Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1591/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh3 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)1843/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Gəncə şəhəri Nizami rayon məhkəməsinin (hakim Gündüz Şirinov) xx xxxxxxxx 2018-ci il tarixli, 2(044)-21/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək i ddiaçı «xxxx» ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış, 005HOME151620001 saylı kredit müqaqviləsinin ləğv edilməsi,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 44661,57 ABŞ dollar, faiz borcu üzrə 6142,34 ABŞ dolları, cərimə 5 ABŞ doilları, cəmi 50808,91 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi, tutmanın öhdəliyin təmini kimi Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən, 0,06 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 148,9 kvadrat metr, yardımçı sahə 138,6 kvadrat metr, ümumi sahə 287,5 kvadrat metr olan, 9 otaqlı fərdi y aşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilmiş fərdi yaşayış evinin satışından əldə olunmuş vəsait hesabına 50808,91 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» ASC-nə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılması qət olnumuş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə həmçinn məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya qismən şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi “əsas borc üzrə 44661,57 ABŞ dollar, cəmi 50808,91 ABŞ dollar və ipoteka predmeti olan Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən, 0,06 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 148,9 kvadrat metr, yardımçı sahə 138,6 kvadrat metr, ümumi sahə 287,5 kvadrat metr olan, 9 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 90000 manat məbləğində, həmçinin yaşayış evinin satışından əldə olunmuş vəsait hesabına 50808,91 ABŞ dollar müəyyən edilməsi” hissələrdə dəyişdirilmiş, həmin hissələrdə əsas borc 44611,57 ABŞ dollar, cəmi borc 50758,91 ABŞ dollar və yaşayış evinin satışından əldə olunmuş vəsait hesabına 50758,91 ABŞ dollar müəyyən edi lmiş, ipoteka predmeti olan Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən, fərdi yaşayış evinin ilkin satış qiyməti 100000 manat dəyərində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış, 005HOME151620001 saylı kredit müqaqviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 44611,57 ABŞ dollar, faiz borcu üzrə 6142,34 ABŞ dolları, cərimə 2254,03 ABŞ doilları, cəmi 53007,94 ABŞ dolları, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 148,9 kvadrat metr, yardımçı sahə 138,6 kvadrat metr, ümumi sahə 287,5 kvadrat metr olan, 9 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 və Cavabdeh2 «xxxx» ASC-nə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, peniyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 148,9 kvadrat metr, yardımçı sahə 138,6 kvadrat metr, ümumi sahə 287,5 kvadrat metr olan, 9 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin (borcun) qalan hissədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun ipoteka predmeti olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən evə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, əmlak mütəxəssis rəyinə əsasən 100000 manat qiymətləndirilmişdir. Halbuki, ipoteka premetinin real bazar qiyməti göstəriləndən daha artıqdır. Məhkəmə həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi hissədə də, düzgün nəticəyə gəlməmişdir. Belə ki, onlar bank qarşısında belə öhdəlik götürməmişlər. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsa sən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin məzmunundan görünüyü kimi, Cavabdeh3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi hissələrdə mübahisələndirir. İddiaçı və digər cavabdehlər qətnamədən kassasiya şikayəti verməmişlər. Ona görə də, qətnamə Cavabdeh3 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 kassasiya şik ayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 11.06.20-15-ci il tarixli 005HOME********** saylı kredit müqaviləsinə əsasən, «xxxx» ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 60 ay müddətinə 47700 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müaviləsi bağlanmışdır. 11.06.20-15-ci il tarixli 005HOME**********/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, «xxxx» ASC-ti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh1 və cavabdehlər Cavabdeh2 arasında ipoteka müqaviləsi b ağlanmış, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 148,9 kvadrat metr, yardımçı sahə 138,6 kvadrat metr, ümumi sahə 287,5 kvadrat metr olan, 9 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi «xxxx» ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxxxxx 2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 44611.57 ABŞ dollar, faiz borcu üzrə 6142,34 ABŞ dolları, cərimə 2254.03 ABŞ dolları, cəmi 53007,94 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2017-ci il tarixli 28959 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli, 005HOME********** saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx xxxxxxx 2016-cı il tarixə (iddia tarixinə) banka olan əsas borcu 51579.30 ABŞ dolları, xx xxxxxxx 2016-cı il tarixə (sualda göstərilən tarixə) isə 52268.46 ABŞ dolları məbləğində müəyyən olunur. xx.xx.2016-cı il tarixə əsas borc üzrə 44661.57 ABŞ dolları, faiz borcu üzrə 6142.34 ABŞ dolları, cərimə 775.39 ABŞ dolları, cəmi 51579.30 ABŞ dolları, xx.xx.2016-cı il tarixə əsas borc üzrə 44661.57 ABŞ dolları, faiz borcu üzrə 6655.95 ABŞ dolları, cərimə 950.94 ABŞ dolları, cəmi 52268.46 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Apellyasiya ins tansiyası məhkəməsi hesab edir ki, mülki qanunvericiliyin normaları və tərəflər arasında bağlanmış 11.06.20-15-ci il tarixli 005HOME********** saylı kredit müqaviləsinin, həmçinin 11.06.20-15-ci il tarixli 005HOME**********/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinin müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyy ət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Hazırda Cavabdeh3 verdiyi kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirir. Cavabdeh hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəssi rəyində göstəriləndən daha yuxarıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3.3-cü mаddəsinə əsаsən məhkəmənin qərаrındа ipotekа predmetinin ilkin sаtış qiyməti göstərilməlidir. İlkin sаtış qiyməti ipotekа qoyаnlа ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. xx.xx.2018-ci il tarixli Ç-105 saylı “xxxx” MMC-nin qiymətləndirmə hesabatından g örünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi hüquqi sənədlə (çıxarış) mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbədən, 9 otaqdan ibarət fərdi yaşayış evinin hazırkı bazar dəyəri 90000 manat təşkil edir. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində ipoteka predmetinin dəyərini mübahisələndirmiş və bununla bağlı yenidən qiymətləndirmə keçirilməsini xahiş etmişdir. Apelyasiya icraatı zamanı ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi təyin edilmiş və təkrar qiymətləndirmə tərəflərin razılığı əsasında alternativ qiymətləndirmə təşkilatına göndərilmişdir. “LEX FORİ” Hüquq və Qiymətləndirmə şirkətinin xx xxxxxxx 2019-cu il tarixli LF 43 nömrəli rəyinə əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerl əşən fərdi yaşayış evinin xx xxxxxxx 2019-cu il tarixə real bazar dəyəri 100000 manat müəyyən edilmişdir. Apelyasiya apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmlak birinci instansiya məhkəməsi tərəfindən, eyni zamanda apelyasiya icraatı zamanı müxtəlif qiymətləndirilmə təşkilatları vasitəsilə qiymətləndirilmiş və əmlakın real bazar dəyəri müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, ipoteka predmeti satışa çıxarılarkən onun ilkin satış qiyməti 100000 manat həddində müəyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsaslı hesab edir. Çünki məhkəmənin istinad etdiyi mütəxəssi rəyi, iş üzrə keçirilmiş ən son rəy olmaqla mövcud bazar qiymətlərinə uyğun olmuş, cavabdeh həmin qiymətin real olmaması, rəyin mötəbərliliyini şübhə a ltına alacaq hər hamsı bir sübutu məhkəməyə təqdim emtəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh kassasiya şikayətində həmçinin tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsinin qanuni olmamasını, onların belə bir öhdəlik götürmədiklərin göstərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov s axlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci mаddəsinə görə girov qoyulmuş əşyаnın sаtılmаsı nəticəsində götürülmüş məbləğdən, tutmаnın həmin əşyаyа yönəldilməsinə və onun sаtılmаsınа çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdаn sonrа, girov qoyаnın tələbləri ödənilir, qаlаn məbləğ girov qoy аnа verilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpote kа hаqqındа” Qаnunun 1.0.6-cı mаddəsinə görə ipotekа hüququ borclu əsаs öhdəliyi icrа etmədikdə, ipotekа sаxlаyаnın ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququdur. Həmin Qаnunun 34.1.1-ci mаddəsinə görə ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququnun əsаslаrındаn biri əsаs öhdəliyin, yаxud onun bir hissəsinin vаxtındа icrа olunmаmаsıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1-ci mаddəsinə görə əgər borclu təminаt vаsitəsi ipotekа olаn tələbin ödənilməsini ləngidirsə, ipotekа sаxlаyаn dаşınmаz əşyаnın sаtılmаsını tələb edə bilər. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.1-ci mаddəsinə əsasən ipotekа sаxlаyаn ipotekа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət edə bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tut manın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsaasında qeydə alınmalıdır. Tərəflər arasında bağlanmış 11.06.20-15-ci il tarixli 005HOME**********/ASİ saylı alqısatqı və ipoteka müqaviləsinin surətindən görünür ki, «xxxx» ASC-ti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh1 və cavabdehlər Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 148,9 kvadrat metr, yardımçı sahə 138,6 kvadrat metr, ümumi sahə 287,5 kvadrat metr olan, 9 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpotekanın yüklülüyü dövlət reyestrində qeydə alınmış, cavabdehlər müqavilə öhdəl iklərinə yerinə yetirməyəcəyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi barədə müqavilənin şərtlərinə razılıq vermişlər. Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən tələbin ipoteka predemetinə yönəldilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cavabdeh3 kassasiya şikayətinin dəlili formal mülahizlər olmaqla əsaslandırılmamış, heç bir maddi hüquq normasına istinad edilməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh3 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1843/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 kassasiya şikayətinə əsasən mübahisələndirilə n hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1591/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1591/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver