Məhkəmə qərarları › İş №2(102)-1571/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1571/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1571/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan QSC “XXX”nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi; borcun tutulmasının ipoteka predmeti əmlaka yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı ləğv prosesində olan QSC “XXX”nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia əri zəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1137/2023 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən Cavabdeh4 490.000 manat məbləğdə kredit verilmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə sonuncuya məxsus ünvan 79 nömrəli binada 104 kv.m. ümumi, 62 kv.m. yaşayış və 42 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 41 nömrəli və ünvan 79 nömrəli binada 167,3 kv.m. ümumi, 101,6 kv.m. yaşayış və 65,7 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı 42 nömrəli mənzillər və iddiaçı ilə ipoteka qoy an Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə sonuncuya məxsus ünvan 79 nömrəli binada 138,4 kv.m. ümumi, 79,6 kv.m. yaşayış və 58,8 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 47 nömrəli mənzil ipoteka ilə yüklü etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2014-cü il tarixli 1xx/xx/XXX/14 saylı kredit müqaviləsi üzrə 165.504,35 manat məbləğdə əsas borc, 17.311,47 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 182.815,82 manat məbləğdə pul, 473 manat dövlət rüsümu və 60 manat ipotekaların qeydə alınması üçün ödənilmiş, cəmi 533 manat pulun müştərək qaydada Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 iddiaçının xeyrinə tutulma sına, tutmanın Cavabdeh1 məxsus ilkin satış qiyməti 258.300 manat müəyyən edilməklə ünvan 1 ünvanda mülkiyyətində olan 47 saylı mənzilə və ipoteka predmetinin ilkin satış iymətinin 476.000 manat müəyyən edilməklə tutmanın Cavabdeh3 məxsus ünvan 1 ünvanda mülkiyyətində olan olan 42 saylı mənzilə yönəldilməsi və həmin mənzillərin açıq hərracdan satılmasına, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri ünvan 1 ünvanda olan 47 saylı mənzili, Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri ünvan 1 ünvanda olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etm işdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1994/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 1xx/xx/XXX/14 saylı kredit müqaviləsi üzrə 165.504,35 manat məbləğində əsas borcun, 17.311,47 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, ümumilikdə 182.815,82 manat məbləğdə pulun, 473 manat dövlət rüsümun və 60 manat ipotekaların qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh4 tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvana olan 47 saylı mənzilə və Cavabdeh3 məxsus ünvan 1 ünvanda olan 42 saylı mənzilə yönəldilməsi, Cavabdeh1 məxsus ünvan 1 ünvanda olan 47 saylı mənzilin ilkin likvid dəyəri 277.000 manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanda olan 42 saylı mənzilin ilkin likvid dəyəri 592.000 manat müəyyən edilməklə açıq hərracda satılması, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ünvan 1 ünvanda olan 47 saylı mənzili, Cavabdeh3 ünvan 1 ünvanda olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və həmin mənzillərin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən əmlakın qiymətləndirilməsi üzrə aparılmış 300 manat məbləğdə ekspertiza xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

4. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1137/2023 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2014-cü il tarixli 1xx/xx/XXX/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 tutulan əsas borcun, habelə dövlət rüsumlarının və xidmət haqqının məbləği hissədə dəyişdirilməklə, xx.xx.2014-cü il tarixli 1xx/xx/XXX/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 160.486,35 manat məbləğdə əsas borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 467,80 manat hissəsinin əvəzi, habelə ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haq qının əvəzi tutularaq iddiaçıya ödənilməsi, həmçinin Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanda olan 47 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin likvid dəyərinin 277.000 manat müəyyən edilməklə açıq hərracda satılması, bu mənzilə tutma yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 mənzili, ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda onun mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, habelə Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə pulun tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməsi qət edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı "xxxx" KB QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/XXX/14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 17% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 490.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçıdan qeyd edilən məbləğdə krediti qəbul etmiş və müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz məbləğinin, ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vax tda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan mənzili iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş Cavabdeh3 həmin müqavilə üzrə borcun tam ödənildiyini iddia etmir, lakin iddiaçı tərəfindən tələb edilən məbləğlə razılaşmır, daha az məbləğdə borcun qaldığını iddia edir. İpotekaqoyan olduğundan borcun məbləği bilvasitə onun əmlak maraqlarına təsir edir. Bununla bağlı biri nci instansiya məhkəməsində məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət də vermişdir. Lakin həmin vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası da göstərilənləri nəzərə alıb, iş üzrə məhkəmə mühasibat ekspertizası təyin etmiş və buna uyğun aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli, XXX saylı ekspert rəyində xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borcun 179.642 manat, xx.xx.2022-ci il (son ödəniş tarixinə) tarixinə isə əsas borcun 160.486,35 manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun isə 17.311 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş mühasibat s ənədlərini, qeyd edilən ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, Cavabdeh4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məhz ekspert rəyi nəzərə alınmaqla müəyyən edilməli, nəticə etibarı ilə həmin kredit müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə məhz 160.486,35 manat məbləğində əsas borc tutulmalıdır. Bu da öz növbəsində Cavabdeh4 tutulan dövlət rüsumunun məbləğinin də azaldılmasını şərtləndirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı Cavabdeh4 kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il (maliyyə arayışında müəyyən edilmiş tarix) tarixədək, yəni iki il 22 gün üzrə illik 5% dərəcəsi ilə hes ablanmış 17.311,47 manat məbləğində faiz borcunu da tələb edir. Ekspert rəyində həmin dövr üzrə illik 5 faiz dərəcəsi ilə hesablama aparılmaqla faiz borcunun 17.311 manat olduğu göstərilmişdir. Əsas borcun 160.486,35 manat olduğu nəzərə alındığı halda (halbuki, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə əsas borc daha yüksək idi) həmin qaydada aparılmış hesablama nəticəsində, bir il üzrə (160.486 x 5 % / 100% = 8.024) 8.024 manat, iki il üzrə isə (8.024 x 2 = 16.048) 16.048 manat, 22 gün üzrə isə (8.024 / 12 / 30 x 22 = 490) 490 manat, 2 il 22 gün üzrə (16.048 + 490 = 16.538) 16.538 manat məbləğində faiz borcu yaranmış olur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası iddia üzrə tələb edilən bu məbləğlə razılaşır. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, kredit müq aviləsi üzrə kredit müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi, həmin müqavilə üzrə yaranmış, lakin lazımi qaydada icra edilməmiş öhdəliklərə, habelə bu öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi üçün əsas yaratmır və yaranmış borcun ödənilməsinin tələb edilməsini, habelə tələbin ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququnu nə istisna edir, nədə ki, aradan qaldırır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. Hazırda iddiaçı tam qanuni əsaslarla həmin hüququnu realizə edir. Bu səbəbdən məhkəmə kollegiyası Cavabdeh3 bu dəlillərini əsassız h esab edir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti verərək, qətnamənin qismən - onun apellyasiya şikayəti təmin edilməyən hissədə ləğv edilib, həmin hissədə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsii barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinin dəlillərinə görə, 42 saylı mənzil xx.xx.2014-cü il tarixdə QSC XXX-nin xeyrinə məhz 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh3dır. Qeyd olunan 60 ay müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Yəni, ipoteka yüklülüyünə xx.xx.2019-cu il tarixdə faktiki olaraq xitam verilmişdir. Belə olan halda, ipoteka yüklülüyü müddəti bitdikd ən sonra ipoteka predmetinə tutma yönəldilməsi tamamilə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qa rşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Maddə 296.1. Grov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qa ydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququ na malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi de dikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müq avilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 13. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tu tmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallard a; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4 (xx.xx.2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək redaksiyada). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadı n ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Kassasiya şikayətində qətnamənin qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hiss ədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

17. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

20. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, əmlakın ipoteka ilə yüklülüyünə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən yüklülüyün müddətinin bitməsi “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində (§13) ipotekaya xitam verilmə halı kimi nəzərdə tutulmamışdır.

21. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1137/2023 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar