Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1583/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh x2nun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(063)-422/2018 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) iddia tələbi təmin edilmiş, cavabdeh x2ndan borca görə 4400 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 4430 manat məbləğində pulun tutularaq iddiaçı x1na verilməsi qət edilmişd ir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2212/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Hüseynov, R.Rəfiyev və G.Abbasov) Ucar Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(063)-422/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2212/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2na qarşı pul tələbi barədə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 4400 manat məbləğində borc alınmış pulun, o cümlədən 30 manat dövlət rüsumu olmaqla, cəmi 4430 manat manat məbləğində pul vəsaiti nin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir tanıyır, cavabdeh Ağcəbədi rayonu, Aşağı Avşar kəndində ailə qurmuş və 20 ildən artıqdır ki, həmin kənddə yaşayır və işləyir. 14 noyabr 2014-cü il tarixdə o, yaxın münasibətdə olduğu, həmin dövrdə Ağcəbədi rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyən x3 ilə Ağcəbədi rayonu, Aşağı Avşar kəndi ərazisində yol kənarında yerləşən cavabdehə məxsus olan bərbərxananın arxasında, yenə də cavabdehə məxsus olan çayxanada çay içərkən cavabdeh onlara yaxınlaşaraq həmsöhbət olmuşlar. Uzun müddət tanıdığı və uzun müddət münasibətləri olduğu üçün səmimi söhbət zamanı cavabdeh eyni zamanda, çiyid alveri ilə məşğul olduğunu və yeni mal gətirməsi ilə bağlı 4400 manat pul a ehtiyacının olduğunu bildirmiş və ona borc verməyi xahiş etmişdir. O da aralarında olan səmimi münasibətə, həmçinin, yaxın münasibətdə olduğu x3 da cavabdehin vədinə əməl edəcəyi barədə fikrinə inanaraq cavabdehə 2015-ci ilin aprel ayında borcunu qaytarmaq şərtilə x3 şahidliyi ilə 4400 manat nəğd pul vermişdir. Borc verməmişdən əvvəl üzərində həmin məbləğdə pul olmamış, x3 qohumu olan x4 idarə etdiyi avtomaşınla gedib həmin pulu gətirib cavabdehə vermişdir. Lakin cavabdeh uzun müddət keçməsinə baxmayaraq 4400 manat məbləğində borc pulu müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. Dəfələrlə məsələ ilə bağlı cavabdehin oğluna və rayonda bərbər işləyən qardaşı x5 də borcun qaytarılması ilə əlaqədar köməklik göstərilməsini xahiş etsə də onlar da bu günə qədər hər hansı köməklik edə bi lməmişlər. Bu halda o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2212/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məs ələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Ağcəbədi Rayon İcra Hakimiyyəti başçısının Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2018-ci il tarixli, 49 nömrəli arayışdan görünür ki, iddiaçı hazırda Ağcəbədi rayonu, Avşar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, cavabdeh Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunun qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. İşdən göründüyü kimi cavabdeh apelyasiya instansiyası məhkəməsində ziddiyyətli ifadələr verərək, gah iddiaçıdan pul almadığını, gah x3 tərəfindən ona 6000 manat məbləğində sələmə pul verildiyini və x3 həmin pulu verdikdən təqribən 2-3 ay sonra məzuniyyətə gedəcəyini bildirərək, verdiyi pulu x1 qaytarması barədə ona göstəriş verdiyini, gah da iddiaçının ona 4400 manat pulu sələmə verdiyinə görə qaytarmadığını bildirmişdir. Apellyasiya şi kayətində də, cavabdeh 4 ay ərzində hər ay x1, x3 ona verdiyi 6000 manat puldan 200 manatını qaytardığını, Moskva şəhərindən isə x1 ünvanına 400 manat pul göndərdiyini və beləliklə, x1 vasitəsi ilə x3a ümumilikdə 1600 manat məbləğində pul ödədiyini göstərmişdir. Halbuki, cavabdehin qaytardığını iddia etdiyi pulun miqdarı 1600 manat deyil, 1200 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehə yuxarıda göstərilən həmin ziddiyyətlərə aydınlıq gətirilməsi təklif edilərkən o, iddiaçıdan 4400 manat borc aldığını etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qald ırılması məqsədini daşıyır. İş materiallarından görünür ki, iddiaçı x1 cavabdeh x2na 4400 manat borc verdiyini və cavabdehin həmin borcu qaytarmadığını bildirmiş, cavabdeh apellyasiya məhkəməsinin iclasında iddiaçı x1ndan 4400 manat məbləğində borc pul aldığını etiraf etmiş və iddiaçının həmin pulu ona sələmə verdiyini göstərmişdir. Lakin cavabdeh həmin pulun qaytarılmasına dair məhkəməyə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçının cavabdehə 4400 manat borc verdiyini sübutetmə yükü iddiaçının, etiraf etdiyi həmin 4400 manat məbləğində borcun qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçıdan 4400 manat məbləğində borc aldığını etiraf edərək, qeyd olunan borc məbləğinin qaytarılmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Halbu ki, Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayd a olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cav abdeh x2ndan 4400 manat məbləğində pulun alınaraq iddiaçı x1na verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1583/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1583/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver