Məhkəmə qərarları › İş №2(102)-1585/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1585/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1585/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1585/21 (Açar sözlər: pul tələbi) 16.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil Rufulla qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1291/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh doğma qardaşlardır. İddiaçı xarici ölkədə yaşamış və Sumqaıt şəhərində ona torpaq sahəsi almaq üçün cavabdeh ona yardım etmiş, torpağın tapılmasında, dəyərinin ödənilməsində köməklik göstərmişdir. Satın alınması planlaşdırılan əmlakları müxtəlif səbəblərdən almaq mümkün olmamışdır. Bundan sonra qardaşlar arasında həmin əmlaklara görə verilmiş pul vəsaitinin qaytarılması ilə bağlı mübahisə başlamışdır. İddiaçı daşınmaz əmlakları satın almaq üçün pulu qardaşına verməsinə əsaslanaraq hazırkı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7100 ABŞ dolları (ödəniş gününə Azərbaycan Resp ublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq) və 710 manat (yeddi yüz on) məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: O, 2005-ci ildən Türkiyə Respublikası İstanbul şəhərində yaşayır. 2008-ci ilin əvvəllərində cavabdeh Xlə söhbət zamanı Sumqayıt şəhərində həyətyanı torpaq sahəsi almaq istədiyini bildirmişdir. 2008-ci ilin may ayında X ona zəng vurub Sumqayıtda Dəmiryolu vağzalının arxasında 4500 ABŞ dollarına satışa çıxarılan 6 sot torpaq sahəsinin olduğunu bildirmişdir. O, Türkiyə Respublikasından Sumqayıt şəhərinə gəlmiş və qardaşı Xlə, eləcədə torpaq alqı-satqısı ilə məşğul olan həmyerlisi X2 ilə birlikdə həmin torpaq sahəsinə baxmağa getmişlər. Yaşıl D ərə adlanan yaşayış massivində, dəmir yolundan təxminən 500 metr aralıda, yaşayış evlərinin olduğu ərazidə 4-5 mişar daşından hörülmüş hasarla əhatə olunan torpaq sahəsinə baxıb bəyənmiş və oradan Xgilə qayıtdıqdan sonra 4500 ABŞ dollarını cavabdehin evində cavabdehə vermişdir. Ona üzərində “Azərboru” ATSC-nin “Metallurq” bağçılıq cəmiyyətinin 1452 nömrəli “Bağçının üzvülük kitabçası” yazıları qeyd olunmuş bir kitabça verilmişdir. Həmin kitabçada onun soyadı, adı və atasının adı, eləcə də xx.xx.2008-ci il tarixdə, 1 nömrəli protokola əsasən “Metallurq” bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi, sahəsi 6 sot olan 1452 nömrəli bağ sahəsinin ona daimi istifadə üçün verildiyi qeyd olunmuşdur. Həmin sənəd dairəvi möhürlə təsdiqlənmişdir. X həmin kitabçanı almaq üçün sənəd verən şəxsə 100 ABŞ doll arı verdiyini də bildirmişdir. 2013-cü ilin mart ayında o, İstanbul şəhərindən Sumqayıt şəhərinə gələrkən, qardaşı X ona aldığı torpaq sahəsinin Nuşirəvan adlı şəxsə məxsus olduğunu, pulları həmin şəxsə verdiyini, Nuşirəvanın isə torpağı yaxın vaxtlarda başqasına satdığını deyib, Nuşirəvanı məhkəməyə verməyi təklif etmişdir. O, da etiraz etməmiş, məhkəmə prosesində onun adından çıxış etmək üçün notarial qaydada qardaşı Xə vəkalətnamə vermişdir. 2014-cü ilin fevral-mart aylarında X10 başqa yerdən torpaq sahəsi tapdığını, torpaq sahəsinin əlverişli yerdə olduğunu deyərək, torpaq sahəsinin sənədli şəkildə alınması üçün 3000 manat mələğində pul tələb olunduğunu bildirmişdir. O, Xin bacanağı X3 2600 ABŞ dolları və 710 manat məbləğində pul göndərmiş və bildirmişdir ki, həmin pulu qardaşı Xə ça tdırsın. X6 da həmin pulu qardaşına çatdırmışdır. Təxminən bir ay sonra Xlə telefon əlaqəsi saxlayarkən, deyilən torpağı aldığını, sənədlərinin isə yaxın vaxtlarda hazırlanıb başa çatacağını bildirmişdir. 2016-cı ilin yanvar ayında o, Xgilə gələndə X, ona ağ kağız parçasında əllə yazılmış bir arayış vermiş, pulu əvvəllər bələdiyyədə işləmiş XX adlı şəxsə verdiyini, torpaq sahəsini ona həmin şəxsin verəcəyini bildirmişdir. 2017-ci ilin iyul ayının axırlarında o, Xlə birlikdə Sumqayıt şəhəri N.Nərimanov adına mədəniyyət evi yaxınlığında, avtomobil yollarının orta hissəsindəki yaşıllıq zolağında fəaliyyət göstərən kafedə XXla görüşmüş və XX şəhər İcra başçısının dəyişməsi ilə əlaqədar işlərin alınmadığını deyib, əvvəlki torpaq sahəsi ilə ikinci torpaq sahəsi üçün verilmiş pulları tam məbləğdə ona qaytaracağına söz vermiş, onun satlıq torpaq sahəsinin olduğunu və pulları həmin torpaq sahəsini satdıqdan sonra verə biləcəyini bildirərək, bunun üçün bir qədər gözləmək lazım gələcəyini izah etmişdir. Buna baxmayaraq XX nə başqa yerdən torpaq sahəsi alıb ona verməmiş, nə də pullarını qaytarmamışdır. Qardaşı Xin hərəkətlərindən onun da XXla əlbir olub ona qarşı dələduzluq etdiyini başa düşərək, onun hərəkətlərindən şikayət etmiş, təhqiqatçının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuşdur. O, pulu cavabdehə vermiş, X1, eləcə də X4 tanımır və ona görə də iddia tələbini məhz cavabdeh Xə qarşı qaldırmışdır. Hesab edir ki, 7100 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq) və 710 manat məbləğ ində pul cavabdehdən alınıb ona verilməlidir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4500 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 2700 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim A.İsmayılov)

4. Məhkəmə iddia tələbini qismən edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Abasov (sərlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) Sumqayıt Şəhər Məhkəməsinin 2(060) -8628/2019 saylı,xx xxxxxx 2019-cu il tarixli qətnaməsi, Cavabdeh 4500 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia rədd edilmişdir. Qətnamə Cavabdeh 2700 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apelyasiya şikayəti verilməsi üçün ödədiyi 15 manat dövlət rüsumunun əvəzi İddiaçı tutulub ona verilməsi qət edilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və Cavabdeh iddiaçının xeyrinə 4500 ABŞ dolları pulun ödəniş gününə Azərbaycan manatına olan məzənnə əsasında və 2700 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən AR Mülki Prosessual Məcəlləsinin 14, 77, 78, 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı və onun vəkili Vəkil Rufu lla qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq.

12. Azərbaycan Republikası Mülki Məcəlləsinin 779.1. maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

13. Maddə 7 79.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

14. Azərbaycan Republikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmu ş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. İşin mübahisəsiz halıdır ki, iddiaçının Sumqayıt şəhərində torpaq sahəsi alması üçün qardaşı ona yardım göstərmiş, torpaq sahəsinin tapılması və rəsmiləşdirilməsi, razılaşdırılmış vəsaitin verilməsində iştirak etmişdir. Məhkəmələr müəyyən etmişlər ki, həqiqətən iki dəfə torpaq sahəsi almağa cəhd edilsə də Nuşirəvan və XX adlı şəxslər hər dəfə razılaşdırılmış vəsaiti alsalar da sonda torpağın satılması ilə bağlı problemlər ortaya çıxmış və əqd baş tutmamış, verilmiş pul geri qaytarılmamışdır. Ona görə iddiaçı torpaqlara görə verilmiş pulu qardaşından tələb edir. Həmin vəsaitin bir hissəsinin (2700 manat) cavabdeh öz şəxsi məqsədləri üçün istifadə etməsin i etiraf etmişdir. Ona görə həmin hissə ilə bağlı mübahisə yoxdur. Lakin torpağa görə verilmiş 4500 ABŞ dolları pulun kimdən geri tələb olunması ilə bağlı mübahisə var.

23. İddiaçı 4500 ABŞ dolları məbləğində pulu məhz cavabdehə verilməsinə dair məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. Cavabdeh isə Sumqayıt ŞPİ-nin İŞ-də izahatında, o cümlədən apelyasiya şikayətində 2700 manat pulu aldığını etiraf etmişdir.

24. Apelyasiya Məhkəməsi iddiaçının, cavabdehin, şahidlərin izahat və ifadələrini müqayisəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, sübutlar iddianın 4500 ABŞ dolları hissəsində təmin edilməsi üçün yetərli deyildir. Başqa sözlə, iddiaçı torpaq sahəsi almaq üçün 4500 ABŞ dolları pulu cavabdehə verdiyini israr etsə də bu halı sübuta yetirə bilməmişdir. İddiaçı öz ü də iddia tələbində etiraf edir ki, torpaqlara görə verilmiş pulun geri qaytarılması ilə bağlı XXla danışıqlar aparmış və sonuncu özünə məxsus olan əmlakları sataraq pulu qaytaracağına söz vermişdir.

25. İşin faktiki halları onu təsdiq edir ki, həqiqətən topaq sahələrinə görə pul vəsaiti verilsə də, Nuşirəvan və XX adlı şəxslərin həmin vəsaiti geri qaytarmaları təsdiq olunmur. İddiaçının və yaxud onun qardaşı olan cavabdehin həmin şəxslərdən nəyə görə pulu geri qaytarılmasını tələb etmədikləri aydın deyil. Hansıki, iddiaçı təsdiq edir ki, belə bir iddia qaldırmaq üçün hətta qardaşına etibarnamə də vermişdir. Deməli iddiaçı özü də təsdiq edir ki, əmlakı onlara satmaq istəyən şəxslər pulu alaraq mənimsəmişlər.

26. Qeyd olunan şəxslərə (Nuşirəvan və XXa) verilmiş 4500 ABŞ dolları vəsait o ha lda cavabdehdən tələb oluna bilərdi ki, cavabdehin tapşırığı qəsdən və ehtiyatsızlıq üzündən vicdanla yerinə yetirməməsi aşkar olunsun. Mülki Məcəllənin 779.1. maddəsində deyilir ki, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

27. Eyni zamanda qeyd olunan normada tapşırıq alanın ehtiyatsızlığının da hansı səbəbdən baş verməsi müəyyən edilmişdir. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xü susi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

28. İddiaçı cavabdehin qəsdən və ehtiyatsızlıq səbəbindən tapşırığı vicdanla yerinə yetirməməsini sübut etməsi halında həmin vəsaiti vurulan zərər kimi cavabdehdən tələb edə bilərdi. Lakin iddiaçı bu halı sübuta yetirə bilməmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən sübutlara düzgün qiymət vermiş və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1291/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar