıq borcu vardır. Başqa sözlə, qeyd edilən tarixə tələb edilən borcun mövcud olması işin mübahisəsiz halıdır. Cavabdeh həmin borc məbləğini ödədiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Əksinə, işdən görünür ki, cavabdeh həmin borc barədə notarial müqavilə bağlamaqla onun mövcudluğunu etiraf etmişdir. Hazırda cavabdeh tərəf həmin müqavilənin hazırki mübahisəyə aidiyyatı olmadığını, yaxud zor tətbiqi ilə bağlandığını iddia etsə də, bu dəlil ağalabatan deyil. Qeyd olunan kredit müqaviləsini MMC-nin direktoru öz adından bağlasa da, işin faktiki halından görünür ki, həmin müqavilə məhz cavabdehin MMC- yə borcunun təsdiqi üçün bağlanmışdır.
29. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin izahatından görünür ki, cavabdeh borcu ödəmədikdən sonra, artıq ona mal verilməyəndə notarial qaydada borcu təsdiqləməyi təklif edərək müqavilədə göstərilən müddətə qədər həm işini bitirəcəyini, həm də borcunu ödəyəcəyini bildirmişdir. Hazırda tələb edilən borc notarial qaydada təsdiqlənmiş borc məbləğidir.
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin həmin dəlilini işin həqiqi halına uyğun hesab edib və göstərib ki, bu fakt həm də, onunla öz təsdiqini tapır ki, tərəflər arasında 2019-cu ildə də sement məhsullarına dair alqı-satqı münasibətləri əvvəlki qaydada davam etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməlisi barədə ərizə verməsinə isti nadən vurğulayıb ki, bu faktın özü cavabdeh tərəfindən borcun mövcudluğunun qəbuluna yönəlmiş hərəkət kimi qiymətləndirilə bilər. Əks halda, olmayan borc tələbinə görə iddia müddətinin tətbiqinə ehtiyac qalmazdı.
32. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, tərəflər arasında müqavilə öhdəliklərinin icra edilməməsindən qaynaqlanan 74.348 manat borca dair xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçının hazırkı tələbinə dair ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci ildə daxil olmuşdur. İşdə olan əmtəə-nəqliyyat qaimələrindən məlum olur ki, tərəflər arasında sement məhsullarının alqı-satqısı 2019-cu ildə də davam etmişdir. Eyni zamanda iş materiallarına cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə (o cümlədən 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək) və müxtəlif məbləğlərdə pulun ödənilməsinə dair qəbzlər əlavə olunmuşdur. 2019-cu ilə aid həmin sənədlərdə də dəyişən rəqəmlərlə cavabdehin MMC-yə tələb olunan borcunun olması öz əksini tapır.
33. Cavabdeh iddiaçıdan 2019-cu ildə də sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin avqust 2019-cu il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alınsa, onda Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə uyğun olaraq belə nəticəyə gəlmək olar ki, hazırki tələb üzrə iddia müddətinin axımı məhz 2019-cu ildən başlayır ki, 3 illik həmin iddia müddəti də 2022-ci ildə başa çatır. Hazırki iddia isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
34. Tərəflər arasında qeyd olunan kredit müqaviləsi də xx.xx.2018-ci ildə bağlanmış, müqavilənin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Başqa sözlə, iddia müddətinin axımı həmin vaxtdan hesablansa belə, yenə 3 illik müddət ötürülmür.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 567, 600, 601, 442, 445, 448, 372, 373, 377 və 380-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya məhkəməsi heç bir əsas olmadan iddaçının mövqeyində duraraq, iddiaçının tərtib etdiyi heç bir qaimə fakturaya ə saslanmayan xx.xx.2018-ci il tarixli yoxlama aktını əsaslı hesab etməyə çalışaraq müxtəlif qaimə fakturaları əsas gətirmişdir ki, bu da yoxlama dövrünə aid edilməyən mal əmtəə qaimləridir ki, yoxlama aktlarından 2 il sonra tərtib edilmiş bu cür sənədlərə istinad edilə bilməzdi; - bundan başqa, məhkəmə cavabdehin borclu olmasını əsaslandırmaq istəyərkən onun həmin vaxt MMC-nin direktoru işləmiş Eldar Əkbərovla bağladığı borc müqaviləsinə istinad edərək cavabdehin borclu olmasına şübhəli əsaslarla inandığını qətnamədə əsaslandırmaq istəmişdir; - məhkəmə iddia müddətinin ötməsinə baxmayaraq, işdə olan tərəflərin təsdiq etdiyi müqavilədən kənar sement məhsulunun nağd pula verilməsini, tərəflərin müqavilə üzrə alqı-satqı etməsi kimi şərh etmişdir. Məhkəmə qətnamədə qeyd edib ki, tərəflər arasın da borc müqaviləsi bağlandıqdan sonra həmin müqavilə üzrə olan öhdəliklər ödənilmiş hesab edilməlidir. Məhkəmə bu ziddiyyətli halı qətnamədə şərh etməmişdir; b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında t ətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı i sə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdətutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğu n müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
43. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarında şərh edilən və hazırki qərarın 24-cü bəndində qeyd edilən göstərişlərə tam əməl etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
44. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə (o cümlədən 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək) və müxtəlif məbləğlərdə pulun ödənilməsinə dair qəbzlərin əlavə edilməsinə, 2019-cu ilə aid həmin sənədlərdə də dəyişən rəqəmlərlə cavabdehin MMC-yə tələb olunan borcu olmasının öz əksini tapmasına, cavabdehin iddiaçıdan 2019-cu ildə də sement məhsulları alaraq, aldığı sement məhsullarına görə 2019-cu ildə müxtə lif aylarda ödənişlər etməsinə, bununla da cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin avqust 2019-cu il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alındığı təqdirdə 3 illik iddia müddətinin ötməməsinə istinad edərək yuxarıda göstərilən nəticəyə gəlmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni ziddiyyətli hesab edir.
46. Mülki Məcəllənin 380-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
47. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi sement məhsullarına görə cavabdeh tərəfində n iddiaçıya 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək müxtəlif məbləğlərdə pulun ödənilməsi və bununla da sonuncu ödənişin edildiyi avqust 2019-cu il tarixdən iddia müddətinin kəsilməsi nəticəsinə gəlib, belə olan halda, müddətin kəsilməsinə əsas verən həmin ödənişlərin nəyə görə nəzərə alınmaması və tələb edilən borcdan çıxılmaması qətnamədən görünmür.
48. İşə baxan məhkəmələr müəyyən edib ki, tərəflər arasında 31 mart 2018-ci il tarixli Yoxlama Aktı olub, cavabdeh həmin aktda xx.xx.2018-ci il tarixinə MMC-yə 74348 manat qalıq borcunun olduğunu imzası ilə təsdiq edib. İddia müddətinin axımı aktın təsdiq edildiyi 31 mart 2018-ci tarixdən hesablanıbsa və 2018-ci ilin may ayından 2019-cu ilin avqustunadək həyata keçirilən sonrakı ödəmələr həmin Akt üzrə iddia müddətinin kə silməsi üçün əsas götürülübsə, belə olan təqdirdə, sonrakı ödəmələrin borcdan çıxılmaması ziddiyyət yaradır. Halbuki, Yoxlama Aktına əsasən yaranmış borc üzrə iddia müddətinin kəsilməsi halı məhz cavabdehin Yoxlama Aktından sonrakı müddətlər ərzində ödəniş etməsinə əsasən müəyyən edilib.
49. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında xx.xx.2018-ci ildə bağlanmış kredit müqaviləsini cavabdeh tərəfindən borcun mövcudluğunun etiraf edilməsi kimi qəbul edərək və həmin müqavilənin icra müddətinin xx.xx.2018-ci il tarixdə bitməsini nəzərə alaraq göstərib ki, iddia müddətinin axımı həmin vaxtdan hesablansa belə, yenə 3 illik müddət ötürülmür. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi 08 may 2018-ci il tarixli kredit müqaviləsi bağlanandan sonra da cavabdeh tərəfi ndən nə qədər ödəniş edilməsinə aydınlıq gətirməyib.
50. İstər 31 mart 2018-ci il tarixli Yoxlama aktı imzalanandan, istərsə də 08 may 2018-ci il tarixli kredit müqaviləsi bağlanandan sonra cavabdehin iddia müddətini kəsən müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə ödənişlər etməsini göstərən apellyasiya məhkəməsi həmin ödənişlərin konkret tarixi və məbləğlərini də qətnamədə göstərməmiş, yalnız ümumi ifadələrlə kifayətlənmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi iddia müddətinin axımının başlanması, həmin müddətin kəsilməsi, müddətin kəsilməsinə əsas verən ödənişlərin sayı, tarixi və məbləğlərini konkret müəyyən etməli və həmin ödənişləri müddətin kəsilməsinə əsas verən hal kimi qəbul edirdisə, ödənilən məbləğin tələb edilən məbləğdən çıxılmasın ı təmin etməli idi.
51. Həmçinin apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçıdan 2019-cu ildə də sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin avqust 2019-cu il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alınsa, müddət keçməyib. (bax:33-cü bənd)
52. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi də anlaşılan deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi müddətin kəsilməsi baxımından bir tərəfdən cavabdehin xx.xx.2018-ci il tarixli Yoxlama Aktından sonra 2018-ci ilin may ayından 2019cu ilin avqustunadək ödəniş etməsini göstərib, digər tərəfdən də cavabdehin iddiaçıdan 2019-cu ildə də aldığı sement məhsullarına görə 2019-cu ildə mü xtəlif aylarda ödənişlər etməsini qeyd edib. Nəticədə məlum deyil ki, cavabdeh tərəfindən 2018-ci ilin may ayından 2019-cu ilin avqustunadək həyata keçirilmiş ödənişlər Yoxlama Aktına əsasən yaranmış qalıq borcun ödənilməsidir, yaxud cavabdehin Yoxlama Aktından sonra iddiaçıdan aldığı sement məhsullarının əvəzinin ödənilməsidir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etm əli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisənin həlli bağlı Ali Məhkəmənin qərarına bu cür formal yanaşmasını əsaslı hesab etmir.
55. Məhkəmə kollegiyası analoji işlərlə bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.
56. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
57. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1916/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.