Məhkəmə qərarları › İş №2(102)-1582/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1582/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1582/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı qızı Cavabdeh: Cavabdeh2 Dərdail oğlu Cavabdeh: Cavabdeh3 Cavabdeh: X7 qızı iddia tələbi: “yaşayış sahəsindən istifadə hüququnun tanınması” Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı qızının vəkili Nuriyev Emil Xanlar oğlunun, cavabdeh X7 qızının və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 2(103)-2750/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh X7 qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Azərbaycan Respublikası Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə əsasən verilmiş 04.08.2000-ci il tarixli, ***seriyalı, *****nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, Bakı şəhəri, Kürdaxanı qəsəbəsi, Ağaverdiyev küçəsindəki 9 saylı yaşayış evi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi X1 adına qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 26.09.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli ev xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Lətifə Abasovanın adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfin istinad etdiyi 16.11.2006-cı il tarixli (İş № 2-1269/2006) qətnamədən görünür ki, iddiaçı K.Həşimovanın cavabdehlər Rauf, Mübariz və Sevil Həşimovaların hazırkı iş üzrə mübahiəsli yaşayış sahəsindən çıxarılmaları və qanunsuz inşa etdikləri tikililərin sökülməsi barədə iddiası təmin edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı qızı cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və evin mülkiyyətçisi X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, A ğaverdiyev küçəsində yerləşən 9 saylı evə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2009-cu il tarixli, 2(008)1496/2009 saylı qətnaməsi ilə (hakim R.B.Hüseynova) iddia təmin edilərək, İddiaçı qızının Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Q.A.Ağaverdiyev küçəsindəki 9 saylı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. Qətnamədən cavabdeh X7 qızı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2750/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) cavabdeh X7 qızının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 avqust 2009-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh X7 qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş bütün hüquqi faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, işə səthi yanaşaraq mübahisəli evin cavabdehə vərəsəlik qaydasında keçdiyini qeyd etsə də, həmin əmlak bağışlama müqaviləsi əsasında keçmiş, məhkəmə aktlarına deyil, İddiaçı qızının məhkəməyə təqdim etdiyi arayışa istinad etmiş, bununla da qanunun bu b arədə tələblərini, həmçinin cavabdehin mülkiyyətçi kimi hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh X7 qızının kassasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 qızının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı qızının vəkili Nuriyev Emil Xanlar oğlu kassasi ya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2 Dərdail oğlu və Cavabdeh3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəs inə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. -158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyə tçi tərəfindən pozulmaqdan müdafiə edilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ya xud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırı lmışdır ki, apellyasiya şikayəti verən Cavabdeh1 mübahisəli mənzilə 26.09.2008-ci il tarixdən mülkiyyət hüququna dair çıxarış əldə etmiş və mübahisəli mənzil həmin tarixdən onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 bildirir ki, iddiaçının onun mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması deməkdir. Çünki iddiaçıya evdən istifadə hüququnu əmələ gətirən notarial qaydada təsdiq edilmiş razılıq verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin L.Abasova iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnu mübahisələndirməsi barədə şikayəti əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı mübahisəli əmlaka istifadə hüququnu yaşayış sahəsinin 26.09.2008-ci il tarixdə cavabdehin mülkiyyətinə k eçməsindən əvvəl, yəni 1996-cı il tarixdə əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə istinad edərək, qeyd edir ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (maddə 158.3.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.). Bundan başqa, iş materiallarına əlavə edilmiş, cavabdeh tərəfin istinad etdiyi 16.11.2006-cı il tarixli (İş № 2-1269/2006) qətnamədən görünür ki, iddiaçı K.Həşimovanın cavabdehlər Rauf, Mübariz və Sevil Həşimovaların hazırkı iş üzrə mübahiəsli yaşayış sahəsindən çıxarılmaları və qanunsuz inşa etdikləri tikililərin sökülməsi barədə id diası təmin edilmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin məhkəmə qətnaməsindən görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş K.Həşimova hazırkı iş üzrə İddiaçı cavabdeh qismində göstərməmiş və ona qarşı evdən çıxarılma barədə tələb irəli sürməmişdir. Belə olan halda hesab edilməlidir ki, həmin qətnamə hazırki iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşımır. Bunu və İddiaçı mübahisəli evə 1996-cı ildə köçərək hazıra kimi yaşamasını təsdiq edən şahid ifadələrini, habelə Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş 22.07.2009-cu il tarixli, 1251 №-li arayışını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının m übahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ 1996-cı ildə yaranmış və bu hüquq hazırda da mövcuddur. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi hald a da saxlanılır. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh3 ilə 1996-cı ildə ailə quraraq mübahisəli yaşayış sahəsinə gəlin köçmüşdür. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2006-cı il tarixli qətnaməsinə əsasən (sədrlik edən hakim H.Əliyev) iddia təmin edilərək, cavabdehlər Həşimov Dərdayıl Mübariz oğlunun, Cavabdeh3 və X5 X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 9 saylı evdən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları və iddiaçı X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 9 saylı evin həyətyanı torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh3 mübahisəli evə hər hansı hüququ olmamışdır. Belə olduğu halda apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 ilə 1996-cı ildə faktiki nikaha daxil olaraq mübahisəli evə gəlin gəlmiş hazırkı iş üzrə İddiaçı 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından mübahisəli evə hansı əsasla istifadə hüququ əldə etməsinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh X7 qızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2750/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar