Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1590/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): bildirişin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bildirişin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-905/2025 nömrəli 21 yanvar 2025 il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 09/512-2022 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC 36 ay müddətinə, illik 28 faiz şərti ilə 32000 manat məbləğində pulu X2 verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə pulu qaytarmağ ı öhdəsinə götürmüşdür.
2. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzil (bundan sonra mübahisəli mənzil) ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 170000 manat, likvid dəyəri 150000 manat müəyyənləşdirilmişdir.
3. X1 və zamin İddiaçı kredit müqaviləsi üzrə öhdəliklər 21 gün ərzində icra edilmədiyi halda notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldiləcəyi barədə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş və bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. Bakı şəhəri 38 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2778 saylı icra qeydi ilə BOKT "xxxx" MMC-nin tələbi ilə ipoteka predmeti olan əm laka tutmanın yönəldilməsi barədə qeyd aparılmışdır. Ödənilməmiş əsas borc 30228,41 manat, 10583,20 manat faiz borcu, 14701 manat dəbbə pulu olmaqla, tutulmalı məbləğ 55512,61 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixli, 997İK/24 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız sayılması və Nərimanov rayonu 38 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2778 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd oluna faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə ol araq qeyd edilmişdir ki, ilk dövrlər kredit vəsaiti ödənilsə də, oğlunun maddi durumu pisləşmiş, həmçinin onun səhhətində ciddi pozuntular olduğundan kredit ödənişində gecikmələr olmuşdur. Bu yaxınlarda, daha dəqiq 20 may 2024-cü il tarixdə 38 saylı Notariat Kontorunda əldə etdiyi surət sənədlərindən anlamışlar ki, onun yüklü olan əmlakına tutmanın yönəldilməsi haqqında icra qeydi verilmiş və bununla bağlı Nərimanov İcra Şöbəsində icraat başlanılmışdır. Maraqlı şəxs olan BOKT ərizə ilə 38 saylı Notariat Ofisinə müraciət edərək ipoteka ilə yüklü edilmiş əmlakın icra qeydi ilə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 8İ-2778 saylı icra qeydi verilmişdir. İcra qeydi barədə məlumatı Nərimanov rayon icra şöbəsindən əldə etmişlər. Daha sonra Notariusa yaxınlaşaraq icra qeydi ilə bağ lı materialı tələb etsələr də, onlara yalnız sənədlərin surəti təqdim edilmişdir və tərəflərindən müvafiq qanun pozuntularının aparılması aşkarlanmışdır. Notariusun icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Belə ki, borcun mübahisəsiz olduğu araşdırılmamış, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildiriş bank tərəfindən təqdim edilməmiş, icra qeydi elektron qaydada verilməmiş və İpoteka haqqında qanunun 36.4.1-ci və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Bundan başqa, tələbkar borcu təsdiq edəcək maliyyə arayışını icra qeydinin verilməsinə dair ərizəyə əlavə etməmişdir. İcra qeydi və tutma bildirişindən də görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 09/512-2022 saylı kredit müqaviləsi üzrə əsas borc 30228,41 manat, faiz borcu üzrə 10583,21 manat, dəbbə pulu 14701 manat, cəmi 55512,62 manat təşkil edir. Dəbbə pulunun və faizlərin hansı üsulla hesablanması da yoxlanılmamış və bununla da borcun süni surətdə artırılması halı baş vermişdir. Tələbkar borcluya müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada bildiriş göndərməli olduğ u halda, sadə ümumi əsaslarla bildiriş göndərməklə kifayətlənmişdir. Hətta həmin bildiriş ona və ya ailə üzvlərinə belə çatdırılmamışdır. Əgər həmin bildiriş barədə məlumatı olsaydı, mütləq qaydada yaranmış borc öhdəliyini məhkəmə qaydasında mübahisələndirərdi. Bir daha vurğulayır ki, BOKTdan ona heç bir bildiriş gəlməmişdir. Halbuki, qanun birbaşa tələbkarın üzərinə qanunvericiliklə müəyyən edilmiş bildirişin göndərilməsi öhdəliyini qoymuşdur. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Notariat materi alından görünür ki, guya bildiriş poçt vasitəsilə ona çatdırılmışdır. Halbuki poçt qəbzində olan imza ona məxsus deyil. O, xəstədir və hazırda yeriməkdə çətinlik çəkir. Sənədə imza etməsi belə yaxınlarının köməyi ilə baş verir. Hesab edir ki, bildirişin çatdırılması qəbzi saxtalaşdırılmışdır. Həmçinin bu qəbz saxta olmasaydı belə qanunvericiliklə müəyyən edilmiş müddətlər ötürülmüşdür ki, bu hal icra qeydinin aparılmasının davam etdirilməsinin qeyri-mümkün edir. İcra qeydinin verilməsinə dair müraciət elektron qaydada təqdim edilməməsinə dair qanunvericiliyin və təlimatın tələblərinə əsasən icra qeydinin verilməsi ilə əlaqədar tələbkarın müraciəti fiziki şəxslər istisna olmaqla, bütün hüquqi şəxslər və dövlət orqanları yalnız elektron qaydada həyata keçirməlidir. Fiziki şəxslər yazılı qayd ada da notariat ofislərinə müraciət edə bilərlər. Göründüyü kimi bu hissədə də tələbkar (hüquqi şəxs) tələskənliyə yol verərək icra qeydinin verilməsini elektron formada deyil, yazılı qaydada şəxsən notariat orqanına təqdim etmişlər. Ona təqdim edilməyən bildiriş 19 fevral 2024-cü il tarixdə guya ona təqdim olunmuşdur, amma xx.xx.2024 tarixdə tutma bildirişinin qeydiyyata alınması ilə bağlı 1 saylı Ərazi İdarəsinə müraciət olunmuş və bu prosedur qayda da pozulmuşdur.
7. Məhkəmə tərəfindən X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli 2(005)-2680/2024 nömrəli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
9. Məhkəmə icra qeydinin aparılacağı barədə bildirişin kredit təşkilatı tərəfindən ipoteka qoyana təqdim edilməməsinə dair iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, notariat işinin materiallarından göründüyü kimi, xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişlər ipoteka qoyana və borcluya göndərilmişdir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka qoyanın ünvanı kimi ünvan 2lmişdir. İpoteka saxlayan tərəfindən “Azari express” Sürətli Poçt Xidməti vasitəsilə borclu və ipoteka qoyanın ünvanına bidirişlər göndərilmişdir. Bildirişlərdən 740883 kodu ilə göndərilən bildiriş Eldəniz Mirzəyev, 740884 kodu ilə göndərilən bildiriş isə İddiaçı tərəfindən imzalanaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Qəbzdə olan ünvan iddiaçıya m əxsusdur, bu ünvanda kənar şəxslərin yaşaması ehtimalı azdır, qeydiyyatda olduğu ünvanda qəbzi başqa şəxsin imzalamasını sübuta yetirmək cavabdeh tərəfin deyil, ünvan sahibi olan iddiaçının üzərinə düşür.
10. İddiaçının borcun mübahisəli olması ilə bağlı dəlilnə münasibətdə məhkəmə qeyd etmişdir ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edi lir.
11. Hazırkı iş üzrə borcun 60 gündən çox müddətə gecikdirilməsi, borc 60 təqvim günü və daha çox müddətə gecikdirildiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müqavilə şərtinin olması, bildirişin ipoteka qoyana göndərilməsi və ipotekaya tutmanın yönəldilməsi barədə 21 təqvim günü ərzində məhkəməyə şikayət etməməsi işin mübahisələndirilməyən hallarıdır. Eləcə də BOKT tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (müqavilənin əsli, maliyyə arayışı, bildirişin ipoteka qoyana göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" BOKT MMC-yə ünvanladığı xx.xx.2024cü il tarixli məktubundan görünür ki, mübahisəli mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bildirişin müvafiq dövlət qurumunda qeydə alındığı nəzərə alınarsa, həmin bildirişin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas iş materiallarında mövcud deyildir. İddiaçının dəlilləri formal olmaqla qanuni şəkildə aparılmış bildirişin və icra qeydinin ləğvi üçün əsas ola bilməz.
13. Həmçinin icra qeydinin verilməsinə dair müraciətin elektron qaydada təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Təlimatın 161-ci hisəsinə əsasən, dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Nəzərə alınmalıdır ki, elektron qaydada müraciət edilibedilməməsi məsələnin texniki tərəfi olmaqla, icra qeydinin aparılmasına mane olan hallar olmadığı təqdirdə, həmin icra qeydinin ləğvi üçün əsas ola bilməz.
14. Məhkəmə gəldiyi nəticəni, “Notariat haqqında” Qanuna, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına və “İpoteka haqqında” Qanuna istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer uzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətlər keçənədək aparılır. Bu normadan da görünür ki, cavabdeh tərəfindən bildiriş həm poçt, həm də elektron qaydada verilməlidir. Hesab edir ki, məhkəmə bu normanı düzgün tətbiq etməmişdir. Belə ki, bildiri şin poçt vasitəsilə çatdırılması məsələsində ziddiyyətlər olmasın deyə yəqin ki, normada həm poçt, həm də elektron çatdırılmanın vacibliyini vurğulayır. Hazırkı halda poçtla çatdırılmanın olmadığı qeyd edildiyi təqdirdə, elektron təqdimetmə barədə cavabdeh heç bir sübut təqdim etməmişdir. Belə olan halda, qeyd olunan norma cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə prosesi zamanı zəruri hallar üzrə araşdırma həyata keçirilmədən məhkəmə qərarı qəbul olunmuşdur. Belə ki, məhkəmə bildirişin alınmaması və oradakı imzanın iddiaçıya aid olmamasını istinad etdiyi hal kimi sübut etməli olduğu qənaətində olmuşdur. Halbuki bu hal yalnız məhkəmənin təyin etməli olduğu xəttşünaslıq ekspertizası vasitəsilə ortaya çıxarıla bilərdi. Hazırkı halda ifadələrdə ziddiyyətin olması ekspertiza keçirilməsi üçün əs as yaratsa da, məhkəmə bunu etməmişdir. Bununla da istinad olan hal sübuta yetirilməmiş hesab olunmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-905/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, X3 ilə BOKT "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq BOKT "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən sonuncu mülkiyyət hüququ ilə ona məxsus olan mübahi səli mənzil MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Öhdəliyin icrası gecikdirildiyindən ipoteka saxlayan "xxxx" BOKT MMC-nin müraciəti əsasında, notarus tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir.
19. İşdə olan sənədlərdən, o cümlədən sorğu edilmiş notariat işindən görünür ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etmədiyindən borc verən müqavilə tərəflərinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu ye r üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir.
20. Belə ki, tələbkar borcluya və ipoteka qoyana borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişləri sonuncuların rəsmi qeydiyyatda olduqları ünvanlara göndərmişdir. Notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi b ildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair icra qeydi vermişdir. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir.
21. İcra qeydinin verilməsinə dair müraciətin elektron qaydada təqdim edilməməsi ümumilikdə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun formada verilmiş icra qeydinin ləğv edilməsi, ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmadığına görə, yolverilməzdir və iddiaçı üçün borcun qaytarılması yönündə öz vəzifələrindən faktiki sui-istifadəyə şərait yaradır. BOKT-un bu hallara yol verdiyi hazırkı iddianın təmin edilməsini şərtləndirə bilməz.
22. Belə olan halda məhkəmə kollegiyası 16 fevrel 2024-cü il tarixli 997İK/24 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi və 25 aprel 2024-cü il tarixli 8i-2778 nömrəli icra qeydinin ləğv edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 269.5, 385.1, 425, 442, 445.2.1 və 739-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.1, 88, 119.1, 217.1, 217.3 və 384.0.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.3, 36.4, 37.1, 37.3, 38.1 və 39.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76, 79-cu maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının 161, 162 və 169-1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-905/ 2025 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
28. Maddə 269.5 Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
29. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyri nə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasın ı təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qay tarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
34. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poç t göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
35. Maddə 36.3 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi potekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
36. Maddə 36.4 Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uy ğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz.
37. Maddə 37.1 İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
38. Maddə 37.3 İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.
39. Maddə 38.1. Bu Qanunun 37.1- ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
40. Maddə 39.3 İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi hal da aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı bar ədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələb kardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
42. Maddə 79 İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elekt ron icra informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatı
43. Bənd 161. borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elekt ron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ənazı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edənsənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdik dən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinəmüraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir.
44. Bənd
162. İcra qeydi aşağıdakı hallarda aparılır: - əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; - tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydi nin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaqhüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
45. Bənd 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: - ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; - ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; - ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əla və dövlət qeydiyyatına alındıqda; - ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; - ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildir iş müvafiq reyestrdə qeydə alındıqda; - ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; - ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-905/2025 nömrəli iş üzrə 21 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.