Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1577/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ucar rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh maddi zərərə görə 3500 (üç min beş yüz) manat və vəkilə etdiyi kömək üçün ödənilən xərcə görə görə 20 (iyirmi) manat 59 (əlli doqquz) qəpik, cəmi 3520 (üç min beş yüz iyirmi) manat 59 (əlli doqquz) qəpik məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə Cavabdeh 82 (səksən iki) manat 40 (qırx) qəpik və İddiaçı 117 (bir yüz on yeddi) manat 72 (yetmiş iki) qəpik məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi, tədqiqat obyektinin qalığı-sement nümunəsinin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmas ı qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər İ.Quliyev və M.Əsədli) Ucar rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edil məsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları və həmin hallara tətbiq edilməli olan maddi-hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, iddiaçə iddia edir ki, xx xxxxx 2017-ci il tarixdə Ucar rayonu, Qarabörk kəndində yerləşən cavabdehin *** ******* nömrəli VÖEN-lə işlətdiyi “Halal İnşaat” adlı təsərrüfat malları mağazasından kisəsi 6 manat olmaqla 180 kisə 500 markalı bünövrə betonu tökmək üçün sement almış və malın dəyəri olaraq həmin mağazaya 1080 manat məbləğində pul ödəmişdir. Sementin tarasının üzərindəki yazılara görə “uyğunluq sertifikatı təsdiq edir ki, 500 markalı portland sement (PÜ-D20) həqiqətən də QOST 10178-85 normativ sənədlərin tələblərinə cavab verir.” Həmin sementlə hazırlanmış betonu tökdükdən 10-15 gün sonra isə betonun bərkiməməsi ona məlum olmuşdur. İş materiallarından görünür ki, xx xxxxx 2017-ci il tarixli ödəniş qəbzə əsasən 115 kisə sement üçün 690 manat pul ödənilmişdir. Azərbaycan Respublikasınin Vergilər Nazirliyi 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyici Cavabdeh ünvanlı xidmət göst ərilməsi barədə xx xxxxxx 2018-ci il tarixli protokola əsasən ünvanlı xidmət zamanı uyğunsuzluq aşkar edilmiş və ünvanlı xidmət göstərilən şəxsə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.16 və 58.7-ci madələri barədə məlumat verilmiş, vergi qanunvericiliyi izah edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərb regional yoxlamasınaq laboratoriyasının müdir əvəzi X2, Qərb regional yoxlama-sınaq laboratoriyasının elmi işçisi X3 və Qərb regional yoxlama-sınaq laboratoriyasının elmi işçisi X4 iştirakı ilə tərtib edilmiş, xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun direktor müavini A tərəfindən təsdiq edilmiş aktdan görünür ki, U kənd sakini İddiaçı öz həyətində apardığı tik intiyə xx xxxxxx 2018-ci il tarixdə vizual-texniki baxış keçirilmişdir. Vizual baxış zamanı U kənd sakini İddiaçı öz həyətində 2017-ci ilin aprel ayında inşa etdiyi tikintinin ancaq bünovrə hissəsinin inşa edildiyi məlum olmuş, İddiaçı tərəfindən aparılmış tikintinin heç bir layihə sənədi olmamış, inşa edilmiş bünövrə lentasının uzunluğu 135,3 pm təşkil edir. Monolit dəmir-beton lentvari bünövrənin konstruktiv ölçülərini və betonun möhkəmlik sinfini təyin etmək üçün bünövrə ətrafında çalalar qazılmış və bünövrənin en kəsik ölçüsünün 500x400(h) mm olduğu, 4 ədəd olmaqla diametri 14 mm olan A500C sinifli polad millərlə armaturlandığı müəyyən edilmişdir. Vizual baxış zamanı bünövrə betonunun oxalanaraq dağıldığı, hətta əllə oxalandığı məlum olmuş, bu səbəbdən də bünövrə betonunun naturada möh kəmlik sinfini “Schmidt-Hammer” sklerometri ilə təyin etmək mümkün olmamış, betonun naturada möhkəmlik həddinin heç bir möhkəmlik sinfinə uyğun olmadığı aşkar olunmuşdur. Bünövrədə istifadə olunmuş beton yerində heç bir texniki vasitədən istifadə edilmədən, əllə hazırlanıb tökülmüş, betonun tərkibində istifadə olunmuş sement materiallaından yerində qalıq olmadığına görə həmin sementin keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün laboratoriya sınaqları aparmaq mümkün olmamışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə tədqiqata təqdim edilən bir ədəd karton qutuda üzərində “Qaradağ YR...M500... PÜ-DO” markalanma yazıları olan sintetik kisədəki 6.10 kq çəkidə kütlə tərkibinə görə tikinti materialı-sementə aid dir, lakin həmin kütlənin möhkəmlik həddi (markası) 250 markaya uyğundur. Qablaşdırması üzərindəki marka göstəricisinə (M500) uyğun deyildir, aşağı keyfiyyətli sement məhsuludur. Beton örtüyünün bərkiməməsinin səbəbi tədqiq olunan sementin tərkibindəki bərkidici əlavələrin (kalsium, alüminium silikatlı birləşmələrinin) aşağı miqdarda olması ilə əlaqələndirilə bilər. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq U kəndində yerləşən İddiaçı məxsus yaşayış evinin həyətyanı sahəsində yerinə yetirilmiş tikinti işlərinin mövcud bazar qiymətlərinə uyğun dəyəri təqribən 3559,0 manat məbləğində müəyyən olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5- ci maddəsinin 1-ci hissəsinə görə istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə görə istehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə görə malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, fərdi sahibkar olan cavabdehdən tikinti materialı olan sement almışdır, ekspert rəyləri ilə sementin qablaşdırmanın üzərindəki marka göstəricisinə uyğun olmadığı, aşağı keyfiyyətli sement məhsulu olduğu müəyyən edilmiş və iddiaçıya məxsus yaşayış evinin həyətyanı sahəsində yerinə yetiril miş tikinti işlərinin mövcud bazar qiymətlərinə uyğun dəyəri 3559 manat təşkil etmişdir. Bununla da müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya satılmış mal keyfiyyətli olmamış, qüsurlu olduğundan iddiaçıya istehlakçı kimi zərər dəymişdir, iddiaçının istehlakçı kimi həmin malı satan satıcıdan-cavabdehdən dəymiş zərəri tələb etmək hüququ vardır, cavabdeh də iddiaçıya dəymiş zərəri ödəməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, mənəvi zərərə dair iddianın rədd edilməsi hissəsindən iddiaçı şikayət verməmişdir. Cavabdeh verdiyi şikayətdə ümumilikdə qətnamənin ləğvini xahiş etsə də mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində qətnamə onun huquqlarına və qanunla qorunan mənafelərinə toxunmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərər dair hissədə də v erilmiş şikayət təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1577/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1577/2020
19.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver