Məhkəmə qərarları › İş №2(102)-1583/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1583/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1583/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5847/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 may 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, üzərinə ödəniş gününədək gecikdirilmiş hər günə görə 1 (bir) faiz cərimə hesablanmaqla 30000 manat borcun və ödənilmiş 180 manat dövlət rüsumunun cavabdeh X1 (bundan sonra “cavabdeh”) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1431/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 30.000 (otuz min) manat əsas borc, 4500 (dörd min beş yüz) manat cərimə borcu və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin cərimə ilə bağlı təmin olunmayan hissəsində ləğv, iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh də apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının xeyrinə cərimə kimi 4500 manatın tutulması hissəsində ləğv, iddianın cərimə tələbi ilə bağlı hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5847/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1431/2024 nömrəli qətnaməsi cərimənin miqdarı hissəsində dəyişdirilərək, cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməli olan cərimənin miqdarı 1000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin cərimə məbləği hissəsində dəyişdirilməsi, cərimə məbləği ilə bağlı iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1583/2023 nömrəli, 17 aprel 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə elektron məhkəmə sistemi vasitəsilə işə baxan məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayətindən imtin a etdiklərini, şikayətdən imtinanın nəticələrinin onlara məlum olmasını bildirməklə, şikayətdən imtinanın qəbul edilməsini xahişi etmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qə rar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin kassasiya şikayəti olmadığı, eləcə də nümayəndənin müvafiq səlahiyyəti olduğu üçün qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5847/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5847/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar