Məhkəmə qərarları › İş №2(102)-1591/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1591/2019

26.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1591/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Şirinov, iş № 2(037)-xx/18) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətin in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Texnikabank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xx 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 (otuz dörd min altı yüz on doqquz) manat (otuz iki) qəpik əsas borc, 10193,88 (on min bir yüz doxsan üç) manat (səksən səkkiz) qəpik faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 44843,2 (qırx dörd min səkkiz yüz qırx üç) manat 20 (iyirmi) qəpik kredit borcunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, iddia tələbinin tutmanın Abşeron rayonu ev1, ev2 yaşayış massivi, 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-xx/18) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə İsmayıllı Rаyоn Məhkəməsinin xx xx 2018-ci il tаrixli 2(037)-xx/18 saylı qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağl anmış xx xx 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 (otuz dörd min altı yüz on doqquz) manat otuz iki qəpik əsas borc, 10193,88 (on min bir yüz doxsan üç) manat səksən səkkiz qəpik faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 44843,2 (qırx dörd min səkkiz yüz qırx üç) manat iyirmi qəpik kredit borcunun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsinin qismən, yəni ona aid hissədə ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyəmüraciətedərək, Cavabdeh1 ilə bağlanmış 27.01.2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 34919,32 manat əsas, 10198,88 manat faiz borcu olmaqla, cəmi 44813,2 manat borcun, iddia qadırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması, tutmanın Cavabdeh1la bağlanmış ipoteka müqaviləsinə əsasən Abşeron rayonu ev1, ev2 yaşayış massivi, 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdehlərdən Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Digər cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və y eri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız cavabdeh "xxxx" MMC mübahisələndirmiş və şikayətində qətnamənin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən digər şəxslər tərəfindən mübahisələndirilməsə də, məhkəmə kollegiyası mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını şikayətin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xx 2015-ci il tarixli 15/022 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonu ev1, ev2 yaşayış massivində inşa edilən 240 C nömrəli evin 3-cü mərtəbə sində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzilin alınması üçün 36200 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən borcalan kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit üzrə ödəniş cədvəlində borcalanın müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 67447.67 manat əsas borcu və kreditə görə faiz borcunu ödəməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Abşeron rayonu ev1, ev2 yaşayış massivində inşa edilən 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İşdən həmçinin görünür ki, Cava bdeh1la kredit müqaviləsinin bağlanmasından təxminən 10 ay əvvəl xx xx 2014-cü ildə İddiaçı ASC ilə "xxxx" MMC arasında da müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetini Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aya qədər kreditləşdirməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil etmişdir. Bu müqavilənin 4.3 bəndinə görə müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqavi ləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. İddiaçı ASC həm Cavabdeh1la bağlanmış xx xx 2015-ci il tarixli 15/022 saylı kredit müqaviləsini, həm də "xxxx" MMC ilə bağlanmış xx xx 2014-cü il tarixli müqaviləni rəhbər tutaraq Cavabdeh1 qaytara bilmədiyi kredit borcunun və ona hesablanmış faizlərin cavabdehlərdən, yəni Cavabdeh1 və ev3» MMC-dən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunmaqla kredit müqaviləsinə xitam verilmiş və cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçının xeyrinə müştərək q aydada 34619,32 (otuz dörd min altı yüz on doqquz) manat (otuz iki) qəpik əsas borc, 10193,88 (on min bir yüz doxsan üç) manat (səksən səkkiz) qəpik faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla - cəmi 44843,2 (qırx dörd min səkkiz yüz qırx üç) manat 20 (iyirmi) qəpik kredit borcunun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin xx xx 2014cü il tarixli müqavilə üzrə öhdəliyi həmin müqavilənin 4.3-cü bəndinin məzmunundan da göründüyü k imi Bank tərəfindən ona bildiriş göndərildikdən sonra yaranır və Cəmiyyət müqavilə üzrə müvafiq hərəkətləri etməklə 30 təqvim günündən gec olmayaraq borcun banka ödənilməsini təmin edir. Məhkəmə kollegiyası iş materiallarında Bank tərəfindən cavabdeh "xxxx" MMC-yə Cavabdeh1 kredit borcunu gecikdirməsi ilə bağlı bildiriş göndərilməsini müəyyən etmədiyindən hesab edir ki, belə bir bildiriş göndərilməmişdirsə, deməli MMC bundan xəbərsiz olduğundan borcun ödənilməsinə yönələn müvafiq hərəkətləri etməkdən də məhrum olmuş və belə olan vəziyyətdə cavabdeh "xxxx" MMC-nin digər Cavabdeh1 kredit borcuna dair öhdəliyinin yaranmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlilyi yerinə yetirməməsi ödənilməyən borcun "xxxx" MMC-dən tələb edilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyin icra edilməməsindən məlumatlı olmamış tərəf ("xxxx" MMC) onun icra edilməməsi üçün təqsirli sayıla bilməz. Digər tərəfdən, müqavilənin 4.3-cü bəndinin məzmunundan göründüyü kimi Cəmiyyət kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyini mənzilin alqısatqı müqaviləsini ləğv etməklə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Yəni, o, bildirişi aldıqdan sonra 30 gün müddətində ilk növbədə mənzilin alqı-satqı müqaviləsini ləğv etməyi və müqaviləni ləğv etdikdən sonra Banka olan borcu ya həmin mənzili digər şəxsə satmaqla, ya da öz vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, o, müvafiq prosedurlardan sonra özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka vermişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx xx 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanarkən borcalan Cavabdeh1 həmin müqavilənin bağlanmasında iştirak etməmişdir. Həmin vaxt Cavabdeh1 hələ "xxxx" MMC-dən mənzil almamışdı belə. Cavabdeh1la "xxxx" MMC arasında mənzil alqı-satqısına dair müqavilə işdən göründüyü kimi bundan 10 ay sonra xx xx 2015-ci il tarixdə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi həm də nəzərdən qaçırmışdır ki, "xxxx" MMC ilə bağlanmış xx xx 2014-cü il tarixli müqavilənin predmetini Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində satılmış mənzillərin dəyərinin kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil etmişdir. xx xx 201 5-ci il tarixli müqavilə ilə Cavabdeh1 verilən kreditin təyinatı isə 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzilin alınması məqsədi daşımışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən qeyd olunan hallar, eləcə də Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri 60 gündən artıq gecikdirməsi barədə İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə müqavilədə nəzərdə tutulmuş bildirişin göndərilibgöndərilmədiyi aydınlaşdırılmalı və işin müəyyən edilmiş halları nəzərə alınmaqla mübahisələndirilən hissədə iddia tələbinin əsaslılığına qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak ver məli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respubl ikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllən in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(107)-xx/18 saylı qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar