Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1589/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və onların vəkili Vəkiloğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hаkim Vəzirxan Məlikov) 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiаçı A SC “xxxx” Bankın 11.07.2014-cü il tarixli, **********51914 №-li Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma tələbinə dаir iddiаsı təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2(107)-112/2019 saylı qətnaməsi ilə (hakimlər İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına münasibətdə dəyişdirilmədən, onların apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması, məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına aid edilməsi və 450 manat qiymətləndirmə t ədqiqatının dəyərinin onlardan alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC “xxxx” Bankın nümayəndəsi N iddia ərizəsi ilə, sonradan ASC “xxxx” Bankın nümayəndəsi N iddia həcminin artırılması barədə məkhəməyə ərizə təqdim edərək, 11.07.2014-cü il tarixli **********51914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus olan Ünvan küçəsində mülkiyyətində olan 0,0498 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 1 otaqlı, 60,19 kv.m ümumi 31,49 kv.m yaşayış, 28,7 kv.m yardımçi sahədən 2 mərtəbəli, 6 otaqlı, 284,94 kv.m, 129,58 kv.m yaşayış 155,36 kv.m yardımşı sahədən ibarət olan 61 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması və 11.07.2014-cü il tari xli **********51914 №-li Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh3nun iddiaçı ASC «xxxx» Bankı qarşısında 17063,11 ABŞ dolları məbləğində əsas borc, 6388,04 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 08.12.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1835,87 ABŞ dolları məbləğində penya, cəmi 25287,02 ABŞ dolları və 08.12.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövl ət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 (on dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və onların vəkili Vəkiloğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi işə mahiyyəti üzrə baxmış, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli tam, obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulma qla Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2-ci maddələrinin və digər normativ hüquqi aktlardan irəli gələn ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Hesab edirlər ki, mübahisələndirilən fərdi yaşayış evlərinin heç birinin qiyməti qırx beş min manat deyildir və məhkəmə texniki tikinti ekspertizasının keçirilməsini müəyyən etməklə, ekspert qarşısında tikililərin bazar qiyməti ilə qiymətinin müəyyən edilməsini ekspertin üzərinə qoymaqla məsələnin ədalətli həllini müəyyənləşdirə bilər. Bundan başqa qeyd edirlər ki, əsas borc düzgün müəyyənləşdirilmədiyindən bütün bunlara münasibətdə faiz borcları düzgün işlənməmiş, nəticə etibarı ilə əsas borca münasibətdə şişirdilmiş faiz borcları da formalaşdırılmışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 05 noyabr 2019-cu il tarixli 2(107)-112/2019 saylı qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx Bank” ASC-nin vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2(107)-112/2019 saylı qətnaməsin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesa b edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2(107)-112/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən ASC “xxxx” Bank ilə Cavabdeh1 arasında bağlanmış 21.02.2014-cü il tarixli **********98114 №-li kredit müqaviləsi əsasında müəyyən edilmişdir ki, həmin müqaviləyə əsasən Məmmədova Lamiyə Mikayıl qızına şəxsi məqsə di üçün 18 ay müddətinə, illik 19 faiz hesablanmaqla 23000 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İşdə olan Yevlax rayonu DƏMDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışın surəti əsasında müəyyən edilmişdir ki, Ünvan küçəsində mülkiyyətində olan 0,0498 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 1 otaqlı, 31,49 kv.m yaşayış, 28,7 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 60,19 kv.m təşkil edən 61 nömrəli fərdi yaşayış evi ASC “xxxx” Bankın mülkiyyətindədir. İşdə olan 29 saylı 18.01.2017-ci il tarixli bildirişlə müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 banka olan borc ödənilmədiyi halda tutma ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişlər. İşdə olan Əmlak Ekspert Mərkəzi tərəfindən verilm iş 18 oktyabr 2017-ci il tarixli, ƏEM/Y 85-1170/17 saylı rəylə müəyyən edilmişdir ki, Ünvan küçəsində mülkiyyətində olan 0,0498 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 1 otaqlı, 31,49 kv.m yaşayış, 28,7 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 60,19 kv.m təşkil edən 61 nömrəli fərdi yaşayış evi 45000 manat qiymətində dəyərləndirilmişdir. Apellyasiya kollegiyası işdə olan "xxxx" MMC-nin 28 yanvar 2019-cu il tаrixli 0003/19 №-li rəyində qeyd edilmişdir ki, Cavabdeh1 məxsus Ünvan küçəsində mülkiyyətində olan 0,0498 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 1 otaqlı, 31,49 kv.m yaşayış, 28,7 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 60,19 kv.m təşkil edən Liter A və 2 mərtəbəli, 06 otaqlı, 129,58 kv.m yaşayış, 155,36 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 284,94 kv.m təşkil edən Liter B tikililərdən ibarət olan 61 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 80000 manat müəyyən edilmişdir. İşdə olan “xxxx” MMC-nin 14 oktyabr 2019-cu il tаrixli Ç-701 №-li rəyi əssasında müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus Ünvan küçəsində mülkiyyətində olan 0,0498 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 1 otaqlı, 31,49 kv.m yaşayış, 28,7 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 60,19 kv.m təşkil edən Liter A və 2 mərtəbəli, 06 otaqlı, 129,58 kv.m yaşayış, 155,36 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 284,94 kv.m təşkil edən Liter B tikililərdən ibarət olan 61 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 47000 manat və likvid qiyməti 43000 manat müəyyən edilm işdir. Apellyasiya kollegiyasının iş materialları əsasında gəldiyi nəticədən görünür ki, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu bardədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, Cavabdeh1 öhdəliyi icra etmədiyi üçün tələb ipoteka qoyulmuş evə yönəldilməli və həmin ev açıq hərraç vasitəsi ilə satılmalıdır. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi verərək hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Onların vəsatəti əsasında dəfələrlə qiymətləndirici dəvət edilərək ipoteka predmeti qiymətləndirilmişdir. İki müxtəlif qiymətləndirici ipoteka predmetinin bazar qiymətini 45000 manat müəyyənləşdirdiyindən apellyasiya kollegiyası həmin qiyməti daha obyektiv hesab etmişdir. Apellyasiya kollegiyası iddiа tələbinin təmin edilməsini nəzərə аlаrаq, belə qərаrа gəlmişdir ki, məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına аid edilməli və 450 mаnаt qiymətləndirmə tədqiqаtının dəyəri оnlardаn аlınаrаq "xxxx" MMC-nin hesаbınа ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 295, 297, 385.1, 427.3, 442, 445.2.1, 445.2.2, 448.1-ci maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33 və 59.3-cü m addələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya kollegiyası kassatorun ipoteka predmeti olan əmlakların qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, dəfərlərlə qiymətləndirici dəvət edilərək ipoteka predmeti qiymətləndirilmiş, iki müxtəlif qiymətləndirici ipoteka predmetinin bazar qiymətini 45000 manat müəyyənləşdirdiyindən apellyasiya kollegiyası haqlı olaraq həmin qiyməti daha obyektiv hesab etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qa nunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 385.1.1, 385.1.2-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəli lləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2(107)-112/2019 saylı qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1589/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1589/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver