Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1576/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1576/2019 Bakı şəhəri 21 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(041)2674/2016, hakim R.S.Bağırov) «xxxx» QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «xxxx» QSC-nin xeyrinə 26R000004898 saylı kredit razılaşması üzrə 22.286 ABŞ dolları məbləğində əsas borc, 6.898 ABŞ dolları məbləğində faiz borcu, 2.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 31.184 ABŞ dolları məbləğində borcun, 26R000005166 saylı kredit razılaşması üzrə 14.353 ABŞ dolları məbləğində əsas borc, 3.201 ABŞ dolları məbləğində faiz borcu, 1400 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.954 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 50.139 ABŞ dolları məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus Kürdəmir rayonunun Xırdapay kəndinə yerləşən 0,0382 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və Cavabdeh4 torpaq sahəsi və qeyri-yaşayış binasından çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(106)-2251/2018 Z.A.Zeynalov, Q.B.Kərimov, İ.Q.Əsədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidə n baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: «xxxx» QSC ilə Cavabdeh1 arasında 28 yanvar.2013-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 60.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit razılaşması əsasında Cavabdeh1 19.03.2014-cü il tarixdə36 ay müddətinə aylıq faiz dərəcəsi 2% olmaqla 30.000 ABŞ dolları, 24.04.2014-cü il tarixdə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasənCavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşlər. Həmçinin Cava bdeh1 məxsus torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18 oktyabr 2016-cı il tarixdə “xxxx” QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, onun maddi imkanı pis olduğundan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməməsi nəzərə alınmamış, iddia tələ bini cərimə tutulması hissəsində təmin etməklə düzgün qənaətə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsi nin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun borclu və zaminlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bi r ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə borc vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı kredit müqaviləsi əsas borc və faiz borcunun ödənilməsini tələb etməklə bərabər dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından iddiaçı bank tərəfindən ödənilməsi tələb edilən 9.145 ABŞ dolları və 5.896 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz yüksək hesab edərək borcludan tələb edilən dəbbə pulunun müvafiq olaraq 2.000 ABŞ dolları və 1.400 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci madd əsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an
Məhkəmə qərarları › İş №2(102)-1576/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1576/2019
21.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver