Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1572/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)2996/2018 nömrəli iş üzrə 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Astara rayon məhkəməsinin (hakim Zamiq Rəsulov) 2(018)-68 1/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X2, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, A8, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36 və X4 qarşı “mənzildən çıxarılma tələbinə” dair iddia tələbi təmin edilmiş, cavabdehlərin iddiaçı “xxxx” ASC-nin mülkiyyətində olan Astara şəhəri ***************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evindən çıxarılması və onların həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, Astara şəhəri ***************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evinin tam boşaldılaraq iddiaçı “xxxx” ASC-yə təhvil verilməsi, işüzrə dövlət rüsumu olan 10 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçı “xxxx” ASC-yə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Zəki Babayev - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Nüsrət Mirzəyev) 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətitəmin edilməmiş, Astara rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” ASC 14.05.2018-ci il tarixində iddia ərizəsi ilə Astara rayon məhkəməsinə m üraciət edərək Astara şəhəri ************************* də 0,06 hektar (ha) torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evindən Cavabdeh1 və onunla birlikdə yaşayan şəxslərin məcburi çıxarılması, Astara şəhəri *********************** də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evinin tam boşaldılaraq iddiaçı “xxxx” ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi R6 02.07.2018-ci il tarixində iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edib Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcmini artıraraq Astara şəhəri ***************** də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X1, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, A8, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36 və X3 həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini və iddia ərizəsinə əlavəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında 22.09.2014-cü il tarixli, ******************** saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun (bundan sonra müqavilə) tərkib hissəsi olan 24.09.2014-cü il tarixli, *********** saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Müqaviləyə əsasən bank borc alana 18 ay müddətinə, yəni 24.03.2016-cı ilədək faktiki illik faiz dərəcəsi 17,5474 % (illik cərimə faizi 26 %) olmaqla, 100000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Müqavilə üzrə borc alanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Astara şəhəri ***************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evi “xxxx” ASC-nin xeyrinə 24.09.2014-cü il tarixli, İ0873 nömrəli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 03.10.2014-cü il tarixli, RX ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyindən Astara rayon məhkəməsinin 2(018)-112/2016 saylı, 05 fevral 2016-cı il tarixli və Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1126/2016 saylı, 13 oktyabr 2016-cı il tarixli qətnamələri ilə bankın iddia tələbi qismən təmin edilərək Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə borcun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Astara şəhəri ***************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması qət edilmişdir. Cavabdeh1 mülkiyyətində olan Astara şəhəri *******************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06.09.2017-ci il tarixli Hərracın yekunları üzrə protokol və əmlakın alğı-satqısı müqaviləsinə əsasən ipoteka saxlayan “xxxx” ASC-yə təklif edilərək açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dair 15.01.2018-ci il tarixli, RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Lakin sözügedən yaşayış sahəsi hal-hazırda mülkiyyətçi “xxxx” ASC-nin sahibliyində və nəzarətində deyil. Həmin yaşayış sahəsi cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. Cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq əmlakı faktiki idarə edən şəxs Cavabdeh1 əmlakı qanuni sahibinə verməkdən boyun qaçırmışdır. Cavabdehlərin həmin fərdi yaşayış evində yaşamaları iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Əmlaka dair mülkiyyət hüququnun “xxxx” ASC-yə məxsus olmasını nəzərə alaraq iddiaçının əmlaka faktiki sahiblik etmək və sərəncam vermə hüquqlarının təmin edilməsi məqsədi ilə cavabdehlər yaşayış sahəsindən çıxarılmalı və ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunun apellyasiya şikayıtinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Ona görə də, həmin işə baxılıb yekunlaşana kimi hazırki mülki işin icraatı dayandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat verilmədiklərindən mə hkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Astara rayon məhkəməsinin 05 fevral 2016-cı il tarixli və Şirvan Apelyasiya Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnamələrinə əsasən Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə borcun tutulması, tutmanın ipoteka i lə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Astara şəhəri ***************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması qət edilmişdir. “xxxx” MMC-nin 06.09.2017-ci il tarixli Hərracın yekunları üzrə protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Astara şəhəri ***************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evi 70443,75 manat pul müqabilində “xxxx” ASC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15.01.2018-ci il tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Astara şəhəri ***************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evi “xxxx” ASC-nin tam olaraq mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçı “xxxx” ASC-nin adına qeydiyyatdan keçməklə hazırda tam olaraq bankın mülkiyyətindədir. Cavabdehlər hal-hazırda “xxxx” ASC-nin mülkiyyətində olan Astara şəhəri ***************də 0,06 ha torpaq sahəsində yerləşən 12 saylı fərdi yaşayış evində yaşayırlar. Cavabdehlər iddiaçı “xxxx” ASC-nintam mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən qanunsuz olaraq istifadə etmiş və iddiaçının etdiyi xəbərdarlıqlara baxmayaraq fərdi yaşayış evind ən könüllü olaraq çıxmamışdır. Ona görə də, iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin 5-ci hissəsinə görəməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququn a xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya t ərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Apellyasiya instansiyası m əhkəməsi qeyd edilən hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi həmin evə iddiaçının mülkiyyət hüququ kimi yanaşaraq iddia tələbini təmin etməkdə və iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İcraatın dayandırılması barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işdən göründüyü kimi, cavabdeh bu halı apellyasiya şikayətində də qeyd etmiş və həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin cavabdeh hazırki icraatın dayandırılması üçün əsas hesab etdiyi iddiaya dair, yəni hərracın nəticələrinin etibarsızlığına dair məhkəmə mübahisəsinin olmasına, bu barədə iddia ərizəsinin icraata qəbul edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1572/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1572/2019
14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver