Məhkəmə qərarları › İş №2(102)-1583/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1583/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1583/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxxna qarşı “pul” tələbinə dair ilk, və iddiaçı Cavabdeh xxxnun cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübutetmə yükünün bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxxnun və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(105)-526/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh xxx tərəfindən tərtib olunmuş 08 may 2019-cu il tarixli əlyazma qəbzinə əsasən sonuncu İddiaçı borc aldığını və 30 may 2019-cu il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Həmin qəbzdə qeyd olunmuş borcun məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. İddiaçı iddiasına görə alınmış borcun məbləği 19900 (on doqquz min doqquz yüz) manat təşkil etmişdir. Cavabdeh xxxnun etirazına əsasən qəbzdə 1940 (bir min doqquz yüz qırx) manat borcun olması qeyd olunmuş, sonuncu “0” rəqəmi xəbəri olmadan əlavə olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 13 mart 2020-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci səhifəsində olan Cavabdeh xxxnun adından olan 08 may 2019-cu il tarixli qəbzdə “(19400) manat” yazısında sonuncu “0” rəqəmi Cavabdeh xxx tərəfindən icra olunmuşdur. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi İddiaçı adından tərtib olunmuş 08 may 2019-cu il tarixli əlyazma qəbzinə əsasən sonuncu Cavabdeh xxxna borc verdiyi 1940 manat pulu 30 may 2019-cu il tarixdə alacağı tarixə kimi narahat etməyəcəyini, heç bir quruma şikayət etməyəcəyini öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh xxxna qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh xxxndan 19900 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 2017-ci ilin aprel ayından etibarən müxtəlif vaxtlarda geri qaytarmaq şərti ilə 19900 manat məbləğində borc vermiş, cavabdeh 08 may 2019-cu il tarixdə öz xətti ilə borc sənədi imzalayaraq, 30 may 2019-cu il tarixədək borcunu qaytaracağına dair üzərinə öhdəlik götürmüş, lakin borcu qaytarmamışdır. İddiaçı Cavabdeh xxx cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən 2 ədəd qolbaq, 1 komplekt (sırğa, üzük) və 1 ədəd tək üzüyün və ya onların dəyəri olan 1231 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd olunan qızıl-zinət əşyalarını iddiaçıdan götürüb, lombarda qoymuş, sonradan qaytarmamışdır. Qubadlı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(028)-292/2019 nömrəli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) həm ilkin, həm də qarşılıqlı iddialar rədd olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddialar sübut olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(028)-292/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(105)-526/2020 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(028)-292/2019 nömrəli qətnaməsi qismən, mübahisələndirilən hissədə, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh xxxna qarşı “pul” tələbinə dair ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xxxndan 19400 (on doqquz min dörd yüz) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumlarının tutularaq İddiaçı verilməs i, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə qanunvericilik normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçı tərəfindən yazılmış qəbzdə 19400 manat yazılması barədə dəlillərə tənqidi yanaşaraq, qəbzdə 1940 manat yazılmasını müəyyən etsə də, yekunda iddia tələbinin tam təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında borc müqaviləsi yaranmış, ilk iddia üzrə iddiaçı cavabdehin ona 19400 manat borclu olmasını, cavabdeh isə iddiaçıya 1940 manat borclu olmasını, qəbzdə 1940 manatın sonuna əlavə olaraq “0” əlavə edilməsini, iddiaç ıya olan borcunun qaytarılmasını bildirmişdir. Cavabdeh qəbzdə olan 19400 manat borc sözünü mübahisələndirərək, iddiaçıdan 1940 manat borc almasını bildirmişdir. İş üzrə alınmış ekspert rəyi ilə cavabdehin yazdığı qəbzdə olan mübahisə, 19400 manatın sonuncu “0” rəqəminin özü tərəfindən yazılmaması təkzib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında hər hansı yazılı razılaşma və ya müqavilə olmasa da, iddiaçının cavabdehə borc pul verməsi cavabdeh tərəfindən yazılmış qəbzlə təsdiqini tapır və bu hal işin mübahisə edilməyən halı olduğu üçün iddiaçının həmin pulu cavabdehdən tələb etməsi qanuni və əsaslı sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi olmuş, aralarında borc münasibət lərinin olması cavabdeh tərəfindən yazılmış qəbzlə də təsdiq edilmişdir. Bu qəbz cavabdehin öhdəliyinin yaranması üçün əsasdır. Borc müqaviləsi üzrə də aldığını pul şəklində qaytarması cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşıyır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia ərizəsinə etirazına dair dəlillərə qiymət verərək qeyd etmişdir ki, cavabdeh tərəfindən yazılmış qəbzdə borc məbləğinin 19400 manat olması ekspert rəyi ilə təsdiq edilir. Bundan əlavə cavabdeh borc məbləğinin 1940 manat olması, həmin pulu da iddiaçıya qaytarmasını bildirsə də, bunun təsdiq edəcək sübutu təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xxx kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(105)-526/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçıdan 1940 manat pul almış və bu barədə tərəfə yazılı qəbz də verilmişdir. Lakin sonradan həmin qəbzdə 1940 manatın sonuna “0” rəqəmi artırılmış və 19400 kimi qeyd etmişdir. İddiaçının yazaraq verdiyi qəbz və cavabd ehin yazdığı qəbz arasında ziddiyyət tələbin əsassız olmasını göstərir. Məhkəmə nəzərə almamışdır ki, hər iki qəbz bir tarixdə tərtib olunmuşdur. Ekspert isə əsassız olaraq rəy vermişdir ki, guya həmin “0” cavabdeh tərəfindən icra olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh xxx və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini tam müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədə n müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həm ilkin, həm də qarşılıqlı iddialar rədd olunsa da, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verməmiş və apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya baxışının predmetini ilk iddianın təmin edilməməsi təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia qismən təmin olunsa da, kassasiya şikayətini yalnız cavabdeh verdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmuş hissəsində qanun iliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəz ərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və y a lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçı sı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilmə si üçün əsasdır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çək işmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 740-cı maddəsinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh öhdəliyini icra etməlidir. Həqiqətən iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehdən tələb etdiyi borc məbləği 2017-ci ilin aprel ayından etibarən müxtəlif vaxtlarda verdiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin qeyd olunan (borcun verilməsi iddia olunan) dövrdə qüvvədə olan redak siyasına əsasən borcun məbləği üç min manatdan artıq olduğu halda, borc müqaviləsinin yazılı formada tərtib olunması tələb olunur. İddiaçı tələb olunan məbləğin hansı tarixlərdə və hansı məbləğlər olmaqla cavabdehə borc verdiyini əsaslandırmamış və işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi bu məsələ ətrafında araşdırma aparmayaq, tələbə MM-in 740.2-ci maddəsinin dispozisiyası baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı iddia etdiyi kimi borcu 2017-ci ildən etibarən hissə-hissə verdiyi halda, onun məhkəməyə təqdim etdiyi 08 may 2019-cu il tarixli qəbz borcun etirafı mahiyyətini daşıyır. Həmin qəbzə gəldikdə iş materiallarından müəyyən olunur ki, cavabdeh onu yazdığını etiraf etsə də, qəbzdə qeyd olunan məbləği mübahisəl əndirmiş və “19400” rəqəminin sonuncu “0”-ın onun tərəfindən icra edilməməsini göstərmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən yazılmış qəbzdə borc məbləğinin 19400 manat olması ekspert rəyi ilə təsdiq edilir. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyi MPM-in 101.7 və 103.1-cü maddələrinin tələblərinə uyğun olaraq işdə olan başqa sübutlarla yanaşı tədqiq olunmamış, cavabdeh tərəfin etirazının əsası kimi verdiyi və iddiaçının adından tərtib olunan eyni tarixli qəbzin mövcudluğu nəzərə alınmamış, həmin qəbzin iddiaçı tərəfindən hansı məqsədə yazılması ümumiyyətlə araşdırılmamış, bununla bağlı iddiaçının mövqeyi aydınlaşdırılmamışdır. Halbuki, göstərilən qəbzdə iddiaçı cavabde hə 1940 manat pul verdiyini göstərmişdir. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 08 may 2019-cu il tarixli qəbzdə “(19400) manat” yazısında sonuncu “0” rəqəmi Cavabdeh xxx tərəfindən icra edilmişdir. Lakin cavabdehin həmin sonuncu “0” rəqəminin onun tərəfdən icra edilməməsini bildirdiyi halda, apellyasiya instansiyası məhkəməsi qeyd olunan rəqəmin qəbzin başqa yazıları ilə eyni vaxtda, eyni şəraitdə və eyni yazı vasitəsi ilə icra edilməsini yoxlamaq üçün məhkəmə sənədlərin texniki ekspertizasının keçirilməsi məsələsini müzakirə etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərə findən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Digər tərəfdən məhkəmə ko llegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilk iddia tələbinin təmin edilməməsi hissəsində müzakirə edir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində ilk iddianı qismən təmin etməklə yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəfə aid hissədə də hüquqi qiymət ve rilmişdir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2 020-ci il tarixli, 2(105)-526/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar