Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1584/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(039)-2518/2017 nömrəli qətnaməsi ilə (hakim V.Məlikov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2999.70 manat əsas, 2231.22 manat faiz olmaqla, cəmi 5230.92 manat məbləğində borc və 30 manat məbləğində döv lət rüsumunun müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2423/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Rəfiyev, G.Abbasov, E.Hüseynov) Yevlax Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(039)-2518/2017 nömrəli qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2423/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qa ydada İddiaçı ASC-nin xeyrinə 27 yanvar 2015-ci il tarixli, 115.LN.3112.270115.R.00002 saylı Plastik kart üzrə xətti kredit müqaviləsi üzrə 2999.70 manat əsas, 2231.22 manat faiz olmaqla, cəmi 5230.92 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 yanvar 2015-ci il tarixli, 115.LN.3112.270115.R.00002 saylı plastik kart üzrə kredit xətti müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 3000 manat məbləğində kredit verilmişdir. Göstərilən plastik kart üzrə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 27 yanvar 2015-ci il tarixli, 115.LN.3112.270115.R.00002.b Zaminlik müqaviləsi və İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 ( Zamin) arasında 27 yanvar 2015-ci il tarixli, 115.LN.3112.270115.R.00002.a Zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 08 avqust 2016-cı il tarixə Cavabdeh1 banka 08 aprel 2015-ci il tarixli, 115.LN.3112.270115.R.00002 saylı kredit müqaviləsi üzrə 2999.70 manat əsas, 2231.22 manat faiz olmaqla, cəmi 5230.92 manat borcu vardır. İddiaçı ASC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. Onlara bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişlər. Odu r ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar. İddianın təmin edilməsini məhkəmədən xahiş etdmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2423/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3, 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi iddianın təmin olunmasına dair rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi İddiaçı ASC ilə Cavabdeh1 arasında 12 ay müddətinə, illik 26 %-lə 3000 manat kredit verilməsinə dair 8 aprel 2015-ci il tarixdə ba ğlanmış kredit müqaviləsinə istinad etsə də iş materiallarından belə bir müqavilənin olması müəyyən edilmir. Məhkəmənin istinad etdiyi 8 aprel 2015-ci il tarixli müqavilə iş materiallarına əlavə edilməmişdir. İşdən müəyyən edilir ki, tərəflər arasında 27 yanvar 2015-ci il tarixdə 24 ay müddətinə 28 faizlə 3000 manat kredit verilməsinə dair müqavilə bağlanmışdır. İşə əlavə olunmuş maliyyə arayışından göründüyü kimi Elşən Rüstəmov müqavilə müddətində 610 manat faiz pulu ödəmişdir. Cavabdehlərdən 2231,22 manat məbləğində faiz pulu tutan apelyasiya məhkəməsi 2 il müddətinə illik 28 faizlə verilmiş 3000 manat kreditə görə 2841,22 manat (2231,22+610=2841,22) faiz məbləğinin yaranma əsaslarına aydınlıq gətirməmiş, gəldiyi nəticəni müqavilə şərtlərinə uyğun olaraq əsaslandırmamışdır. Zərurət olmas ına baxmayaraq məhkəmə kollegiyası iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, mübahisənin obyektiv həlli üçün lazımi hərəkətləri yerinə yetirməmiş, MPM-nin 14.1-ci maddəsinin tələblərini pozmaqla işin hərtərəfli tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Həmin normaya görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamə qəbul edildiyindən apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən öhdəliyin hansı müqaviləyə (8 aprel 2015, yaxud 27 yanvar 2015) əsasən yaranması dəqiqləşdirilməli, istinad olunan sübutun iş materiallarına əlavə edilməsi təmin edilməli, iş üzrə faiz tələbinə dair borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibat ekspertizası təyin edilməsi məsələsi müzakirə olunmalı, qəbul ediləcək qərarda öhdəliklərin yaranma əsasları və hesablama qaydası ətraflı şərh olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarix li qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1584/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1584/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver