Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1580/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1580/21 (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2089/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları 2011-ci ildə Quba şəhər sakini İddiaçı Quba rayonunun Digah kənd sakini Cavabdeh Digah kəndi ərazisində torpaq sahəsi və xırda buynuzlu heyvanların alınmasında ona kömək göstərməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2011-ci ilin noyabr ayına qədər ona Quba rayonunun Digah kəndində torpaq sahələri almaqda kömək göstərməsi üçün Cavabdeh bir neçə dəfəyə 135.000 manat, həmin ilin noyabr ayında isə xırda buynuzlu heyvanların alınması və onlara baxılması üçün bir neçə dəfəyə 130.000 manat məbləğində pul verməsini, Cavabdeh ona verilmiş pula torpaq sahələri və xırda buynuzlu heyvanları almasını bildirsə də, s on nəticədə nə torpaq sahələri və xırda buynuzlu heyvanları nə də verdiyi pulu qaytarmamasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 265.000 manat məbləğində pulun və 8 il ərzində ona vurduğu ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.T.Həsənov) iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 54.500 manat və 500 avronun ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2089/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apellyas iya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə əsasların olmamasına istinad edib iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən iddia müddətinin tətbiqi barədə ərizənin iddianın baxılmamış saxlanılması barədə qərardadın qəbulundan sonra verilməsini, iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğvindən sonra iddia müddətinin tətbiqi barədə ərizənin verilməməsini əsas göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək İddiaçı h azırkı iddia tələbi ilə məhkəməyə qanunla müəyyən olunmuş üç illik iddia müddətini ötürməklə müraciət etməsini, bununla bağlı iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə iki dəfə ərizə verməsinə baxmayaraq iddia müddətinin tətbiqindən əsassız imtina olunmasını, eləcə də iddianı etiraf etmədiyi halda qətnamədə iddianı qəbul etməsinin qeyd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsini xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi tərəflərin məhkəməyə gəlməmələri əsası ilə baxılmamış saxlanılmışdır. Elə həmin gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə məhkəməyə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi daxil olmuş və ərizə işə əlavə edilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə iddiaçı xx xxxxxxxx 2019-cu il tarixli qərardadın (iddia ərizəsinin baxılmamış saxlanılması barədə) ləğv edilməsi və işin baxılmağa təyin olunması barədə məhkəməyə ərizə ilə müraciət etmiş və bununla əlaqədar Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün xx xxxxxx 2019-cu il tarixə təyin edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qiymət verilməmiş, cavabdehin iddianı qismən etiraf etməsi əsas göstərilməklə iddia etiraf olunan həcmdə qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə iddia müddətinin tətbiqi üçün əsasların olmaması barədə yuxarıda göstərilən nəticəsi iş materiallarına və qanunun tələblərinə uyğun olmadığından, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2011ci ildə yaranmış, lakin iddiaçı həmin mübahisənin həlli üçün məhkəmədə 2019-cu ilin avqust ayında, təxminən 8 ildən sonra iddia qaldırmışdır. İşin 20-ci səhifəsində olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, qanunda müəyyən olunmuş iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunmasını xahiş etmiş və həmin ərizə məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildiyi gün daxil olmuşdur. İddianın baxılmamış saxlanılması barədə məhkəmənin qərardadının ləğvindən sonra işə baxılarkən cavabdeh həmin ərizədən imtina etmədiyindən işə baxan məhkəmə iddia müddətinin ö türülüb-ötürülməməsi məsələsini müzakirə etməli idi. İddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğvindən sonra işə baxılarkən cavabdeh tərəfindən yenidən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinin zəruriliyi qanunda nəzərdə tutulmadığından apellyasiya instansiyası məhkəməsinin bu barədə olan nəticəsi qanuni və əsaslı sayıla bilməz. Qətnamədə cavabdeh tərəfindən iddianın qismən etiraf olunması qeyd olunsa da, cavabdeh bununla razılaşmayaraq iddianı etiraf etməsini inkar etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etira f edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Lakin işdən görünür ki, cavabdeh iddianı etiraf etməsi barədə ərizə verməmiş, nə də protokola imza etməmişdir. Belə olduqda cavabdeh tərəfindən iddianın qismən etiraf olunması və iddianın həmin həcmdə təmin olunması qanunun tələbinə uyğun olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2089/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxı lması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1580/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1580/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver