Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1577/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “borcun qaytarılmas” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2270/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 və Nümayəndə uzun müddətdir tanıyır.
2. Cavabdeh1 ilə Nümayəndə ər-arvaddır.
3. İddiaçı ilə Cavabdeh1 və Nümayəndə arasında pul mübasi yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qayada 21,250 manat məbləğində pulun və ödənilmiş 153,75 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi belə əsaslandılmışdır ki, Cavabdeh1 iddiaçıya 2023-cü ildə müraciət edərək qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, aya ən azı 10.000 manat qazandığını, ərinin də zərgər olduğunu, bu işlə bərabər məşğul olduqalarını, iddiaçının alverə şərik olmağı və ticarət edib, daha çox qazana biləcəyini vədini vermişdir. İddiaçı da inanmış və 2023-cü ildə Cavabdeh1 iddiaçıdan hissə-hissə ümumilikdə 21250 manat pul almışdır. Pulu iddiaçıdan birbank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 500 manat, 27 mart 2023-cü il tarixdə 500 manat, 27 mart 2023-cü il tarixdə 900 manat, 27 mart 2023-cü il tarixdə 600 manat, 06 aprel 2023-cü il tarixdə 1000 manat, 02 may 2023-cü il tarixdə 2.800 manat, 10 may 2023-cü il tarixdə 500 manat, 12 may 2023-cü il tarixdə 2.000 manat, 05 iyun 2023-cü il tarixdə 1.000 manat, cəmi 9.800 manat, nəğd formada isə 20 iyun 2023-cü il tarixdə 2750 manat, 10 iyul 2023-cü il tarixdə 2500 manat, 25 iyul 2023-cü il tarixdə 2500 manat, 05 avqust 2023-cü il tarixdə 2.700 manat, 15 avqust 2023-cü il tarixdə 1.000 manat, cəmi 11.450 manat almışdır. Ümümilikdə isə borc 21250 manat təşkil etmişdir. İddiaçı pulu verə bilməyəndə tanışlarından borc alırdı, hətta Kapital Bankdan kreditlər də almışdır. Cavabdeh iddiaçıya sonuncu səs yazılarının birində bildirmişdir ki, “Sənə 16.000 manat verəcəyim qalıbdır”. Hətta Cavabdeh1 iddiaçıya 21.250 manata dair notariusda müqavilə bağlamağı və borcunu təsdiq etməyi təklif etmişdir. İddiaçı notariusa müraciət etmiş və ona bildirmişlər ki, “21.250 manata dair müqaviləni yalnız o halda təsdiq edə bilərlər ki, 21.250 manat əlində nəğd şəkildə olmalı və bank vasitəsilə Aynur xanıma köçürməlidir və həmin bank qəbzi əsasında müqaviləni təsdiq edə bilərlər”. İddiaçı isə həmin pulları artıq hissə-his sə yuxarıda qeyd etdiyi tarixlərdə və formada verdiyindən və o məbləğdə nəğd pul olmadığından müqaviləni bağlaya bilməmişdir. Cavabdeh1 iddiaçıya hətta Rusiyaya getməzdən öncə bildirmişdir ki, “Rusiyaya getməkdə məqsədi orada işləyib, onun pulunu qaytarmaqdır”. Ancaq, yenə də iddiaçını aldatmışdır. İddiaçını cavabdeh Nümayəndə da dəfələrlə aldatmış və yalan vədlər vermişdir. Hər dəfə pulu tələb edəndə iddiaçıya bildirirdi ki, pulları maldadır, saxlatmışdır, yenə ver ki, malları, qızılları götürsün, qızılları batacaq yoxsa, satmaq, həm mayanı çıxarmaq, həm də qazanmaq üçün. İddiaçı həmin pulları indiyə kimi cavabdehlərdən istəməkdən yorulmuşdur. Hər dəfə iddiaçını aldatmışlar. Bildiriblər ki, qızılları və alacaqları var alıb verəcəklər. Ancaq, ödəməyiblər. Bu barədə “watsapp” ani mesajlaşma tətbiqində də yazışmalar və səslər də vardır. Hətta iddiaçı cavabdehilərin oğlanları Aslana da zəng etmiş və yazmış və o da valideynlərinin verəcəyini olduğunu və verəcəklərini bildirmişdir. İddiaçı sonradan müəyyən edib ki, cavabdehlər onu aldadıblar və ondan ticarət adı ilə aldıqları pulları şəxsi ehtiyaclarına və borclarına xərcləyiblər. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739, 740, 74.2,1 743 və 745-ci maddələrinə istinad etmişdir.
7. Cavabdehlər iddia tələbinə qarşı etiraz vermişlər. Cavabdehlər etirazda iddia tələbini qismən qəbul edərək qeyd etmişlər ki, Cavabdeh1 iddiaçıdan hissə-hissə ümumilikdə 9800 manat borc pul almışdır. İddia ərizəsində göstərilən digər 11450 manat pulu iddiaçıdan borc almamış, ümumiyyətlə iddiaçı həmin pulu Cavabdeh1 və ya sonuncunun əriznə verməmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 Kapital bank vasitəsi ilə 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək hissə-hissə ümumilikdə 9800 manat pul göndərdiyini və cavabdehlərin həmin pulu qaytarmadığını bildirmişdir. Qeyd edilməlidir ki, cavavdeh Nümayəndə borc məsələsindən əvvəllər məlumatı olmayıb, sonradan bilib, biləndən sonra da 9800 manat borcdan 3560 manatını iddiaçının 4169 7388 6931 8729 №-li kartına “Bir Bank” tətbiqi vasitəsi ilə göndərmişlər. Həmin pulun 2000 manatını isə Cavabdeh1 Qazax şəhər sakini X1 ilə birlikdə iddiaçının evinə gedərək nağd formada ona vermişdir. Bundan başqa, Nümayəndə 2 dəfə “Milliön” terminalı vasitəsi ilə iddiaçının 4169 7388 69318729 №-li kartına hər dəfəsində 400 ma nat, ümumilikdə 800 manat, bir dəfə isə 2500 manat pul köçürmüş, lakin həmin köçürmələrin qəbzlərini itirmişdir. Həmin sübutları müstəqil olaraq əldə etmək imkanı yoxdur, ona görə də həmin sübutların sorğu verilərək orqanlardan götürülməsini xahiş edir. Təqdim etdiyi qəbzlərdən və digər subutlardan göründüyü kimi iddiaçıya olan 9800 manat borcun 8800 manatı qaytarılmış, iddiaçıya cəmi 1000 manat borc qalmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh1 9800 manat puldan başqa, nağd şəkildə hissə-hissə 2023-cü ilin iyun ayından 2023-cü ilin avqust ayınadək ümumilikdə 11450 manat pul verdiyini qeyd edir. İddiaçının ərizəsində qeyd etdiyi tamamilə yalan və böhtan xarakterlidir. Cavabdeh1 iddiaçını aldadıb ilkin olaraq verdiyi 9800 manat pulunu qaytarmamışdısa, iddiaçı sonradan Cavabdeh1 nəyə görə 11 450 manat borc pul verib və həmin pulu karta köçürmək əvəzinə nağd şəkildə verib. İddiaçı iddia ərizəsində Cavabdeh1 notariusda ərizə vermək istədiyini və Rusiya getməkdə məqsədinin də işləyib iddiaçının pulunu qaytarmaq olmasını qeyd etməsi tamamilə yalandır, Cavabdeh1 nə də Saleh Nüseynov iddiaçıya 16.000 və ya 21.250 manat borcu olmasını etiraf etməmişlər. Cavabdeh1 uzun müddətdir ki, ankoloji xəstədir, yataq şəraitində müalicə alır. Cavabdeh1 Rusiyaya gedib işləmək qabiliyyətində deyil. Budan başqa, iddiaçı iddia ərizəsində Cavabdeh1 ondan pulu ticarət məqsədi ilə aldığını qeyd etmiş, lakin bu da yalandır, çünki Cavabdeh1 iddiaçıdan pulu qızının toy mərasimi ilə əlaqədar olaraq borc almışdır.
8. Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 11940 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125,82 manat, cəmi 12065,82 (on iki min altmış beş manat səksən iki qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Elçin Mansırov)
9. Birinci instansiya məhkəməsi iş materiallarında olan whatsap səsləri və yazışmalarla müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 ümumilikdə 15000 manat pul vermiş və həmin borcdan cavabdeh cəmi 3060 manat qaytarmışdır.
10. Birinci instansiya məhkəməsi iddia tələbinin Nümayəndə aid hissəsində belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlara əsasən borc münasibəti iddiaçı ilə Cavabdeh1 arasında olmuşdur. Əsl Cavabdeh1 olduğu üçün iddia tələbi cavabdeh N ümayəndə aid hissədə təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişçdir ki, Cavabdeh1 11940 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində ödənilmiş 125,82 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 1091.2,1092.1 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissədə ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətna mə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçının apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, Aynur Hüsenova 2023-cü ildə iddiaçıdan hissə-hissə ümumilikdə 21.250 manat pul almışdır. İddiaçı 9800 manatı KapitalBankın plastik kartdan birbank tətbiqi vasitəsilə Cavabdeh1 adına olan karta köçürmüş, 11.450 manat isə nəqd qaydada vermişdir. Cavabdeh sonradan özü səs göndərərək, 18.000 manat borcunun olmasını bildirmişdir.
16. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə iddiaçıdan aldığı 9800 manat pulun 8800 mana tını qaytarmağını təsdiq edəcək sübutlar təqdim etmişdir. Belə ki, iddiaçıya məxsus **********318729 №-li kapital bank kartına “Bir Bank” tətbiqi vasitəsi ilə ümumilikdə 4100 manat pul köçürmüşdür. 1 dəfə də LEO kart vasitəsi ilə iddiaçının kartına 500 manat göndərmişdir. Bu barədə qəbzlər onda mövcuddur, məhkəməyə təqdim etmişdir. Bundan başqa həmin pulun 2000 manatını isə cavabdeh tanışı Qazax şəhər sakini X1 ilə birlikdə iddiaçının evinə gedərək nağd formada iddiaçıya vermişdir. Eyni zamanda 2 dəfə “Milliön” terminalı vasitəsi ilə iddiaçının 4169 7388 6931 8729 №-li kartına Bakı şəhəri, Gəncə prospektində yerləşən “Bolmark” marketində olan terminal vasitəsi ilə hər dəfəsində 400 manat, ümumilikdə 800 manat, bir dəfə isə Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qostranom” marketdə yerlə şən terminaldan isə 2500 manat pul köçürmüşdür. Lakin həmin köçürmələrlə bağlı qəbzlər hazırda cavabdehdə yoxdur, itirmişdir. Buna baxmayaraq, məhkəmə heç bir əsas olmadan iddiaçının xeyrinə birtərəfli qaydada qətnamə çıxarmışdır.
18. Apellyasiya baxışında iddiaçı öz apellyasiya şikayətini müdafiə, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, o, cavabdehə 21250 manat borcu hissə-hissə vermişdir. 9800 manatla bağlı birbankda ödənişi var. Qalan məbləği evində 2023-cü ilin iyul-avqust aylarında hissə-hissə cavabdehə vermişdir. O, həmin pul məbləğini cavabdeh onu inandırdığı üçün vermişdir.
19. Apellyasiya baxışında Cavabdeh1 nümayəndəsi Saleh cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, iddi açı ilə münasibətləri olmuş, borc məbləği qızılla bağlı olmuşdur. 9800 manat məbləğində borcu qəbul edirlər. Digər məbləğ isə olmamışdır. Həmin borcdan 4600 manat qaytarmışlar. Belə ki, 2023-cü ildə bu məbləği iddiaçının kartına köçürmüşlər. Bu barədə KapitalBankdan çıxarışı və terminaldan çıxarışı təqdim edir. 3300 manat isə terminal vasitəsilə köçürmüşdür.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2270/2024 nömrəli, 05 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 10400 manat məbləğində pul və iddianın verilməsi üçün dövlət rüsumunun əvəzi olaraq 75 manat məbləğində pul alınaraq iddiaçının xeyr inə tutulması qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova, İslam Həsənov)
21. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinə əlavə edilmiş Kapital Bankın kart hesablndan Çıxarışa əsasən müəyyən etmişdir ki, iddiaçıya məxsus **********318729 №-li Kapital Bank kartına “Bir Bank” tətbiqi vasitəsi ilə ümumilikdə 4100 manat pul köçürmüşdür. Cavabdeh LEO kart vasitəsi ilə iddiaçıya məxsus **********318729 №-li kapital bank kartına 500 manat göndərmişdir. Dinlənilmiş whatsap yazışmalarından və telefon səs yazılarından məlum olur ki, iddiaçı Cavabdeh1 ümumilikdə 15000 manat pul vermişdir.
22. Apellyasiya instansiyası məhkəməsi iddianı 11.490 manat hissədə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq gös tərmişdir ki, Cavabdeh1 özünə məxsus Kapital Bankın kart hesabından iddiaçıya məxsus Kapital Bank kartına “Bir Bank” tətbiqi vasitəsi ilə ümumilikdə 4100 manat, apellyasiya şikayətinə əlavə edilmiş LEO kart vasitəsi ilə isə 500 manat pul göndərmişdir. İşin həmin halı apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh1 məxsus Kapital Bankın kart hesablndan Çıxarış və LEO kart vasitəsi ilə təsdiq edilir.
23. Apellyasiya instansiyası məhkəməsi hər iki şəxsin apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 21.250 manat pul verməsini, cavabdeh isə 4600 manatdan artıq məbləğdə pul qaytarmasına dair heç bir mətəbər sübut növü təqdim etməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 15000 manatdan 4600 manat pul qaytarmasını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiy a məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilməli, Cavabdeh1 10400 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 (vəkili Vəkil Kəmaləddin oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan ümumilikdə 9.800 (doqquz min səkkiz yüz) manat məb ləğində pul aldığını təsdiqləyir və bu məbləğin 8.800 (səkkiz min səkkiz yüz) manatı ödənilmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında yalnız 1.000 (min) manat borcu mövcuddur. Cavabdeh bu barədə sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə iddiaçının təqdim etdiyi və cavabdehin iddianı etiraf etməsini ehtiva etməyən bir səs yazısını əsas götürərək, heç bir əlavə araşdırma aparmadan, birtərəfli və əsassız şəkildə qətnamə qəbul etmişdir. Bununla da cavabdehin hüquqları pozulmuş, iddiaçının əsassız şəkildə varlanmasına şərait yaradılmışdır. Cavabdeh ümumilikdə 800 manat və bir dəfə 2.500 manat olmaqla ödənilmiş məbləğlərə dair qəbzləri hazırda itmişdir və onun bu sənədləri müstəqil şəkildə bərpa etmək imkanı yoxdur. Terminallara telefon vasitəsilə etdiyi müraciətlər zamanı ona bildirilm işdir ki, yalnız məhkəmə qərarı əsasında həmin qəbzləri əldə etmək mümkündür. Bu səbəbdən cavabdeh həm şahidin dindirilməsi, həm də adıçəkilən terminallardan məlumatların əldə edilməsi üçün məhkəməyə vəsatət vermiş, lakin bu vəsatətlərə baxılmamışdır. Əksinə, iddiaçı cavabdehin ona borclu olduğunu sübut edəcək heç bir etibarlı sənəd təqdim etməmiş, yalnız cavabdehin səsinin əks olunduğu “CD” diski təqdim etmişdir. Həmin səs yazısında isə cavabdehin iddianı qəbul etməsi və ya borcu etiraf etməsi ilə bağlı heç bir fikir səsləndirilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutlar sırasında cavabdeh tərəfindən iddiaçının KapitalBank kartına “BirBank” tətbiqi vasitəsilə 4100 manat, “LEO” kart vasitəsilə isə bir dəfə 500 manat köçürüldüyünü təsdiq edən sənədlər mövcuddur. Həmçinin cavabdeh 2000 manat məbləğində pulu tanışı, Qazax şəhər sakini X1 ilə birlikdə cavabdehin evində iddiaçıya nağd şəkildə vermişdir. Bu halların hamısı iş materialları ilə sübut olunmuş və məhkəməyə təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddiaçınıə təmin edilən hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icra at qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, onun apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
34. İşin məhkəmələr tərəfindən müəyy ən edilən halına görə iddiaçı cavabdehə 15000 manat pul vermiş, tərəflər arasında bununla bağlı yazılı müqavilə olmamışdır. Başqa sözlə, cavabdehin iddiaçının hesabına əsasız varlanması halı müəyyən edilmişdir.
35. Birinci instansiya məhkəməsi cavabdehin həmin puldan 3060 manat, apellyasiya instansiyası məhkəməsi isə 4600 manat ödənilməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnmaməsini dəyişdirmiş, cavabdehdən tutulan məbləği azatmışdır.
36. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə hazırki qərarın 21-24-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməs i işin hallarını işdəki sübut bazası əsasında müəyyən etmiş, istinad etdiyi maddi hüquq normalarını işin halına uyğun olaraq düzgün tətbiq etmişdir.
37. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edilməlidr ki, cavabdeh iddiaçıdan cəmi 9800 manat pul almasını, bu məbləğdən 8800 manat qaytarmasını bildirsə də, qeyd edildiyi kimi, tərəflər arasında yazışmalardan cavabdehin iddiaçıdan 15000 manat pul alması və işdəki sənədlərdən həmin məbləğdən 4600 manat qaytarılması müəyyən edilib. Cavabdeh daha az məbləğdə borcunun olması, daha çox məbləğdə pulu qaytarmasını hər hansı sənədlə işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməyib. Halbuki pul öhdəliklərində öhdəliyin icra edilməsini sübut etmə yükü cavabdehin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də bunu tələb e dir.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2270/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.