Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1587/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Rayon Rayon Məhkəməsinin (hаkim Malik Qarayev) 28 dekabr 2017-ci il tаrixli 2(024)- 828 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı Rayon Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 saylı qərarına əsasən iddiaçının atası X6 məxsus olmuş və İddiaçı miras qalmış 3014.71 kv.metr həyətyanı torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilərək Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona verilməsi və həmin torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş 21 metr enində gediş-gəliş yolunun zəbt olunmuş 15 metrinin açılması, cavabdehin həmin torpaq sahəsi üzərində və gediş-gəliş yolunun üzərində tikdiyi qanunsuz yarımçıq tikilinin və darvazanın sökülərək həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün maneələrin aradan qaldırılması tələbi barədə iddiаsı təmin edilərək, İddiaçı atası X6 məxsus olmuş və iddiaçıya miras qalmış 3014.71 kv.metr həyətyanı torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş hissəsinin cavabdehdən alınıb naturada ölçülərək iddiaçıya verilməsi, iddiaçıya məxsus gediş-gəliş yolunun bir hissəsinin üzərində cavabdeh tərəfindən çəkilmiş daş hasar (ekspert rəyində göstərilən sxemdə qeyd olunan hissədə) və cavabdeh tərəfindən qoyulmuş darvazanın sökülərək həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün maneələrin aradan qaldırılması, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2018-ci il tarixli 2(107)-851/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Rayon Rayon Məhkəməs inin 28 dekabr 2017-ci il tаrixli 2(024)-828 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2018-ci il tarixli 2(107)-851/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2018-ci il tarixli 2(102)-5407/2018 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2018-ci il tarixli 2(107)-851/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-119/2019 saylı 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelly asiya şikayəti qismən təmin edilərək Rayon Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(024)828/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı “Rayon Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 saylı qərarına əsasən iddiaçının atası X6 məxsus olmuş və İddiaçı miras qalmış 3014.71 kvadrat metr həyətyanı torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilərək Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona verilməsi və həmin torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 21 metr enində gediş-gəliş yolunun zəbt olunmuş 15 metrinin açılması, cavabdehin həmin torpaq sahəsi üzərində və gediş-gəliş yolunun üzərində tikdiyi qanunsuz yarımçıq tikilinin və darvazanın sökülə rək həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün maneələrin aradan qaldırılması” barədə iddia tələbinin qismən təmin edilməsi, Rayon Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 saylı qərarına əsasən İddiaçı atası X6 məxsus olmuş və iddiaçıya miras qalmış 3014.71 kv.metr həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun Cavabdeh tərəfindən zəbt olunmuş 126 kv.metr hissəsi, yəni həmin gediş-gəliş yolunun ərazisində Cavabdeh tərəfindən qanunsuz olaraq mişar daşı ilə hasarlanmış 41 kv.metr daş hasar orada yerləşən darvaza ilə birlikdə və qeyd edilən yolun 85 kv.metr hissəsində Cavabdeh tərəfindən tikilmiş yarımçıq tövlə (ekspert rəyində göstərilən sxemdə qeyd olunan hissələrdə) sökülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi və iş üzrə keçirilm iş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə xərcinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Rayon Rayon Aqrar İslahat komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 saylı qərarına əsasən atası X6 məxsus olmuş və ona miras qalmış 3014.71 kv.m. həyətyanı torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilərək cavabdeh tərəfindən qanunsiz zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq naturada ölçülərək ona verilməsi, həmin torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş 21 metr enində gediş-gəliş yolunun zəbt olunmuş 15 metrinin açılması, cavabdehin həmin torpaq sahəsi üzərində və ge diş-gəliş yolunun üzərində tikdiyi qanunsuz yarımçıq tikilinin və darvazanın sökülərək həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iddia tələbinə baxılarkən həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi bir tərəfli qaydada araşdırma aparmış, cavabdeh tərəfin göstərdiyi arqumentlərə diqqət yetirməmiş və ekspert qarşısında bir tərəfli mövqeli suallar qoymuşdur. Bundan başqa zəbt olunmuş yol ərazisi üzrə iddiaçının subyektiv hüququ olmadığı halda məhkəmə bunu nəzərə almayaraq iddia tələbini tam t əmin etmişdir. İşi araşdırıb qərar verən məhkəmələrin heç biri maneələrin nədən ibarət olmasını əsaslandırmamışdır. Şəki Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə tam etməyərək təkrar ekspertiza təyin etsə də bütün suallar cavablandırılmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2019-cu il tarixli 2(107)-119/2019 saylı qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2019-cu il tarixli 2(107)-119/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə b axan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Rayon Rayon AİK-ın 28 dekabr 1997-ci il tarixli qərarına əsasən Rayon rayonu Xkəndində yerləşən 3014.71 kv.m. həyətyanı torpaq sahəsi İddiaçı atası X5 mülkiyyətinə verilmişdir. X 27.06.2016-cı ildə vəfat etmiş və ondan mübahisəli torpaq sahəsi miras qalmışdır. X1 5 nəfər qanun üzrə vərəsəsi vardır. Həmin vərəsələrdən X2, X7, X3 və X8 atası mərhum X4 özlərinə miras qalmış paydan imtina etmişlər. İddiaçı Rayon Rayon AİK-ın 28 dekabr 1997-ci il tarixli qərarına əsasən atası X6 verilmiş Rayon rayonu Xkəndində yerləşən 3014.71 kv.m həyətyanı torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün müraciət etmiş, lakin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 12 saylı Ərazi İdarəsi iddiaçıya məktub ünvanlayaraq, sözügedən torpaq sahəsinin sərhəd hüdudlarında mübahisə olduğundan həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət re yestrindən Çıxarış verilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Rayon Rayon AİK-ın 28 dekabr 1997-ci il tarixli 20 saylı qərarına əsasən atası X6 məxsus olmuş və ona miras qalmış 3014.71 kv.m. həyətyanı torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilərək cavabdeh tərəfindən qanunsiz zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq naturada ölçülərək ona verilməsi və həmin torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 21 metr enində gediş-gəliş yolunun zəbt olunmuş 15 metrinin açılması və cavabdehin həmin torpaq sahəsi üzərində və gediş-gəliş yolunun üzərində tikilmiş qanunsuz yarımçıq tikilinin və darvazanın sökülərək həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün maneələrin aradan qaldırılmasına tələb etmişdir. Apellyasiya k ollegiyası tərəfindən Ali Məhkəmənin göstərişinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin və iddiaçı ilə cavabdehin ümumi istifadəsində olan yolun cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsi, zəbt edilmişdirsə həmin hissənin ölçüsünün müəyyən edilməsi, cavabdeh tərəfindən çəkilmiş hasarın yolun ərazisinə müdaxilə edərək iddiaçıya maneçilik törədib-törətməməsi, o cümlədən cavabdeh tərəfindən iddiaçının hüquq və mənafeyinə toxunan tikilinin tikilibtikilməməsini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2019-cu il tarixli 20779 nömrəli rəyindən görünür ki, iddiaçıya və cavabdehə məxsus olan A seriyalı 191379 nömrəli və A seriyalı 181379 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahələri üst-üstə düşmür. İddiaçı istifadə etdiyi gediş-gəliş yolunun bir hissəsi Cavabdeh istifadəsindədir. İddiaçı istifadə etdiyi gediş-gəliş yolunun ərazisində Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanmış və yarımçıq tövlə tikintisi aparılmışdır. İddiaçı ilə cavabdehin sözügedən həyətyanı sahələrinin sərhəddində iddiaçının torpaq sahəsinə müdaxilə olunmaqla Cavabdeh tərəfindən hər hansı tikinti (hasar, tövlə və s) tikilməmişdir. Şəki LTİ-nin mühəndisi MK məhkəmə kollegiyasının iclasında rəyə və həmin rəyə əlavə edilmiş sxemə aydınlıq gətirərək bildirmişdir ki, “sxemdə göstərilən cizgilərdən də görünür ki, İddiaçı istifadə etdiyi ümumi gediş-gəliş yolunun bir hissəsi, yəni 126 kv.metr torpaq sahəsi Cavabdeh tərəfi ndən zəbt edilərək istifadə edilir. Həmin 126 kv.metr torpaq sahəsində (yəni İddiaçı istifadə etdiyi gediş-gəliş yolunun ərazisində) Cavabdeh tərəfindən 41 kv.metr torpaq sahəsi mişar daşı ilə hasarlanmış və 85 kv.metr torpaq sahəsində yarımçıq tövlə tikintisi aparılmışdır. İddiaçıya məxsus olan 3014.71 kv.m. həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir”. Apellyasiya kollegiyası apellyasiya şikayətinin yolun iddiaçının həyətyanı torpaq sahəsinə gedilməsi üçün kifayət qədər enli bir yol olması, məhz buna görə də iddiaçıya gediş-gəliş üçün hər hansı bir maneənin mövcud olmaması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, tərəflərin ümumi istifadələrində olan yolun eninin xəritə materiallarına əsasən 21 metr olması mübahisələndirilməyən haldır. Ümumi gediş-gəliş yolu isə bir nə fərin yox, bir neçə nəfərin istifadəsi üçün (ümumi istifadə üçün) nəzərdə tutulmuşdur ki, həmin yolun hər hansı şəxs tərəfindən hər hansı ölçüdə zəbt edilməsi digər şəxslərin həmin yoldan rahat (sərbəst) istifadə etmələrinə maneə yaratmaqla hüquqlarını pozmuş olur ki, bununla da hüquqlarına toxunulan şəxslərin yolun zəbt edilən hissəsinin açılmasını iddia etməyə subyektiv hüquqları yaranır. Yolun tamamilə zəbt edilməməsi və bir hissəsi zəbt edildikdən sonra belə qalan hissədən istifadə etməyin mümkün olması hər hansı şəxsin (hazırkı halda Cavabdeh) həmin yolun bir hissəsini zəbt etməsi üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəz ərə almamış, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsini dəqiq müəyyən etməmiş, o cümlədən ümumi gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilib-edilməməsini, zəbt edilmiş ərazinin dəqiq ölçülərini, çəkilmiş hasarın iddiaçıya maneçilik törədib-törətməməsini, cavabdeh tərəfindən iddiaçının hüquq və mənafeyinə toxunan tikilinin tikilib-tikilməməsini araşdırmamış, kifayət qədər aydın və tam olmayan, yəni mötəbər olmayan ekspert rəyinə istinad edərək iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. İddianın iddiaçıya miras qalmış 3014.71 kvadrat metr həyətyanı torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi hissəsi ilə bağlı apelly asiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi 30.06.2009-cu il tarixli A seriyalı 181272 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində həyətyanı torpaq sahəsinin koordinatları dəqiq təsbit edildiyinə görə torpaq sahəsinin sərhədləri məlumdur. Əgər iddiaçı həmin koordinatların ona yerində tanıdılmasını istəyirsə bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə rəsmi müraciət edərək buna nail ola bilər. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Apellyasiya kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlid ir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, ümumi gediş-gəliş yolu isə bir nəfərin yox, bir neçə nəfərin istifadəsi üçün (ümumi istifadə üçün) nəzərdə tutulmuşdur ki, həmin yolun hər hansı şəxs tərəfindən hər hansı ölçüdə zəbt edilməsi digər şəxslərin həmin yoldan rahat (sərbəst) istifadə etmələrinə maneə yaratmaqla hüquqlarını pozmuş olur ki, bununla da hüquqlarına toxunulan şəxslərin yolun zəbt edil ən hissəsinin açılmasını iddia etməyə subyektiv hüquqları yaranır. Məhkəmə kollegiyası kassatorun ekspert rəyi ilə razılaşmaması barədə dəlili ilə bağlı qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar, alınmış ekspertiza rəyləri ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin tələbin qismən əsaslı olması barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və maddi və prosessual hüquq nor malarına uyğundur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2019-cu il tarixli 2(107)119/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1587/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1587/2020
16.03.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver