Məhkəmə qərarları › İş №2(102)-1589/2019

Ali Məhkəmə Qərardad — İş №2(102)-1589/2019

30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1589/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(107)2280/2018 nömrəli qətnaməsindən cavabdeh Borclu3 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu4 ilə aralarında bağlanmış 30 aprel 2015-ci il ta rixli, 09/0853/DİK saylı kredit müqaviləsinə əsasən 3570,94 ABŞ dolları məbləğində əsas borc və kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 437,69 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4008,63 ABŞ dolları məbləğdə borcun və ödənilmiş 20 manat dövlət rüsumu xərcinin borclular Borclu4, Borclu2, Borclu1 və Borclu3 birgə qaydada tutulması və «xxxx» ASC-nə ödənilməsi barədə əmr çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu4 arasında bağlanmış 30 aprel 2015-ci il tarixli, 09/0853/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Borclu4 əsas istehlak məqsədləri məqsədi ilə 24 ay müddətinə illik 28 faizlə 4770 ABŞ dolları məbləğində bank tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarı lması üçün qrafik tərtib edilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Borclu2, Borclu1 və Borclu3 arasında 30 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər öhdəlik icra olunmadıqda kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Cavabdeh Borclu4 kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faiz borclarını tərəflər arasında imzalanmış kredit ödəniş cədvəllərinə əsasən ödəməli idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərə vaxtında və lazımi qaydada əməl etməmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu4 arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müştəri tərəfindən kredit müqav iləsində nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə, bank cari müqaviləni vaxtından əvvəl dayandırmaq, habelə borcalana kreditin və onun bir hissəsinin geri ödənilməsi tələbi irəli sürmək hüququna malikdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 3570,94 ABŞ dolları məbləğində əsas borc və 437,69 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4008,63 ABŞ dolları məbləğində borcu qalmışdır. Bununla bağlı əsas Borclu4 və ona zamin olmuş cavabdehlər Borclu2, Borclu1 və Borclu3 kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmuşdur. Lakin cavabdehlər həmin xəbərdarlıqlara məhəl qoymamışlar. Bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi banka birbaşa maddi zə rər vurmaqla nəticələnir. Şəki Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu4 arasında bağlanmış 30 aprel 2015-ci il tarixli, 09/0853/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Borclu4, Borclu2, Borclu1 və Borclu3 Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 3570,94 ABŞ dolları məbləğində əsas borc və 437,69 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4008,63 ABŞ dolları və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, cavabdehlər Borclu4, Borclu2, Borclu1 və Borclu3 müştərək qaydada 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçir ilməsiqət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(107)2280/2018 nömrəli qətnaməsi ilə cavabdeh Borclu3 apelyasiya şikayəti təminedilməmiş, iş üzrə Şəki Rаyоn Məhkəməsinin 21 fevral 2018-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Borclu3 və onun vəkili X2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Daha sonra, iddiaçının nümayəndəsi ərizə təqdim edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq restrukturizasiya olunaraq onunla 24.05.2019-cu il tarixdə 09/1393/RES saylı yeni kredit müqa viləsi bağlanılmıldığını bildirərək, bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(107)-2280/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin iddiasından imtinası qəbul edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli, 2(107)-2280/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar