Məhkəmə qərarları › İş №2(102)-1586/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1586/2020

11.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1586/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı1, vəkili X7, Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(014)577/2019, hakim F.H.Nəsibov)iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X18, X22, X8, X13 və X9 qa rşı iddiası qismən təmin edilmiş, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2564/2019, hakimlər Ə.T.Məcidov, İ.F.Quliyev, M.A.Əsədli) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia İddiaçı1 münasibətdə də rədd edilmişdir. Həmin qətnamədən İddiaçı1verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixd ə İddiaçı1 və İddiaçı2 Cavabdeh qаrşı hazırki iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək onların xx xxxxxx 2016-cı ildə anadan olmuş Rəcəbli Zaur adlı oğlu adlı övladları ilə birlikdə ünvan 1 ünvanda yerləşən, 1 mərtəbəli 3 otaqlı yaşayış sahəsindən istifadə hüquqları tanınmaqla, həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiаçıların rаzılığı ilə X18, X22, X8, X13, X15 məhkəmə tərəfindən cаvаbdehlər kimi işə cəlb edilmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hal lara düzgün hüquqi qiymət verilməmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və İddiaçı1 tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. İddiaçı mübahisəli evdə normal şərtlər daxilində yaşadığından hazırda da həmin evdə yaşamaq hüququ vardır. Apellyasiya məhkəməsinin evə köçürülmə tələbinə dair iddianın rədd edilməsi barədə qətnaməsi isə hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabd ehlərdən Cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ər-arvad olmaqla, İddiaçı1 Cavabdeh oğludur. İddiaçıların istifadə hüq uqu tanınmaqla köçmək istədiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi dаşınmаz əmlаkın dövlət reyestri xidmətində qeydiyyata alınmamışdır. Həmin evin Cavabdeh valideynlərindən, eyni zamanda İddiaçı1 ata xətti ilə babasından qalma ev olduğu, İddiaçı1 anası X2 ilə Cavabdeh nikahının 1988ci ildə pozulması, İddiaçı1 valideyinləriarasında nikah pozulduqdan sonra anasının yanında qalması, onun anasının Elşən adlı şəxslə ailə qurub daimi yaşamaq üçün sonuncunun evinə köçməsi, Azərin də onlarla birlikdə yaşaması, Cavabdeh sonradan Almaz Rəcəbova ilə yenidən ailə qurması, onların birgə nikahlarından Lalə adlı qızlarının anadan olması, iddiaçıların köçmək istədikləri evdə X10, X11, X4, X16, X3, X12, Cavabdeh və X5 daimi yaşamaları, İddiaçı1 həmin evə xx xxxxx 2004-cü ildə pasport qeydiyyatına dü şməsi, onun xx xxxxxxx 2013-cü ildə İddiaçı2 ilə ailə quraraq Güllünü atalığı ilə anasının yaşadığı evə gəlin gətirməsi, hal-hazıradək həmin evdə yaşamaları, onların birgə nikahından Zaur adlı uşaqlarının doğulması, iddiaçının iddia ərizəsində cavabdehlə mehriban olmaları barədə göstərdiyinin əksinə olaraq cavabdehlə kəskin münasibətlərin olması, İddiaçı1 cavabdehlə anasının arasında olan nikah pozulduqdan sonra köçmək istədiyi evdə cəmi bir neçə gecə qalması müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisəli hüquq münasibəti xx.xx.2000-ci ilə kimi yarandığından apellyasiya instansiyası məhkəməsi xx.xx.1982-ci ildə qəbul olunmuş və xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməklə, hazırkı mübahisəni tərəflərin hüquqi mənafey inə uyğun olaraq düzgün həll etmiş, maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmişdir. Həmin Məcəllənin60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinə icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Apellyasiya məhkəməsi qətnaməsində də göstərildiyi kimi, İddiaçı1 valideynləri arasındakı nikah pozulduqdan sonra, anasının yanında qalmaqla sonuncun un yaşayış yerinə köçmüşdür. Onun cavabdehin istifadəsində olan evdə pasport qeydiyyatına alınması isə həmin yaşayış sahəsindən isifadə hüququnun tanınması üçün əsas deyildir. Bu halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edildiyindən, həmin Məcəllənin 60-cı maddəsinə uyğun olaraq hazırki iddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar