Məhkəmə qərarları › İş №2(102)-1581/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1581/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1581/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6299/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29 iyul 2021-ci il tarixində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 100804-239710/1 nömrəli “istehlak krediti” müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən bank Cavabdeh 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 20.000 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin vəsaiti təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə faizləri ilə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2021-ci il tarixdə bağlanmış 100804-239710/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.788,98 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.577,92 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən dövlət rüsumunun əvəzi olaraq 84,07 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, o, borcunu ödəməmişdir. 3 noyabr 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3,788.98 manat məbləğində əsas borc və 2,577.92 manat faiz borcu olmaqla, ümumilikdə 6,366.9 (altı mi n üç yüz altmış altı manat doxsan qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Beləliklə, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

4. Məhkəmə qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin edilmiş, müvafiq ekspert rəyi əldə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3710 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı kredit m üqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2023-cü il tarixinə və eyni zamanda xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçı Banka olan borcunun tam ödənildiyi və 701.52 manat məbləğində artıq ödənişin edildiyi müəyyən edilmişdir.

5. Daha sonra iddiaçı tərəf sözügedən ekspert rəyində cərimə məbləğinin nəzərə alınmamasına istinad edərək əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmiş və iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. xx.xx.2024-cü il tarixli, 9/3710 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, bank tərəfindən təqdim edilmiş cari hesabdan çıxarış məlumatlarında göstərilmiş “cərimə borcu üzrə” silinmələr “21214” saylı hesabda öz əks tapmışdır. Həmçinin, digər hesa bdan çıxarışda da gündəlik faizin hesablanması “21214” saylı və “64710” saylı hesablarda öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “21214” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcalana, “64710” saylı hesabın isə “Fiziki şəxslər və fərdi sahibkarlara verilmiş kreditlər üzrə vaxtı keçmiş borclar üzrə faiz gəlirləri - milli valyutada” aid olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən cərimənin “70110” saylı hesaba aid olduğu göstərilir. Belə olduğu halda, 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh cərimə borcu hesablanmam ışdır. Bu səbəbdən də ekspert tərəfindən 29 iyul 2021-ci il tarixli, 100804-239710/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh cərimə borcu hesablanması, bank tərəfindən aparılmış cərimə üzrə silinmələr nəzərə alınmır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-661/2024 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, müqavilə üzrə qeyd edilən məbləği cavabdehə vermişdir. Hazırda iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini və kreditin ödəmə qrafikini pozduğunu iddia etsə də, məhkəmə tərəfindən mübahisənin düzgün və obyektiv həli baxımından cavabdehin iddiaçı Banka müqavilə üzrə həm müqavilənin müddətinin bitdiyi tarixə, həm də maliyyə arayışının tərtib edildiyi tarixə hansı məbləğdə borcunun qalması, cavabdeh tərəfindən edilən ödənişlərin (edildiyi təqdirdə) hansı hissədə əsas, faiz və cərimə borcunun silinməsinə yönəldilməsi və s. kimi sualların cavablandırılması məqsədilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 9/1188 nömrəli ekspert rəyi təqdim edilmişdir. Həmin ekspert rəyi əsasında isə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixinə, eyni zamanda xx.xx.2023-cü il tarixinə olan kredit borcu tam ödənilmiş, hətta cavabdeh tərəfindən Banka 701.52 manat məbləğində artıq ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli, 9/3710 nömrəli ekspert rəyi əsasında isə müəyyən edilmişdir ki, 29 iyul 2021-ci il tarixli, 100804-23 9710/1 saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh cərimə borcu hesablanmamış, bu səbəbdən də ekspert tərəfindən 29 iyul 2021-ci il tarixli, 100804239710/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh cərimə borcu hesablanması, bank tərəfindən aparılmış cərimə üzrə silinmələr nəzərə alınmamışdır.

8. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbində cərimə borcunun tutulmasını deyil, kredit müqaviləsi üzrə əsas və faiz borclarının tutulmasını xahiş etmişdir. Göründüyü kimi, müvafiq ekspert rəyləri ilə isə tərəflər arşındakı kredit müqaviləsi üzrə cavabdehin borcunun qalmadığı, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlara və cərimə üzrə hesablanan “21214” saylı hesab üzrə hesablamalara əsasən cərimə borcunu n qalmadığı müəyyən edilmişdir.

9. Məhkəmə tərəfindən iki dəfə mühasibatlıq ekspertizası keçirilmiş və hər iki rəylər üzrə cavabdehin iddiaçıya borcun olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 449.1, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

12. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iş üzrə verilmiş ekspert rəyləri natamam və əsassızdır. Lakin məhkəmə Bankın nümayəndəsinin ekspertin məhkəməyə dəvət edilməsi barədə verdiyi vəsatəti heç bir əsas olmadan təmin etməmiş və həmin natamam rəyə əsaslanaraq iddianın rədd edilməsi barədə səhv qətnamə qəbul etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli Ş 2(103)-6299/2024 nömrəli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X7) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi və hüquqi əsaslandırması ilə razılaşmış və öz mövqeyinə dair qeyd etmişdir ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində ekspertizanın rəylərinin əsassız olduğunu bildirsə də, rəyləri şübhə altına ala biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

15. Ekspertiza tərəfindən verilmiş rəyləri şübhə altına ala biləcək sübutların təqdim edilməməsini nəzərə alan məhkəmə kollegiyası ekspert rəylərini hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul etmişdir.

16. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Çünki Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Hazırkı işin hallarından isə görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, onun icra edilməmiş öhdəliyi yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müqavilənin və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0.5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. Odur ki, cavabdeh razılaşdırılmış cədvəl üzrə ödənişləri etmədiyinə görə kredit üzrə əsas və ona hesablanan faiz borcunun ödənilməsi gecikdirilmişdir. Buna görə də müqavilənin 7.3-cü bəndinə əsasən gecikdirilmiş əsas borca faizlər (dəbbə pulu) hesablanmış və ümumilikdə 4615.8 manat məbləğində gecikdirilmə faizinə (dəbbə puluna) silinmişdir. Lakin müqavi lənin 7.3-cü bəndinə əsasən aparılmış silinmələr ekspert rəyində öz əksini tapmamışdır. Ekspert rəyində qeyd olunur ki, bank tərəfindən cərimə borcu hesablanmayıb və aparılmış silinmələr Mərkəzi Bankın 32 saylı qərarında göstərilmiş hesab (faxtı keçmiş faiz) üzrə aparılmış və həmin silinmələri cərimə borcu kimi nəzərə alınmır. Buna baxmayaraq, həmin silinmələri cərimə kimi nəzərə almasa da, qərəz və ya qeyri- peşəkarlıq göstərək həmin silinmələri əsas və faiz borcundan silmişdir. Halbuki, ekspert kredit müqaviləsi və təqdim edilmiş sənədlərlə ətraflı tanış olsaydı, ona aydın olardı ki, bankın müqavilənin 7.3-cü bəndinə və qanunvericiliyin tələblərinə əsasən hesablanmış gecikdirilmə faizləri (dəbbə pulu) tutma hüququ var və hüquqdan istifadə edərək həmin silinmələri Mərkəzi Bakın qərarında göstərilən hesab üzrə silmişdir. Ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. 19. xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunur ki, bankın təqdim etdiyi hesabdan çıxarışdan görünür ki cavabdeh tərəfindən ödənilmiş 24201 manat pul vəsaitinin Mərkəzi Bankın müəyyən etdiyi hesablar planına uyğun olaraq iddiaçı tərəfindən 16211.02 manat məbləğində olan hissəsinin əsas və vaxtı keçmiş əsas borcuna və 7989.98 manat məbləğində olan hissəsinin isə faiz və vaxtı keçmiş faiz borclarına silinmişdir. Buna baxmayaraq, hər iki ekspert rəyində ekspert tərəfindən həmin 24201 manat məbləğin 20701.52 manat məbləğinin əsas borca, 3499.48 manat isə faiz borca silinməsini qeyd edilmişdir. Odur ki, bank tərəfində n silinmələr Mərkəzi Bankın təlimatlarına uyğun aparılır, lakin ödənilmiş pul vəsaitinin silinmə formasının ekspert tərəfindən hansı qaydalara və təlimatlara uyğun aparıldığı göstərilməmişdir. Ödənişlərin hansı qaydada və ardıcılıqda silinməsi müqavilənin 3.5-ci bəndində göstərilir. Hesabdan çıxarışda və ekspert rəyində aydın görünür ki kredit borcu gecikmələr olmaqla ödənilib. Lakin buna baxmayaraq, müqavilənin şərtlərinə və Mərkəzi Bankın müəyyən etdiyi hesablar planına ekspert tərəfindən riayət olunmadan və gecikdirilmiş əsas borca hesablanan gecikmə faizləri (dəbbə pulu) nəzərə alınmadan edilmiş ödənişlər yalnız əsas və faiz borcdan silinmişdir.

20. Belə nəticəyə gəlmək olur ki, hazırkı kredit borcuna gecikdirilmiş kredit kimi yanaşılmayıb və müddətin sonuna cədvəl üzrə ödənilməli ol an məbləğ (20.000 manat əsas və 3.501,30 manat faiz) əsas götürülüb. Bu cür yanaşmaya görə ekspert tərəfindən qeyd olunmuşdur ki, cavabdeh tərəfindən cədvəl üzrə 701.52 manat artıq ödəniş edilmişdir (cədvəl üzrə ödənilməli olan ümumi məbləğ – 23.501,30 manat, Borclu tərəfindən edilən ümumi ödəniş – 24.201 manat). Həmçinin ekspert rəyində göstərilir ki, təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, edilmiş cəmi 24.201 manat ödənişin bank tərəfindən 20.000 əsas borca və 3.499,48 manat faiz borcuna silinmişdir. Halbuki, hesabdan çıxarışdan aydın görünür ki, bank silinmələri hansı qaydada aparmışdır (16.211,02 manat əsas borca və 7.989,98 manat ümumi faiz borcuna (faiz borcu, gecikdirilmiş faiz borcu və gecikdirilmə faizləri (dəbbə pulu)). Odur ki, ekspert qərəzli olaraq öz mövqeyini ( silinmə) bankın mövqeyi (silinmə) kimi təqdim etmişdir.

22. Həmçinin ekspert rəyində qeyd olunur ki, hesabdan çıxarışda göstərilmiş cərimə borcu üzrə silinmələr 21214 saylı hesabda öz əksini tapmış və Mərkəzi Bankın hesablar planına əsasən həmin hesab kreditlər üzrə vaxtı keçmiş faiz borclarına aid edilir və bu səbəbdən kredit borcu üzrə cərimənin hesablanmasını göstərilmişdir. Əgər ekspert kredit müqaviləsi ilə tanış olub 7.3-cü bəndinə nəzərə alsaydı, onda başa düşərdi ki, Bank həmin müqavilənin və Mərkəzi Bankın hesablar planına əsasən kredit borcu üzrə gecikdirilmə faizləri hesablamış və ona uyğun silinmələr aparmışdır. Bank iddia tələbində gecikdirilmə faizləri (dəbbə pulu) tələb etməsə də, sistem üzrə əsas borca gecikdirilmə faizlərinin hesablanması aparılır və edilmiş ödənişlər məhk əmə qətnaməsi qəbul olunanadək həm əsas və faiz borcundan, həm də ki, gecikdirilmə faizlərindən silinir. Bütün silinmələr təqdim olunmuş hesabdan çıxarışda aydın göstərilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 440.4. Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

27. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

28. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

29. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 449.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaql a, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

31. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir.

46. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.

47. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının düzgün araşdırılmaması və sübutların (ekspert rəyinin) düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya ş ikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6299/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar